Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə23/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   19   20   21   22   23   24   25   26   ...   179

69 

da Uşaqan kəndinə  gələrək altı gün burada dincəlir. Sonra isə II 

İrakli öz qoşunu ilə  İrəvan qalası yaxınlığında yerləşən Parakər 

kəndində düşərgə saldı. İrəvan qalası mühasirəyə alındı. Hüseynəli 

xanın başçılığı ilə irəvanlıların II İraklinin qoşununa güclü müqa-

vimət göstərməsi mühasirənin xeyli uzanmasına səbəb oldu (215, 

69; 86, 22; 494, 3). 

Hüseynəli xan qalanın müdafiəsinə şəxsən özü başçılıq edirdi. 

Xanlıq  ərazisində yaşayan ermənilərin II İrakliyə  rəğbətini bilən 

İrəvan hakimi onların xəyanətinin qarşısını almaqda xüsusi sayıqlıq 

göstərirdi. Məhz onun fəallığı nəticəsində qala uzunmüddətli müha-

sirəyə davam gətirə bildi. Mühasirənin uzanması, qala müdafiəçi-

lərinin güclü müqaviməti, qışın yaxınlaşması II İraklinin planını 

pozmuşdu. Digər tərəfdən, Çıldır hakiminin təzyiqləri də irəvan-

lıların işinə yaramışdı. Belə ki, Kartli-Kaxetiya qoşunları  İrəvan 

qalasını mühasirəyə alan zaman Hüseynəli xan Çıldır valisi Süley-

man paşadan hərbi yardım istəmişdi. Süleyman paşa II İraklini Tif-

lisə hücum etməklə  hədələyərək,  İrəvanın mühasirəsindən  əl çək-

məyə  məcbur etmişdi (72, 74-75; 55, 189-190). Kartli-Kaxetiya 

feodallarının çara qarşı qiyam da bu işdə böyük rol oynamışdı. Ona 

qarşı qiyam qalxması barədə xəbər II İraklini bərk narahat etmişdi. 

Beləliklə, II İrakli oğlu Levonun başçılığı ilə  İrəvanda bir dəstə 

qoşun saxlayaraq noyabrın 3-də geri qayıtdı (215, 69). Lakin 

məqsədinə nail olmayan Levon da sonradan İrəvanı  tərk etmişdi 

(90, 156; 86, 22; 207, 393). 

Bu yürüşdə II İrakli Hüseynəli xanı özünə tabe edə bilməsə 

də, onun qoşunu xanlığı güclü dağıntıya məruz qoymuşdu. İki aya 

qədər  İrəvanda qalan Kartli-Kaxetiya qoşunu xanlığın  ərazisindəki 

çoxlu kəndi dağıtmış, yandırmış  və  əhalinin  əmlakını tamamilə 

qarət etmişdi. Minlərlə  əhali və mal-qara ələ keçirilərək Kartli-

Kaxetiyaya aparmışdı. Hətta çara rəğbət bəsləyən ermənilərin baş 

kilsəsi Üçmüəzzin belə qarətdən xilas ola bilmədi. P.Butkov yazır 

ki, “II İraklinin qoşununun tərkibində olan dağıstanlılar Eçmiədzin 

(Üçmüəzzin – E. Q.) kilsəsinə hücum edərək onun 250 min rubl 




70 

məbləğində  əmlakını  ələ keşirdilər (107, c.2, səh, 74; 215, 69-71; 

86, 22-23; 494, 3; 499, 163; 226, 56; 80, 56). 

Yürüş zamanı aparılan  əsirlərin sayı haqqında qaynaqlarda 

müxtəlif məlumatlar vardı. Bir arxiv sənədində göstərilir ki, “İrəvan 

xanı  təzminat vermədiyinə görə çar İrakli 12.000 nəfərlik qoşunla 

İrəvana gələrək şəhər ətrafını tutmuş, 15.000 evdən hər iki cinsdən 

olan yerli əhalini  əsir edərək Tiflisə göndərmişdi” (90, 156). 

A.Suvorov isə  məktublarının birində 2300 ailənin  əsir aparıldığını 

göstərmişdi (171, 141). Hər ailənin tərkibini təxminən beş nəfərdən 

hesablasaq, aparılan  əsirlərin sayı 11500 nəfər edər. Bu əsirlərin 

aqibəti acınacaqlı olmuş, bəzisi yollarda ölmüş  və  bəziləri isə qul 

vəziyyətinə salınmışdı. A.Araratlı əsərində əsirlərin vəziyyətini belə 

təsvir edirdi: «İrakli tərəfindən alınmış  əsirlərin  əksəriyyəti çox 

acınacaqlı  vəziyyətdə idi. Onların paltar və ayaqqabısı yox idi. 

Bütün bunlar onlardan alınmış, yaxud qarət olunmuşdu. Çoxları 

yollarda aclıqdan ölmüşdü. Tiflisə  gətirilmiş bir çoxları isə 

quldurlardan qorunmaq üçün əlçatmaz yerlərə səpələnmişdilər. Bir 

hissəsi isə gürcü knyaz və zadəganlar arasında paylanmışdı» (86, 

23). Əsir aparılanların hamısı xanlığın müsəlman əhalisi idi (48, 90-

91). 

Bu yürüş  İrəvan hakimi kimi Hüseynqulu xanı  çətin sınaq 



qarşısında qoydu. Belə ki, mühasirədən sonra irəvanlılar dəhşətli 

mənzərə ilə üzləşdilər. Kəndlərin dağılması,  əhalinin  əmlakının 

qarət olunması və əkin sahələrinin baxımsız qalması əhali arasında 

aclığa səbəb olmuşdu. Mənbədə göstərilir ki, “iki il ərzində bir lider 

(çəki vahidi-10 funt) çörək 15 piastra (Osmanlı pul vahidi – E. Q.) 

satılmışdı. Bahalığa baxmayaraq, çox vaxt çörəyi də tapmaq 

olmurdu. Çoxları aclıqdan ölürdü” (86, 23; 215, 70-71). 

Kartli-Kaxetiya qoşunu xanlığın ərazisini tərk etdikdən sonra 

xan bu hadisədə  xəyanətkar mövqe tutduqlarına görə, Üçmüəzzin 

kilsəsini və bəzi erməni əsilzadələrini cəzalandırmaq qərarına gəldi. 

Hadisənin şahidi olan Yeqor Xubov xatirələrində xanın ermənilərə 

qəzəbini belə  təsvir etmişdi: «İrəvan qalasında qalanların (ermə-

nilərin – E. Q.) aqibəti acınacaqlı olmuşdu. Onlardan otuz nəfərini 



71 

Hüseynəli xan ciddi cəzalandırdı. Onların mal-dövləti müsadirə 

olundu və bir nəfər erməni satqınlıqda günahlandırılıb edam edildi. 

Patrisi (katolikos – E. Q.) Simon qohumunun ölümünü görüb xeyli 

qəhərləndi. O, bu bədbəxtlərin günahından keçməyi xahiş etdi. Xan 

onun xahişinə  əməl edib, cəzanı  cərimə ilə  əvəz etdi. Cərimənin 

böyük hissəsini patriarx özü ödəmişdi. Hətta patriarxın özü də 

xəyanətkarlıqda şübhəli bilinmişdi (494, 4). Dövrün arxiv sənədinə 

görə, Hüseynəli xanın  əmri ilə Üçmüəzzin kilsə rahiblərindən altı 

nəfər öldürülmüşdü (90, 156). Bu mənbənin verdiyi məlumatı 

P.Butkov da təsdiq edir. O yazırdı: “Eyni zamanda xanlığın ərazisi 

II  İrakli tərəfindən güclü dağıntıya məruz qaldığından  İrəvan xanı 

Eçmiədzin (Üçmüəzzin – E. Q.) kilsəsini cəzalandırmaq fikrinə 

düşür. Lakin bütün əmlaklar gizlədildiyinə görə, xan oraya hücum 

edərək altı rahibi öldürür” (107, c.2, səh.74). 

Kartli-Kaxetiya qoşunlarının hücumu zamanı xanlığın 

ərazisinin güclü dağıntıya məruz qalmasından istifadə edən qiyamçı 

qüvvələr də fəallaşmış, quldurluq və özbaşnalıq daha da çoxalmışdı. 

Qiyamçı qüvvələri dəf etmək və xanlıqda qayda-qanun yaratmaq 

üçün Hüseynəli xan ilk növbədə II İrakli ilə sülh bağlamağı qərara 

aldı. Xan ilk növbədə çar qoşunları  tərəfindən  əsir aparılmış 

irəvanlıların geri qaytarılması üçün tədbirlər görməyə başladı. O, 

əsirlərin geri qaytarılması üçün 1780-ci ilin mayında Tiflisə 

qiymətli hədiyyələrlə nümayəndə heyəti göndərdi (5, 451). Xan 

məktublarında II İrakliyə göndərdiyi müxtəlif hədiyyələr haqqında 

ətraflı  məlumat vermişdi. Bu hədiyyələr arasında cürbəcür bahalı 

parçaları, zireh geyimləri, mal-qaranı, dəvəni və s. qeyd etmək olar 

(48, 91-96). Lakin Kartli-Kaxetiya çarı elçiləri yaxşı qarşılasa da, 

xanın xahişlərini yerinə yetirməyə  tələsmirdi. Elçilərin  əliboş geri 

qayıtdığını görən xan ruhdan düşməyərək gürcü qızı olan xanımının 

başçılığı ilə Tiflisə yeni nümayəndə heyəti göndərdi. II İrakli ilə 

görüşən xanım Hüseynəli xana məktub göndərərək, məqsədə 

çatmaq üçün çar yanında nüfuzu olan erməni katolikosunu bu işə 

cəlb etməyi xahiş etmişdi. Lakin katolikosun vasitəçiliyi də çarı 

yola gətirə bilməmişdi (161, 71). 



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə