Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə26/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   22   23   24   25   26   27   28   29   ...   179

78 

hakimiyyətinə qarşı çıxan qiyamçıların kömək üçün Qarabağ xanına 

müraciət etməsinə baxmayaraq, həmsərhəd olduğu bu xanlıqla 

normal qonşuluq münasibətlərini qorumağa çalışırdı. Onun İbra-

himxəlil xana göndərdiyi məktubda dostluqdan və  səmimiyyətdən 

söhbət getdiyinin şahidi oluruq (48, 78-79). 

Beləliklə, Kartli-Kaxetiya qoşunlarının  İrəvan xanlığına yü-

rüşün acı nəticələrini aradan qaldıran Hüseynəli xan xarici siyasətdə 

də müəyyən uğurlara nail oldu. Belə ki, o, ömrünün sonlarına yaxın 

qonşu Azərbaycan xanları ilə dostluq münasibətləri yarada bilmişdi. 



 

Georgievski müqaviləsi və  İrəvan uğrunda mübarizə. 

XVIII yüzilliyin 80-ci illərinin əvvəllərində Cənubi Qafqazda vəziy-

yət daha da mürəkkəbləşdi. Belə ki, II İrakli güclü müttəfiq 

olmadan Azərbaycanın bir sıra torpaqlarını, xüsusilə, İrəvan xanlı-

ğının öz çarlığına birləşdirməyin qeyri-mümkün olduğunu başa 

düşürdü. Apardığı siyasətlə bölgə dövlətlərinin-Osmanlı imperiya-

sının, Azərbaycan xanlıqlarının, Dağıstan siyasi qurumlarının nif-

rətini qazanmış Kartli-Kaxetiya çarı bu birlikdən qorxaraq 

Rusiyanın himayəsinə keçməyə çalışırdı. Belə plan hələ XVIII 

yüzilliyin 50-ci illərin sonları – 60-cı illərin əvvəllərində II İraklinin 

atası çar Teymurazın hakimiyyəti illərində mövcud olmuşdu. Lakin 

onun qəfil ölümü bu işi yarımçıq qoymuşdu (107, c.1, səh.241; 249, 

130-131). 

Kartli-Kaxetiya çarı məqsədini həyata keçirmək üçün Rusiya 

hökmdarı II Yekaterinaya xüsusi layihə ilə müraciət etmişdi. 

Cənubi Qafqazda öz mövqeyini möhkəmləndirməyə  cəhd edən 

Rusiya II İraklinin müraciətini məmuniyyətlə  qəbul etdi. Nəticədə 

1783-cü il iyulun 24-də Georgievskdə bağlanmış müqaviləyə görə, 

Kartli-Kaxetiya çarlığı Rusiya dövlətinin təbəəliyinə keçdi (107, 

c.2, səh, 11; 229, 67-70; 182, 9; 78, 277-286; 209, 436; 247, 168-

171; 291, 118-128). Bunun ardınca S.D.Burnaşovun başçılığı ilə iki 

rus batalyonu Tiflisə daxil oldu (502, 22). 

Georgievski müqaviləsi bölgədə çox böyük səs-küyə  səbəb 

oldu və qonşu dövlətləri bərk təşvişə saldı. Bu hadisə Kartli-




79 

Kaxetiya çarlığının həmin dövlətlərlə onsuz da yaxşı olmayan 

münasibətlərini daha da kəskinləşdirdi. Müqavilədə Azərbaycan 

xanlarının narazılığına səbəb maddələrin birində II İraklinin adının 

təmtəraqlı  və  şişirdilmiş formada göstərilməsi idi. Burada Kartli-

Kaxetiya çarının adı belə qeyd olunur: «…, Qazaxın mtavarı (hakim 

knyaz – E. Q.), Borçalının mtavarı,  Şəmşəddilin mtavarı, Qaxın 

mtavarı,  Şamaxının mtavarı,  Şirvanın mtavarı, Gəncə  və  İrəvanın 

padşahı» (209, 437). (Qeyd – Bildiyimiz kimi, Kartli-Kaxetiya çarı 

Şirvanda və onun mərkəzi  Şamaxıda heç bir zaman nüfuz sahibi 

olmamışdı. Digər tərəfdən, beynəlxalq vəziyyətlə  və ara mühari-

bələri ilə əlaqədar olaraq Gəncə və İrəvan xanlıqları müxtəlif dövr-

lərdə Kartli-Kaxetiya çarlığından nominal asılı olmuşdu. Lakin bu 

asıllıq yalnız vergi verməklə məhdudlaşırdı – E. Q.). P.Butkov yazır 

ki, «Rus qoşunları Gürcüstana (Kartli-Kaxetiyaya – E. Q.) daxil 

olduqdan sonra onun (II İrakli – E. Q.) vəziyyəti pisləşdi; onun 

təbəəliyində olan elat və ya köçəri tatarlar (Azərbaycan türkləri-E, 

Q.) və başqa müsəlman  əhalisi ona itaət etməkdən imtina etdi. O, 

Azərbaycanda  əvvəlki nüfuzunu itirdi və oradan alınan 

hədiyyələrdən məhrum oldu. Gəncə tamamilə ondan uzaqlaşdı, 

xoylu Əhməd xanla qohum olan İrəvan xanı bac verməkdən imtina 

etdi…» (107, c.2, səh, 177-178). 

Rusiya dövləti bu müqavilə ilə Azərbaycan xanlarına və 

Dağıstan hakimlərinə  təsir göstərmək üçün Kartli-Kaxetiya kimi 

əlverişli strateji meydan əldə etdi. Georgievsk müqaviləsi bölgə 

uğrunda yeni Rusiya–Osmanlı rəqabətinin daha da gərginləşməsinə 

səbəb oldu. Müqavilədən dərhal sonra Rusiya öz planlarını  həyata 

keçirmək üçün gerçək addımlar atmağa başladı. Bunun üçün 

bölgədə Rusiya siyasəti üçün əlverişli vəziyyət yaranmışdı. Belə ki, 

Kərim xan Zəndin ölümündən sonra Mərkəzi İranda hakimiyyəti ələ 

keçirən  Əlimurad xan II Yekaterina hökuməti ilə  əlaqə yaradaraq 

Qaradağ, Qarabağ, Naxçıvan və  İrəvan xanlıqlarını Rusiyaya 

güzəştə getmək müqabilində onun hakimiyyətini tanınmasını xahiş 

edirdi (107, c.2, səh.148; 78, 150; 147, 69-73). Hərçənd ki, bu 




80 

dövrdə onun bu xanlıqlar üzərində real hakimiyyətindən söhbət belə 

gedə bilməzdi. 

1783-cü il iyulun 30-da rus komandanlığı bir sıra Azərbaycan 

xanlarına və Dağıstan hakimlərinə Kartli-Kaxetiya çarlığının 

Rusiyanın himayəsinə keçdiyini bildirən fərmanlar göndərərək, 

onlardan da belə  hərəkət etmələri təklif etdi (14, 181). Fərmanları 

yerlərə çatdırmaq üçün sekund-mayor (XVIII yüzillikdə rus 

ordusunda kapitan rütbəsinə  bərabər zabit rütbəsi – E. Q.), qraf 

Apraksin və poruçik (çar ordusunda zabit rütbəsi – E. Q.), knyaz 

Çelokayev Tiflisə göndərildi (161, 78-79). 

İrəvan xanlığı uğrunda hər iki tərəf arasında mübarizə daha da 

şiddətləndi. Həm Rusiya, həm də Osmanlı dövləti Hüseynəli xanı 

öz tərəfinə çəkməyə çalışırdı. Eyni zamanda Kartli-Kaxetiya çarlığı 

ilə baş verən müharibədən sonra xanlığın dağılmış  təsərrüfatını 

bərpa etmək, hakimiyyətinə qarşı qiyamları, narazılıqları yatırmaqla 

məşğul olan Hüseynəli xan da bu ziddiyyətlərdən yararlanmağa 

çalışırdı. O, bitərəf mövqe tutaraq hər iki tərəflə  məktublaşır və 

dostluq münasibətləri saxlamağa çalışırdı. Bəzi türk müəllifləri 

əsərlərində Hüseynəli xanın siyasətini başqa cür izah etməyə çalış-

mışdılar. Belə ki, türk tədqiqatçısı M.A.Çakmaq yazırdı ki, «Os-

manlı dövləti ilə yaxın münasibətdə olan İrəvan xanı Hüseynəli xan 

və başqa Azərbaycan xanları Osmanlı dövləti tərəfindən gələn 

hədiyyələri qəbul etməkdən çəkinirdilər» (56, 54). Başqa bir Türki-

yə tədqiqatçısı etiraf edirdi ki, «…İrəvan ərazisinə göndərilmiş rus 

mühəndisləri İrəvan xanı Hüseynəli xan tərəfindən məmnuniyyətlə 

qəbul edilirdi» (57, 54). 

Əslində Hüseynəli xanın məktublarının məzmunundan gör-

mək olar ki, bu mürəkkəb tarixi şəraitdə  İrəvan hakimi hər iki tə-

rəflə mehriban münasibət saxlamağa çalışmış, xarici siyasətdə ba-

lanslaşdırma siyasəti yeritmişdi. Məsələn, Hüseynəli xanın 

II İrakliyə yazdığı  məktublardan aydın olur ki, o, bayramlarda və 

yaxud adi günlərdə II İrakliyə  hərbi geyimlər, müxtəlif növlü 

parçalar, cins atlar, dəvələr və  s.  kimi  hədiyyələr göndərməkdə 

davam edirdi. Məktublarda dostluq və  sədaqətdən danışılırdı (48, 



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə