48
Osmanlılarla müharibə İrəvan bölgəsinə böyük dağıntılar
gətirmişdi. Müharibə fəlakərinə məruz qalmış İrəvan Nadir xanın
burada həyata keçirdiyi tədbirlərdən sonra daha da acınacaqlı vəziy-
yətə düşdü. Onun əmrinə əsasən, bu bölgədən 300 ailə Xorasana
köçürüldü. Hətta xəzinədən hər ailə üçün ev əşyalarını daşımaq
üçün iki baş yük heyvanı, üç baş iribuynuzlu mal-qara, üç xalça, üç
litrlik mis qab, hər bir ailə üzvünə 3 litr un və taxıl, bir tümən pul
verilmişdi (497, 14; 493, 146). Bundan sonra yerli Azərbaycan
türklərinə şəhərdə qalması və yaxud şəhərdən könülü çıxıb getməsi
haqda müraciət edildi. Maddi vəziyyətindən asılı olaraq həm
müsəlman, həm də xristian varlılarından 10, 20, 40 və 50 tümən
məbləğində vergi alındı (87, 249). Nadirin göstərişinə əsasən bu
dəfə də, “Üçmiəzzin kilsəsinə toxunulmadı. Onun tərəfindən kato-
likos A.Kretatsiyə mehribanlıq göstərilmişdi (238, 249).
Qoşununun bir hissəsini İrəvan şəhərində saxlayan Nadir xan
yenidən Gəncəyə qayıdaraq mühasirəni davam etdirdi. Köməksiz
qalmış Gəncə qarnizonu məğlub edildi (498, 127). Gəncə qarnizonu
təslim olduqdan sonra Osmanlı qoşunları Azərbaycanı tamamilə
tərk etdi.
Azərbaycan ərazisi Osmanlı dövlətindən geri alındıqdan sonra
Nadir qoşunu ilə Muğan düzünə çəkilir. 1736-cı ildə Səfəvilər
sülaləsinin son nümayəndəsi şah III Abbasın (1732-1736) qəfil
vəfatından istifadə edən sərkərdə həmin ilin martında özünü şah
elan etdi (493, 150-154; 242, 118-125; 298, 319-320; 239, 106-108;
91, 63; 83, 122-125). Nadirin culusu mərasimində ayrı-ayrı böl-
gələrdən gəlmiş nümayəndələrlə yanaşı, İrəvandan gəlmiş xan,
şeyxülislam, katolikos, bəylər, mirzələr, ağalar, kələntərlər, kənd-
xudalar, məliklər və s. iştirak etmişdilər (238, 32).
Nadir şah seçildikdən sonra Səfəvi imperiyasının inzibati-
ərazi bölgüsünü ləğv etmişdir. Onun yaratdığı möhtəşəm dövlət
dörd iri vilayətə – Azərbaycan, İran İraqı, Xorasan və Fars vila-
yətlərinə bölündü (91, 126). Səfəvilərin Azərbaycanda mövcud olan
ayrı-ayrı bəylərbəylikləri Azərbaycan vilayəti adı altında birləş-
dirildi. Onun başçısı Nadir şahın qardaşı İbrahim xan təyin
olunmuşdur (238, 70; 242, 127; 44, 109-110).
49
Nadir şahın gördüyü ilk tədbirlərindən biri də Azərbaycanın
müxtəlif bölgələrinə və şəhərlərinə hakimlərin təyin edilməsi oldu.
O, ilk növbədə bölgələrdə Səfəvilər dövlətindən qalmış yerli
hakimləri işdən kənarlaşdıraraq, özünə yaxın və inandığı şəxsləri
hakim təyin edirdi. Yuxarıda göstərildiyi kimi, İrəvan qalasının geri
alınması ərəfəsində Məhəmmədqulu xan bölgənin hakimi təyin
edilmişdi. O, qısa hakimiyyəti dövründə İrəvan bölgəsini ədalətlə
idarə etmiş və yerli əhalinin rəğbətini qazana bilmişdi (238, 40).
Lakin şah seçildikdən sonra Nadir nədənsə Məhəmmədqulu
xanı yenidən geri qaytarmış, əvəzində Muğana gəlmiş Pir Mahmud
xanı İrəvan bölgəsinin xanı təyin etmişdi. A.Kretatsi yazırdı: «...ilk
əvvəl İrəvan xanı və bəylərbəyi təyin olunmuş Pir Mahmud xan
Heratdan gəlib çıxdı, lakin (şah) onu hal-hazırda yanında saxlayır.
Onun əvəzinə Muğandan (İrəvana) göndərilən naib Məhəmməd Rza
bəy bu günə qədər Pir Mahmud xanın əvəzinə İrəvan əyalətini idarə
edir” (238, 47).
Fəaliyyətinin birinci dövründə ölkəni xarici müdaxiləçilərdən
təmizləyən Nadir şah seçildikdən sonra apardığı saysız-hesabsız
müharibələri və ağır vergi siyasəti ilə xalqın vəziyyətini daha da
ağırlaşdırdı. Taxıl çatışmazlığı və əkin sahələrinin boş qalması
nəticəsində ölkəni aclıq bürümüşdü. Ölkədə yaranmış acınacaqlı
vəziyyəti A.Kretatsi belə təsvir edirdi: «Təkcə Muğanda deyil, hər
yerdə-Təbrizdə, Tuzaxda (Tovuz), Gəncədə, Qazaxda, Loruda,
Gürcüstanda, Sevan (Göyçə – E. Q.) gölünün sahillərində, Saxnu-
zorda, Qafanda, Naxçıvanda, İrəvanda çörək tapılmırdı. Bu vilayət-
lərdə buğdanın satış qiyməti bir şahıya satılır və bəzən bu qiymətə
də tapmaq olmurdu» (238, 82).
XVIII yüzilliyin 40-cı illərin əvvəllərində xalqın vəziyyəti
daha da ağırlaşdı. Apardığı müharibələr nəticəsində ordu və maddi
itkiyə məruz qalan Nadir şah 1743-cü ildə köhnə borcların və
vergilərin alınması haqqında fərman verdi və eyni zamanda yeni
vergi və cərimələr təyin etdi (240, 64-65; 91, 99). Şahın bu
fərmanından istifadə edən vergiyığanlar və əyalət başçıları varlan-
maq məqsədi ilə vergini ikiqat artırmaqla qazanc əldə edirdilər.
Vergilər isə əhalidən amansızlıqla alınırdı (240, 65).
50
Olduqca ağır vəziyyətə düşmüş, vergiləri vermək imkanı
olmayan xalq öz narazılığını müxtəlif vasitələrlə bildirirdi. Sadə
xalq vergi verməkdən boyun qaçırır, evlərini tərk edərək əlçatmaz
yerlərə sığınır, silahlı üsyan qaldırır və yaxud üsyançı dəstələrə
qoşulurdu. Məsələn, 1743-cü ilin axırları-1744-cü ilin əvvəllərində
Qars şəhərində yerləşən II Sam Mirzə özünü Səfəvilər taxt-tacının
varisi olduğunu elan edəndə, Azərbaycanın digər bölgələrindən, o
cümlədən İrəvandan minlərlə sadə adam, imtiyazlı təbəqənin
nümayəndələri və hətta qoşun hissələri onun tərəfinə keçmişdi.
Nadir şah bu axının qarşısını almaq üçün İrəvandan Qarsa qədər
cəza dəstələri yerləşdirmışdı (91, 175-176).
Bundan əlavə, irəvanlılar özləri də hakimiyyətə qarşı üsyan da
qaldırmışdı. Lakin əvvəllər İrəvan hakimi Pirmahmud xan bu
üsyanları yatırmağa müvəffəq olurdu (35, 24).
1746-1747-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində
Əfşarlar dövlətinə qarşı üsyanlar daha da gücləndi. Hətta sadə
xalqdan əlavə, nüfuzlu şəxslər də bu üsyanlarda fəal iştirak edirdi.
Həmin dövrdə Azərbaycanda olmuş Rusiya səfiri M.M.Qolitsın
yazırdı: «…hazırda buranın bir çox vilayətlərində və yerlərdə
təhlükəli vəziyyət yaranmış, böyük çaxnaşma başlanmışdı. Artıq
Gəncə, İrəvan, Naxçıvan, və Tiflisdə çoxlu vergilər və cərimələr
üzündən demək olar ki, kiçikdən böyüyə kimi bütün əhali, hətta
həmin şəhərlərin vəzifəli şəxsləri üsyan edib öz var-dövlətləri, mal-
qaraları ilə dağlara çəkilmişdilər» (35, 25). Azərbaycan bölgəsi
nəzarətdən çıxmışdı, əhali karvanları soyur və qarətlə məşğul
olurdu. Rəşt şəhərindəki Rusiya konsulu Kopıtovski M.M.Qolitsına
ünvanladığı 1747-ci il 24 may tarixli məlumatında bildirirdi:
«İrəvan, Gəncə, Tiflis, Şamaxı şəhərləri üsyan qaldırıb, əvvəlcə
Tiflis, Gəncə, Şamaxı, sonra isə İrəvan şahdan ayrılıb. Şamaxılılar
dağıstanlılarla, tiflislilər Gəncə əhalisi ilə birlikdə karvanları soyur
və qarətlə məşğul olurdular. İrəvanlılar isə qalanı möhkəmlən-
dirməklə məşğuldurlar» (8, 45-46).
Nadir şah bu üsyanların qarşısını almaq üçün əmisi oğlu
Əmiraslan xanı 20 min nəfərlik qoşunla şimali Azərbaycana gön-
dərdi. Bərdə yaxınlığında gəncəlilərlə baş verən döyüşdə şah qoşu-
Dostları ilə paylaş: |