39
qulu xan mahallardan qoşun toplayaraq Gəncə hakimi Uğurlu xanla
birləşdi. 1721-ci ilin payızında onların birləşmiş 40.000 nəfərlik
qoşunu Şirvana doğru hərəkət edərək Bərdə şəhəri yaxınlığında,
Kür çayı sahilində düşərgə salır. Lakin üsyançılar cəld tərpənərək
birləşmiş qoşuna hücum etdilər. Qəflətən yaxalanmış İrəvan və
Gəncə qoşunları fasiləsiz hücumlara tab gətirməyərək döyüş
meydanından qaçmalı oldu. Onlardan bir çoxu İrəvana, digərləri isə
Gəncəyə qaçdı. Allahqulu xanın özü Gəncə qalasına sığınaraq, bir
müddət burada qaldı. O, yalnız İrəvandan nümayəndə gəldikdən
sonra geri qayıda bilmişdi (93, 74; 166, 28-29).
XVII yüzilliyin sonu-XVIII yüzilliyin əvvəllərində Səfəvilər
imperiyasında başlayan iqtisadi və siyasi böhran onun beynəlxalq
vəziyyətinə də mənfi təsir göstərmişdi. Belə ki, bu dövlətin zəif-
ləməsindən istifadə edən qonşu Rusiya və Osmanlı imperiyalarının
burada baş verən hadisələrə açıq müdaxiləsi başladı. Qeyd etmək
lazımdır ki, XVIII yüzilliyin birinci rübündə Azərbaycan hər iki
imperiyanın siyasətində əsas yerlərdən birini tuturdu (251, 17; 77,
21; 255, 18-38). Onlar Səfəvi imperiyasında baş verən hadisələri
diqqətlə izləyir və hər hansı hadisədən öz məqsədləri üçün istifadə
etməyə can atırdılar. Nəticədə, XVIII yüzilliyin 20-ci illərin əvvəl-
lərindən başlayaraq Rusiya, azacıq sonra isə Osmanlı imperiyası
Azərbaycanda hərbi əməliyyatlara başladı. 1722-1723-cü illərdə I
Pyotrun başçılığı ilə rus qoşunlarının Xəzərsahili ərazilərə yürüşü
nəticəsində Dərbənddən Gilana qədər yerlər Rusiya tərəfindən işğal
olundu (107, c.1, 58-62; 108, 219-225; 239, 86-87; 83, 38-54; 45,
52-60; 46, 45-99).
Rusiyanın Xəzərsahili əraziləri işğal etməsi Osmanlı sarayını
narahat etməyə bilməzdi. 1722-ci ilin payızında sultan tərəfindən
Osmanlı imperiyasının Asiya əyalətlərinin paşalarına Ərzurumda
yığılşmaq və buradan Azərbaycana yürüşə başlamaq əmri verildi
(83, 55-56; 77, 35). Osmanlı qoşunlarının Azərbaycanda hərbi
əməliyyata başlaması Rusiya-Osmanlı dövlətləri arasında ziddiyyəti
daha da kəskinləşdirdi. İşğal etdiyi ərazilərə türkləri buraxmamağa
çalışan I Pyotr Osmanlı dövləti ilə danışıqlara girmək məcburuy-
40
yətində qaldı. Bu danışıqlar nəticəsində 1724-cü il iyulun 12-də
İstanbulda Rusiya ilə Osmanlı imperiyaları arasında müqavilə
başlandı. “İstanbul müqaviləsi”nə görə, Xəzərsahili əyalətlərin Rus-
iyanın tərkibinə keçməsi təsdiq olundu. Azərbaycanın digər əraziləri
isə Osmanlı dövlətinə “güzəşt” edildi (5, 419, 185-189; 107, c.1,
58-62).
1724-cü il İstanbul müqaviləsi Osmanlı dövlətinin Azərbay-
canda fəaliyyətini daha da genişləndirdi. Osmanlı qoşunları Azər-
baycana irimiqyaslı yürüşə başladı. İlk hücuma məruz qalan
bölgələrdən biri də İrəvan oldu. Azərbaycanın mərkəzi bölgələrinə
gedən yol buradan keçdiyindən İrəvanda möhkəmlənmək Osmanlı
sarayı üçün daha vacib məsələlərdən biri idi.
Osmanlı qoşunlarının baş komandanı təyin olunan Diyarbəkr
hakimi Arif Əhməd paşa 1724-cü il iyunun 24-də 30 minlik qoşunla
Araz çayını keçərək İrəvan əyalətinə daxil oldu. Lakin qoşunun
hərbi təchizatını kifayət hesab etməyən Osmanlı komandanlığı dörd
gün Arpaçay çayı sahilində düşərgə salaraq, Ərzurumdan 10 ədəd
topun gəlməsini gözlədi (74, 45; 493, 106; 87, 12).
Bu vaxt ərzində Osmanlı komandanlığı boş oturmadı. Baş
komandan Arif Əhməd paşa ağsaqqal bir şəxslə İrəvan bəylərbə-
yinə, əyanlarına və din xadimlərinə öz yürüşü haqqında məktub
yolladı. Məktubda İrəvan qalasının könüllü təslim edilməsi tələb
olunurdu. Əvəzində Osmanlı komandanlığı irəvanlıların həyat və
əmlaklarına toxunmayacağına söz verirdi (74, 46; 87, 12).
Eyni zamanda Osmanlı komandanlığı kəşfiyyat məqsədi ilə
Yavuz Həsənin və Qoç Əlinin başçılığı ilə 1800 nəfərdən ibarət
hərbi qüvvəni irəli göndərmişdi. İrəvan hakimi Allahqulu xan
(1719-1724) yolda ikən bu dəstənin qarşısını kəsmək qərarına gəldi.
Lakin İrəvan şəhəri yaxınlığında osmanlıların ön dəstəsi ilə
toqquşmada onun qoşunu məğlubiyyətə uğradı. Tərəflər arasında
xeyli ölən və yaralanan oldu. Məğlub edilmiş Allahqulu xan qalan
qoşunla İrəvan qalasına sığındı və bir daha nizami Osmanlı qoşunu
ilə açıq döyüşə girməyə cəhd etmədi (87, 8).
41
İrəvan qoşunu geri çəkildikdən sonra osmanlıların bu ön
dəstəsi irəli hərəkət edərək Gərni yaşayış məntəqəsini mühasirəyə
aldı. Osmanlı qoşununa güclü müqavimət göstərməsinə baxma-
yaraq, İrəvan hakimindən heç bir kömək almayan Gərni əhalisi
təslim oldu. Burada kiçik qarnizon yerləşdirildi (87, 8-10).
İrəvanlılardan heç bir cavab almayan Arif Əhməd paşa əsas
qoşunla İrəvan qalasına doğru hərəkət etdi. Lakin bu nizami qoşun
da irəvanlıların güclü müqavimətinə rast gəldi. Belə ki, 1724-cü il
iyulun 7-də şəhər ətrafında irəvanlılar Osmanlı qoşununa hücum
etdi. Tərəflər arasında iki saat davam edən döyüşdə Osmanlı qoşunu
qalib gəldi (74, 47; 492, 12).
Bu hadisədən sonra irəli hərəkət edən Osmanlı qoşunu həmin
gün İrəvan qalasını mühasirəyə aldı. Mühasirə qoşunlarının dü-
zülüşü belə idi: qalanın qərb tərəfində sərəsgər Arif Əhməd paşa öz
dəstəsi ilə mövqe tutmuşdu. Ondan sol tərəfdə Anadolu və Qars
bəylərbəyliyinin başçılığı ilə qoşun hissələri, sağ tərəfdə yeniçərlər,
cənub tərəfdə, Zəngi çayının arxasında isə Qarahisar hakiminin
başçılığı ilə sipahi dəstələri (süvari dəstəsi – E. Q.) yerləşmişdi
(492, 12).
Qeyd etmək lazımdır ki, Osmanlı qoşunlarının hücumunu
eşidən irəvanlılar müəyyən müdafiə tədbirləri görə bilmişdilər. Al-
lahqulu xanın göstərişinə əsasən, ətraf kəndlərin əhalisi qalaya
köçürülmüş, ərzaq tədarükü görülmüşdü. Bundan əlavə, Osmanlı
qoşunlarını hər cür ərzaqdan məhrum etmək üçün İrəvan mahal-
larına daxil olan 300 kəndin əhalisi qonşu əyalətlərə sığınmışdı
(492, 16; 87, 10-11).
İrəvan qalasının möhkəmliyini və irəvanlıların döyüş əzmini
görən Arif Əhməd paşa ilk növbədə qalanın könüllü təslim olun-
ması üçün danışıqlara başladı. O, bəylərbəyinin yanına aman mək-
tubu ilə xüsusi nümayəndə heyəti göndərdi. Öz növbəsində İrəvan
hakimi Allahqulu xan vaxt qazanmaq və şahdan kömək almaq
niyyəti ilə öz yaxın adamlarını Osmanlı düşərgəsinə göndərmək
məcburuyyətində qaldı. İrəvanın məşhur əyanlarından Məhəmməd
Mehdi bəydən, İmanqulu bəydən, Məhəmməd Zaman bəydən,
Dostları ilə paylaş: |