32
xinin görkəmli tədqiqatçısı T.T.Mustafazadənin Türkiyə arxivlərin-
dən əldə etdiyi, elmi ictimayyətə məlum olmayan zəngin sənədlər
əsasında yazdığı monoqrafiyası xüsusi əhəmiyyətə malikdir (55).
XVIII-XIX yüzilliyin əvvəllərini əhatə edən monoqrafiyada Os-
manlı dövlətinin Azərbaycan xanlıqları, xüsüsən də İrəvan xanlığı
ilə bağlı siyasi münasibətlərə toxunulmuşdu. Əsərdə İrəvan xanlı-
ğının siyasi vəziyyəti, Osmanlı, Rusiya və Qacar dövlətlərinin Cə-
nubi Qafqazda yeritdikləri siyasətində İrəvan xanlığının yeri və rolu
haqqında xeyli faktlar toplanmışdır.
T.T.Mustafazadənin dördcildlik «Ümumi tarix» adlı ümu-
miləşmiş əsərinin üçüncü cildində (54) Azərbaycan xanlıqlarının
siyasi, sosial-iqtisadi vəziyyətinə də toxunmuşdur. Əsərdə İrəvan
xanlığının digər xanlıqlarla, İran, Rusiya və Osmanlı dövlətləri ilə
siyasi münasibətləri qısaca da olsa öz əksini tapmışdır.
Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə siyasi əla-
qələrinə G.Nəcəflinin əsərində də toxunulmuşdur (57). Osmanlı
mənbələri əsasında yazılmış əsərdə İrəvan xanlığının siyasi vəziy-
yəti, xanlığın Kartli-Kaxetiya, Osmanlı Türkiyəsi, Rusiya, Qacar
dövlətləri ilə münasibətlərinə dair maraqlı faktlar aşkar edilmişdir.
F.Ağamalının əsərinin də (1) mövzumuz üçün xüsusi əhəmiy-
yəti vardır. Əsərdə ayrıca İrəvan xanlığından bəhs edilməsə də,
burada ümumi Azərbaycan xanlıqlarının sosial-iqtisadi, xanlıqların
dövlət quruluşu, inzibati-ərazi bölgüsü, torpaq mülkiyyəti formaları,
vergi və mükəlləfiyyətlər, şəhər və kənd həyatı, əhalinin sosial
tərkibi haqqında məsələlər işıqlandırılmışdır.
Son dövrlərdə Azərbaycan tarixşünaslığında tarixi coğrafiya
məsələsinə diqqət artmışdır. V.Piriyevin və T.İsmayılın əsərlərində
(58; 205) ümumi Azərbaycanın tarixi coğrafiyasınadan bəhs edi-
lərkən İrəvan bölgəsinə də qısaca toxunulmuşdur. Lakin qeyd edilən
əsərlər İrəvan bölgəsinin tarixi coğrafiyasını tam əks etdirmir və bu
məsələnin bəzi tərəfləri qaranlıq qalır.
Mövzumuz üçün N.R.Gözəlovanın İrəvan xanlığının siyasi və
etnodemoqrafik vəziyyətinə dair yazdığı məqalələrinin (150, 134-
141; 151, 61-72) də xüsusi yeri vardır. Onun ingilisdilli müəlliflərin
33
əsərlərində işıqlandırılan məlumatlar əsasında İrəvan xanlığının et-
nik tərkibinə həsr etdiyi məqaləsi xüsusilə əhəmiyyətlidir.
Mövzunun tədqiqində son dövrlərdə nəşr olunmuş yeddicild-
lik Azərbaycan tarixinin üçüncü və dördüncü cildlərindən də isti-
fadə olunmuşdu (22; 23). Bu ümumiləşmiş əsərlərdə Azərbaycanın
siyasi, ictimai-iqtisadi vəziyyəti ilə bərabər İrəvan bölgəsi haqqında
da məlumat verilmişdir.
Beləliklə, Vətən tarixində İrəvan bölgəsinin tarixi ilə bağlı
bəzi məsələlər öz əksini tapmasına baxmayaraq, bu bölgənin tarixi
tam öyrənilməmiş və bir çox məqamlar qaranlıq qalmışdır. Monoq-
rafiyada ilk dəfə olaraq XVII yüzilliyin sonu-XIX yüzilliyin orta-
larına qədər İrəvan bölgəsi tarixinin kompleks şəkildə tədqiqinə
cəhd göstərilmişdir.
34
I FƏSÝL
ÝRƏVAN BÖLGƏSÝNDƏ SÝYASÝ VƏZÝYYƏT
(XVII yüzilliyin sonu-XVIII yüzilliyin ortalarýnda)
XVI yüzilliyin əvvəllərindən fasilələrlə bir əsrdən çox davam
edən Osmanlı – Səfəvi müharibəsi 1639-cu ildə sülh müqaviləsi ilə
başa çatdı. Hərbi əməliyyatlar nəticəsində əldən-ələ keçən İrəvan bu
sülh müqaviləsinə əsasən Səfəvilər dövlətinə qaytarıldı və o, bu
dövlətin inzibati-ərazi bölgüsünə daxil olan Çuxursəd bəylərbəy-
liyinin əsas mərkəzi əyaləti oldu (61, 21; 298, 117; 29, 241-242;
467, 88). Azərbaycanın şimal-qərbində yerləşən İrəvan bölgəsi
Osmanlı Türkiyəsi ilə həmsərhəd olduğundan Səfəvi şahları bu
əraziyə xüsusi diqqət yetirir, özlərinə yaxın, nüfuzlu əyanları bu
bölgəyə hakim təyin edirdilər. Bəylərbəyilərin iqamətgahı İrəvan
şəhərində yerləşirdi.
Sülh müqaviləsinin bağlanması Azərbaycanda, o cümlədən
İrəvan bölgəsində dağılmış təsərrüfatın bərpa edilməsinə və canlan-
masına səbəb oldu. Bu proses əsrin sonlarına qədər davam etdi.
XVII yüzilliyin sonu – XVIII yüzilliyin əvvəllərində isə Səfəvilər
imperiyasında uzun sürən dərin iqtisadi və siyasi böhran başladı.
Şah I Sultan Hüseynin (1694-1722) başçılıq etdiyi mərkəzi haki-
miyyət zəiflədi, dövlət məmurlarının və iri əyalət hakimlərinin
özbaşnalığı artdı. Onlar mərkəzdən gələn qanun-qaydalara məhəl
qoymur, hakimiyyətləri altında olan yerlərdə özbaşnalıq edir, sadə
xalqı qarət edirdilər. Ona görə də, bütün imperiyanı oğurluq və
quldurluq bürümüşdü (493, 6; 42, 20; 99, 112; 242, 3-14; 91, 35-36;
199, 74-80).
1699-1702-ci illərdə şahın keçirdiyi islahatlar da imperiyanı
tənəzzüldən xilas edə bilmədi. Əksinə bu islahatlar xalqın və-
ziyyətini daha da çətinləşdirdi (166, 18-20; 239, 63-65).
35
Səfəvilər imperiyasında baş vermiş həmin böhran İrəvan
bölgəsində də özünü göstərmişdi. Qeyd etmək lazımdır ki, bu
bölgədə iqtisadi böhranın ilk əlamətləri daha əvvəl özünü büruzə
vermişdi. Hələ XVII yüzilliyin 70-ci illərin əvvəllərindən İrəvanda
tez-tez baş verən məhsulsuzluq, qıtlıq, aclıq, xəstəlik və təbii
fəlakətlərin vurduğu dəhşətli ziyanlar belə əlamətlərdən idi. Bu
hadisələr də mənbələrdə öz əksini ətraflı tapmışdı. İlk belə vəziyyət
(aclıq) 1673-cü il yanvarın əvvəllərindən iyul ayına qədər davam
etmiş, İrəvan da daxil olmaqla Təbrizdən Gəncəyə qədər böyük bir
ərazini qıtlıq bürümüşdü. Nəticədə aclıq əhalini dəhşətli vəziyyətə
salmış, məhsulun qiyməti hədsiz dərəcədə artmışdı. Z.Əylisli
“Gündəliyi”ndə yazırdı ki, “1 litr (bax çəki və ölçü vahidləri haq-
qında səh.441-442-E.Q) unun qiyməti 400 dian, düyü 400 dian, ət
200 dinana idi. Çox vaxt bu məhsulların özü tapılmırdı. Əhali
aclıqdan ot yeyirdi. Tez-tez unüyüdən dəyirmanlar, hətta müqəddəs
yerlər hücumlara məruz qalırdı” (167, 94).
1677-ci ildə İrəvan bölgəsi daha bir fəlakətlə üzləşdi. 1677-ci
ilin may ayında ev quşlarında kütləvi xəstəlik baş verdi. Quş ətini
və yumurtasını yeyənlər 40 gündən sonra özləri ölürdülər. Bu
fəlakətdən qurtarmaq üçün yerli əhali kütləvi surətdə quşları
qıraraq, torpağa basdırırdı (167, 109).
Bu fəlakət qurtarmamış İrəvan yeni bir fəlakətə məruz qaldı.
1679-cu il iyunun 4-də İrəvanda dəhşətli zəlzələ baş verdi. Dağın-
tının miqyası geniş və kədərli idi. Zəlzələ nəticəsində İrəvan qalası,
bəylərbəyinin evi, məscid və minarələr və hamamlar yerlə – yeksan
olmuşdu. Qayalar zəlzələnin gücündən uçaraq suvarma arxlarının
yolunu kəsmiş, çoxlu kənd dağıntıya məruz qalmışdı. Minlərlə
insan bu zəlzələnin qurbanı olmuşdu. O ailə yox idi ki, zəlzələdən
zərər çəkməsin. Hətta ailələrdən 5, 8, 9 nəfər uçulmuş evlərin
altında qalan olmuşdu. Hesablamalara görə, bütün əyalətdə zəlzələ
qurbanların sayı 7.600 nəfərə çatmışdı (167, 117-118; 219, 197).
Çuxursəd bəylərbəyi Zal xan (1679-1688) bu dəhşətli zəlzələ
haqqında şaha xəbər göndərərək kömək istəmişdi. Zəlzələnin nəti-
cələrini aradan qaldırmaq üçün Azərbaycanın müxtəlif yerlərindən
Dostları ilə paylaş: |