36
İrəvana kömək gəlmişdi. İlk olaraq Gəncədən 800 nəfər göndəril-
miş, Naxçıvan hakimi Məhəmmədrza xan öz qoşunu ilə köməyə
tələsmişdi. Şahın əmri ilə Təbriz hakimi Mirzə İbrahim də İrəvana
gəlmişdi. O, Bərdə, Maku, Loru, Sədərək, Car və digər qonşu
hakimləri köməyə çağırdı. Bundan əlavə, əyalətin sağ qalmış əhalisi
də bu işə cəlb olundu. Beləliklə, zəlzələnin törətdiyi dağıntıları
aradan qaldırılması istiqamətində böyük işlər görülməyə başlandı.
İrəvan qalası üç sıra divarla möhkəmləndirilmiş, Zəngi çayının
üstündəki körpü yenidən bərpa olunmuşdu. İrəvanı su ilə təmin
edən arxlar təmizlənərək işlək halına gətirildi. Lakin zəlzələnin
nəticələri tam aradan qaldırılmadı. Belə ki, köməyə gələn xanlar,
bəylər və sadə camaat İrəvanda yalnız qışa qədər qala bilmişdi.
Havalar soyuyan vaxt isə şahın göstərişi ilə hərə öz yerinə qayıtdı
(167, 118; 225, 198).
Zəlzələnin nəticələri aradan qalxmamış 1681-ci ildə İrəvanda
yenidən aclıq başladı. Aclıq qonşu əyalətləri bürüsə də, İrəvanda
özünü daha kəskin surətdə göstərmişdi. Z.Əylisli yazırdı ki, “1681-
ci ildə İrəvanı aclıq bürüdü. Bir somar (bax.441) buğdanın qiyməti
1200 diana qalxmışdı. Arpa buğdadan daha çox bahalaşdı, bir
somar arpa 12 Təbriz tüməninə bərabər olmuşdu. Düyünün qiyməti
2000 dian idi. İnsanlar qatıq və pendirlə keçinirdi. Çoxlu zavallı
insan aclığını təmin etmək üçün otla dolanırdı. Əhali çörəyi
keşişçilərin vasitəsilə əldə edirdi. Belə aclıq yalnız İrəvan şəhərini
deyil, Kallantdan (?) Tokata qədər yeri əhatə etmişdi. Lakin aclıq
heç bir yerdə İrəvandakı qədər özünü büruzə verməmişdi. Əldə
edilən çörəyin isə yalnız adı vardı, bu çörək deyildi, torpaq idi”
(167, 126-127).
XVII yüzilliyin axırlarından başlayan iqtisadi böhran ölkəni
siyasi böhrana da sürükləyirdi. Azərbaycanın digər bölgələrində
olduğu kimi, İrəvan bölgəsinin əhalisi də hakimlərin öz vəzifələrin-
dən sui-istifadə etməsindən əziyyət çəkirdi. Bu dövrdə bəylərbəyi
vəzifəsini icra edən Fərzəli xanın (1694-1700) və onun yaxın
adamlarının özbaşnalığı üzündən bölgədə böhranlı vəziyyət
yaranmışdı. Bu yeni hakim İrəvanın həyatında böyük rol oynamış
37
məşhur Əmirgünə xan Qacarın (1605-1625) nəvəsi idi. Lakin baba-
sından fərqli olaraq Fərzəli xan, acgöz, xəsis, qarətçi, rüşvətxor,
pula satılan hakim idi. O, məhkəmə işlərində ədalətsiz qərarlar
çıxarırdı. Əgər bir nəfər şikayət etsəydi, Fərzəli xan həmin şəxsi
istintaqsız cərmələyirdi. Cərmənin miqdarı bir sikkə olsa da, iyirimi
sikkə alırdı (225, 225; 187, 227).
Onun özbaşnalığı bölgədə hərc-mərcliyin artmasına səbəb
olmuşdu. Quldurluq və oğurluğun sayı artdı. Quldurlar və oğrular
açıq-açığına kəndlərə, örüş yerlərinə soxularaq mal-qaranı aparır,
taxıl ehtiyatını oğurlayırdılar. Bu cür hallar cəzasız qalır, heç bir
tədbir görülmürdü. Belə ki, hər hansı quldur və oğru həbs edildisə
də, cərimə ödəməklə həbsdən azad olunurdu. Onlar yenidən
hərəkətlərini davam etdirirdilər (225, 225).
Əyalət hakimlərinin özbaşnalığı o dərəcədə artmışdı ki, onlar
hətta camaatın ailələrinə sataşmaqdan belə çəkinmirdilər.
Bəylərbəyilər şah I Sultan Hüseynin (1694-1722) eyş-işrət məclisini
sevdiyini bildiklərindən yerlərdə gözəl qızları toplayaraq mərkəzə
göndərir, bu işdən də qazanc güdürdülər. Z.Kənəkirlinin sözlərinə
görə, Orta Asiyadan gələrək şahın qulluğuna keçən 7 min özbək
döyüşçüsü üçün dövlətin ayrı-ayrı bölgələrindən 7 min gözəl qız
toplanması elan edildi. İrəvan bəylərbəyi Fərzəli xan bütün
əyalətdən 500 qız toplamış, valideyinlərindən pul alaraq onların
çoxunu buraxmış, cəmi 40 qız saxlamışdı (225, 223-224; 298, 294).
Görünür, Fərzəli xanın özbaşnalığı xalqın narazılığına səbəb
olduğuna görə, şah onu İrəvandan geri çağırmışdı. İrəvanda böh-
ranlı vəziyyətin yaranmasını bəylərbəylərin mərkəzi hakimiyyət
tərəfindən tez-tez dəyişməsi ilə də izah etmək mümkündür. Belə ki,
Fərzəli xandan sonra Zöhrab xan (1700-1705) (ikinci dəfə – E. Q.),
Əbdülməhəmməd xan (1705-1709), Mehrəli xan (1709-1719)
Çuxursəd bəylərbəyi təyin olunmuşdular (472, 5; 49, 15). Lakin
mənbələrdə bu hakimlərin hakimiyyət dövrü haqqında məlumatlara
rast gəlmədik.
Yalnız mənbələrin birində adı çəkilən hakimlərdən Mehrəli
xanın dövründə (1709-1719) İrəvan bölgəsində baş verən bəzi
38
hadisələr haqqında məlumat əldə edə bilmişik. Belə ki, 1710-cu ildə
Mehrəli xanın Bəyazid paşası ilə münaqişəsi olmuşdu. Mənbədə
bunun səbəbi göstərilməsə də, çox güman ki, bu münaqişə Osmanlı
dövlətindən bəzi elatların İrəvanın ərazisinə qeyri-qanuni
müdaxiləsi ilə əlaqədar idi. Onlar arasında münaqişə o qədər ciddi
olmuşdu ki, bu məsələ dövlət səviyyəsində həll olunmuşdu.
Osmanlı dövləti şah sarayına xüsusi nümayəndə heyəti göndərmiş,
Mehrəli xan paytaxta çağırılmışdı (501, 253, 255).
Lakin Səfəvi dövlətinin böhranlı vəziyyətindən istifadə edən
bəzi qüvvələrin Osmanlı ərazisindən müdaxilələri davam edirdi.
1718-ci ildə Osmanlı ərazisindən kürd dəstələri tez-tez İrəvanın
sərhəd məntəqələrinə qarətçi yürüşlər edərək, xalqı soyub talayırdı
(501, 326).
1719-cu ildə Mehrəli xanı Allahqulu xan (1719-1724) əvəz
etdi (187, 266; 472, 5; 49, 15). O, Səfəvi şahı tərəfindən İrəvana
təyin olunmuş sonuncu hakimlərdən idi. Bu hakimin dövründə irə-
vanlılar Hacı Davudun başçılığı ilə üsyançı dəstələrinə və Osmanlı
qoşunlarının hərbi müdaxiləsinə qarşı mübarizə aparmaq məcburiy-
yətində qalmışdılar. Belə ki, Səfəvilər imperiyasında baş vermiş
böhranın məntiqi nəticəsi olaraq, Azərbaycanın hər tərəfini üsyanlar
bürümüşdü. Bu üsyanların ən böyüyü Hacı Davudun başçılığı ilə
olmuş Şirvan üsyanı idi. Dağıstan feodalları ilə birlikdə hərəkət
edən Hacı Davud öz dəstəsi ilə Şabran, Xudat, Bakı və Dərbənd
şəhərlərinə hücumlardan sonra 1721-ci ilin avqustunda zəmanənin
ən böyük ticarət mərkəzi olan Şamaxı şəhərini ələ keçirmişdi (493,
79; 152, 108; 166, 28; 95, 102; 83, 33-34; 45, 45-48).
Şamaxının tutulması xəbəri tezliklə bütün ölkəyə yayılmışdı.
Bundan təşvişə düşən İrəvan və Gəncə hakimləri şaha müraciət
edərək ondan kömək istəmişdilər. Lakin bu dövrdə şahın özünə
kömək lazım idi. Üsyan etmiş əfqan tayfaları öz hücumları ilə
Səfəvi dövlətinin paytaxtı İsfahanı qorxu altında saxlayırdılar (166,
28-29).
Şahdan heç bir kömək almayan hakimlər öz qüvvələri ilə
üsyançıları cəzalandırmaq qərarına gəldilər. İrəvan hakimi Allah-
Dostları ilə paylaş: |