29
xanlığı dövlət idarəçiliyi aparatına görə erməni dövləti deyildir»
(291, 57). Müəllifin gəldiyi bu nəticə mövzumuz üçün mühüm
əhəmiyyət kəsb edir.
Azərbaycan sovet tarixşünaslığında isə İrəvan bölgəsi ilə bağlı
məsələlərə münasibət bir qədər fərqlənir. 1920-1930-cu illərdə xal-
qımıza qarşı repressiyaların güclənməsi, inzibati amirlik sisteminin
tarixşünaslığa da sirayət etməsi tariximizin obyektiv tədqiqinə mane
olmuşdu. Tədqiqatçılarımız millətçi damğasından ehtiyat edərək ta-
riximizin bir çox problemlərin dəyəndirilməsi, əsasən də ərazi
məsələsində sadəcə susmuşdular. Məhz bu baxımdan İrəvan bölgə-
sinin tarixinə “biganə” yanaşılmış və bir növ Azərbaycanın bu qə-
dim torpaqları ermənilərə sanki «güzəşt» edilmişdi.
Azərbaycan xanlıqları ilə bağlı məsələlər 1958 və 1961-ci
illərdə nəşr edilmiş üçcildlik “Azərbaycan tarixi”nin birinci və
ikinci cildlərində öz əksini tapmışdı (20; 21). Bu ümumiləşdirici
əsərlərdə Azərbaycan xanlıqlarının yaranmasının şərtləri, ictimai-
iqtisadi və siyasi quruluşu, Rusiya tərəfindən işğalından bəhs edilir.
Məhz burada qoyulan məsələləri İrəvan xanlığının tarixinə də şamil
etmək olar.
XVIII yüzilliyin Azərbaycan tarixinin görkəmli tədqiqatçısı
H.V.Abdullayevin əsərlərində (75; 76) Azərbaycan xanlıqlarının
sosial-iqtisadi və siyasi vəziyyəti, inzibati ərazi bölgüsü, torpaq
mülkiyyəti formaları, vergi və mükəlləfiyyətlər və s. məsələlərə ge-
niş yer verilmişdir. Bu əsərlərdə XVIII yüzilliyin 60-cı illərin
axırlarında Quba xanlığı ilə İrəvan xanlığı arasında olan siyasi mü-
nasibətlərin işıqlandırılması da bizim mövzumuzun tədqiqində çox
müsbət rol oynamışdır.
İrəvan bölgəsi tarixinin bu və ya digər məsələlərinə toxu-
narkən Azərbaycan tədqiqatçılarından Ə.Sumbatzadənin, F.Əli-
yevin, H.Dəlilinin, S.Məmmədovun, C.Mustafayevin əsərlərindən
(490; 31; 32; 83; 27; 28; 243; 244; 254) də istifadə edilmişdi.
Azərbaycan Sovet Ensiklopediyasında da İrəvan bölgəsi
haqqında bəzi məlumatlar öz əksini tapmışdı (19). Lakin burada
İrəvan bölgəsi ilə bağlı məsələlərə çox “ehtiyatlı” yanaşılmış və çox
ziddiyyətli məlumat verilmişdi. ASE-nin İrəvanla bağlı məlumatı
30
iki hissədən ibarətdir. Birinci hissədə İrəvan xanlığı Cənubi Qaf-
qazda (Azərbaycanda yox – E.Q.) yaranan dövlət kimi qeyd
olunmuş, onun erməni ənənəsinə uyğun “Ararat” düzənliyində, “Se-
van” gölü hövzəsində yarandığı xüsusilə vurğulanmışdır. Bunun
ardınca hakimiyyətdə əslən azərbaycanlı olan hakimlər və onların
fəaliyyəti haqqında məlumat verilmişdi. İkinci hissədə isə Ermə-
nistan tarixi ilə bağlı məlumatlar öz əksini tapmışdı. Burada da
İrəvan xanlığı erməni dövləti kimi göstərilmiş, İrəvanda baş verən
hadisələr ermənilərin azadlıq mübarizəsi kimi qeyd olunmuşdu.
Mövzumuzla bağlı əsərlərin dördüncü qrupuna XX yüz-
illiyin 90-cı illərin əvvəllərində Azərbaycan Respublikası öz dövlət
müstəqilliyini yenidən bərpa etdikdən sonra yazılan əsərlər daxildir.
Müstəqillik əldə edildikdən sonra xalqımız öz tarixinə sahib çıxmış
və tədqiqatçılarımız bu sahədə xeyli uğur qazanmışlar. Məhz bu
səbəbdən, sovet dövründə zor gücünə Azərbaycan xanlıqlarının
tarixindən ayrı öyrənilən İrəvan bölgəsinin tarixinə dair əsərlər
yazılmağa başlandı.
Müstəqillik dövründə İrəvan xanlığının bilavasitə tarixinə
həsr edilmiş ilk cəhd kimi M.İsmayılovun F.Əliyevlə yazdıqları
“İrəvan xanlığı” məqaləsini hesab etmək olar (40). Məqalədə
yaranmasından süqutuna qədər yığcam olaraq İrəvan xanlığının
siyasi, iqtisadi tarixi, etnik tərkibi və s. məsələlər işıqlandırılmışdır.
Azərbaycan xanlıqlar dövrünün görkəmli tədqiqatçılarından
biri F.Əliyevin U.Həsənovla birlikdə yazdıqları «İrəvan xanlığı»
monoqrafiyası (35) isə sonralar İrəvan xanlığı tarixi haqqında
yazılacaq əsərlər üçün bir örnəkdir. Əsərdə İrəvan xanlığının siyasi,
ictimai-iqtisadi vəziyyəti, inzibati-ərazi bölgüsü, torpaq mülkiyyəti
formaları, vergi və mükəlləfiyyətlər kimi məsələlər öz əksini
tapmışdı. Lakin ilk cəhd olduğu üçün arxiv materiallarının azlığın-
dan monoqrafiyada çatışmayan cəhətlər az deyil. Əsərdə İrəvan
xanlığı ilə Kartli-Kaxetiya çarlığı, Rusiya, Qacar, Osmanlı dölətləri
ilə siyasi münasibətlərdə bir çox məsələlər diqqətdən kənarda
qalmış, hadisələrə çox müxtəsər toxunulmuş, hakimiyyətdə olan
İrəvan hakimlərinin hamısı haqqında məlumat verilməmişdi.
31
Bu qrupa daxil olan əsərlərdən biri də «Naxçıvan xanlığı»
monoqrafiyasıdır (34). F.Əliyevin və M.Əliyevin birlikdə yazdıqları
bu əsərdə Naxçıvan xanlığının tarixinə toxunulsa da, burada İrəvan
xanlığının Naxçıvan, Qarabağ, Xoy xanlıqları ilə siyasi münasi-
bətləri, Ağa Məhəmmd şah Qacarın yürüşləri dövründə Naxçıvan və
İrəvan xanlıqlarının siyasi durumu kimi məsələlərə toxunulmuşdu.
M.Süleymanovun əsəri isə İrəvan xanlığının Rusiyaya birləş-
dirilməsi tarixindən bəhs edir (63). Əsərdə İrəvan xanlığının siyasi
tarixi, onun Rusiya, Kartli-Kaxetiya çarlığı, Qacar, Osmanlı dövlət-
ləri ilə münasibətləri, dövlət quruluşu, inzibati-ərazi bölgüsü, əhali
haqqında məsələlər öz əksini tapmışdı. Lakin bu əsərin qüsuru on-
dan ibarətdir ki, müəllif təsvir etdiyi hadisələrin sitatını göstərmə-
mişdi.
N.Mustafayevanın Cənubi Azərbaycan xanlıqlarına həsr olun-
muş əsərində mövzumuzun ayrı-ayrı məsələlərinə toxunulmuşdur
(53). Daha çox Cənubi Azərbaycan xanlıqlarının siyasi, sosial-
iqtisadi vəziyyətindən bəhs edən müəllif əsərdə Xoy xanlığı ilə İrə-
van xanlığının siyasi münasibətlərini, Ağa Məhəmməd şah Qacarın
yürüşlərini, birinci və ikinci İrəvan yürüşlərini, xanlığın rus
qoşunları tərəfindən işğalını qısa da olsa təsvir etmişdir.
V.Umudlunun əsəri (67) XIX yüzilliyin əvvəllərində Azər-
baycan xanlıqlarının rus işğalçılarına qarşı mübarizəsi və işğalın
gedişinə həsr edilmişdi. Monoqrafiyada İrəvan xanlığının siyasi
vəziyyəti, birinci və ikinci Rusiya-Qacar müharibələri dövründə
İrəvan uğrundu müharibə və bu xanlığın işğalı məsələləri də təsvir
edilmişdir.
AMEA A.A.Bakıxanov adına Tarix İnstitunun 2009-cu ildə
nəşr etdirdiyi “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali
Azərbaycan torpaqlarına köçürülməsi” adlı monoqrafiyası (39)
mövzumuz üçün əhəmiyyətli əsərlərdəndir. Əsər İrəvan xanlığının
siyasi-iqtisadi və mədəni tarixinə, əhali məsələlərinə həsr edil-
mişdir.
Son dövrlərdə Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə
siyasi münasibətlərindən bəhs edən xeyli əsərlər meydana gəlmişdi.
Bu problemin araşdırılmasında Azərbaycan xanlıqlar dövrü tari-
Dostları ilə paylaş: |