Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə12/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   8   9   10   11   12   13   14   15   ...   179

36 

İrəvana kömək gəlmişdi.  İlk olaraq Gəncədən 800 nəfər göndəril-

miş, Naxçıvan hakimi Məhəmmədrza xan öz qoşunu ilə köməyə 

tələsmişdi. Şahın əmri ilə Təbriz hakimi Mirzə İbrahim də İrəvana 

gəlmişdi. O, Bərdə, Maku, Loru, Sədərək, Car və digər qonşu 

hakimləri köməyə çağırdı. Bundan əlavə, əyalətin sağ qalmış əhalisi 

də bu işə  cəlb olundu. Beləliklə, zəlzələnin törətdiyi dağıntıları 

aradan qaldırılması istiqamətində böyük işlər görülməyə başlandı. 

İrəvan qalası üç sıra divarla möhkəmləndirilmiş, Zəngi çayının 

üstündəki körpü yenidən bərpa olunmuşdu.  İrəvanı su ilə  təmin 

edən arxlar təmizlənərək işlək halına gətirildi. Lakin zəlzələnin 

nəticələri tam aradan qaldırılmadı. Belə ki, köməyə  gələn xanlar, 

bəylər və sadə camaat İrəvanda yalnız qışa qədər qala bilmişdi. 

Havalar soyuyan vaxt isə  şahın göstərişi ilə  hərə öz yerinə qayıtdı 

(167, 118; 225, 198). 

Zəlzələnin nəticələri aradan qalxmamış 1681-ci ildə İrəvanda 

yenidən aclıq başladı. Aclıq qonşu  əyalətləri bürüsə  də,  İrəvanda 

özünü daha kəskin surətdə göstərmişdi. Z.Əylisli yazırdı ki, “1681-

ci ildə İrəvanı aclıq bürüdü. Bir somar (bax.441) buğdanın qiyməti 

1200 diana qalxmışdı. Arpa buğdadan daha çox bahalaşdı, bir 

somar arpa 12 Təbriz tüməninə bərabər olmuşdu. Düyünün qiyməti 

2000 dian idi. İnsanlar qatıq və pendirlə keçinirdi. Çoxlu zavallı 

insan aclığını  təmin etmək üçün otla dolanırdı.  Əhali çörəyi 

keşişçilərin vasitəsilə  əldə edirdi. Belə aclıq yalnız  İrəvan  şəhərini 

deyil, Kallantdan (?) Tokata qədər yeri əhatə etmişdi. Lakin aclıq 

heç bir yerdə  İrəvandakı  qədər özünü büruzə verməmişdi.  Əldə 

edilən çörəyin isə yalnız adı vardı, bu çörək deyildi, torpaq idi” 

(167, 126-127). 

XVII yüzilliyin axırlarından başlayan iqtisadi böhran ölkəni 

siyasi böhrana da sürükləyirdi. Azərbaycanın digər bölgələrində 

olduğu kimi, İrəvan bölgəsinin əhalisi də hakimlərin öz vəzifələrin-

dən sui-istifadə etməsindən  əziyyət çəkirdi. Bu dövrdə  bəylərbəyi 

vəzifəsini icra edən Fərzəli xanın (1694-1700) və onun yaxın 

adamlarının özbaşnalığı üzündən bölgədə böhranlı  vəziyyət 

yaranmışdı. Bu yeni hakim İrəvanın həyatında böyük rol oynamış 



37 

məşhur Əmirgünə xan Qacarın (1605-1625) nəvəsi idi. Lakin baba-

sından fərqli olaraq Fərzəli xan, acgöz, xəsis, qarətçi, rüşvətxor, 

pula satılan hakim idi. O, məhkəmə  işlərində  ədalətsiz qərarlar 

çıxarırdı.  Əgər bir nəfər  şikayət etsəydi, Fərzəli xan həmin  şəxsi 

istintaqsız cərmələyirdi. Cərmənin miqdarı bir sikkə olsa da, iyirimi 

sikkə alırdı (225, 225; 187, 227). 

Onun özbaşnalığı bölgədə  hərc-mərcliyin artmasına səbəb 

olmuşdu. Quldurluq və  oğurluğun sayı artdı. Quldurlar və  oğrular 

açıq-açığına kəndlərə, örüş yerlərinə soxularaq mal-qaranı aparır, 

taxıl ehtiyatını  oğurlayırdılar. Bu cür hallar cəzasız qalır, heç bir 

tədbir görülmürdü. Belə ki, hər hansı quldur və oğru həbs edildisə 

də, cərimə ödəməklə  həbsdən azad olunurdu. Onlar yenidən 

hərəkətlərini davam etdirirdilər (225, 225). 

Əyalət hakimlərinin özbaşnalığı o dərəcədə artmışdı ki, onlar 

hətta camaatın ailələrinə sataşmaqdan belə  çəkinmirdilər. 

Bəylərbəyilər şah I Sultan Hüseynin (1694-1722) eyş-işrət məclisini 

sevdiyini bildiklərindən yerlərdə gözəl qızları toplayaraq mərkəzə 

göndərir, bu işdən də qazanc güdürdülər. Z.Kənəkirlinin sözlərinə 

görə, Orta Asiyadan gələrək  şahın qulluğuna keçən 7 min özbək 

döyüşçüsü üçün dövlətin ayrı-ayrı bölgələrindən 7 min gözəl qız 

toplanması elan edildi. İrəvan bəylərbəyi Fərzəli xan bütün 

əyalətdən 500 qız toplamış, valideyinlərindən pul alaraq onların 

çoxunu buraxmış, cəmi 40 qız saxlamışdı (225, 223-224; 298, 294). 

Görünür, Fərzəli xanın özbaşnalığı xalqın narazılığına səbəb 

olduğuna görə,  şah onu İrəvandan geri çağırmışdı.  İrəvanda böh-

ranlı  vəziyyətin yaranmasını  bəylərbəylərin mərkəzi hakimiyyət 

tərəfindən tez-tez dəyişməsi ilə də izah etmək mümkündür. Belə ki, 

Fərzəli xandan sonra Zöhrab xan (1700-1705) (ikinci dəfə – E. Q.), 

Əbdülməhəmməd xan (1705-1709), Mehrəli xan (1709-1719) 

Çuxursəd bəylərbəyi təyin olunmuşdular (472, 5; 49, 15). Lakin 

mənbələrdə bu hakimlərin hakimiyyət dövrü haqqında məlumatlara 

rast gəlmədik. 

Yalnız mənbələrin birində adı  çəkilən hakimlərdən Mehrəli 

xanın dövründə (1709-1719) İrəvan bölgəsində baş verən bəzi 



38 

hadisələr haqqında məlumat əldə edə bilmişik. Belə ki, 1710-cu ildə 

Mehrəli xanın Bəyazid paşası ilə münaqişəsi olmuşdu. Mənbədə 

bunun səbəbi göstərilməsə də, çox güman ki, bu münaqişə Osmanlı 

dövlətindən bəzi elatların  İrəvanın  ərazisinə qeyri-qanuni 

müdaxiləsi ilə əlaqədar idi. Onlar arasında münaqişə o qədər ciddi 

olmuşdu ki, bu məsələ dövlət səviyyəsində  həll olunmuşdu. 

Osmanlı dövləti şah sarayına xüsusi nümayəndə heyəti göndərmiş, 

Mehrəli xan paytaxta çağırılmışdı (501, 253, 255). 

Lakin Səfəvi dövlətinin böhranlı  vəziyyətindən istifadə edən 

bəzi qüvvələrin Osmanlı  ərazisindən müdaxilələri davam edirdi. 

1718-ci ildə Osmanlı  ərazisindən kürd dəstələri tez-tez İrəvanın 

sərhəd məntəqələrinə qarətçi yürüşlər edərək, xalqı soyub talayırdı 

(501, 326). 

1719-cu ildə Mehrəli xanı  Allahqulu xan (1719-1724) əvəz 

etdi (187, 266; 472, 5; 49, 15). O, Səfəvi  şahı  tərəfindən  İrəvana 

təyin olunmuş sonuncu hakimlərdən idi. Bu hakimin dövründə irə-

vanlılar Hacı Davudun başçılığı ilə üsyançı dəstələrinə və Osmanlı 

qoşunlarının hərbi müdaxiləsinə qarşı mübarizə aparmaq məcburiy-

yətində qalmışdılar. Belə ki, Səfəvilər imperiyasında baş vermiş 

böhranın məntiqi nəticəsi olaraq, Azərbaycanın hər tərəfini üsyanlar 

bürümüşdü. Bu üsyanların  ən böyüyü Hacı Davudun başçılığı ilə 

olmuş  Şirvan üsyanı idi. Dağıstan feodalları ilə birlikdə  hərəkət 

edən Hacı Davud öz dəstəsi ilə  Şabran, Xudat, Bakı  və  Dərbənd 

şəhərlərinə hücumlardan sonra 1721-ci ilin avqustunda zəmanənin 

ən böyük ticarət mərkəzi olan Şamaxı şəhərini ələ keçirmişdi (493, 

79; 152, 108; 166, 28; 95, 102; 83, 33-34; 45, 45-48). 

Şamaxının tutulması  xəbəri tezliklə bütün ölkəyə yayılmışdı. 

Bundan təşvişə düşən  İrəvan və  Gəncə hakimləri  şaha müraciət 

edərək ondan kömək istəmişdilər. Lakin bu dövrdə  şahın özünə 

kömək lazım idi. Üsyan etmiş  əfqan tayfaları öz hücumları ilə 

Səfəvi dövlətinin paytaxtı İsfahanı qorxu altında saxlayırdılar (166, 

28-29). 

Şahdan heç bir kömək almayan hakimlər öz qüvvələri ilə 

üsyançıları  cəzalandırmaq qərarına gəldilər.  İrəvan hakimi Allah-



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə