Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə11/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   7   8   9   10   11   12   13   14   ...   179

32 

xinin görkəmli tədqiqatçısı T.T.Mustafazadənin Türkiyə arxivlərin-

dən  əldə etdiyi, elmi ictimayyətə  məlum olmayan zəngin sənədlər 

əsasında yazdığı monoqrafiyası xüsusi əhəmiyyətə malikdir (55). 

XVIII-XIX yüzilliyin əvvəllərini  əhatə edən monoqrafiyada Os-

manlı dövlətinin Azərbaycan xanlıqları, xüsüsən də  İrəvan xanlığı 

ilə bağlı siyasi münasibətlərə toxunulmuşdu.  Əsərdə  İrəvan xanlı-

ğının siyasi vəziyyəti, Osmanlı, Rusiya və Qacar dövlətlərinin Cə-

nubi Qafqazda yeritdikləri siyasətində İrəvan xanlığının yeri və rolu 

haqqında xeyli faktlar toplanmışdır. 

T.T.Mustafazadənin dördcildlik «Ümumi tarix» adlı ümu-

miləşmiş  əsərinin üçüncü cildində (54) Azərbaycan xanlıqlarının 

siyasi, sosial-iqtisadi vəziyyətinə  də toxunmuşdur.  Əsərdə  İrəvan 

xanlığının digər xanlıqlarla,  İran, Rusiya və Osmanlı dövlətləri ilə 

siyasi münasibətləri qısaca da olsa öz əksini tapmışdır. 

Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə siyasi əla-

qələrinə G.Nəcəflinin  əsərində  də toxunulmuşdur (57). Osmanlı 

mənbələri  əsasında yazılmış  əsərdə  İrəvan xanlığının siyasi vəziy-

yəti, xanlığın Kartli-Kaxetiya, Osmanlı Türkiyəsi, Rusiya, Qacar 

dövlətləri ilə münasibətlərinə dair maraqlı faktlar aşkar edilmişdir. 

F.Ağamalının əsərinin də (1) mövzumuz üçün xüsusi əhəmiy-

yəti vardır.  Əsərdə ayrıca  İrəvan xanlığından bəhs edilməsə  də, 

burada ümumi Azərbaycan xanlıqlarının sosial-iqtisadi, xanlıqların 

dövlət quruluşu, inzibati-ərazi bölgüsü, torpaq mülkiyyəti formaları, 

vergi və mükəlləfiyyətlər,  şəhər və  kənd həyatı,  əhalinin sosial 

tərkibi haqqında məsələlər işıqlandırılmışdır. 

Son dövrlərdə Azərbaycan tarixşünaslığında tarixi coğrafiya 

məsələsinə diqqət artmışdır. V.Piriyevin və T.İsmayılın əsərlərində 

(58; 205) ümumi Azərbaycanın tarixi coğrafiyasınadan bəhs edi-

lərkən İrəvan bölgəsinə də qısaca toxunulmuşdur. Lakin qeyd edilən 

əsərlər İrəvan bölgəsinin tarixi coğrafiyasını tam əks etdirmir və bu 

məsələnin bəzi tərəfləri qaranlıq qalır. 

Mövzumuz üçün N.R.Gözəlovanın İrəvan xanlığının siyasi və 

etnodemoqrafik vəziyyətinə dair yazdığı  məqalələrinin (150, 134-

141; 151, 61-72) də xüsusi yeri vardır. Onun ingilisdilli müəlliflərin 



33 

əsərlərində işıqlandırılan məlumatlar əsasında İrəvan xanlığının et-

nik tərkibinə həsr etdiyi məqaləsi xüsusilə əhəmiyyətlidir. 

Mövzunun tədqiqində son dövrlərdə nəşr olunmuş yeddicild-

lik Azərbaycan tarixinin üçüncü və dördüncü cildlərindən də isti-

fadə olunmuşdu (22; 23). Bu ümumiləşmiş əsərlərdə Azərbaycanın 

siyasi, ictimai-iqtisadi vəziyyəti ilə bərabər İrəvan bölgəsi haqqında 

da məlumat verilmişdir. 

Beləliklə, Vətən tarixində  İrəvan bölgəsinin tarixi ilə bağlı 

bəzi məsələlər öz əksini tapmasına baxmayaraq, bu bölgənin tarixi 

tam öyrənilməmiş və bir çox məqamlar qaranlıq qalmışdır. Monoq-

rafiyada ilk dəfə olaraq XVII yüzilliyin sonu-XIX yüzilliyin orta-

larına qədər  İrəvan bölgəsi tarixinin kompleks şəkildə  tədqiqinə 

cəhd göstərilmişdir. 




34 

 

 

I FƏSÝL 

 

ÝRƏVAN BÖLGƏSÝNDƏ SÝYASÝ VƏZÝYYƏT  

 (XVII yüzilliyin sonu-XVIII yüzilliyin ortalarýnda) 

 

 

XVI yüzilliyin əvvəllərindən fasilələrlə bir əsrdən çox davam 



edən Osmanlı – Səfəvi müharibəsi 1639-cu ildə sülh müqaviləsi ilə 

başa çatdı. Hərbi əməliyyatlar nəticəsində əldən-ələ keçən İrəvan bu 

sülh müqaviləsinə  əsasən Səfəvilər dövlətinə qaytarıldı  və o, bu 

dövlətin inzibati-ərazi bölgüsünə daxil olan Çuxursəd bəylərbəy-

liyinin  əsas mərkəzi  əyaləti oldu (61, 21; 298, 117; 29, 241-242; 

467, 88). Azərbaycanın  şimal-qərbində yerləşən  İrəvan bölgəsi 

Osmanlı Türkiyəsi ilə  həmsərhəd olduğundan Səfəvi  şahları bu 

əraziyə xüsusi diqqət yetirir, özlərinə yaxın, nüfuzlu əyanları bu 

bölgəyə hakim təyin edirdilər. Bəylərbəyilərin iqamətgahı  İrəvan 

şəhərində yerləşirdi. 

Sülh müqaviləsinin bağlanması Azərbaycanda, o cümlədən 

İrəvan bölgəsində dağılmış təsərrüfatın bərpa edilməsinə və canlan-

masına səbəb oldu. Bu proses əsrin sonlarına qədər davam etdi. 

XVII yüzilliyin sonu – XVIII yüzilliyin əvvəllərində isə  Səfəvilər 

imperiyasında uzun sürən dərin iqtisadi və siyasi böhran başladı. 

Şah I Sultan Hüseynin (1694-1722) başçılıq etdiyi mərkəzi haki-

miyyət zəiflədi, dövlət məmurlarının və iri əyalət hakimlərinin 

özbaşnalığı artdı. Onlar mərkəzdən gələn qanun-qaydalara məhəl 

qoymur, hakimiyyətləri altında olan yerlərdə özbaşnalıq edir, sadə 

xalqı qarət edirdilər. Ona görə  də, bütün imperiyanı  oğurluq və 

quldurluq bürümüşdü (493, 6; 42, 20; 99, 112; 242, 3-14; 91, 35-36; 

199, 74-80). 

1699-1702-ci illərdə  şahın keçirdiyi islahatlar da imperiyanı 

tənəzzüldən xilas edə bilmədi.  Əksinə bu islahatlar xalqın və-

ziyyətini daha da çətinləşdirdi (166, 18-20; 239, 63-65). 



35 

Səfəvilər imperiyasında baş vermiş  həmin böhran İrəvan 

bölgəsində  də özünü göstərmişdi. Qeyd etmək lazımdır ki, bu 

bölgədə iqtisadi böhranın ilk əlamətləri daha əvvəl özünü büruzə 

vermişdi. Hələ XVII yüzilliyin 70-ci illərin əvvəllərindən İrəvanda 

tez-tez baş verən məhsulsuzluq, qıtlıq, aclıq, xəstəlik və  təbii 

fəlakətlərin vurduğu dəhşətli ziyanlar belə  əlamətlərdən idi. Bu 

hadisələr də mənbələrdə öz əksini ətraflı tapmışdı. İlk belə vəziyyət 

(aclıq) 1673-cü il yanvarın  əvvəllərindən iyul ayına qədər davam 

etmiş, İrəvan da daxil olmaqla Təbrizdən Gəncəyə qədər böyük bir 

ərazini qıtlıq bürümüşdü. Nəticədə aclıq  əhalini dəhşətli vəziyyətə 

salmış, məhsulun qiyməti hədsiz dərəcədə artmışdı. Z.Əylisli 

“Gündəliyi”ndə yazırdı ki, “1 litr (bax çəki və ölçü vahidləri haq-

qında səh.441-442-E.Q) unun qiyməti 400 dian, düyü 400 dian, ət 

200 dinana idi. Çox vaxt bu məhsulların özü tapılmırdı.  Əhali 

aclıqdan ot yeyirdi. Tez-tez unüyüdən dəyirmanlar, hətta müqəddəs 

yerlər hücumlara məruz qalırdı” (167, 94). 

1677-ci ildə İrəvan bölgəsi daha bir fəlakətlə üzləşdi. 1677-ci 

ilin may ayında ev quşlarında kütləvi xəstəlik baş verdi. Quş  ətini 

və yumurtasını yeyənlər 40 gündən sonra özləri ölürdülər. Bu 

fəlakətdən qurtarmaq üçün yerli əhali kütləvi surətdə quşları 

qıraraq, torpağa basdırırdı (167, 109). 

Bu fəlakət qurtarmamış İrəvan yeni bir fəlakətə məruz qaldı. 

1679-cu il iyunun 4-də İrəvanda dəhşətli zəlzələ baş verdi. Dağın-

tının miqyası geniş və kədərli idi. Zəlzələ nəticəsində İrəvan qalası, 

bəylərbəyinin evi, məscid və minarələr və hamamlar yerlə – yeksan 

olmuşdu. Qayalar zəlzələnin gücündən uçaraq suvarma arxlarının 

yolunu kəsmiş, çoxlu kənd dağıntıya məruz qalmışdı. Minlərlə 

insan bu zəlzələnin qurbanı olmuşdu. O ailə yox idi ki, zəlzələdən 

zərər çəkməsin. Hətta ailələrdən 5, 8, 9 nəfər uçulmuş evlərin 

altında qalan olmuşdu. Hesablamalara görə, bütün əyalətdə zəlzələ 

qurbanların sayı 7.600 nəfərə çatmışdı (167, 117-118; 219, 197). 

Çuxursəd bəylərbəyi Zal xan (1679-1688) bu dəhşətli zəlzələ 

haqqında  şaha xəbər göndərərək kömək istəmişdi. Zəlzələnin nəti-

cələrini aradan qaldırmaq üçün Azərbaycanın müxtəlif yerlərindən 



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə