Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə19/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   15   16   17   18   19   20   21   22   ...   179

57 

niyyətini həyata keçirmək üçün Nadir şahın sabiq sərkərdəsi Azad 

xanı öz tərəfinə cəlb edir (27, 109; 28, 41). 

Fətəli xan Əfşar ilk növbədə Azərbaycan xanlarına fərmanlar 

göndərərək onlardan tabe olmalarını  tələb etmişdir. Lakin onun 

fərmanları xanlar tərəfindən rədd edilir. Onun göndərdiyi elçilər 

İrəvan xanlığından da əliboş qayıtmışdı. Bir tərəfdən bu, digər tərəf-

dən irəvanlıların yuxarıda bəhs edilən Urmiya səfəri Fətəli xanın 

buraya qoşun göndərməsinə  səbəb oldu. Onun göstərişi ilə Azad 

xan 1751-ci ilin sonlarında öz sərkərdəsi Musa xanın başçılığı ilə 

bir dəstə qoşununu İrəvana göndərdi. İrəvan qalası mühasirəyə alı-

nır (499, 163; 502, 15; 226, 36). İrəvanlılar Mirmehdi xanın baş-

çılığı ilə qalaya sığınaraq güclü müdafiə olunurdular. Ermənilər isə 

əllərinə düşən bu imkandan istifadə edərək yenidən Kartli – Kaxe-

tiya çarı Teymuraza müraciət etdilər (107, c.1, səh.238).  İrəvanda 

öz təsirini itirmək istəməyən çar Teymuraz bu müraciətdən istifadə 

edərək oğlu  İraklinin başçılığı ilə oraya beşminlik qoşun göndərdi 

(228, 48). Mənbənin verdiyi məlumata görə, gürcü qoşunlarının 

tərkibində Qazax və Borçalı mahallarından olan Azərbaycan 

türklərinin süvari dəstələri də  fəaliyyət göstərirdi (52, 237). Yerli 

əhalinin güclü müqaviməti və digər tərəfdən İraklinin komandanlığı 

altında vaxtında yetişən kömək Musa xanı  İrəvan qalasının müha-

sirəsindən əl çəkməyə məcbur etdi. 

Musa xanın geri çəkildiyini eşidən Azad xan on səkkiz minlik 

qoşunla Araz çayını keçərək Gərniçayın kənarında mövqe tutur. 

Bəzi məlumatlarda Azad xanın 12 topu, 200 zənburağı (dəvə üstünə 

qoyulmuş kiçik çaplı qədim top – E. Q.) olan 40.000 qoşuna (499, 

163; 225, 48), digərlərində isə 30 minlik qoşuna malik olduğu qeyd 

olunurdu (164, 47; 107, c.1, 238). Bu xəbəri eşidən İrakli Azad xan-

dan ehtiyat edərək öz qoşunu ilə Qırxbulaq yüksəkliyinə çəkilməli 

olur (502, 16; 228, 36). 

Çox keçmir ki, tərəflər arasında döyüş başlayır. Baş verən 

döyüşdə Azad xanın qoşunu məğlubiyyətə uğrayaraq geri çəkilir. II 

İrakli isə Kartli-Kaxetiyaya qayıdır. Bu xəbəri eşidən Fətəli xan 

ehtiyat qüvvələrini Azad xanın köməyinə göndərmişdir.  Əlavə kö-

mək alan Azad xan Kartli-Kaxetiyaya hücum edir. Döyüş nəticəsin-




58 

də II İraklinin qoşunu məğlubiyyətə uğrayır. O, özü isə itaət əlaməti 

olaraq Fətəli xana girovlar vermişdi. Girovların tərkibinə II İraklinin 

bacısı, Zal bəy və Aslan bəy adlı iki gürcü knyazı olmaqla 200 nəfər 

döyüşçü daxil idi (107, c.1, səh.238-239; 27, 111-112; 28, 43). 

Bu hadisədən sonra İrəvanda hakimiyyət dəyişikliyi baş verdi. 

İrəvanda mövqe tutan Azad xan Mirmehdi xanı hakimiyyətdən 

uzaqlaşdıraraq öz yaxın adamı  Xəlil xan Özbəyi (1752-1755) bu-

raya hakim təyin etdi (187, 207; 472, 5; 49, 15). 

İrəvan taxt-tacına sahib olan Xəlil xan Özbək ilk növbədə 

Kartli-Kaxetiya çarlığına qarşı mübarizə aparmışdı. Bu dövrdə 

II İrakli Azərbaycan xanlarının bir-birinə qarşı düşmənçiliyindən 

istifadə edərək, onları özünə tabe etmək istəyirdi. Xüsusilə o, Şəki 

xanı Hacı  Çələbinin günü-gündən artan qüdrəti və  şöhrətindən na-

rahat olurdu. Azərbaycanın bəzi xanları da Hacı Çələbinin güclən-

məsini istəmirdilər. Bunu görən II İrakli Azərbaycanın narazı 

xanlarını – gəncəli Şahverdi xanı, qarabağlı Pənahəli xanı, qaradağlı 

Kazım xanı, irəvanlı  Xəlil xanı, naxçıvanlı Heydərqulu xanı  məş-

vərət bəhanəsi ilə  Gəncə yaxınlığına dəvət edir. Buraya toplaşan 

Azərbaycan xanları  xəyanətkarcasına II İrakli tərəfindən həbs olu-

nur. Bu hadisə 1752-ci il martın 21-də baş vermişdi (95, 156; 51, 

42; 41, 78; 239, 123-124). 

II  İraklinin xəyanətindən xəbər tutan Hacı  Çələbi onu təqib 

edərək Qızılqaya adlı yerdə gürcü qoşunlarını məğlub etmiş və həbs 

edilən xanlar azad olunmuşdu (35, 57-58; 36, 15; 51, 43; 95, 156; 

239, 123). Mənbə  və  bəzi tarixi ədəbiyyatda bu hadisədə  İrəvan 

hakimi yanlış olaraq Hüseynəli xan göstərilmişdi.  Əslində  həmin 

dövrdə  İrəvanda hakimiyyət başında Xəlil xan dururdu. “İrəvan 

xanlığı” əsərinin müəllifləri düzgün olaraq baş vermiş hadisədə Xə-

lil xanın iştirak etdiyi qənaətinə gəlmişdilər (35, 58). 

Xəlil xanın hakimiyyəti illərində İrəvan xanlığı dağıstanlıların 

da güclü hücumuna məruz qalmışdı. 1754-1755-ci illərdə Avar xanı 

Nusal xanın başçılığı altında Dağıstan qoşunları Kartli-Kaxetiya 

ərazisinə yürüş təşkil edərək, oradan İrəvan xanlığı ərazisinə hücum 

etdilər (86, 10; 290, 720; 226, 37-38). Bu hücum zamanı Göyçə, 



59 

Dərəçiçək, Qırxbulaq və Abaran mahallarının kəndlərinə böyük 

ziyan dəymişdi (499, 161). 

Dağıstan qoşunlarının bu dağıdıcı yürüşü Xəlil xanın nüfu-

zunu xalq arasında xeyli aşağı salmışdı. Digər tərəfdən, Xəlil xanın 

himayədarı Azad xanın taxt-tac uğrunda Kərim xan Zəndlə apardığı 

mübarizəsindən istifadə edən irəvanlılar 1755-ci ildə ona qarşı üs-

yan qaldırdılar. Üsyana xalq arasında böyük nüfuza malik Həsənəli 

xan Qacar başçılıq edirdi. Üsyan nəticəsində  Xəlil xan hakimiy-

yətdən uzaqlaşdırılır, onun yerinə Həsənəli xan Qacar (1755-1759) 

hakimiyyəti  ələ keçirdi (186, 207-208). Onun hakimiyyətə  gəlişi 

XIX yüzilliyin əvvəllərinə  qədər  İrəvanda hakimiyyətdə olan yerli 

Qacarlar sülaləsinin (1755-1805) əsasını qoymuşdu. Həsənəli xan 

çox az müddətdə hakimiyyətdə olmuşdu. Təəssüf ki, onun haki-

miyyəti dövründə  İrəvan xanlığında baş verən hadisələr barədə 

məlumat  əldə edə bilmədik. Yalnız bir məlumata görə o, xanlıq 

taxtında əyləşərkən kor olmuşdu. Vaxtilə Nadir şah tərəfindən onun 

gözləri çıxartdırılmışdı (187, 305). Hər halda onun hakimiyyətə 

gəlişi ilə xanlığın həyatında yeni bir dövrün başlanğıcı qoymuşdur. 

Həsənəli xan İrəvan xanlığının taxt-tacına sahib olan yerli Qacarlar 

sülaləsinin banisi kimi tarixə düşmüşdür. 



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə