Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə15/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   11   12   13   14   15   16   17   18   ...   179

45 

Osmanlı qoşununa  əlavə köməyin gəlməsi  İrəvan hakimini 

ciddi təşvişə saldı. O, sonuncu dəfə şahdan kömək almaq üçün cəhd 

etdi.  İrəvan  əyanlarından Seyfiqulu bəy və Eçmiədzin katolikosu 

şahın yanına göndərildi. Lakin günlərini eyş-işrətlə keçirən  şah 

onları  qəbul etmədi. Geri qayıdan elçilər vəziyyətin ümidsiz 

olduğunu, xalqın mənasız qırğına verildiyini İrəvan hakiminə 

bildirdilər. Digər tərəfdən, osmanlılar tərəfindən qardaşının həbs 

edildiyini eşidən Allahqulu xan təslim olmaq qərarına gəldi (74, 55; 

493, 108-109). 

Vəziyyətin ümidsiz olduğunu görən Allahqulu xan oktyabrın 

1-də danışıq aparmaq üçün Osmanlı düşərgəsinə nümayəndə heyəti 

göndərdi. Bu heyətin başında şeyxülislam Hüseyn Əfəndi dururdu. 

Heyətə İrəvan əyanlarından Məcnun bəy, Məhəmmədmehdi bəy və 

Məhəmmədzaman bəy daxil idi. Danışıqlarda  İrəvan tərəfi on beş 

gün möhlət istədi. Onların tərəddüdünün əsas səbəbi şah sarayında 

olan girovların taleyi idi. Lakin Arif Əhməd paşa qalanın təslimi 

üçün onlara cəmi yeddi gün vaxt verdi (74, 60-61). 

Səkkizinci günü nümayəndə heyəti qalanın təslimi üçün 

Osmanlı düşərgəsinə  gəldi.  Əldə olunmuş razılığa  əsasən Osmanlı 

baş komandanlığı təslim olacağı təqdirdə qala müdafiəçilərinə aman 

verirdi. Razılığa  əsasən başda Allahqulu xan olmaqla yerli qoşun 

hissələri bütün əmlakı ilə birlikdə Qarabağ  sərhəddinə  qədər yola 

salınacaq, saray əhli və qala camaatı isə İrəvan şəhərinə köçürülməli 

idi. Paşa onların özlərinə və əmlakına toxunmayacağına söz verirdi. 

Qala, qala artilleriyası, silah-sursatı ilə birlikdə osmanlılara təhvil 

verilməli idi. Beləliklə, haqqında razılığa gəlmiş bütün maddələr 

yerinə yetirildi. Qarahisar paşası  dəstəsi ilə yerli qoşun hissələrini 

sərhədə  qədər yola saldı  və Allahqulu xan şah II Təhmasibin 

Əhərdə yerləşən qərargahına getdi (74, 63-68; 493, 108-109; 87, 15-

17; 492, 12-13). 

İrəvan qalasının mühasirəsi iyulun əvvəllərində başlamış, ok-

tyabrın 1-ə qədər davam etmişdi. Qalanın işğalı nəticəsində 79 top, 

qalanın açarları  və XVII yüzilliyin əvvəllərində  İrəvan qalası 

osmanlılardan geri alınarkən  şah I Abbasın (1587-1629) qala 



46 

qapısından asdığı  qılınc qənimət kimi Osmanlı qoşunlarının  əlinə 

keçdi. Azərbaycan tarixinin qiymətli raritetləri olan bu əşyalar 

İstanbula göndərildi.  İrəvanın  ələ keçirilməsi  İstanbul sarayında 

böyük sevinclə qarşılandı. Üç gün təntənəli mərasimlər keçirildi. 

Mərasimlər zamanı xeyli yüksək dövlət xadimləri mükafatlarla təltif 

olunmuşdular (74, 68-70; 492, 12-13). 

Beləliklə, İrəvan qalasının süqutu bütün əyalətin taleyini həll 

etdi. Belə ki, bu tarixi hadisədən sonra İrəvan əyalətidə 11 il davam 

edən Osmanlı üsul-idarəsi yarandı. Burada keçirilən inzibati-ərazi 

islahatına görə,  İrəvan Osmanlı dövlətinin sancaqlarından birinə 

çevrildi. O, bir şəhər, on yeddi nahiyəyə bölündü (38, 9). Sultanın 

fərmanı ilə  Rəcəb paşa (1724-1728)  İrəvan hakimi təyin olundu 

(472, 5; 182, 177). 

Lakin Rəcəb paşa burada çox qalmadı. Ondan sonra İrəvanda 

tez-tez hakimiyyət dəyişikliyi baş verdi. Bir-birinin ardınca 



İbrahim paşa, Mustafa paşa (1728-1734) və Əli paşa (1734-cü il 

– bir neçə ay)  İrəvanı idarə etmişdilər (470, 5). Bu hakimlər ara-

sında Əli paşanın taleyi məlum olmuşdu. O, hakimiyyətdə olarkən 

qəflətən xəstələnmiş, 1734-cü il noyabrın 1-də  səhər tezdən vəfat 

etmişdi. Sultanın fərmanı ilə onun yerinə  xəzinədar işləyən  Hacı 



Hüseyn paşa (1734-1735) İrəvana hakim təyin olunmuşdu (238, 8). 

Osmanlı qoşunlarının  İrəvan yürüşü bölgədə böyük dağın-

tılara və insan təlafatına səbəb olmuşdu. Osmanlı üsul-idarəsinə 

keçdikdən sonra vaxtilə buradan qaçmış  əhalinin bir hissəsi geri 

qayıtmağa başladı (492, 16). İrəvan bölgəsinin torpaqları qaliblər 

tərəfindən bölüşdürüldü. Həmin torpaqların bir hissəsi dövlət tor-

paqlarına çevrildi, digər hissəsi isə hərbiçilərə və dövlət adamlarına 

paylandı (38, 23-24). Təəssüf ki, Osmanlı tərkibinə keçikdən sonra 

burada baş verən hadisələr haqqında hələlik müfəssəl məlumat əldə 

edə bilməmişik. 

XVIII yüzilliyin 20-ci illərin axırları-30-cu illərin  əvvəllə-

rində  Təhmasibqulu xanın (Nadir şah – E. Q.) tarix səhnəsinə 

çıxması ilə Azərbaycan torpaqları, o cümlədən onun üzvi tərkib 

hissəsi olan İrəvan bölgəsi yenidən Səfəvilər dövlətinə qaytarıldı. 

Belə ki, şah II Təhmasibin (1722-1732) fərmanı ilə baş komandan 



47 

təyin olunan Nadir xan öz bacarığı  və xalqın köməyi ilə  Səfəvilər 

dövlətinin sərhədlərini bərpa etmək uğrunda  əfqan, Rusiya və 

Osmanlı müdaxiləşilərinə qarşı mübarizəyə başladı (468, 46; 242, 

44-45; 77, 53; 83, 97). 

Güclü qoşun yarada bilmiş bu bacarıqlı və istedadlı sərkərdə 

işğal olunmuş Azərbaycan torpaqlarını osmanlılardan geri ala-ala 

şimala doğru hərəkət etdi. 1734-cü ilin yayında Şimali Azərbaycana 

və Dağıstana hücum edən Nadir xanın qoşunu həmin ilin oktyabr 

ayında Gəncə şəhərini mühasirəyə almağa başladı (87, 52; 498, 125; 

493, 135-139). Nadir xanın qoşunlarının güclü hücumuna baxma-

yaraq Gəncənin osmanlı qarnizonu inadla müdafiə olunurdu. Buna 

səbəb Osmanlı qarnizonunun mərkəzdən kömək almaq ümidi idi. 

Həqiqətən bu zaman Qarsda Abdulla paşanın başçılığı ilə toplanmış 

Osmanlı qoşunu Gəncə qarnizonuna köməyə  tələsirdi. Bunun pis 

nəticə verəcəyini başa düşən Nadir xan Gəncənin də mühasirəsində 

azsaylı qoşun hissəsi saxlayaraq İrəvan istiqamətində  hərəkətə 

başladı. 1735-ci il iyunun 8-də  İrəvan yaxınlığında Üçmiəzzin 

kilsəsinin  şimal-qərbində Osmanlı qoşunu ilə Nadir xanın qoşunu 

arasında döyüş baş verdi. 5 saata qədər baş verən döyüşdə Osmanlı 

qoşunu məğlub olaraq geri çəkildi (238, 20-22; 493, 144-145; 242, 

107-108). 

Bu döyüşdən sonra Nadir xan İrəvan qalasını geri qaytarmaq 

fikirinə düşdü. O, qalaya hücumdan əvvəl  Məhəmmədqulu xanı 



(1735 – 736)  İrəvan hakimi təyin etdi (238, 24, 33; 472, 5). Bəzi 

məlumata görə, yeni hakimin atası da vaxtilə  İrəvan bəylərbəyi 

olmuşdu (89, 69). Hakim təyin olunan Məhəmmədqulu xan Baba 

xan, Sərdar xan və Naxçıvan xanı ilə birlikdə İrəvan qalasını almağa 

göndərildi. Qala bu dörd xan tərəfindən sıx mühasirəyə alındı. Hacı 

Hüseyn paşa başda olmaqla qala qarnizonu onlara güclü müqavimət 

göstərdi. Yalnız mərkəzdən kömək almaq ümidini itirdikdən sonra 

paşa, A.Kretaçiyə görə, sentyabrın 22-də, L.Lokkarta görə isə 

oktyabrın 3-də  təslim olmaq qərarına gəldi. Qalada yerləşən Os-

manlı qoşun hissələrinə Qars şəhərinə geri çəkilməyə icazə verildi 

(238, 27; 242, 109; 493, 147). 



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə