Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə13/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   9   10   11   12   13   14   15   16   ...   179

39 

qulu xan mahallardan qoşun toplayaraq Gəncə hakimi Uğurlu xanla 

birləşdi. 1721-ci ilin payızında onların birləşmiş 40.000 nəfərlik 

qoşunu  Şirvana doğru hərəkət edərək Bərdə  şəhəri yaxınlığında, 

Kür çayı sahilində düşərgə salır. Lakin üsyançılar cəld tərpənərək 

birləşmiş qoşuna hücum etdilər. Qəflətən yaxalanmış  İrəvan və 

Gəncə qoşunları fasiləsiz hücumlara tab gətirməyərək döyüş 

meydanından qaçmalı oldu. Onlardan bir çoxu İrəvana, digərləri isə 

Gəncəyə qaçdı. Allahqulu xanın özü Gəncə qalasına sığınaraq, bir 

müddət burada qaldı. O, yalnız  İrəvandan nümayəndə  gəldikdən 

sonra geri qayıda bilmişdi (93, 74; 166, 28-29). 

XVII yüzilliyin sonu-XVIII yüzilliyin əvvəllərində  Səfəvilər 

imperiyasında başlayan iqtisadi və siyasi böhran onun beynəlxalq 

vəziyyətinə  də  mənfi təsir göstərmişdi. Belə ki, bu dövlətin zəif-

ləməsindən istifadə edən qonşu Rusiya və Osmanlı imperiyalarının 

burada baş verən hadisələrə açıq müdaxiləsi başladı. Qeyd etmək 

lazımdır ki, XVIII yüzilliyin birinci rübündə Azərbaycan hər iki 

imperiyanın siyasətində  əsas yerlərdən birini tuturdu (251, 17; 77, 

21; 255, 18-38). Onlar Səfəvi imperiyasında baş verən hadisələri 

diqqətlə izləyir və hər hansı hadisədən öz məqsədləri üçün istifadə 

etməyə can atırdılar. Nəticədə, XVIII yüzilliyin 20-ci illərin əvvəl-

lərindən başlayaraq Rusiya, azacıq sonra isə Osmanlı imperiyası 

Azərbaycanda hərbi  əməliyyatlara başladı. 1722-1723-cü illərdə I 

Pyotrun başçılığı ilə rus qoşunlarının Xəzərsahili  ərazilərə yürüşü 

nəticəsində Dərbənddən Gilana qədər yerlər Rusiya tərəfindən işğal 

olundu (107, c.1, 58-62; 108, 219-225; 239, 86-87; 83, 38-54; 45, 

52-60; 46, 45-99). 

Rusiyanın Xəzərsahili əraziləri işğal etməsi Osmanlı sarayını 

narahat etməyə bilməzdi. 1722-ci ilin payızında sultan tərəfindən 

Osmanlı imperiyasının Asiya əyalətlərinin paşalarına  Ərzurumda 

yığılşmaq və buradan Azərbaycana yürüşə başlamaq  əmri verildi 

(83, 55-56; 77, 35). Osmanlı qoşunlarının Azərbaycanda hərbi 

əməliyyata başlaması Rusiya-Osmanlı dövlətləri arasında ziddiyyəti 

daha da kəskinləşdirdi. İşğal etdiyi ərazilərə türkləri buraxmamağa 

çalışan I Pyotr Osmanlı dövləti ilə danışıqlara girmək məcburuy-



40 

yətində qaldı. Bu danışıqlar nəticəsində 1724-cü il iyulun 12-də 

İstanbulda Rusiya ilə Osmanlı imperiyaları arasında müqavilə 

başlandı. “İstanbul müqaviləsi”nə görə, Xəzərsahili əyalətlərin Rus-

iyanın tərkibinə keçməsi təsdiq olundu. Azərbaycanın digər əraziləri 

isə Osmanlı dövlətinə “güzəşt” edildi (5, 419, 185-189; 107, c.1, 

58-62). 

1724-cü il İstanbul müqaviləsi Osmanlı dövlətinin Azərbay-

canda fəaliyyətini daha da genişləndirdi. Osmanlı qoşunları Azər-

baycana irimiqyaslı yürüşə başladı.  İlk hücuma məruz qalan 

bölgələrdən biri də İrəvan oldu. Azərbaycanın mərkəzi bölgələrinə 

gedən yol buradan keçdiyindən  İrəvanda möhkəmlənmək Osmanlı 

sarayı üçün daha vacib məsələlərdən biri idi. 

Osmanlı qoşunlarının baş komandanı təyin olunan Diyarbəkr 

hakimi Arif Əhməd paşa 1724-cü il iyunun 24-də 30 minlik qoşunla 

Araz çayını keçərək  İrəvan  əyalətinə daxil oldu. Lakin qoşunun 

hərbi təchizatını kifayət hesab etməyən Osmanlı komandanlığı dörd 

gün Arpaçay çayı sahilində düşərgə salaraq, Ərzurumdan 10 ədəd 

topun gəlməsini gözlədi (74, 45; 493, 106; 87, 12). 

Bu vaxt ərzində Osmanlı komandanlığı boş oturmadı. Baş 

komandan Arif Əhməd paşa ağsaqqal bir şəxslə  İrəvan bəylərbə-

yinə,  əyanlarına və din xadimlərinə öz yürüşü haqqında məktub 

yolladı. Məktubda  İrəvan qalasının könüllü təslim edilməsi tələb 

olunurdu.  Əvəzində Osmanlı komandanlığı irəvanlıların həyat və 

əmlaklarına toxunmayacağına söz verirdi (74, 46; 87, 12). 

Eyni zamanda Osmanlı komandanlığı  kəşfiyyat məqsədi ilə 

Yavuz Həsənin və Qoç Əlinin başçılığı ilə 1800 nəfərdən ibarət 

hərbi qüvvəni irəli göndərmişdi.  İrəvan hakimi Allahqulu xan 

(1719-1724) yolda ikən bu dəstənin qarşısını kəsmək qərarına gəldi. 

Lakin  İrəvan  şəhəri yaxınlığında osmanlıların ön dəstəsi ilə 

toqquşmada onun qoşunu məğlubiyyətə  uğradı. Tərəflər arasında 

xeyli ölən və yaralanan oldu. Məğlub edilmiş Allahqulu xan qalan 

qoşunla İrəvan qalasına sığındı və bir daha nizami Osmanlı qoşunu 

ilə açıq döyüşə girməyə cəhd etmədi (87, 8). 




41 

İrəvan qoşunu geri çəkildikdən sonra osmanlıların bu ön 

dəstəsi irəli hərəkət edərək Gərni yaşayış  məntəqəsini mühasirəyə 

aldı. Osmanlı qoşununa güclü müqavimət göstərməsinə baxma-

yaraq,  İrəvan hakimindən heç bir kömək almayan Gərni  əhalisi 

təslim oldu. Burada kiçik qarnizon yerləşdirildi (87, 8-10). 

İrəvanlılardan heç bir cavab almayan Arif Əhməd paşa  əsas 

qoşunla İrəvan qalasına doğru hərəkət etdi. Lakin bu nizami qoşun 

da irəvanlıların güclü müqavimətinə rast gəldi. Belə ki, 1724-cü il 

iyulun 7-də  şəhər  ətrafında irəvanlılar Osmanlı qoşununa hücum 

etdi. Tərəflər arasında iki saat davam edən döyüşdə Osmanlı qoşunu 

qalib gəldi (74, 47; 492, 12). 

Bu hadisədən sonra irəli hərəkət edən Osmanlı qoşunu həmin 

gün  İrəvan qalasını mühasirəyə aldı. Mühasirə qoşunlarının dü-

zülüşü belə idi: qalanın qərb tərəfində sərəsgər Arif Əhməd paşa öz 

dəstəsi ilə mövqe tutmuşdu. Ondan sol tərəfdə Anadolu və Qars 

bəylərbəyliyinin başçılığı ilə qoşun hissələri, sağ tərəfdə yeniçərlər, 

cənub tərəfdə, Zəngi çayının arxasında isə Qarahisar hakiminin 

başçılığı ilə sipahi dəstələri (süvari dəstəsi – E. Q.) yerləşmişdi 

(492, 12). 

Qeyd etmək lazımdır ki, Osmanlı qoşunlarının hücumunu 

eşidən irəvanlılar müəyyən müdafiə tədbirləri görə bilmişdilər. Al-

lahqulu xanın göstərişinə  əsasən,  ətraf kəndlərin  əhalisi qalaya 

köçürülmüş,  ərzaq tədarükü görülmüşdü. Bundan əlavə, Osmanlı 

qoşunlarını  hər cür ərzaqdan məhrum etmək üçün İrəvan mahal-

larına daxil olan 300 kəndin  əhalisi qonşu  əyalətlərə  sığınmışdı 

(492, 16; 87, 10-11). 

İrəvan qalasının möhkəmliyini və irəvanlıların döyüş  əzmini 

görən Arif Əhməd paşa ilk növbədə qalanın könüllü təslim olun-

ması üçün danışıqlara başladı. O, bəylərbəyinin yanına aman mək-

tubu ilə xüsusi nümayəndə heyəti göndərdi. Öz növbəsində  İrəvan 

hakimi Allahqulu xan vaxt qazanmaq və  şahdan kömək almaq 

niyyəti ilə öz yaxın adamlarını Osmanlı düşərgəsinə göndərmək 

məcburuyyətində qaldı.  İrəvanın məşhur  əyanlarından Məhəmməd 

Mehdi bəydən,  İmanqulu bəydən, Məhəmməd Zaman bəydən, 



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə