Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə10/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   6   7   8   9   10   11   12   13   ...   179

29 

xanlığı dövlət idarəçiliyi aparatına görə erməni dövləti deyildir» 

(291, 57). Müəllifin gəldiyi bu nəticə mövzumuz üçün mühüm 

əhəmiyyət kəsb edir. 

Azərbaycan sovet tarixşünaslığında isə İrəvan bölgəsi ilə bağlı 

məsələlərə münasibət bir qədər fərqlənir. 1920-1930-cu illərdə xal-

qımıza qarşı repressiyaların güclənməsi, inzibati amirlik sisteminin 

tarixşünaslığa da sirayət etməsi tariximizin obyektiv tədqiqinə mane 

olmuşdu. Tədqiqatçılarımız millətçi damğasından ehtiyat edərək ta-

riximizin bir çox problemlərin dəyəndirilməsi,  əsasən də  ərazi 

məsələsində sadəcə susmuşdular. Məhz bu baxımdan İrəvan bölgə-

sinin tarixinə “biganə” yanaşılmış və bir növ Azərbaycanın bu qə-

dim torpaqları ermənilərə sanki «güzəşt» edilmişdi. 

Azərbaycan xanlıqları ilə bağlı  məsələlər 1958 və 1961-ci 

illərdə  nəşr edilmiş üçcildlik “Azərbaycan tarixi”nin birinci və 

ikinci cildlərində öz əksini tapmışdı (20; 21). Bu ümumiləşdirici 

əsərlərdə Azərbaycan xanlıqlarının yaranmasının  şərtləri, ictimai-

iqtisadi və siyasi quruluşu, Rusiya tərəfindən işğalından bəhs edilir. 

Məhz burada qoyulan məsələləri İrəvan xanlığının tarixinə də şamil 

etmək olar. 

XVIII yüzilliyin Azərbaycan tarixinin görkəmli tədqiqatçısı 

H.V.Abdullayevin  əsərlərində (75; 76) Azərbaycan xanlıqlarının 

sosial-iqtisadi və siyasi vəziyyəti, inzibati ərazi bölgüsü, torpaq 

mülkiyyəti formaları, vergi və mükəlləfiyyətlər və s. məsələlərə ge-

niş yer verilmişdir. Bu əsərlərdə XVIII yüzilliyin 60-cı illərin 

axırlarında Quba xanlığı ilə İrəvan xanlığı arasında olan siyasi mü-

nasibətlərin işıqlandırılması da bizim mövzumuzun tədqiqində çox 

müsbət rol oynamışdır. 

İrəvan bölgəsi tarixinin bu və ya digər məsələlərinə toxu-

narkən Azərbaycan tədqiqatçılarından  Ə.Sumbatzadənin, F.Əli-

yevin, H.Dəlilinin, S.Məmmədovun, C.Mustafayevin əsərlərindən 

(490; 31; 32; 83; 27; 28; 243; 244; 254) də istifadə edilmişdi. 

Azərbaycan Sovet Ensiklopediyasında da İrəvan bölgəsi 

haqqında bəzi məlumatlar öz əksini tapmışdı (19). Lakin burada 

İrəvan bölgəsi ilə bağlı məsələlərə çox “ehtiyatlı” yanaşılmış və çox 

ziddiyyətli məlumat verilmişdi. ASE-nin İrəvanla bağlı  məlumatı 




30 

iki hissədən ibarətdir. Birinci hissədə  İrəvan xanlığı  Cənubi Qaf-

qazda (Azərbaycanda yox – E.Q.) yaranan dövlət kimi qeyd 

olunmuş, onun erməni ənənəsinə uyğun “Ararat” düzənliyində, “Se-

van” gölü hövzəsində yarandığı xüsusilə vurğulanmışdır. Bunun 

ardınca hakimiyyətdə  əslən azərbaycanlı olan hakimlər və onların 

fəaliyyəti haqqında məlumat verilmişdi.  İkinci hissədə isə Ermə-

nistan tarixi ilə bağlı  məlumatlar öz əksini tapmışdı. Burada da 

İrəvan xanlığı erməni dövləti kimi göstərilmiş,  İrəvanda baş verən 

hadisələr ermənilərin azadlıq mübarizəsi kimi qeyd olunmuşdu. 

Mövzumuzla bağlı  əsərlərin  dördüncü qrupuna XX yüz-

illiyin 90-cı illərin əvvəllərində Azərbaycan Respublikası öz dövlət 

müstəqilliyini yenidən bərpa etdikdən sonra yazılan əsərlər daxildir. 

Müstəqillik əldə edildikdən sonra xalqımız öz tarixinə sahib çıxmış 

və  tədqiqatçılarımız bu sahədə xeyli uğur qazanmışlar. Məhz bu 

səbəbdən, sovet dövründə zor gücünə Azərbaycan xanlıqlarının 

tarixindən ayrı öyrənilən  İrəvan bölgəsinin tarixinə dair əsərlər 

yazılmağa başlandı. 

Müstəqillik dövründə  İrəvan xanlığının bilavasitə tarixinə 

həsr edilmiş ilk cəhd kimi M.İsmayılovun F.Əliyevlə yazdıqları 

“İrəvan xanlığı” məqaləsini hesab etmək olar (40). Məqalədə 

yaranmasından süqutuna qədər yığcam olaraq İrəvan xanlığının 

siyasi, iqtisadi tarixi, etnik tərkibi və s. məsələlər işıqlandırılmışdır. 

Azərbaycan xanlıqlar dövrünün görkəmli tədqiqatçılarından 

biri F.Əliyevin U.Həsənovla birlikdə yazdıqları  «İrəvan xanlığı» 

monoqrafiyası (35) isə sonralar İrəvan xanlığı tarixi haqqında 

yazılacaq əsərlər üçün bir örnəkdir. Əsərdə İrəvan xanlığının siyasi, 

ictimai-iqtisadi vəziyyəti, inzibati-ərazi bölgüsü, torpaq mülkiyyəti 

formaları, vergi və mükəlləfiyyətlər kimi məsələlər öz əksini 

tapmışdı. Lakin ilk cəhd olduğu üçün arxiv materiallarının azlığın-

dan monoqrafiyada çatışmayan cəhətlər az deyil. Əsərdə  İrəvan 

xanlığı ilə Kartli-Kaxetiya çarlığı, Rusiya, Qacar, Osmanlı dölətləri 

ilə siyasi münasibətlərdə bir çox məsələlər diqqətdən kənarda 

qalmış, hadisələrə çox müxtəsər toxunulmuş, hakimiyyətdə olan 

İrəvan hakimlərinin hamısı haqqında məlumat verilməmişdi. 



31 

Bu qrupa daxil olan əsərlərdən biri də «Naxçıvan xanlığı» 

monoqrafiyasıdır (34). F.Əliyevin və M.Əliyevin birlikdə yazdıqları 

bu əsərdə Naxçıvan xanlığının tarixinə toxunulsa da, burada İrəvan 

xanlığının Naxçıvan, Qarabağ, Xoy xanlıqları ilə siyasi münasi-

bətləri, Ağa Məhəmmd şah Qacarın yürüşləri dövründə Naxçıvan və 

İrəvan xanlıqlarının siyasi durumu kimi məsələlərə toxunulmuşdu. 

M.Süleymanovun əsəri isə İrəvan xanlığının Rusiyaya birləş-

dirilməsi tarixindən bəhs edir (63). Əsərdə İrəvan xanlığının siyasi 

tarixi, onun Rusiya, Kartli-Kaxetiya çarlığı, Qacar, Osmanlı dövlət-

ləri ilə münasibətləri, dövlət quruluşu, inzibati-ərazi bölgüsü, əhali 

haqqında məsələlər öz əksini tapmışdı. Lakin bu əsərin qüsuru on-

dan ibarətdir ki, müəllif təsvir etdiyi hadisələrin sitatını göstərmə-

mişdi. 


N.Mustafayevanın Cənubi Azərbaycan xanlıqlarına həsr olun-

muş  əsərində mövzumuzun ayrı-ayrı  məsələlərinə toxunulmuşdur 

(53). Daha çox Cənubi Azərbaycan xanlıqlarının siyasi, sosial-

iqtisadi vəziyyətindən bəhs edən müəllif əsərdə Xoy xanlığı ilə İrə-

van xanlığının siyasi münasibətlərini, Ağa Məhəmməd şah Qacarın 

yürüşlərini, birinci və ikinci İrəvan yürüşlərini, xanlığın rus 

qoşunları tərəfindən işğalını qısa da olsa təsvir etmişdir. 

V.Umudlunun  əsəri (67) XIX yüzilliyin əvvəllərində Azər-

baycan xanlıqlarının rus işğalçılarına qarşı mübarizəsi və  işğalın 

gedişinə  həsr edilmişdi. Monoqrafiyada İrəvan xanlığının siyasi 

vəziyyəti, birinci və ikinci Rusiya-Qacar müharibələri dövründə 

İrəvan uğrundu müharibə və bu xanlığın işğalı məsələləri də təsvir 

edilmişdir. 

AMEA A.A.Bakıxanov adına Tarix İnstitunun 2009-cu ildə 

nəşr etdirdiyi “İrəvan xanlığı: Rusiya işğalı  və ermənilərin  Şimali 

Azərbaycan torpaqlarına köçürülməsi” adlı monoqrafiyası (39) 

mövzumuz üçün əhəmiyyətli  əsərlərdəndir.  Əsər  İrəvan xanlığının 

siyasi-iqtisadi və  mədəni tarixinə,  əhali məsələlərinə  həsr edil-

mişdir. 

Son dövrlərdə Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə 

siyasi münasibətlərindən bəhs edən xeyli əsərlər meydana gəlmişdi. 

Bu problemin araşdırılmasında Azərbaycan xanlıqlar dövrü tari-




Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə