Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə18/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   14   15   16   17   18   19   20   21   ...   179

54 

gedirdi. Xüsusilə İrəvan, Gəncə, Naxçıvan xanlıqları tez-tez Kartli-

Kaxetiya çarlığının hücumlarına məruz qalırdı (43, 161; 247, 129). 

İrəvanı özünə tabe etmək niyyətində olan çar Teymuraz və  oğlu 

İrakli bunun üçün hər cür vasitələrdən istifadə edirdilər. Xanlığın 

ərazisində yaşayan ermənilər bu işdə onların  ən yaxın köməkçiləri 

idi. Ermənilər (çox vaxt bunlara qonşu xanlıqlardan olan ermənilər 

də qoşulurdu – E. Q.) xanlıqda qarışıqlıq salmaqla, yalan vədlərlə 

hər iki tərəf arasındakı münasibətləri gərginləşdirdi. Onlar Kartli-

Kaxetiya sarayı ilə gizli danışıqlar aparırdılar. P.Butkov yazır ki, 

«İrəvan və  Gəncədən olan ermənilər 1749-cu ilin avqustun əv-

vəllərində çarın yanına gələrək çar Teymuraza tabe olacaqlarını və 

beş min rubl məbləğində vergi verəcəklərini vəd etdilər» (89, 241; 

107, c.1, 237-238). 

Lakin ermənilərin xəyanəti  İrəvan xanının nəzərindən qaç-

madı. Buna görə də, Mirmehdi xan Kartli-Kaxetiya sarayı ilə gizli 

əlaqə saxlayan erməniləri cəzalandırmaq haqqında qərar vermişdi. 

Onun bu tədbiri Kartli-Kaxetiya sarayının narazılığına gətirib çı-

xardı.  İrəvanın daxili işlərinə qarışmağa bəhanə axtaran çar Tey-

muraz ermənilərin müraciətindən istifadə edərək, 1749-cu ilin sent-

yabrında 25 minlik qoşunla İrəvana yürüş etdi. Sentyabrın 29-da çar 

qoşunu bir kəndi zəbt edə bildi. Müqavimət göstərmək iqtidarında 

olmayan Mirmehdi xan ermənilərə divan tutmağı dayandırır və 

Teymurazla sülh bağlayır. Noyabrın 22-də çar qoşunları xanlığı tərk 

edərək geri qayıdır (89, 241). 

Kartli-Kaxetiya çarlarının tez-tez qonşu Azərbaycan xanlıq-

larının daxili işlərinə qarışması qüdrətli xanların nəinki narazılığına 

səbəb olmuş, eyni zamanda onların xarici siyasətinə uyğun deyildi. 

Belə xanlardan biri qonşu Azərbaycan xanlarını özünə tabe etmək 

istəyən Qarabağ xanı idi. Qarabağlı Pənahəli xan (1747-1763) xarici 

siyasətində  Gəncə,  İrəvan, Naxçıvan və xüsusilə  Ərdəbil xanlıq-

larını  ələ keçirmək, həmin xanların hakimlərini özünə tabe etmək 

qərarına gəlmişdi (43, 115). 

Qarabağ xanı onun planlarına mane olan çarları  zərərsiz-

ləşdirmək üçün 1749-cu ildə  gəncəli  Şahverdi xan, şəkili Hacı 

Çələbi xan, qəbələli Ağamalı xan, muğanlı Səfərəli xan və şamaxılı 




55 

Məhəmmədəli xanla ittifaq bağlayaraq Kartli-Kaxetiyaya hücum 

etdi (86, 239). Lakin Mirmehdi xanın bu yürüş haqqında çarlara 

vaxtında xəbər göndərməsi bu hücumun qarşısının alınmasına səbəb 

oldu (107, c.1, səh.236-237; 71, 75). 

İrəvan hakimini buna məcbur edən onun həmin vaxt Pənahəli 

xanla düşmənçiliyi idi. Belə ki, Qarabağ qoşunu qarət məqsədilə 

tez-tez  İrəvan xanlığına hücumlar edirdi. Kartli-Kaxetiya ərazisinə 

hücum etməzdən  əvvəl Pənahəli xanın oğlu və qardaşının koman-

danlığı altında 4.000 nəfərlik Qarabağ qoşunu  İrəvan xanlığına 

yürüş təşkil etmişdi. İrəvan şəhərinə və Üçmüəzzin kilsəsinə qədər 

irəliləyən Qarabağ qoşunu bu yürüşdə çoxlu əsir və mal-qara ələ 

keçirmişdi. Lakin onlar bu yürüşü müvəffəqiyyətlə axıra çatdıra 

bilmədilər. Belə ki, bu hücumun qarşısında davam gətirə bilməyən 

Mirmehdi xan II İraklinin yanına elçi göndərərək ondan kömək 

istəmişdi. II İraklinin köməkliyi nəticəsində Qarabağ qoşunu 

məğlubiyyətə uğradı. Baş verən döyüşdə başda Pənahəli xanın oğlu 

və qardaşı olmaqla çoxlu qarabağlı öldürüldü, qənimətlər isə geri 

qaytarıldı (89, 239; 107, c.1, səh.387-388). 

Qeyd etmək lazımdır ki, qarabağlıların qarət məqsədi ilə 

İrəvan ərazisinə yürüşü əvvəllər də olmuşdu. Mirzə Camal Cavanşir 

“Qarabağ tarixi” əsərində maraqlı bir məqama toxunaraq yazırdı ki, 

“Nadir  şah öldürüldükdən sonra üzə  çıxan Pənahəli xan bacarıqlı 

cavanları başına toplayıb  Şirvan,  Şəki, Gəncə,  İrəvan və Qarabağ 

vilayətlərini qarət etməyə başladı. Bütün cavanları mal və dövlət 

sahibi etdi” (43, 111). Pənahəlinin belə addımları  hər iki xanlıq 

arasında əvvəldən gərginliyin yaranmasına səbəb olmuşdu. 

Pənahəli xanın bu səhv addımı İrəvan xanlığı ilə Kartli-Kaxe-

tiya çarlığı arasında olan münasibətləri sıxlaşdırmışdı. Lakin İrəvan 

xanlığında yaranmış sakitlik çox uzun sürmədi. Bu dəfə xanlıq taxt-

tac iddiaçılarının mübarizə meydanına çevrildi. Belə ki, İbrahim 

Mirzə  Əmiraslan xanı  məğlub etdikdən sonra Təbrizə  gəldi və 

1748-ci ilin noyabrın 24-də burada özünü şah elan etdi (95, 153). 

Bir müddət burada qalan şah geri çəkilərkən Əfşar sərkərdələrindən 

biri olan Məhəmməd xanı oraya hakim təyin etdi (228, 113; 502, 

13; 226, 33; 27, 109; 55, 152). Lakin İbrahim Mirzə Məşhəd şəhəri 




56 

yaxınlığında Nadir şahın nəvəsi  Şahrux Mirzə ilə apardığı müha-

ribədə öldürüldü (95, 153). 

Şahın ölümündən sonra yaranan qarışıqlıqdan istifadə edən 

Təbriz hakimi Məhəmməd xan Əfşar müstəqil siyasət yeritməyə 

başladı. O, Kartli-Kaxetiya çarlığı və qonşu Azərbaycan xanlıqlarını 

özünə tabe etmək üçün fəaliyyətini genişləndirdi. Çar Teymuraz ona 

tabe olmaqdan boyun qaçırdığına görə  Məhəmməd xan Kartli-Ka-

xetiyaya hücum etmək fikirinə düşdü. Bunun üçün ona əvvəlcə 

İrəvan xanlığına hücum etmək lazım gəlirdi. 1750-ci ilin yayında 

Məhəmməd xanın komandanlığı altında 30 minlik Təbriz qoşunu 

İrəvan xanlığına daxil oldu. İrəvan ərazisinə hücuma keçən çoxsaylı 

qoşun soyğunçuluqla məşğul olmağa başladı. Qarətçi hücumun 

qarşısında aciz qalmış Mirmehdi xan yenə kömək üçün Kartli-

Kaxetiya sarayına müraciət etməli oldu (502, 13; 226, 33). Belə 

fürsətdən yararlanmağa can atan çar Teymuraz və  oğlu  İrakli 

çoxsaylı qoşunla İrəvana gəlir. Tərəflər arasında baş verən döyüşdə 

məğlub olan Məhəmməd xan Gərnibasar mahalında yerləşən, qədim 

qalalardan olan Qvirop (Xorvirab) qalasına sığınır. Bu qalada onun 

ailəsi və  xəzinəsi yerləşirdi.  İrəvanlıların köməyi ilə  İrakli 

Məhəmməd xanı təqib edərək qalanı ələ keçirir və xanın ailəsi əsir 

alınır. Qalada olan xanın xəzinəsi isə müsadirə edilir (499, 162; 

228, 47; 502, 13; 226, 33). 

Bu hərbi yardım müqabilində Mirmehdi xan Kartli-Kaxetiya 

çarlığına hər il 4.000 tümən məbləğində vergi verməli oldu. Razı-

lığa  əsasən  İrəvan  şəhərində çarın nümayəndəsi də “oturmalı” idi 

(499, 162; 502, 13). 

İrəvan xanlığı bu təhlükədən azad olsa da çox keçmir ki, yeni 

təhlükə ilə üzləşir. Bu dəfə İrəvanda hakimiyyət dəyişikliyi baş ve-

rir. Belə ki, Azərbaycanda və  İranda baş vermiş hadisələr zamanı 

taxt-tac iddiaçılarından olan urmiyalı Fətəli xan Əfşar hərbi cəhət-

dən güclənir və tezliklə qonşu Azərbaycan xanlarını bir mərkəz 

ətrafında birləşdirmə siyasətinə başlayır. O, tezliklə  Təbrizi özünə 

tabe edir (43, 117; 27, 109; 28, 41). Bundan sonra Fətəli xan keçmiş 

rəqibi Mirmehdi xandan qisas almaq niyyətinə düşmüşdür. O, 



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə