Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə21/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   17   18   19   20   21   22   23   24   ...   179

63 

Hüseynəli xanın bu hərəkəti  İrəvanda nüfuzunu itirmək istə-

məyən II İraklinin bərk təşvişə salmışdı. Kartli-Kaxetiya çarı 1765-

ci ildə çoxsaylı qoşunla  İrəvana hücum etdi. Hüseynəli xan çarın 

çoxsaylı qoşunla yaxınlaşdığını eşidərək müdafiə tədbirləri görməyə 

başladı. İlk növbədə, o, İrəvan qalasının hərbi gücünü artırmaq üçün 

ətraf kəndlərin  əhalisini buraya toplamış, qalanın  ətrafındakı 

xəndəyi dərinləşdirərək su ilə doldutdurmuşdu. Qalaya sığınmağa 

imkanı olmayan əhalinin digər hissəsi isə  əlçatmaz yerlərdə 

gizlənmişdi. Lakin öz gücünə inanmayan Hüseynəli xan II İrakli ilə 

sülh danışıqlarına başlamağa məcbur oldu. Bu məqsədlə xan yaxın 

adamları ilə birlikdə katolikos Simonu sülh xahişi ilə II İraklinin 

yanına göndərmişdi (187, 111). Həmin dövrdə sülh bağlamaq çara 

da çox vacib idi. Çünki II İrakliyə verilən məlumata görə, şahzadə 

Paatın başçılığı ilə bir qrup Kartli feodalları ona qarşı qiyam 

qaldırmışdı (290, 722; 245, 132). Nəticədə, tərəflər arasında sülh 

bağlanmış və II İrakli yenidən İrəvan üzərinə təzminat qoyaraq geri 

qayıtmışdı (187, 111, 387). 

Bu təhlükədən yenicə qurtarmış  İrəvan xanlığı tezliklə car-

balakənlilərin hücumuna məruz qaldı. Buna səbəb Gəncə xanlığı 

ətrafında baş verən hadisələr olmuşdu. Belə ki, Gəncə xanı Məhəm-

mədhəsən xanın (1760-1780) apardığı xarici siyasətinin nəticəsində 

XVIII yüzilliyin 60-cı illərin ortalarında ona qarşı Qarabağ, Şamaxı 

xanlıqlarının, Kartli-Kaxetiya çarlığının ittifaqı yaranmışdı. Belə bir 

vaxtda şəmşəddinlilər də üsyan qaldırmışdı. Hətta II İrakli Məhəm-

mədhəsən xana qarşı  tərkibində qazaxlı azərbaycanlıların olduğu 

qoşun da göndərmişdi. Məhəmmədhəsən xan belə böhranlı vaxtda 

kömək üçün carlılara müraciət etdi. Vəd edilmiş yüksək hədiyyə 

müqabilində carlılar onun müraciətinə müsbət cavab verdilər. Lakin 

1766-cı ilin yayında 2 minlik Car qoşunu Gəncəyə gələndə Məhəm-

mədhəsən xan artıq rəqibləri ilə barışmışdı (203, 170). 

Təhlükəli qonaqlardan qurtulmaq üçün Gəncə xanı carlıların 

qoşun başçılarına cənub istiqamətində yürüş etməyi məsləhət gördü. 

Carlılar bununla razılaşaraq  İrəvan xanlığı istiqamətində yürüşə 

başladılar. Məhəmmədhəsən xan bu haqda Hüseynəli xana xəbər də 



64 

göndərmişdi. Bu xəbər  İrəvan  əhalisini bərk təşfişə salmışdı. Hü-

seynəli xan yenidən müdafiə tədbirlərinə əl atır. Onun əmri ilə ətraf 

kəndlərin əhalisi qalaya köçürülür, qalanın müdafiəsi gücləndirilirdi 

(203, 171). 

Lakin xoşbəxt bir təsadüf İrəvan xanlığını dağıntılardan xilas 

edmişdi. Belə ki, xanlıqda yaşayan kolanılılar Hüseynəli xanın siya-

sətindən narazı olduqlarından Qarabağ xanlığına sığınmağı  qərara 

almışdılar. Bütün əmlakları ilə Qarabağa hərəkət edən kolanılılar 

Göyçə sahillərində carlılarla qarşılaşırlar. 1766-cı ilin iyulun axırla-

rında gölün cənub sahilində tərəflər arasında döyüş baş verdi. Kola-

nılıların mərdliklə döyüşmələrinə baxmayaraq, vuruşma carlıların 

qələbəsi ilə başa çatmışdı. Bu döyüşdə carlılar 800-ə  qədər  əsir 

almış, onların əlinə 8 min baş xırdabuynuzlu, 2 min baş iribuynuzlu 

mal-qara, 6 yüz at keçmiş, onlar həm də 12 min tümənlik qızıl və 

gümüş, çoxlu ev əşyaları qənimət əldə etmişdilər (203, 172). 

Lakin carlıların qoşunu qələbəni sona qədər bayram edə bil-

mədi. Belə ki, qələbəni bayram edən carlıların arxayınlaşmasından 

istifadə edən kolanılılardan iki nəfər  əsirlikdən qaçaraq şəmşəd-

dinlilərdən kömək istəmişdilər. Bu xəbəri eşidən  şəmşəddinlilərin 

ağsaqqalı Allahverdi sultan qoşun toplayaraq səhər tezdən carlılara 

hücum edir. Qəflətən yaxalanmış carlı döyüşçüləri  əsir və  qəni-

mətləri buraxaraq döyüş meydanından qaçmışdılar (203, 173). 

Beləliklə, İrəvan xanlığı bu yürüşdən də yaxa qurtara bilmişdi. 

Hüseynəli xan İrəvanı Kartli-Kaxetiya çarlığının asıllığından 

qurtarmağa çalışırdı. Odur ki, onların arasında bağlanmış sülh mü-

qaviləsinin ömrü cəmi üç il çəkdi. Hüseynəli xan yenidən II İrakliyə 

vergi verməkdən imtina etdi. İrəvan hakimini buna sövq edən bey-

nəlxalq vəziyyətin onun üçün əlverişli olması idi. Belə ki, 1768-

1774-cü illərdə Qara dəniz sahilləri uğrunda Rusiya-Osmanlı müha-

ribəsi başlamışdı (290, 349-363). Bu müharibənin gedişində Cənubi 

Qafqaz uğrunda Rusiya-Osmanlı  rəqabətinin yeni dalğası başladı. 

Rusiya bu bölgənin xristian əhalisi, ilk növbədə də Kartli-Kaxetiya 

çarlığı vasitəsilə Azərbaycan xanlarına təsir göstərmək istəyirdi. 

Hətta 1769-cu il avqustun 26-da Totlebenin başçılığı ilə bir dəstə 



65 

rus qoşunu Kartli-Kaxetiyaya daxil olmuşdu (245, 139). Bu da 

Azərbaycan xanlarının narazılığına səbəb olmuşdu. 

Osmanlı dövləti də öz növbəsində nümayəndələrini müxtəlif 

hədiyyə  və vədlərlə  Cənubi Qafqaza göndərərək, Azərbaycan xan-

larını, o cümlədən İrəvan xanlığını rus-gürcü birliyinə qarşı müba-

rizəyə çağırırdı. Qeyd etmək lazımdır ki, XVIII yüzilliyin ikinci 

yarısında Azərbaycan xanlarının Osmanlı dövləti ilə münasibətləri 

haqqında T.Mustafazadənin və G.Nəcəflinin əsərlərində ətraflı təs-

vir edilmişdi (55; 57). Lakin biz yalnız  İrəvan xanlığı ilə bağlı 

hadisələrə toxunacağıq. 

İrəvan xanlığı  hərbi  əməliyyatların baş verdiyi əraziyə yaxın 

olduğundan hər iki dövlət burada möhkəmlənmək marağında idi. 

Hüseynəli xan isə onların bu rəqabətindən istifadə etmək qərarına 

gəlmişdi. Belə ki, müharibənin gedişində Osmanlı dövlətinin 

bölgədə  fəallığı daha da artmışdı. Sultan bölgənin müsəlman 

hökmdarlarını – İsfahan hakimi Kərim xan Zəndi, Qubalı Fətəli xan 

başda olmaqla Azərbaycan və Dağıstan feodallarını Rusiya və 

Kartli-Kaxetiya çarına qarşı birləşərək mübarizə aparmağa çağırırdı. 

Osmanlı dövləti Hüseynəli xana da çox ümid bəsləyirdi. Çar 

II İrakli 1770-ci ilin oktyabrın 5-də qraf N.İ.Paninə yazdığı 

məktubda Osmanlı dövlətinin və  İrəvan xanlığının siyasətini belə 

dəyərləndirirdi: «Ləzgilərdən (dağıstanlılardan – E. Q.) və bizi 

əhatə edən digər xalqlardan başqa  İrəvan xanını da bizə düşmən 

etmişdilər. O, (Hüseynəli xan – E. Q.) bizə verdiyi anda məhəl 

qoymayaraq, bizim himayəmizdən çıxaraq türklərə qoşulmuşdu. 

Qarsa gələn sərəsgər sultandan həm ərzaq və digər maddi yardımla 

birlikdə bizə qarşı çoxlu qoşun tələb edirdi. Eyni zamanda Kərim 

xanı, Qubalı  Fətəli xanın qüvvələrini bizə qarşı  çıxmağa cəhd 

edirdi. Türklər  İrəvan xanının səyindən istifadə edərək, onun 

vasitəsilə digər xanları böyük hədiyyələrlə öz tərəfinə  çəkmək 

istəyirdilər» (158, 244). Beləliklə,  İrəvanda möhkəmlənmək üçün 

Osmanlı elçiləri tez-tez buraya gəlir, sultandan xana məktub və 

hədiyyələr gətirirdilər. Sultan Hüseynəli xana kürk üçün samur 

dərisi, cavahir, qızılla bəzədilmiş qılınc kimi hədiyyələr və iki min 



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə