Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə20/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   16   17   18   19   20   21   22   23   ...   179

60 

 

 



II FƏSÝL 

 

XVIII YÜZÝLLÝYÝN 60-90-CI ÝLLƏRÝNDƏ 

 

ÝRƏVAN BÖLGƏSÝNDƏ SÝYASÝ VƏZÝYYƏT 

 

 

2.1. İrəvan xanlığı Hüseynəli xanın (1759-1783) 

hakimiyyəti dövründə 

 

Dörd ilə  qədər hakimiyyətdə olan Həsənəli xan 1759-cu ilin 

əvvəllərində  vəfat etdi. Onun vəfatından sonra qardaşı Hüseynəli 

xan (1759-1783) İrəvanda hakimiyyətə  gəldi (188, 306). Tarixi 

ədəbiyyatda onun hakimiyyətə gəlişi vaxtı haqqında müxtəlif məlu-

matlar var. Bəzi məlumata görə bu hadisə 1762-cü ildə, digər məlu-

mata görə isə 1764-cü ildə baş vermişdir (472, 5; 161, 32; 49, 16; 

54, 141). Lakin erməni mənbələrinə  əsasən, Hüseynəli xan daha 

əvvəl hakimiyyətə gəlmişdir. Məsələn, S.İrəvanlı «Cambr» əsərində 

yazır ki, «Həsənəli xandan sonra bizim dövrümüzə qədər müstəqil 

hakim olan qardaşı Hüseynəli xan İrəvanda hakimiyyətə  gəldi. 

Onun dövründə – 1759-cu ildə katolikos taxtını Akop Şamaxılı 

tutmuşdu» (187, 306). O, daha sonra yazır ki, 1759-cu ildə katolikos 

Akop Şamaxılı Hüseynəli xan İrəvanlıya 14 maddədən ibarət ərizə 

yazmışdı (185, 208). Hüseynəli xandan bəhs edən başqa bir erməni 

mənbəsində belə qeyd olunur: «1759-cu ilin iyununda Hüseynəli 

xan Pənahəli xanın (Qarabağ xanı – E. Q.) yanına getməyə hazır-

laşarkən «Müqəddəs Taxt»dan (Üçmüəzzindən – E. Q.) 100 tümən 

tələb etmişdi. Lakin biz yalvaranda ki, buna gücümüz çatmaz, 

güzəşt edərək 50 tümən aldı» (92, 12). Bu məlumatlardan belə nəti-

cəyə  gəlmək olar ki, Hüseynəli xan 1759-cu ilin yayında haki-

miyyətə gəlmişdi. 




61 

Əgər  İrəvan xanlığının yaranması Mirmehdi xan Əfşarın adı 

ilə bağlıdırsa, xanlığın güclənməsində Hüseynəli xanın  əvəzsiz 

xidmətləri olmuşdu. Görkəmli dövlət xadimi olan Hüseynəli xan 

daxili siyasətdə xanlığın iqtisadi cəhətdən möhkəmlənməsinə diqqət 

edirdisə, xarici siyasətdə İrəvanın tam müstəqilliyinə nail olmaq və 

qonşu dövlətlərlə sülh şəraitində yaşamaq siyasəti yeridirdi. 

Hüseynəli xanın hakimiyyətinin ilk dövrlərində İrəvan xanlığı 

ciddi xarici təhlükə ilə üzləşmişdi. Belə ki, XVIII yüzilliyin 50-ci 

illərin axırları-60-cı illərin əvvəllərində urmiyalı Fətəli xan Əfşarla, 

Şiraz hakimi Kərim xan Zənd arasında taxt-tac uğrunda mübarizə 

daha da gücləndı.  Əvvəllər qələbələr qazanan Fətəli xan 

Azərbaycanın cənub xanlarını özünə tabe edərək  şimala üz tutur 

(51, 44-46; 43, 117; 95, 158). 1760-cı ilin mayında onun İrəvana 

yürüş edəcəyi barədə  xəbər yayılır. Bu xəbər yerli əhalini bərk 

təşvişə salmışdı. Hüseynəli xan təhlükənin qarşısını almaq üçün 

müdafiə tədbirlərinə əl atmağa məcbur oldu. Onun göstərişi ilə ətraf 

kəndlərin əhalisi İrəvan qalasına köçürülür. Bir neçə ay irəvanlılar 

qorxu içərisində yaşayırlar. Lakin Fətəli xanın İrəvana hücumu baş 

tutmadı (203, 57). Fətəli xanın yürüşünə mane olan səbəb Kərim 

xan Zəndin Azərbaycanın cənubuna hücum etmək xəbəri olmuşdu 

(43, 119; 95, 159; 54, 130-131). Bu hücum baş tutmasa da, o, 

irəvanlılara baha başa gəlmişdi. Onlar bir neçə ay evlərindən və 

təsərrüfatdan didərgin düşməyə məcbur olmuşdular. 

Bu təhlükə yenicə sovuşmuşdu ki, dağıstanlıların İrəvan xan-

lığı ərazisinə hücum etməsi xəbəri yayılır. 1760-cı ilin avqustunda 

Dağıstan qoşunları  İrəvan yaxınlığında yerləşən Kənəkir kəndində 

peyda oldu. Hüseynəli xan onlara qarşı qoşun göndərir və baş 

vermiş döyüşdə Dağıstan qoşunu məğlub olaraq geri çəkildi. Lakin 

əlavə kömək alan dağıstanlılar geri qayıdaraq Üçmüəzzinə  qədər 

irəliləyirlər. Onlar burada çox qalmayaraq qəflətən Göyçə gölü 

istiqamətində geri çəkilir və  qısa müddətdən sonra yenidən 

yürüşlərini davam etdirərək Araz çayına qədər gəlib çatırlar. 

Dağıstan qoşunu çoxlu əsir və  qənimət  ələ keçirərək geri qayıdır. 

Onlar geri qayıdarkən Kartli-Kaxetiya qoşunları  qəflətən onlara 



62 

hücum edir. Döyüş  nəticəsində dağıstanlılar məğlub olur və  nəti-

cədə əsirlər İrəvana qaytarılırlar (249, 57-58). 

Bu hadisə Kartli-Kaxetiya çarlığının  İrəvan xanlığı üzərində 

təsirini daha da möhkəmləndirmişdi.  Şiraz hakimi Kərim xan 

Zəndlə II İraklinin münasibətlərinin normallaşması bu təsiri daha da 

qüvvətləndirdi. Belə ki, taxt-tac uğrunda Kərim xan Zənd (1759-

1779) Fətəli xan Əfşara qalib gəldikdən sonra Azad xanı  təqib 

etməyə başladı. Təqibdən yayınan Azad xan Qazax sultanlığına 

qaçdı. Burada mövqe tutan Azad xan II İraklidən kömək almaq 

niyyətində idi. Lakin o, 1760-cı ildə II İrakli tərəfindən  ələ 

keçirilərək Kərim xan Zəndə təhvil verildi. Bu xidmət müqabilində 

Kərim xan Zənd bir müddət Kartli-Kaxetiyanın İrəvan xanlığından 

təzminat almasına göz yumdu (499, 347; 78, 90; 226, 40; 247, 132). 

İrəvan xanlığının Kartli-Kaxetiyaya təzminat verməsində 

erməni  əhalisinin xəyanətkarlığı da az rol oynamamışdı. Xanlığın 

ərazisində yerləşən Üçmüəzzin kilsəsinın katolikosları II İrakli ilə 

daima  əlaqə saxlyaraq müxtəlif vasitələrlə onu İrəvana dəvət 

edirdilər. Onlar gürcü çarının  əli ilə  İrəvanda hakimiyyətə  gəlmək 

istəyirdilər. Bundan əlavə, erməni katolikosları kömək almaq məq-

sədi ilə gizli surətdə II Yekaterina Rusiyasına müraciət etmişdilər 

(247, 129; 204, 15). Beynəlxalq və daxili vəziyyətin gərgin olduğu 

bu illərdə İrəvan xanlığı Kartli-Kaxetiyaya hər il 1000-4000 tümən 

məbləğində təzminat verməyə məcbur olmuşdu (80, 54). 

Lakin bu asılılıq çox davam etməmişdi. Hüseynəli xan haki-

miyyətini möhkəmləndirən kimi, qarşısına  İrəvan xanlığını Kartli-

Kaxetiya çarlığının asılılığından qurtarmaq məqsədi qoymuşdu. 

Ümumiyyətlə, Hüseynəli xanın hakimiyyət illəri Kartli-Kaxetiya 

çarlığına qarşı mübarizə ilə zəngin olmuşdu. Yuxarıda qeyd edildiyi 

kimi, İrəvan xanlığı hər il Kartli-Kaxetiya çarlığına təzminat verirdi. 

Lakin II İrakli hər dəfə bu verginin miqdarını çoxaltmağa çalışırdı. 

Hüseynəli xan isə Kartli-Kaxetiya çarının bu istəyinə qarşı açıq 

etiraz edərək, təzminat verməkdən boyun qacırırdı. Bu da tərəflər 

arasında yaranmış gərginliyi daha da gücləndirirdi (187, 387). 




Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə