Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə17/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   13   14   15   16   17   18   19   20   ...   179

51 

nu məğlub edilmişdir. Araz çayına doğru çəkilən  Əmiraslan xan 

Təbrizə məktub yazaraq əlavə kömək istəyir. Təbrizdən 21 top, 24 

zəmburəngə malik qoşun alan Əmiraslan xan növbəti dəfə İrəvana 

döğru hərəkət edir. Lakin İrəvan qalasına sığınan irəvanlılar onun 

qoşununa güclü müqavimət göstərdilər. Uğursuzluğa düçar olmuş 

Əmiraslan xan İrəvanın 10 verstliyində düşərigə salaraq, vəziyyətlə 

əlaqədar  şaha məlumat göndərib, onun əmrini gözləməyə başla-

mışdır (8, 46). 

Nadir  şahın 1747-ci ilin iyulun 19-dan 20-ə keçən gecə sui-

qəsd nəticəsində öldürülməsi (242, 312-313; 91, 254) ölkəni 

bürümüş üsyanların yatırılmasına mane oldu. Şahın öldürülməsi ilə 

ölkədə güclü qarışıqlıq yaranır, hər tərəfdə taxt-taca iddialar irəli 

sürülməyə başlayır. Bu mübarizədə müvvəqqəti olaraq Nadir şahın 

qardaşı oğlu Əliqulu xan Adil şah adı ilə hakimiyyətə gətirildi (51, 

33; 43, 114; 95, 152; 242, 315-316; 83, 218; 27, 20). Lakin yeni şah 

müstəqil xanlıqların yaranmasının qarşısını ala bilmədi. Müstəqil 

olmağa çalışan Azərbaycan xanları taxt-tac iddiaçılarına qarşı 

mübarizə şəraitində öz kiçik feodal dövlətlərini yaradırdılar. 

Tax-taca iddia edilənlərdən biri də yalançı  şahzadə III Sam 

Mirzə idi. Onun fəaliyyətinin bir hissəsi İrəvanla bağlı olduğundan 

bu  şəxs haqqında  ətraflı dayanmaq istərdik. Belə ki, hələ Nadir 

şahın ölümündən bir qədər  əvvəl  Ərdəbildə o, özünü şah elan 

etmişdi.  Şahın ölümündən sonra III Sam Mirzə Astaraya gedərək 

oranın hakimi və onun qardaşı ilə ittifaq bağlamış və hakimi özünə 

vəzir təyin etmişdi. Bakı hakimi də onun tərəfinə keçmişdi. Onların 

köməyi ilə 12-15 min nəfərlik qoşun toplayan yalançı  şahzadə 

Təbrizə  gəlmiş, yerli əhalini öz tərəfinə  çəkərək burada möhkəm-

lənmişdi (240, 101; 83, 218; 245, 55-56). 

Təbrizdə möhkəmlənən Sam Mirzə  Rəşt  şəhərinə hücum 

etmişdi. Lakin o, burada möhkəmlənə bilmədi. O, Adil şahın gön-

dərdiyi cəza dəstəsinin yaxınlaşdığını  eşidərək  əvvəlcə  Ərdəbilə, 

sonra isə Təbrizə geri çəkildi (240, 101-102). 

Azərbaycanın ayrı-ayrı bölgələrindən dəstək qazanmağa çalı-

şan yalançı şahzadə yerlərə müraciətlər göndərərək əhalini hakimiy-

yətinin tanınılmasına çağırırdı. Azərbaycan xanları onun müraciət-




52 

lərinə biganə qalsa da, sadə xalqın bir hissəsi onun çağırışlarını 

müsbət qarşıladı. Hətta  İrəvan, Gəncə,  Şamaxı, Tiflis, Muğan, 

Astara və Ərdəbil əhalisi 40 min nəfərədək qoşun toplamış və onun 

adına pul da kəsilməyə başlamışdı (9, 46-47; 83, 219: 245, 55). 

Digər tərəfdən, yalançı  şahın  Əfşar hakimiyyətinə qarşı baş 

vermiş üsyanlara kömək göstərmək qərarı əhali arasında onun nüfu-

zunun artmasına şərait yaratmışdı. O, həmçinin üsyan etmiş irəvan-

lılara kömək etmək qərarına gəlmişdi. Lakin İrəvanda düşərgə salan 

Əmiraslan xan onun bu planının qarşısını aldı. Belə ki, o, yalançı 

şahzadəyə məktub yazaraq onun hakimiyyətini tanımadığını bildir-

miş  və  Təbrizə qoşun yeritmişdi. Öz növbəsində yalançı  şahzadə 

20.000 nəfərlik qoşunla  Əmiraslan xana qarşı  hərəkət etmişdir. 

Mərənd  şəhəri yaxınlığında tərəflər arasında baş verən döyüşdə 

Əmiraslan xan Sam Mirzənin qoşununu darmadağın edir. Tezliklə

Sam Mirzə ələ keçirilərək Təbrizdə edam edilir (240, 103; 83, 219; 

245, 57-58). 

Sam Mirzəyə qalib gələn  Əmiraslan xan Təbrizdə möhkəm-

lərək müstəqil Azərbaycan dövləti yaratmaq niyyətində idi (83, 

221). Tezliklə o, Azərbaycan xanlarını özünə tabe etmək üçün 

fəaliyyətə başlayır. Əmiraslan xan Ərdəbil və Qaradağ xanlıqlarını 

özünə tabe etsə də, Şəki xanı Hacı Çələbi ilə döyüşdə məğlubiyyətə 

uğrayır. Dövrün güclü Azərbaycan xanlarından biri olan Şəki xanı 

ilə döyüşdə  məğlub olan Əmiraslan xan İrəvana çəkilir.  İrəvana 

gələn  Əmiraslan xan burada davam edən üsyanı yatırmağı  qərara 

aldı. O, əfşar sərkərdələrindən olan Mirmehdi xanı qoşunla İrəvana 

göndərir. Lakin Əmiraslan xanın siyasətindən narazı olan Mirmehdi 

xan irəvanlılarla razılığa gələrək onlarla birləşir və üsyanın rəhbəri 

olur. Əmiraslan xanın onlara aman verməyəcəyini başa düşən yerli 

əhali ona ciddi müqavimət göstərdi. Bu müqavimət qarşısında 

Əmiraslan xan geri çəkilməyə  məcbur oldu. Tezliklə,  Əmiraslan 

xana qarşı Azərbaycanın müxtəlif bölgələrinin güclü ittifaqı yaran-

dı.  İrəvanlılar da bu ittifaqa qoşulmuşdular.  İrəvanlılara rəhbərlik 

edən Mirmehdi xan, Muğan xanı Həsənəli xan, Əmiraslan xan tərə-

findən talana məruz qalmış kürdlər,  əfşarlar qüvvələrini birləş-

dirərək 30.000 nəfərə yaxın qoşunla Əmiraslan xana qarşı çıxdılar. 




53 

Birləşmiş qoşunlar Urmiya şəhərinə hücum edərək xanın burada 

yerləşən bütün xəzinəsini  ələ keçirmiş  və onu öz aralarında 

bölüşdürmüşdülər (89, 203-204). 

Bu hadisədən çox keçməmiş, doğma qardaşı Adil şahı taxtdan 

salaraq hakimiyyətə  gələn  İbrahim Mirzə  Əmiraslan xanı  məğlub 

edərək onu öldürür (27, 108; 28, 40). 

Beləliklə,  İrəvan üsyançılarını öz tərəfinə  çəkərək, üsyana 

rəhbərliyi  ələ ala bilən Mirmehdi xan Əfşar (1747-1752) hakimiy-

yəti ələ keçirərək müstəqil İrəvan xanlığının əsasını qoyur. 

İrəvan xanlığı yarandığı gündən müstəqil bir dövlət kimi 

qonşu dövlətlərlə, Azərbaycanın bəzi digər xanlıqları ilə siyasi mü-

nasibətlər qurmuş  və varlığını qorumaq üçün həmişə mübarizə 

aparmışdı. Qeyd etmək lazımdır ki, Azərbaycanın  şimal – qərb 

qurtaracağında yaranmış  İrəvan xanlığı  əlverişli strateji mövqedə 

yerləşdiyindən ilk gündən taxt-tac iddiaçılarının, Kartli-Kaxetiya 

çarlığının, Qarabağ xanlığının müdaxiləsinə  məruz qalmış  və 

Rusiya, Osmanlı və Qacar kimi dövlətlərin mənafeyinin toqquşduğu 

bir bölgə olmuşdu. Ona görə  də, xanlıq tez-tez qonşu dövlətlərin 

hücumlarına məruz qalırdı. 

Azərbaycanın digər xanlıqlarında olduğu kimi, İrəvan xanlı-

ğının da siyasi tarixi ara müharibələri ilə  zəngin olmuşdu.  İrəvanı 

müstəqil xanlığa çevirən Mirmehdi xan xanlığın ərazisini genişlən-

dirmək üçün qonşu xanlıqlara yürüşlər təşkil edirdi. O, 1748-ci ilin 

əvvllərində Urmiya xanlığına hücum edir. Gələcəkdə taxt-tac id-

diaçılarından biri olan, lakin həmin dövrdə hələlik bir o qədər qüv-

vəsi olmayan Urmiya xanı  Fətəli xan Əfşar irəvanlılarla döyüşdə 

məğlubiyyətə uğrayır. Nəticədə, Fətəli xan Mirmehdi xana güzəştə 

getməyə məcbur olmuşdu (27, 111; 28, 42). 

Lakin yenicə yaranmış İrəvan xanlığı çox tezliklə qonşu döv-

lətlər arasında gedən çox ciddi mübarizə meydanına çevrildi. XVIII 

yüzilliyin 40-cı illərin axırlarında  şah taxt-tacı  uğrunda mübarizə 

qızışdığından Cənubi Qafqazda da mürəkkəb vəziyyət yaranmışdı. 

Bundan yüksək şəkildə yararlanmağa çalışan Kartli-Kaxetiya çarları 

II Teymuraz və  oğlu II İrakli, digər tərəfdən isə Qarabağ xanı 

Pənahəli xan arasında bölgədə nüfuz dairəsi uğrunda mübarizə 




Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə