Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə25/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   21   22   23   24   25   26   27   28   ...   179

75 

qorxmadan öz evlərinə qayıtmağa icazə verildi. Çoxlu danışıq, söz-

söhbətdən sonra əhali dağlardan enməyə  və itaət etməyə razılıq 

verdi. Onlarla razılığa gəldiklərinə  əmin olan xan adamları  əhalini 

öz yerlərinə qayıtmağa nəzarət etmək məqsədilə orada 40 nəfərlik 

dəstə saxlayaraq, qalan qoşunla geri qayıtdılar. Lakin əsas qoşun 

hissələri getdikdən sonra qiyamçılar Qarabağdan aldıqları köməklə 

birlikdə orada saxlanılan dəstəyə hücum edərək onların hamısını 

qılıncdan keçirdilər və  əmlaklarını qarət etdilər. Bu xəyanətkar 

hərəkəti eşidən Hüseynəli xan dərhal oraya yenidən qoşun göndərdi. 

Nizami qoşun qəti hücuma keçərək qiyamçıları məğlub etdi. Qalib 

gəlmiş xanın qoşunu qiyamçıların  əmlakını  və mal-qarasını qarət 

etdi (48, 87). Qeyd etmək lazımdır ki, bu qiyamın yatırılmasında II 

İraklinin də köməyi olmuşdu. O, qiyamın qarşısını almaq üçün 

sərkərdələrindən birini İrəvana göndərmişdi (48, 97-98). Oeyd edək 

ki, bu qiyam 1782-ci ilin baharında və yayında olmuşdu. 

Müdaxilələr nəticəsində güclü dağıntıya məruz qalmış xanlıq 

təsərrüfatını  bərpa etməklə  məşğul olan Hüseynəli xan tezliklə 

qonşu Naxcıvan xanlığında baş verən siyasi hadisələrə qoşuldu. 

Qeyd etmək lazımdır ki, XVIII yüzilliyin 80-ci illərin əvvəllərində 

bir tərəfdən xoylu Əhməd xan Dünbülü, digər tərəfdən isə qarabağlı 

İbrahimxəlil xan, Kartli-Kaxetiya çarı II İrakli və  İrəvan hakimi 

Hüseynəli xan arasında Naxçıvan xanlığında möhkəmlənmək 

uğrunda mübarizə başlamışdı. Müttəfiqlərin səyi nəticəsində  kən-

gərli tayfasından olan Abbasqulu xan hakimiyyətə  gəlmişdi (34, 

49). 


Lakin bununla razılaşmayan Xoy hakimi Əhməd xan Naxcı-

van xanlığının daxili işlərinə qarışmaq üçün fürsət axtarırdı. Bu 

məqsədlə  Əhməd xan naxçıvanlı Abbasqulu xandan torpaq iddiası 

edərək, həmin xanlığın tərkibinə daxil olan Nazik və  Şükürlü 

kəndlərini ona güzəştə getməyi tələb etdi. Onun bu tələbi Abbas-

qulu xan tərəfindən rədd edildi. Rədd cavabı alan Əhməd xan 

qoşunlarını Naxçıvan xanlığının sərhədlərinə yeritdi. Güclü Xoy 

qoşunlarına müqavimət göstərmək iqtidarında olmayan Abbasqulu 

xan Naxçıvanı  tərk edərək Zəngəzura çəkildi. Lakin Əhməd xan 



76 

Naxçıvanda çox qala bilmədi. İrəvanlı Hüseynəli xan Əhməd xana 

məktub yazaraq Naxçıvandan çıxmağı tələb etmiş, əks-təqdirdə ona 

qarşı hərbi əməliyyata başlayacağı ilə hədələmişdi (3, 220). Bunun 

ardınca İrəvan hakimi Naxçıvana qoşun yeritmişdi. Hüseynəli xanın 

bu addımının  İbrahimxəlil xan və II İrakli tərəfindən müdafiə 

edildiyini başa düşən Əhməd xan Naxçıvanı tərk etdi. Lakin İrəvan 

qoşunu da burada çox qala bilmədi. Abbasqulu xanın yenidən 

Naxçıvana qayıtması irəvanlıların buranı  tərk etməsinə  səbəb oldu 

(3, 220). 

Hakimiyyətə yenidən qayıdan Abbasqulu xanın siyasəti də 

yerli əhalinin narazılığına səbəb olmuşdu. Onun hətta öz qohumları 

ilə münasibətləri çox kəskin idi. Tezliklə, Abbasqulu xan yenidən 

Naxçıvanı  tərk etmək məcburiyyətində qaldı. Hüseynəli xan 

Naxçıvan dövlət başçılarına,  əyanlarına göndərdiyi məktubunda 

«…Abbasqulu xanın qohum-əqrəbələrinin ona olan pis münasi-

bətləri ilə  əlaqədar olaraq öz ana vətəni Naxçıvanı  tərk etməyə 

məcbur olduğunu» yazmışdı (48, 11). 

Naxçıvanda olan qarışıqlıqdan istifadə edən  Əhməd xan 

İsfahan hakimindən hərbi kömək alaraq, onun sərkərdəsi Gülşirəli 

xanın başçılığı altında Naxçıvana qoşun göndərdi. Bu qoşunların 

köməyi ilə Abbasqulu xanın əmisi oğlu Cəfərqulu xan Naxçıvanda 

hakimiyyətə gətirildi (3, 220). 

Hakimiyyətdən uzaqlaşdırılan Abbasqulu xan isə  İrəvana 

gəlmişdi və dost-tanışları ilə  məsləhətləşdikdən sonra Tiflis sara-

yına pənah aparmışdı. O, hakmiyyəti geri qaytarmaq üçün II 

İraklidən hərbi yardım istəyirdi. Kartli-Kaxetiya çarı isə onun 

vəziyyətini həll etmək üçün öz nümayəndələrini xüsusi məktubla 

Hüseynəli xanın yanına göndərdi. Məktubda o, Hüseynəli xana 

nümayəndələrlə  məsləhətləşib Abbasqulu xanın məsələsini həll 

etməyi tapşırmışdı (48, 11-13). Lakin bölgədə qüvvələr nisbətinin 

dəyişməsi, ilk növbədə  də Hüseynəli xanın ölümü İrəvanı bu 

mübarizədən kənarda qoydu. 

Yuxarıda gətirilən materiallardan belə nəticə çıxarmaq olar ki, 

İrəvan hakimi Hüseynəli xan xarici siyasətində Azərbaycan 



77 

xanlıqlarının əksəriyyəti ilə əsasən dostluq münasibətləri saxlamağa 

çalışırdı. Onun yazdığı məktublardan görünür ki, xan ömrünün son-

larına yaxın xoylu Əhməd xanla, qarabağlı  İbrahimxəlil xanla 

münasibətlərini nizama sala bilmişdi. Naxçıvanda baş vermiş ha-

disələrdə mənafelərinin toqquşmasına, II İrakli ilə Əhməd xan Dün-

bülünün düşmənçiliyinə baxmayaraq, Hüseynəli xanla Xoy xanı 

arasında səmimi münasibətlər yaranmışdı. Xanlar yazdıqları  mək-

tublarında dostluqdan bəhs edir və bir-birinə  hədiyyələr göndərir-

dilər. Hətta Hüseynəli xan böyük oğlu Qulaməlini  Əhməd xanın 

qızı ilə evləndirməklə onunla qohum olmaq niyyətində idi (48, 13-

21). Görünür, bu nikahla Hüseynəli xan güclü Xoy xanının hərbi 

qüvvəsindən yararlanmaq istəyirdı. Lakin Hüseynəli xanın qəfl 

ölümü bu niyyətin həyata keçməsinə mane oldu. 

İrəvan xanlığının Qarabağ xanlığı ilə münasibətləri çox zaman 

dəyişkən olmuşdu. Yuxarıda Hüseynəli xandan əvvəlki dövrləri 

izlədikdə görürük ki, Qarabağ xanları daim İrəvan xanlığını  ələ 

keçirməyə çalışmışdılar. Qarabağ xanlığının banisi Pənahəli xan 

İrəvanın çətin vəziyyətindən istifadə edərək Göyçə gölündən şərqdə 

yerləşən, Tərtər çayına qədər torpaqları  ələ keçirib öz xanlığına 

qatmışdı. «Qarabağnamə» müəlliflərinin  əksəriyyəti iddia edir ki, 

İbrahimxəlil xan başqa  ərazilərlə birlikdə  İrəvanı da öz təsirinə 

almışdı. Guya burada kimi istəsə  işdən götürmək, yenisini təyin 

etmək onun əmri ilə icra edilirdi (51, 48; 43, 120-121; 44, 24; 37, 

126). Lakin Qarabağ xanları xanlıq daxilində baş verən hadisələrdən 

yararlanaraq  İrəvanda möhkəmlənməyə çalışsalar da, heç zaman 

buna nail ola bilməmişdilər. Bunun əsas səbəblərindən biri bölgə 

uğrunda güclü Qarabağ xanlığı ilə mübarizə aparan, Rusiya döv-

lətinə arxalanan Kartli-Kaxetiya çarının  İrəvanda təsirinin böyük 

olması idi. İkincisi, Rusiya və Osmanlı dövlətləri arasındakı 

münasibətlər də bu cür vəziyyətin yaranmasında böyük rol oyna-

mışdı. Bu münasibətlərdə xüsusilə İrəvan xanlığı uğrunda mübarizə 

əsas yeri tuturdu. Digər tərəfdən, bacarıqlı dövlət xadimi Hüseynəli 

xan bölgədə baş verən hadisələri düzgün qiymətləndirir,  İbrahim-

xəlil xanla dostluq münasibətləri saxlayırdı. İrəvan hakiminin onun 



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə