Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə24/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   20   21   22   23   24   25   26   27   ...   179

72 

İlk cəhdlərinin uğursuzluğa düçar olmasına baxmayaraq

Hüseynəli xan məqsədinə nail olmaq üçün Tiflisə yeni-yeni nüma-

yəndə heyətləri göndərməkdə davam edirdi. O, II İraklinin yanına 

oğlu Məhəmmədin də daxil olduğu üçüncü nümayəndə heyəti yol-

ladı. Bu heyətin göndərilməsinə  bəhanə II İraklinin oğlu Levonun 

faciəli ölümü idi. Vəziyyətdən istifadə etməyə çalışan bu nüma-

yəndə heyəti də sülh müqaviləsi bağlamağa nail ola bilmədi (161, 

70). Lakin II İrakli Hüseynəli xanın oğlunu mehribanlıqla qarşıla-

mış və ona İrəvan qoşunlarına sərkərdəlik vəzifəsi tapşırmışdı (48, 

88-89). Buna baxmayaraq, bu heyət də məqsədə nail ola bilmədi. 

Ruhdan düşməyən  İrəvan hakimi əsirlərin geri qaytarılması 

üçün II İrakliyə  məktublar göndərməkdə davam edirdi. Hüseynəli 

xan başa düşürdü ki, dağıntıları aradan qaldırmaqda və təsərrüfatın 

dirçəldilməsində aparılan  əsirlərin böyük rolu ola bilərdi. O, Tiflis 

sarayına göndərilən məktubların birində bu haqda açıq yazırdı: 

“...xahiş edirəm ki, mərhəmət edib, iltifat göstərərək bizə ciddi 

kömək göstərib, yardım etmək məqsədilə sizin ölkənizdə sakin 

edilən irəvanlı xanəvarları (ailələri) öz başınıza sədəqə edərək hə-

diyyə və peşkəş kimi bizə bağışlayasınız. Onlar öz vətənlərinə qayı-

daraq  əkinçilik, kasıbkarlıqla məşğul olub sizin ömrünüzə  və 

dövlətinizə dua etsinlər. Onların qaytarılması…vilayətin abadlaş-

masına…səbəb olacaqdır» (48, 89). 

II  İraklini yola gətirə bilməyən Hüseynəli xan kömək üçün 

Osmanlı sultanına müraciət etdi. Sultan isə  şərq paşalarına  İrəvan 

xanına hər cür kömək etməyi tapşırmışdı. Bundan sonra Kartli-

Kaxetiya çarı ilə sülh müqaviləsinin bağlanmasında Ahalsıx və 

Çıldır hakimləri böyük rol oynadılar. Hüseynəli xan Ahalsıx hakimi 

Süleyman paşaya məktub göndərərək əsirlərin acınacaqlı vəziyyətdə 

olduğunu bildirmiş və onların geri qaytarılmasında vasitəçi olmağa 

xahiş etmişdi. Buna razılıq verən Ahalsıx paşasının adamları 

tezliklə İrəvana gəldilər (48, 91; 161, 69). 

Çildır hakimi Süleyman paşa da sülh işində fəal rol oynamış-

dı. Hüseynəli xandan sonra hakimiyyətə gəlmiş oğlu Qulaməli xan 

sultana göndərdiyi məktubda bunu xüsusi qeyd etmişdi. O, yazırdı: 



73 

“Keçmiş illərdə...  əzəmətli vəziriniz, Çıldır vilayətinin hakimi 

Süleyman paşanın səyi və  təşəbbüsü ilə Gürcüstanla sərhədlər 

barəsində xüsusi müqavilə bağlanmışdı” (48, 73). 

Osmanlı dövlətinin təzyiqləri və digər tərəfdən  İrəvan 

xanlığında öz nüfuzunu itirmək qorxusu II İraklini mövqeyini 

dəyişməyə məcbur etdi. Xoylu Əhməd xanla qarabağlı İbrahimxəlil 

xan arasında baş verən münaqişə  də bu işdə böyük rol oynamışdı. 

İbrahimxəlil xanın müttəfiqi olan II İrakli  Əhməd xana qarşı 

mübarizədə Hüseynəli xandan maddi və  hərbi kömək alacağını 

düşünərək oğlu Levonun vəziri Georgi bəyin başçılığı ilə  İrəvana 

nümayəndə heyəti göndərdi. Georgi bəy iki dəfə İrəvanda olmuşdu. 

Razılığa  əsasən, 1781-ci ilin noyabrında Hüseynəli xan oğlu Qu-

laməli xanın başçılığı ilə dördüncü nümayəndə heyətini Tiflisə 

göndərdi. Kartli-Kaxetiya çarının səlahiyyətli nümayəndəsi  İvane 

Muxran bəy də  İrəvana gəldi (161, 71-72). Nəticədə bağlanmış 

müqavilənin  şərtlərinə görə, Hüseynəli xan II İrakliyə ildə 3.000 

tümən məbləğində  təzminat verməyi öhdəsinə götürmüşdü (107, 

c.2, səh.75; 291, 97). Bundan başqa,  İrəvan xanı lazım olduqda 

qoşunu ilə II İrakliyə kömək etməli, xanların varisləri hakimiyyətə 

gələrkən gürcü çarı tərəfindən təsdiq edilməli idi. Əvəzində II İrakli 

İrəvan xanlığını xarici və daxili düşmənlərdən qorumağa söz verirdi 

(161, 72). Müqaviləyə  əsasən sağ qalan əsirlərin bir hissəsi geri 

qaytarıldı (48, 75). 

Kartli-Kaxetiya qoşunlarına qarşı mübarizə, sülh danışıqla-

rının uzanması İrəvan xanlığının daxili vəziyyətini daha da ağırlaş-

dırmışdı.  İrəvan xanının ağır  şərtlərlə müqavilə bağlamasının  əsas 

səbəbi də bu idi. Belə ki, vəziyyətdən istifadə edən bir çox elatlar 

qiyam qaldıraraq, xanlıqda qarışıqlıq yaratmağa çalışırdılar. Hü-

seynəli xan II İrakliyə yazdığı  məktubların birində ölkədəki 

vəziyyəti belə qeyd edirdi: «Baş verən hadisələr, qiyam, vaxtaşırı 

hücumlar  İrəvan ölkəsi  əhalisini var-yoxdan çıxarmışdı. Bizim 

xanlıq sülaləsinə qarşı keçmişdən ürəklərində kin bəsləyən, düşmən 

olan müxtəlif qiyamçılar sakitlik, səssizlik  ətəyindən  əl çəkərək 

əyalətdəki kəndlərə od vururdular» (48, 97-98). 



74 

Bu üsyanın əsas iştirakçıları kolanılılar və vedililər idi. Kola-

nılıların bu işdə  fəallığı xüsusilə seçilirdi. Yuxarıda göstərildiyi 

kimi, Hüseynəli xanın hakimiyyətinin ilk dövrlərində kolanılılar ona 

qarşı qiyam qaldıraraq, Qarabağ xanlığının himayəsinə keçmək 

istəmişdilər. Xan hakimiyyətinə qarşı düşmən münasibət sonralar da 

davam etmişdi. Onların başçılarından biri Novruzəli bəy Hüseynəli 

xanın II İrakliyə qarşı mübarizəsindən istifadə edərək tez-tez 

hakimyyətə qarşı  çıxırdı. Lakin Hüseynəli xan onu daima təqib 

edirdi. Təqibdən yayınan Novruzəli bəy kömək üçün Tiflis sarayına 

pənah aparmışdı.  İrəvan xanlığını öz təsirində saxlamaq üçün belə 

qüvvələri daima dəstəkləyən II İrakli Novruzəli bəyi öz himayəsinə 

götürərək onu nümayəndə heyəti ilə birlikdə  İrəvana göndərmişdi. 

Kartli-Kaxetiya çarı ilə yenicə sülh bağlamış Hüseynəli xan əlacsız 

qalaraq onun günahından keçmiş  və ona öz elinə getməyə icazə 

vermişdi. Bir neçə gün İrəvanda qaldıqdan sonra öz obasına qayıdan 

Novruzəli bəy xanlığın ağır vəziyyətindən istifadə edərək yenidən 

qiyam qaldırdı. O, niyyətini həyata keçirmək üçün özünə müttəfiq 

də tapa bildi. Belə ki, Novruzəli bəy xan hakimiyyətinə düşmən 

olan vedili Əlisultan  Şadılını öz tərəfinə  çəkərək, onunla ittifaq 

bağladı. Tezliklə, Hüseynəli xandan narazı olan digər qüvvələrdə 

qiyamçılara qoşuldu. Qiyamçılar müvəffəqiyyət qazanmaq üçün 

Qarabağ hakimi İbrahimxəlil xanla əlaqəyə girdilər. Onlar Qarabağ 

hakiminin yanına nümayəndə göndərərək yardım istəmiş  və ona 

tabe olduqlarını bildirmişdilər. Qiyamçı qüvvələr kəndlərə hücumlar 

edərək qarətlə  məşğul olurdular. Hüseynəli xan qiyamı yatırmaq 

üçün öz sərkərdələrindən birini qoşunla onlara qarşı göndərdi. Bu 

xəbəri eşidən qiyamçılar xan qoşununa müqavimət göstərmək üçün 

ailələri ilə birlikdə əlçatmaz yerlərə çəkildilər. Lakin xan qoşununun 

yaxınlaşdığını eşidən Novruzəli bəy və Əlisultan Şadılı müqavimət 

göstərməyə  cəsarət etməyərək, öz ellərini buraxaraq, şəmşəddinli 

Əlisultanın yanına qaçdılar (48, 86). 

Qiyamçıların başçılarının qaçdığını görən xanın adamları 

onların mənsub olduqları el və tayfaları dağlardan endirmək, onların 

evlərinə qayıtmaları üçün danıqlar aparmağa başladılar.  Əhaliyə 



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə