Microsoft Word Irevan bolgesi doc



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə27/179
tarix15.03.2018
ölçüsü4,2 Mb.
#32454
1   ...   23   24   25   26   27   28   29   30   ...   179

81 

91-92, 93-99). Hətta o, Əhməd xan Xoylu və Kartli-Kaxetiya çarı 

arasında olan münaqişələrə qarışmaz və Xoy hakiminə «… bu 

dövlətdə (İrəvan xanlığında – E. Q.) müəyyən işlərin həlli, bir sıra 

işlərin görülməsi  əlahəzrət Valinin icazəsi və razılığı olmadan 

mümkün deyil. …Sizin aranızda dostluq və sülh münasibətləri hələ 

də möhkəm əsaslar üzərində dayanmamışdı. Aranızda münaqişələr, 

ziddiyyətlər və düşmənçilik hələ  də davam edir…bunlar valinin 

məndən inciməsinə  və üz döndərməsinə  səbəb ola bilər. O, bunu 

bəhanə edərək döstluq etməkdən çəkinər və bizim xeyrimizə 

olmayan işlərə  əl atar» məzmunda məktub yazmaqla mövqeyini 

bildirmişdi (48, 31). 

Rusiya nümayəndələri də  İrəvan hakimi tərəfindən mehri-

banlıqla qarşılanırdı. Belə ki, 1782-ci il dekabrın sonlarında İrəva-

nın mövqeyini öyrənmək məqsədilə rus komandanlığının tapşırığı 

ilə doktor Y.Reyneks İrəvana göndərilmişdi. Qeyd etmək lazımdır 

ki, o, 1782-1784-cü illərdə knyaz Q.A.Potyomkinin Tiflis sara-

yındakı agenti olmuşdu (212, 86). Zahirdə bu missiyanın fəaliy-

yətinə ticarət donu geyindirilsə  də, Y.Reyneksin missiyasının  əsl 

məqsədi sırf casusluq-kəşfiyyat işi idi. O, siyasi məsələlərlə bağlı 

xanla danışıqlar aparmalı  və  İrəvanla bağlı müdafiə  xətlərini 

müzakirə etməli idi. Hüseynəli xan bunu bilsə  də, “doktor” 

Y.Reyneks İrəvanda atəşfəşanlıqla, təntənəli surətdə qarşılanmış və 

dörd gün xanın qonağı olmuşdu.  İrəvan qalasında olan Reyneks 

onun planını  çəkmiş, ticarət anbarlarına baxmış  və lazım olan 

qeydlər aparmışdı. O, hətta Rusiyanın himayəsinə keçməyə hazır 

olması barədə xandan vədlər almışdı (90, 215-217). 

Onun ardınca 1783-cü ilin oktyabrın sonları – noyabrın 

əvvəllərində qraf Apraksin İrəvana gəldi. Qraf Apraksin İrəvana 

gələndə Hüseynəli xan tərəfindən eyni təntənə ilə qarşılandı. O, 

Qafqazdakı rus qoşunlarının komandanı Q.A.Potyomkinin fərma-

nını, onun qohumu və köməkçisi P.S.Potyomkinin məktubunu qiy-

mətli hədiyyələrlə birlikdə xana təqdim etdi. Məktubda Kartli-

Kaxetiya çarlığının Rusiya himayəsinə keçdiyi bildirilir və Hü-

seynəli xana İrakliyə tabe olmaq, ona itaət etmək təklif edilirdi. 



82 

Rusiya ilə münasibətləri gərginləşdirmək istəməyən Hüseynəli xan 

1783-cü il oktyabrın axırlarında Q.A.Potyomkinə son dərəcə ağılla 

və diplomatikcəsinə yazılmış bir məktub göndərmişdi. O, yazırdı: 

«…səmimilik....ruhunda yazılmış mehriban mübarək  əmriniz 

…mayor qraf Apraksin vasitəsilə bizə çatdı…Fərmanda  əzəmətli, 

cəlallı hökmdarımız  İrakli xanla birləşmək, ona nökərçilik etmək, 

itaətkar olmaq və sair tələb olunur. …. Digər Azərbaycan xanla-

rından fərqli olaraq bizim ölkəmizin Gürcüstan ölkəsi ilə həmsərhəd 

olması bütün işlərdə həmin dövlətlə həmrəng olmağa, onun qüdrətli, 

səmimi badəsindən sərməst olmağa səbəb olmuşdu» (48, 115-116; 

90, 265-266). II İrakliyə göndərdiyi digər məktubda İrəvan hakimi 

gileylənərək, ona tabe olduğunu bildirmiş, başqalarının (rus 

komandanlığının – E. Q.) bu işə qarışmasına etiraz etmişdi (48, 

118-119). 

İrəvan hakimi eyni zamanda Osmanlı dövləti ilə  də  sıx 

münasibət saxlayırdı. 1779-cu ildə Kartli-Kaxetiya qoşunları 

İrəvana müdaxilə edəndə Hüseynəli xan Osmanlı dövlətindən gözlə-

diyi hərbi köməyi ala bilməsə  də, bölgədə bu dövlətin nüfuzu 

İrəvanı müəyyən müddətə  işğaldan xilas etmişdi. Ümumuyyətlə, 

tarixi ədəbiyyat və mənbələrin təhlili göstərir ki, bu dövrdə Osmanlı 

dövləti Cənubi Qafqaz siyasətində Azərbaycan xanlarına, o 

cümlədən  İrəvan xanlığına real hərbi kömək etməsə  də, onlara 

maddi kömək və  dəstək verməklə onları rus-gürcü ittifaqına qarşı 

birləşdirməyə, aralarında olan düşmənçiliklərə son qoymağa çalış-

mışdı. 


Hüseynəli xanın sultana, Anadolu paşalarına yazdığı məktub-

ların məzmunundan bəlli olur ki, həmin illərdə  İrəvan xanlığı 

Osmanlı dövlətilə  də  sıx  əlaqə saxlamışdı. Digər tərəfdən, sultan 

Hüseynəli xanı öz tərəfinə  çəkmək üçün ona xüsusi fərmanla 

Anadolu vilayətlərinin  bəylərbəyi titulunu bağışlamışdı (48, 119-

120). Sultan eyni zamanda Anadolu hakimlərinə-Ərzurum, Qars, 

Çıldır, Bəyazid və Ahalsıq paşalarına fərmanlar göndərərək rus-

gürcü qoşunlarının  İrəvan xanlığına hücum edəcəyi təqdirdə 

Hüseynəli xana kömək göstərmələrini tapşırmışdı (72, 102-103; 



83 

247, 203; 55, 183; 57, 53). Mənbələrin təhlili belə bir fikrə dəlməyə 

imkan verir ki, hər iki tərəfə münasibətdə İrəvanın həyata keçirdiyi 

siyasətin yeganə məqsədi xanlığın varlığını, müstəqilliyini qoruyub 

saxlamaq idi. 

Rusiyanın himayəsinə keçdikdən sonra Kartli-Kaxetiyanın 

İrəvan xanlığının daxili işlərinə qarışması nəinki Osmanlı dövlətini, 

həm də güclü Azərbaycan xanlarını-Quba hakimi Fətəli xanı, 

Qarabağ hakimi İbrahimxəlil xanı, Xoy hakimi Əhməd xan Dünbü-

lünü ciddi narahat edirdi. Qubalı Fətəli xan əvvəllər də II İraklinin 

İrəvan xanlığının daxili işlərinə qarışmasına etiraz etmişdi. O, 1782-

ci ildə II Yekaterina hökumətinə II İraklinin Azərbaycan 

xanlıqlarının və xüsusilə  də  İrəvan xanlığının daxili işlərinə 

qarışması  və vergi alması barədə xüsusi məktub yazmaqla, öz 

narazılığını bildirmişdi (75, 178-182). 

Rus-gürcü qoşunlarının  İrəvan xanlığını  işğal edəcəyindən 

qorxan bu xanlar Osmanlı sarayı ilə sıx əlaqə saxlayırdılar. Kartli-

Kaxetiya çarlığının  əsas rəqibi olan xoylu Əhməd xan II İraklinin 

güclənməsinin qarşısını almaq üçün daha da fəallaşdı. Onun 

siyasətini Osmanlı sultanı da dəstəkləyirdi. Osmanlı sultanı 

fərmanların birində rus-gürcü qüvvələri  İrəvana müdaxilə edərsə, 

Azərbaycan xanlarını xoylu Əhməd xan Dünbülünün ətrafında sıx 

birləşərək, onlara qarşı mübarizə aparmağa çağırırdı (48, 73). 

Azərbaycanda isə xanlar arasında ara müharibələri davam 

edirdi. Bölgədə qüvvələr nisbəti rus-gürcü birliyinin xeyrinə  də-

yişmişdi. Məhz buna görə, Hüseynəli xan xanlığı hər cür təhlükədən 

xilas etmək üçün çox ehtiyatlı hərəkət edirdi. 

Bölgədə Rusiya-Osmanlı  rəqabətinin qızışdığı bir zamanda 

Hüseynəli xan vəfat etdi. «İrəvan xanlığı»  əsərinin müəllifləri 

Hüseynəli xanın üsyan nəticəsində öldürüldüyünü iddia edirlər. 

Əsərdə qeyd edilir ki, 1783-cü ilin noyabrın əvvəllərində İrəvanda 

baş vermiş üsyan nəticəsində Hüseynəli xan və qardaşı  Məhəm-

mədhəsən xan öldürüldü (35, 69). Lakin heç bir mənbəyə əsaslan-

mayan müəlliflərin bu iddiasının əksinə olaraq istər yerli, istərsə də 

rus və Osmanlı  sənədlərində Hüseynəli xanın öz əcəli ilə öldüyü 



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə