45
Osmanlı qoşununa əlavə köməyin gəlməsi İrəvan hakimini
ciddi təşvişə saldı. O, sonuncu dəfə şahdan kömək almaq üçün cəhd
etdi. İrəvan əyanlarından Seyfiqulu bəy və Eçmiədzin katolikosu
şahın yanına göndərildi. Lakin günlərini eyş-işrətlə keçirən şah
onları qəbul etmədi. Geri qayıdan elçilər vəziyyətin ümidsiz
olduğunu, xalqın mənasız qırğına verildiyini İrəvan hakiminə
bildirdilər. Digər tərəfdən, osmanlılar tərəfindən qardaşının həbs
edildiyini eşidən Allahqulu xan təslim olmaq qərarına gəldi (74, 55;
493, 108-109).
Vəziyyətin ümidsiz olduğunu görən Allahqulu xan oktyabrın
1-də danışıq aparmaq üçün Osmanlı düşərgəsinə nümayəndə heyəti
göndərdi. Bu heyətin başında şeyxülislam Hüseyn Əfəndi dururdu.
Heyətə İrəvan əyanlarından Məcnun bəy, Məhəmmədmehdi bəy və
Məhəmmədzaman bəy daxil idi. Danışıqlarda İrəvan tərəfi on beş
gün möhlət istədi. Onların tərəddüdünün əsas səbəbi şah sarayında
olan girovların taleyi idi. Lakin Arif Əhməd paşa qalanın təslimi
üçün onlara cəmi yeddi gün vaxt verdi (74, 60-61).
Səkkizinci günü nümayəndə heyəti qalanın təslimi üçün
Osmanlı düşərgəsinə gəldi. Əldə olunmuş razılığa əsasən Osmanlı
baş komandanlığı təslim olacağı təqdirdə qala müdafiəçilərinə aman
verirdi. Razılığa əsasən başda Allahqulu xan olmaqla yerli qoşun
hissələri bütün əmlakı ilə birlikdə Qarabağ sərhəddinə qədər yola
salınacaq, saray əhli və qala camaatı isə İrəvan şəhərinə köçürülməli
idi. Paşa onların özlərinə və əmlakına toxunmayacağına söz verirdi.
Qala, qala artilleriyası, silah-sursatı ilə birlikdə osmanlılara təhvil
verilməli idi. Beləliklə, haqqında razılığa gəlmiş bütün maddələr
yerinə yetirildi. Qarahisar paşası dəstəsi ilə yerli qoşun hissələrini
sərhədə qədər yola saldı və Allahqulu xan şah II Təhmasibin
Əhərdə yerləşən qərargahına getdi (74, 63-68; 493, 108-109; 87, 15-
17; 492, 12-13).
İrəvan qalasının mühasirəsi iyulun əvvəllərində başlamış, ok-
tyabrın 1-ə qədər davam etmişdi. Qalanın işğalı nəticəsində 79 top,
qalanın açarları və XVII yüzilliyin əvvəllərində İrəvan qalası
osmanlılardan geri alınarkən şah I Abbasın (1587-1629) qala
46
qapısından asdığı qılınc qənimət kimi Osmanlı qoşunlarının əlinə
keçdi. Azərbaycan tarixinin qiymətli raritetləri olan bu əşyalar
İstanbula göndərildi. İrəvanın ələ keçirilməsi İstanbul sarayında
böyük sevinclə qarşılandı. Üç gün təntənəli mərasimlər keçirildi.
Mərasimlər zamanı xeyli yüksək dövlət xadimləri mükafatlarla təltif
olunmuşdular (74, 68-70; 492, 12-13).
Beləliklə, İrəvan qalasının süqutu bütün əyalətin taleyini həll
etdi. Belə ki, bu tarixi hadisədən sonra İrəvan əyalətidə 11 il davam
edən Osmanlı üsul-idarəsi yarandı. Burada keçirilən inzibati-ərazi
islahatına görə, İrəvan Osmanlı dövlətinin sancaqlarından birinə
çevrildi. O, bir şəhər, on yeddi nahiyəyə bölündü (38, 9). Sultanın
fərmanı ilə Rəcəb paşa (1724-1728) İrəvan hakimi təyin olundu
(472, 5; 182, 177).
Lakin Rəcəb paşa burada çox qalmadı. Ondan sonra İrəvanda
tez-tez hakimiyyət dəyişikliyi baş verdi. Bir-birinin ardınca
İbrahim paşa, Mustafa paşa (1728-1734) və Əli paşa (1734-cü il
– bir neçə ay) İrəvanı idarə etmişdilər (470, 5). Bu hakimlər ara-
sında Əli paşanın taleyi məlum olmuşdu. O, hakimiyyətdə olarkən
qəflətən xəstələnmiş, 1734-cü il noyabrın 1-də səhər tezdən vəfat
etmişdi. Sultanın fərmanı ilə onun yerinə xəzinədar işləyən Hacı
Hüseyn paşa (1734-1735) İrəvana hakim təyin olunmuşdu (238, 8).
Osmanlı qoşunlarının İrəvan yürüşü bölgədə böyük dağın-
tılara və insan təlafatına səbəb olmuşdu. Osmanlı üsul-idarəsinə
keçdikdən sonra vaxtilə buradan qaçmış əhalinin bir hissəsi geri
qayıtmağa başladı (492, 16). İrəvan bölgəsinin torpaqları qaliblər
tərəfindən bölüşdürüldü. Həmin torpaqların bir hissəsi dövlət tor-
paqlarına çevrildi, digər hissəsi isə hərbiçilərə və dövlət adamlarına
paylandı (38, 23-24). Təəssüf ki, Osmanlı tərkibinə keçikdən sonra
burada baş verən hadisələr haqqında hələlik müfəssəl məlumat əldə
edə bilməmişik.
XVIII yüzilliyin 20-ci illərin axırları-30-cu illərin əvvəllə-
rində Təhmasibqulu xanın (Nadir şah – E. Q.) tarix səhnəsinə
çıxması ilə Azərbaycan torpaqları, o cümlədən onun üzvi tərkib
hissəsi olan İrəvan bölgəsi yenidən Səfəvilər dövlətinə qaytarıldı.
Belə ki, şah II Təhmasibin (1722-1732) fərmanı ilə baş komandan
47
təyin olunan Nadir xan öz bacarığı və xalqın köməyi ilə Səfəvilər
dövlətinin sərhədlərini bərpa etmək uğrunda əfqan, Rusiya və
Osmanlı müdaxiləşilərinə qarşı mübarizəyə başladı (468, 46; 242,
44-45; 77, 53; 83, 97).
Güclü qoşun yarada bilmiş bu bacarıqlı və istedadlı sərkərdə
işğal olunmuş Azərbaycan torpaqlarını osmanlılardan geri ala-ala
şimala doğru hərəkət etdi. 1734-cü ilin yayında Şimali Azərbaycana
və Dağıstana hücum edən Nadir xanın qoşunu həmin ilin oktyabr
ayında Gəncə şəhərini mühasirəyə almağa başladı (87, 52; 498, 125;
493, 135-139). Nadir xanın qoşunlarının güclü hücumuna baxma-
yaraq Gəncənin osmanlı qarnizonu inadla müdafiə olunurdu. Buna
səbəb Osmanlı qarnizonunun mərkəzdən kömək almaq ümidi idi.
Həqiqətən bu zaman Qarsda Abdulla paşanın başçılığı ilə toplanmış
Osmanlı qoşunu Gəncə qarnizonuna köməyə tələsirdi. Bunun pis
nəticə verəcəyini başa düşən Nadir xan Gəncənin də mühasirəsində
azsaylı qoşun hissəsi saxlayaraq İrəvan istiqamətində hərəkətə
başladı. 1735-ci il iyunun 8-də İrəvan yaxınlığında Üçmiəzzin
kilsəsinin şimal-qərbində Osmanlı qoşunu ilə Nadir xanın qoşunu
arasında döyüş baş verdi. 5 saata qədər baş verən döyüşdə Osmanlı
qoşunu məğlub olaraq geri çəkildi (238, 20-22; 493, 144-145; 242,
107-108).
Bu döyüşdən sonra Nadir xan İrəvan qalasını geri qaytarmaq
fikirinə düşdü. O, qalaya hücumdan əvvəl Məhəmmədqulu xanı
(1735 – 736) İrəvan hakimi təyin etdi (238, 24, 33; 472, 5). Bəzi
məlumata görə, yeni hakimin atası da vaxtilə İrəvan bəylərbəyi
olmuşdu (89, 69). Hakim təyin olunan Məhəmmədqulu xan Baba
xan, Sərdar xan və Naxçıvan xanı ilə birlikdə İrəvan qalasını almağa
göndərildi. Qala bu dörd xan tərəfindən sıx mühasirəyə alındı. Hacı
Hüseyn paşa başda olmaqla qala qarnizonu onlara güclü müqavimət
göstərdi. Yalnız mərkəzdən kömək almaq ümidini itirdikdən sonra
paşa, A.Kretaçiyə görə, sentyabrın 22-də, L.Lokkarta görə isə
oktyabrın 3-də təslim olmaq qərarına gəldi. Qalada yerləşən Os-
manlı qoşun hissələrinə Qars şəhərinə geri çəkilməyə icazə verildi
(238, 27; 242, 109; 493, 147).
Dostları ilə paylaş: |