Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə41/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
1   ...   37   38   39   40   41   42   43   44   ...   56

 
 
154
Naxçıvan  əhalisi  əvvəldən təkbaşına necə müdafiə 
olunubsa, ermənilərin həmlələrini necə dəf edibsə, ye-
nə də o şəkildə onların təcavüzlərinin qarşısını ala bi-
lər.  Lakin bədbəxtçilik bundadır ki, biz ingilis dövləti-
nin müsəlmanlar barədə yaxşı niyyətdə olduğunu dü-
şündüyümüz halda, gözlənti və ümidlərimizin  əksinə 
olaraq, həmin dövlətin Qafqazdakı məmurlarının açıq-
lamalarından ermənilərin Naxçıvanı  işğal etmələrin-
dən razı qaldıqlarını müşahidə edirik. İranın müqəddə-
ratına məsul olan siz həzrət-əşrəfi-alidən acizanə xahiş 
və  mərhəmət diləyirik ki, bu vilayətin nicatında daha 
fəaliyyətsiz qalmayasınız. Bu gün İran cəmiyyətinin bir 
hissəsinin həyatı təhlükədə olduğu üçün İranın bugün-
kü yüksək dövlət rəhbərləri tarixi məsuliyyət daşıya-
caqlar. Birinci növbədə ingilis dövlətinin səfirliyi ilə 
dərhal müzakirəyə başlayın ki, onların məmurları er-
mənilərin hücumlarının qarşısını almağa söz versinlər. 
İkincisi, ali dövlət tərəfindən bu vilayətin idarəçiliyi və 
nizam-intizamı üçün məmurlar ezam etməyiniz və əha-
linin asayişini təmin elməyiniz lazımdır. 
Bu arzu və xahişimizi teleqraf vasitəsilə Təbrizdəki 
konsulluqlara, böyük dövlətlərin Tehrandakı  səfirləri-
nə və Fransa səfirinin əli ilə Sülh konfransına təqdim 
etmişik.  İnanmırıq ki, Naxçıvan  əhalisinin qanuni xa-
hişi haqq və ədalət uğrunda mübarizə aparan, zəif ml-
lətlərin həris imperatorların əlindən xilas edilməsi yo-
lunda milyonlarla  qurban verən və nəticədə adı aləmi-
bəşəriyyətin azadlıq və  səadət simvoluna çevrilən bö-
yük müttəfiq dövlətlərin nigarançılığına səbəb olsun.  
Sonda İran ictimaiyyətinin və dünya müsəlmanları-
nın hamısının diqqətinə çatdırırıq ki, əgər biz Naxçı-
van sakinləri öz soydaşlarımız və  həmməzhəbimizlə 
birləşmək hüququndan məhrum olsaq və  bəşəriyyətin 


 
 
155
bütün  ədalət və hüquq normalarının  əksinə olaraq, 
qaniçən düşmənlərimiz olan ermənilərin tabeliyi altın-
da qalmağa məcbur edilsək, deməli, onlar bu vilayətin 
300 mindən yuxarı günahsız sakinlərinin malını, canı-
nı, namusunu erməni əsarəti altında fəlakət və fənaya 
məhkum edirlər. 
18 səur, Naxçıvan, Şərur, Ordubad və ətraf əhali-
nin ümumi vəkilləri və nümayəndələri: Mehdiqulu xan, 
Şeyxülislam, Əbdülcəbbar, Hacı Seyyid Bağır”. 
Ağayi Mənsur bu teleqrafı da lazımi orqanlara 
göndərir.  
Bəs bu müraciətlərin müqabilində dövlət nə  təklif 
edir? 
“19 Səur 98  
[möhür rəqəmi] Nazirlər Kabinetinin arxivi. Nöm-
rə 50. 
...İngilislər bir tərəfdən, camaata hərtərəfli təsir 
göstərirdilər ki, Naxçıvanda ermənilərin hakimiyyətini 
yaratsınlar, digər tərəfdən Naxçıvan camaatının İrana 
birləşmək xahişinin Sülh Konfransının təsdiqinə 
göndərilməsini təxirə salırdılar. Onlar bütün güc və 
qüvvələri ilə  İran nümayəndə heyətinin konfransda 
iştirakına mane oldular".
1
 
Eynulla Müddəli adlı şəxs o böhranlı illərdə Naxçı-
vanın siyasi mənzərəsini belə  təsvir edir: "1918-20-ci 
illərdə Azərbaycan Demokratik Cümhuriyyəti dövrün-
də Naxçıvanda siyasi vəziyyət mürəkkəbləşmişdi. Hələ 
1918-ci ilin baharından bu bölgədə ermənilərin təcavü-
zü başlamış, qısa fasilələrlə 1920-ci ilin aprelinə qədər 
davam etmişdi. Azərbaycan Demokratik Cümhuriyyəti 
zəif olduğundan, Naxçıvandan türk ordusu gedəndən 
                                                 
1
 Yuxarıdakı üç sənəd doktor Pərviz Caruvəndin "İran və Qafqaz" 
(səh.187-193) kitabından götürülmüşdür. 


 
 
156
sonra – 1918-ci ilin noyabrın 3-də burada Türk-Araz 
adlı müstəqil bir dövlət yarandı  və Qars İslam  Şurası 
adlı bir hökumət təşkil olundu. 1919-cu ilin yanvarın 
7-də bu ittifaq Cənubi-Qərbi Qafqaz adlı dövlətlə bir-
ləşdi və ingilislər onu ləğv edənə – 12 aprelə qədər öz 
mövcudluğunu qoruyub saxladı. Naxçıvanda ingilis 
hərbi komandanlığı yarandı. Bu zaman Naxçıvana er-
məni təcavüzləri gücləndi. İngilislər bütün imkanlarını 
işə salaraq çalışırdılar ki, Naxçıvanı daşnak Ermənis-
tanına versinlər. Buna görə də Azərbaycan Demokratik 
Cümhuriyyətinin nümayəndələrinə təzyiq edərək onları 
Naxçıvanı tərk etməyə məcbur edirdilər.  
Beləliklə, bir neçə aydan sonra – 1919-cu il mayın 
3-də ermənilər Naxçıvana hücum edə bildilər. Ancaq 
onlar orada uzun müddət qala bilmədilər. Naxçıvan 
Milli Şurasının rəhbərliyi (Cəfərqulu xan, Kəlbəli xan
Xəlil bəy və başqaları) Azərbaycan Demokratik Cüm-
huriyyətinə ermənilərə heç vaxt itaət etməyəcəklərini 
bildirərək, xalqı ermənilərlə qeyri-bərabər müharibəyə 
dəvət etdilər. Avqustun 30-da Naxçıvan ermənilərdən 
təmizləndi. Ermənilər qaçandan sonra Azərbaycan De-
mokratik Cümhuriyyəti Səməd bəy Cəmilinskini Nax-
çıvanın hərbi komandanı təyin etdi. Lakin bundan son-
ra da Naxçıvan ermənilərin daimi hücumlarına hədəf 
oldu.  
Belə bir şəraitdə Naxçıvan əhalisi gah Türkiyə, gah 
da İrana üz tutaraq erməni hücumlarını dəf etmək üçün 
kömək istəyirdi. Naxçıvanın bəzi dairələri, xüsusilə də 
əvvəlki xanların nəslindən olan şəxslər xarici siyasətdə 
İranın himayədarlığına üstünlük verirdilər. 
Naxçıvan  əhalisini erməni təcavüzündən qorumaq 
üçün Naxçıvan və Şərur nümayəndələrindən ibarət bir 
qrup İran dövlətindən yardım almaq məqsədi ilə Təbri-


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə