Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə43/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
1   ...   39   40   41   42   43   44   45   46   ...   56

 
 
160
xüsusilə yüksək rütbəli erməni ruhanilərinə, tacirlərə, 
qeyri-müsəlmanlara mülayim və xoş üz göstərirdilər. 
Təsdiqlənmiş qaynaqlarda da Şah  İsmayılın ermə-
nilərlə mülayim və xoş davranması, xüsusilə  də, 
Eçmiədzinin böyük yepiskopu Zəkəriyyəyə yaxşı 
münasibəti dəfələrlə qeyd olunub".  
Hal-hazırda İrəvanda və Tiflisdə Qafqaz incəsənət 
əsərlərinin tədqiqi ilə məşğul olan doktor Şəhriyari Ədl 
1831-ci ilin statistikasına əsaslanaraq İrəvan şəhərində 
6 məscid, 7 kilsə olduğunu bildirir. Görünür ki, 
İrəvanda müsəlman  əhalinin say baxımından 
xristianlardan üstün olmasına baxmayaraq, Qacar 
sərdarı bu iki dinin daşıyıcılarının müvazinətini 
qoruyub-saxlamağa  xüsusi diqqət yetirmişdir.
1
   
 
 
Soyqırımdan xilas olmuş bəzi tayfalar 
 
İrəvan qətliamından canını götürüb Arazın bu 
tayına gəlmiş Baxçaban tayfasından  əlavə,  İrəvanda 
yaşayan müsəlman tayfalarının da bir qismi təhlükənin 
yaxınlaşdığını görüb illər boyu zəhmətlə qurduqları ev 
və mülklərini atıb Arazın bu tayına üz tutublar. 
Onlardan bir qrupu Xoyda məskunlaşdı  və varisləri 
indi də orada yaşayır. Həmin adamlar sırasında Raşidi, 
Əhmədi, Azərm, doktor Necat, Dadur, Dəstrəncin 
adlarını çəkə bilərik. 
İrəvan azərbaycanlılarından biri olan Rəvanşad 
Cəfər Raşidi ailəsi ilə birgə  İrana gəlmiş  və Xoy 
şəhərində  məskunlaşmışdır. O da Cabbar Bağçaban 
kimi maarifpərvər bir ziyalı  olduğundan, bu şəhərdə 
bir sıra  xeyriyyə işləri görüb. 
                                                 
1
 Ayətullahzadə  Şirazi. Tərh-e motalee və  mərəmmət və ehya-ye 
məsced-e came-ye İrəvan, I cild  


 
 
161
Raşidilərin  əsli Mərənddən idi. Ataları  mərhum 
Hacı Molla  Hüseyn hər il məhərrəm və ramazan ay-
larında Arazın o tayına gedib, İrəvanda  vaizlik edər və 
dini təbliğatla məşğul olardı. Nəhayət, XX əsrin 
əvvəllərində Hacı Molla ailəsi ilə birlikdə  İrəvan 
şəhərində daimi yaşamağa qərar verir. 
Hacı Molla Hüseynin böyük oğlu Mirzə 
Əbdülhüseyn də molla olduğundan, atası vəfat edəndən 
sonra onun yerini tutur. Ailənin digər bir övladı Mirzə 
Əli Əkbər İrəvanda parça satışı ilə məşğul olsa da, elm, 
bilik tərəfdarı olmuşdur. Onun kiçik qardaşı, xüsusi 
istedada malik olan  Cəfər Raşidi İrəvan mədrəsələrin-
də  dərs verirdi. O, Ettehadiyyə  mədrəsəsinin rəhbəri 
olmaqla bərabər, xeyriyyə  cəmiyyətinin xahişi ilə 
şəhərdəki pedoqoji tərbiyə  mərkəzində  də  dərs verir, 
uşaqlara peşə seçimində kömək göstərirdi.  
Bu maarifpərvər insan əslən İrəvandan olan Şama-
ma adlı bir xanımla ailə qurduqdan sonra Təbrizdə 
yaşamışdır. Qaynatası Tağı Tağıyev  İrəvan  şəhərinin 
un və çörək şurasının müdiri idi. Onların nigah kağızı 
üç dildə  – türkcə, farsca, rusca yazılmışdır.  
Cəfər Raşidi öz ata-baba yurduna qayıtdıqdan 
sonra daimi yaşayış yeri kimi Xoy şəhərini seçmişdir. 
O, şəmsi tarixi ilə 1298-ci ildən bu şəhərdə  müəllimlik 
etmiş, xeyli qiymətli işlər görmüşdür. Hüseyn Omid 
yazır: "Cəfər Raşidi 1298-ci ildən başlayaraq Xoy 
mədəniyyətinə xidmət etmişdir. Sirus, Nisvan və digər 
mədrəsələrə  rəhbərlik etmiş bu şəxs 35 il müddətində 
çox qiymətli işlər görmüşdür".
1
  
Buna görə  də Xoy şəhərindəki mədrəsə onun 
şərəfinə "Raşidi" adlanmış  və bu gün də  həmin adı 
                                                 
1
 Azərbaycan mədəniyyət tarixi (I cild), səh. 364 


 
 
162
daşımaqdadır. Cəfər Raşidi şəmsi tarixi ilə 1332-ci ildə  
(1933) Xoy şəhərində  vəfat etmişdir. Onun İrəvanda 
türk və rus dillərində təhsil almış həyat yoldaşı Şama-
ma xanım Xoy şəhərinə  gəldikdən sonra gecələr  ərin-
dən fars dilini öyrənmiş, gündüzlər isə  şəhərdəki ilk 
qızlar mədrəsəsində yeniyetmələrin təlim-tərbiyəsi ilə 
məşğul olmuşdur. O, 31 il bu sahədə fəaliyyət göstər-
miş  və  şəmsi tarixi ilə 1350-ci ildə  vəfat etmişdir. 
Onların övladı Əli Raşidi anasının söhbətləri  əsasında 
İrəvanda keçən günlər barədə xatirələr yazmışdır. 
Şamama xanım deyirmiş ki, Novruz bayramı İrəvanda 
xüsusi təmtəraqla keçirilirmiş.  Şəhərin müsəlman 
kişiləri fərvərdin (martın 26-da) ayının ilk beş günündə 
qohumlara baş  çəkər, sovqat aparardılar. Fərvərdin 
ayının 6-cı günündən başlayaraq xanımlar bayram 
təşrifinə başlardılar. Cəfər Raşidinin onunla bərabər 
İrəvandan qaçmış digər qardaşları da Xoy şəhərində 
məskunlaşmışdılar. Mirzə  Əbdülhüseyn Raşidi  şəmsi 
tarixi ilə 1322-ci ildə  vəfat etmişdir. Təbrizdə Raşidi 
Sabunbişirmə zavodunu yaratmış Mirzə Əli Əkbər isə 
şəmsi tarixi ilə 1354-cü ildə dünyadan köçmüşdür. 
Onu da qeyd edək ki, bu tayfanın İrəvanda qalmış 
üzvləri ermənilərin  əli ilə  qətlə yetirilmiş, malları-
mülkləri talan edilmişdir. Onlardan biri olan Dadurlar 
ailəsi bütünlüklə    məhv edilmişdir.   O qanlı illərdə 
İrəvandan (İrana) qaçan azərbaycanlılar ömürlərinin 
sonuna qədər vətən həsrəti ilə yanıb-qovrulmuşlar.  
İrəvanın məşhur xanlarından olan Cəmil bəyin qızı 
və  Əlixan bəyin nəvəsi Səriyyə xatun (miladi 1908-
1990-cı illər) Bakıya köçsə  də, ömrünün axırına qədər 
doğulduğu ana torpağın nisgili ilə yaşamış, 1990-cı ildə 
gözlərini  əbədi yummuşdur. Bu şairə xanım uzun illər 
doğulduğu torpaq haqda çoxsaylı bayatılar qoşmuşdur. 


 
 
163
Həmin bayatılarda  İrəvan sakinlərinin vətən həsrəti
vətən nisgili öz əksini tapmışdır. Şairənin ürək qanı ya-
zılmış bayatılarından bir neçəsini  sizlərə təqdim edirik: 
 
İrəvan qana düşdü,  
Qəfil fəqana düşdü, 
Təbriz, Gəncə hardadı, 
Qollarım yana düşdü. 
 
 
İrəvanın dağları, 
Çiçək açıb bağları, 
Yada salıb mən yazıq, 
Ötüb-keçən çağları. 
 
Qardaşım qaladadı,  
Payı piyaladadı,  
Çıx qalanın başına, 
Gör bacın haradadı? 
 
İgid mənim olunca, 
Yada qənim olunca, 
Qəbrimdən günəş doğar 
Vətən mənim olunca. 
 
Şəklimi qara çəkin, 
Daşa-duvara çəkin. 
Yurdumdan doydum desəm, 
Saçımdan dara çəkin. 
1
 
 
                                                 
1
 Bu  bayatıları bizə  təqdim etdiyinə görə  ağayi Nasir Əhmədiyə 
təşəkkür edirik. 


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə