172
apardığı üçillik müzakirələrdən sonra da məscid xaraba
vəziyyətdədir. O, yiyəsiz və sahibsiz qalmışdır. Bürok-
ratik əngəllər və ötür-ötür oyunları onu təmir etməyə
imkan vermir. Erməni tərəfi bu tarixi binanın təmir və
bərpasına mane olmaq üçün bütün vasitələrdən istifadə
edir.
"Göy məscid" Ermənistanda Səfəviyyə dövründən
qalmış yeganə islam abidəsidir. O, İrəvan şəhərindəki
"Müqəddəs Sarkis" kilsəsinin yaxınlığında yerləşir. Bu
qədim məscid bir zamanlar elmi-ictimai mərkəz olmuş,
müsəlmanlar buraya toplaşmışdır. Ancaq sonralar Ya-
zıçılar Birliyinə verilmişdir. İndi isə məscid viranə
qalıb. Qeyd edilməlidir ki, Qarabağ münaqişəsi zamanı
İrəvan müsəlmanlarının bütün dini mərkəzləri xaraba-
lığa çevrilmiş, bu və digər şəhərlərdəki müsəlman
qəbiristanlıqları yerlə-yeksan edilmişdir.
"Göy məscid" 1765-ci ildə təsis edilmişdir. O, Er-
mənistan ərazisində şiəliyin yeganə sənət nümunəsidir.
Məscidin giriş qapısının yaxınlığındakı şərab dükanı
adamın gözünə girir. Onunla üzbəüzdə avtobus daya-
nacağı var. Dağılmış divarların ön tərəfindən vurulmuş
paslı dəmir örtüklər bu məscidi kənardan çox kədərli
göstərir. Prospektdən baxanda məscid görünmür.
Pilləkənlə qalxıb məscidin həyətinə daxil oluruq. Bura
sarı, qırmızı yarpaqlarla örtülmüşdür. Döşəmədəki daş-
lar zamanın zərbələri altında əyri-üyrü şəklə düşüblər.
Qövsi qapıları çürümüş hücrələr həyətin hər tərəfindən
görünür. Həyətin şərq hissəsi xarabalığa çevrilib,
divardakı otlar quruyub-qalıb. Həyətdəki kətilin də
üzərinə sarı-qırmızı yarpaqlar tökülüb.
Məscidin firuzəyi rəngli günbəzi uzaqdan cilvələn-
sə də, yaxına gələndə onun toz-torpağa batdığını görü-
rük. Günbəzin sol tərəfindən bir ağac budağı qalxıb.
173
Məscidin həndəvərinə səpələnmiş kaşıların üzərində
“Qurani-Kərim”in ayələri rəsm olunub və orada hicri-
qəməri tarixi ilə 1305-ci il yazılıb.
Həyətin ortasındakı hovuz quruyub, çat-çat olub.
Burada bir neçə ala-bula küçük bizi qarşılayıb, ətrafı-
mızda oynaşır. Bir dalandan keçib məscidin şimal his-
səsinə tərəf gedirik. Günəş göy günbəzin arxasında
parlayır. Qopub-dağılmış daşlar üzərindəki müqəddəs
yazılar bir anda xəyalımızı Şah Əbdüləzim ibn Babuy-
yə dövrünə aparır. Xaraba məscidi tənha buraxırıq.
Çıxış qapısındakı dəlikdən gələn səs sükutu pozur.
Tramvaylar, avtobuslar, avtomobillər, adamların bitib-
tükənməyən gediş-gəlişi... Bura erməni əlifbasının ilk
yaradıcısı Mesrop Maştuts prospektidir...
Ermənistanda çox az islam abidəsinin izi qalmışdır,
amma onlar böyük dəyərə malikdir. Xarabalığa çevril-
miş "Göy məscid"dən əlavə, Gürcüstan sərhəddi yaxın-
lığındakı Haxçat adlanan məntəqədə Səfəvi dövrünə
aid dini-tarixi abidələr var. Bununla yanaşı, Ermə-
nistan-Türkiyə sərhəddində də son illərdə viranəliyə
çevrilmiş bir müsəlman məscidinin izləri qalmaqdadır.
Hazırda "Ermənistan" adlandırılan respublikada və
bütün "Qukasiyan" torpaqlarında ən qədim dövrlərdən
azərbaycanlılar yaşamışlar, indi isə burada çox az say-
da yezidi kürd qalmışdır. Bu bölgənin sakinləri əsasən
sünniməzhəb olmuşlar. Onlar ermənilərin təmizləmə
siyasəti nəticəsində zorla Azərbaycan Respublikasının
müxtəlif ərazilərinə və digər respublikalara köçürül-
müşlər. Bu siyasətin davamı olaraq Ermənistanda yaşa-
yan rus və kürdlər də bu respublikadan qovulmuşlar".
1
1
"Həmşəhri" qəzeti, 25-26 fərvərdin 1375 hicri-şəmsi ili
174
Köhnə İrəvan bazarı
(1905-ci il)
İrəvanda Azərbaycan
türklərinə məxsus
Gürcü karvansarasının
qalıqları
İrəvan üləmaları və ruhaniləri
Bu bölgədən bir çox görkəmli elm adamları, ruha-
nilər və din alimləri çıxmışlar. Onların əksəriyyəti
ömrünün sonunadək İrəvanda yaşamış və İran-rus mü-
haribələrində fəal iştirak etmişlər. Bir çox ruhanilərin
məzarı indi də bu şəhərdə qalıb . Təbrizdəki Hacı
Səfərəli məscidinin imam cüməsi mərhum ayətullah
Seyyid Höccət İrəvaninin atası ayətullah Seyid Əli
İrəvaninin və onun babası ayətullah Seyid Əbdülməcid
İrəvaninin (Şəmsi tarixi ilə 1371-ci ildə vəfat etmişdir)
məqbərəsi İrəvan şəhərindədir.
1
Doktor Əqiqi Bəxşayişinin yazdığına görə, ayə-
tullah Seyid Əli İrəvaninin ulu babası Xosrov şah döv-
ründə İrəvana köçmüşdür. Seyid Əli hicri-qəməri tarixi
ilə 1258-ci ildə İrəvan şəhərində doğulmuş və hicri-
qəməri tarixi ilə 1324-cü ildə Nəcəfüləşrəf şəhərini
1
Seyid Mehdi Dərvazeyi. Ayətullah Seyid Əbdülməcid İrəvaninin
tərcümeyi-halı. Məscid nəşri, şəmsi tarixi ilə 1371-ci ilin şəhrivər
və mehr ayı
175
Mərhum Ayətullah
Mirzə Yusif İrəvani
Mərhum Ayətullah
Mirzə Əli İrəvani
ziyarət edərkən orada vəfat etmişdir. Vəsiyyətinə
uyğun olaraq o, "Vadi-ül İslam"da dəfn olunmuşdur.
1
İrəvandan başqa məşhur ruhanilər də çıxmışdır.
Ayətullah-ul-əzim Seyid Şəhabəddin Mərəşi Nəcəfinin
yetirmələri olan ayətullah Mirzə Əbdülhüseyn İrəvani,
Mirzə Bağır İrəvani, mərhum ayətullah Seyid Məhəm-
məd Hadi Milaninin tələbəsi Hacı Mirzə Əliağa İrəvani
də əslən İrəvandan olmuşlar.
2
Ümumiyyətlə, bu şəhərdən çıxan görkəmli din xa-
dimlərinin hamısının adını çəkmək mümkün deyil.
Onların arasında elə mötəbər alimlər var ki, onlar təkcə
elmi dairələrdə deyil, bütün dünyada şiələrin mərcəyi-
təqlidi kimi tanınmışlar. Onlardan biri də Fazil İrəvani
kimi tanınan mərhum ayətullah molla Məhəmməd İrə-
vanidir. Yəhya Dövlətabadi yazır: "Hicri-qəməri tarixi
1
Məfaxer-e Azərbaycan. I cild, səh.211, 243, 357, 408
2
Məfaxer-e Azərbaycan. I cild, səh.211, 243, 357, 408
Dostları ilə paylaş: |