Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə47/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
1   ...   43   44   45   46   47   48   49   50   ...   56

 
 
176
ilə 1281-ci ildə şeyx (Mürtəza) Ənsari dünyadan köçür 
və onun ölümündən sonra görkəmli  şəxslərin hamısı 
ortaya öz iddiasını qoyaraq, onun yerinə keçmək 
istəyir.  Əlbəttə, bu elmi dairənin tələbələrinin də  rəis 
seçkisinə müdaxilə etmək hüququ var idi. Onlar əsasən 
türklərdən ibarət idilər. Hər qrup hövzə rəisinin onlar-
dan olmasına çalışırdı. Göstərilən vəzifəyə isə iki na-
mizəd vardı – bunlardan biri Ağa Seyid Hüseyn Kuh-
kəməri, digəri Molla Məhəmməd İrəvani idi. Belə olan 
halda Hacı Seyid Hüseyn birinci, İrəvani ikinci rəis 
olur. Ancaq çox keçmədən Hacı Seyid Hüseyn dün-
yasını dəyişir. Beləliklə, Molla Məhəmməd İrəvani bi-
rinci rəis və  Şeyx Məhəmməd Həsən ikinci rəis 
seçilir".
1
 
Doktor Əqiqi Bəxşayişi bu görkəmli ruhanini belə 
təqdim edir: "Ayətullah Molla Məhəmməd ibn Mə-
həmməd Bağır İrəvani-Nəcəfi böyük fəqih, əxlaq sahi-
bi, fiqh sahəsində hövzənin  ən nüfuzlu şəxslərindən  
biridir. O, görkəmli müctəhidlərdən biri olmaqla, elmi, 
zəkası, natiqliyi sayəsində fazil şəxslər arasında birinci 
yerdə dayanırdı. İrəvani hicri-qəməri tarixi ilə 1232-ci 
ildə  İrəvanda dünyaya göz açmış, ibtidai təhsil aldıq-
dan sonra İraqa köçmüşdü.  Əvvəl Kərbəlada mərhum 
Seyid  İbrahim Qəzvinidən dərs almış, sonra dörd il 
sərasər fiqh və fiqh üsulunu öyrənmişdi. Sonralar Nə-
cəfüləşrəfə mühacirət edərək uzun müddət həmin 
şəhərdə yaşamış, tədris və təlimlə məşğul olmuş, müa-
sirləri arasında Fazil İrəvani kimi şöhrətlənmişdi. Ayə-
tullah Seyid Hüseyn Kuhkəməri vəfat edəndən sonra 
zamanın mərcəyi-təqlidi təyin olunmuş, bütün Azər-
baycan və Qafqaz müsəlmanlarının  şəri məsələlərlə 
                                                 
1
 Yəhyanın həyatı. I cild, səh.25 


 
 
177
bağlı problemlərini həll etmişdir. O, Şeyx Tusi məsci-
dində camaat namazına durar, bütün alim və təhqiqat-
çılar onun hüzuruna gələrdilər. O, idarəetmə  fənninin 
bilicisi  şeyx Murtəza  Ənsarinin,  ənvarül-fiqh sayılan  
şeyx Həsənin və  məntiq elminin ustadı kimi tanınan 
şeyx Məhəmməd Həsənin yanında oxumuşdu.  Şeyx 
Ənsari və  şeyx Məhəmməd Həsən ona ictihad icazəsi 
vermişdi. 
Onun  "Kitab-ül-bey-ül-istidlali", "Ehkam-ül-xələl 
fil-səlavat", "Əl-məkasib-ül-məhərrəmə", "Hiceyyəti-
zən", "Əmr və  nəhy ictimada” risalələrinin, "Əllamə 
qaydalarına  əlavə", "Beyzəvi təfsirinə haşiyə", "Risa-
leyi-elmiyyə"  kimi əsərlərinin adlarını çəkə bilərik. 
Mərhum Böyük Hacağa yazır: "O, zəvabət (idarə-
etmə), məntiq və s. dərslərdə  iştirak etsə  də,  əllamə 
şeyx Murtəza  Ənsarinin mühazirələrinə daha çox vu-
rulmuşdu. Seyid Kuhkəmərinin vəfatından sonra o, 
mərcəyi-təqlid oldu. Onun öz xətti ilə yazılan "Kitab-
ül-bey-ül istidlali" əsərini oğlu  Şeyx Mahmudun 
yanında gördüm".   
O, hicri-qəməri tarixi ilə 1306-cı il rəbiüləvvəl 
ayının 3-də (cümə günü) vəfat etmişdir.  İrəvani Şeyx 
Cavad, Şeyx Mahmud, Şeyx Murtəza kimi saleh alim-
lər yetişdirmişdir.  
İrəvan bölgəsinin görkəmli simalarından biri də 
həkim Mirzə  Əbülqasim  İrəvanidir. O, "Məfaxer-e 
Azərbaycan" kitabında belə təqdim olunur: "Mirzə Mə-
həmməd İrəvaninin oğlu həkim Mirzə Əbülqasim hicri 
tarixi ilə XIII əsrin  əvvəllərində Azərbaycanın adlı-
sanlı şəxslərindən olub. O, yenilikçi bir təbib, açıqgöz-
lü həkim, bənzərsiz fəqih olmuşdur. Bu böyük alim 
hicri-qəməri tarixi ilə 1187-ci ilin məhərrəm ayının 18-
də (şənbə gecəsi) Azərbaycanın İrəvan şəhərində dün-


 
 
178
yaya gəlmişdir. Valideynləri və bütün nəsli həmin 
vilayətin üləmalarından olmuşdur. 
Böyük fəzilət sahibi və  alim    olan  Mirzə  Əbülqa-
sim dini və  dünyəvi elmlərdə  bənzərsiz idi. Əsli  İrə-
vandan olan bu şəxs  İsfəhan  şəhərində  məntiq və 
natiqlik elmləri üzrə təhsil almışdı. Kərbəla şəhidlərini 
ziyarət etdikdən sonra Təbrizdə  məskunlaşmışdı. O, 
böyük fəqihlə  Təbrizdə, "Qübbeyi-İslam"da görüşmü-
şəm. O, istedadlı  tədqiqatçı  və Mürtəza vurğunu idi. 
İraqa, Xorasana səyahət etmiş, ömrünün çox hissəsini 
dövrünün üləmaları  və dünyanın fəzilət sahibləri ara-
sında keçirmişdi.  İranın bütün ariflərini görmüş, döv-
rün şeyxlərinin xidmətinə yetmişdi".
1
 
Mərhum Mirzə Əbülqasim dini və dünyəvi elmlərin 
fəziləti ilə bəzənmiş saf xarakterli bir alim, təmizqəlbli 
bir arif insan idi. O, şəriətdə sabitqədəm, təriqətdə  və 
mücahidətdə fikrini dəyişməyən, əksər elm və fənlərdə, 
o cümlədən ədəb, şəriət, tibb, hikmət elmləri sahəsində 
bənzərsiz  zəka sahibi idi. O, böyük təfsir ustası ayətul-
lah Seyid Əli Təbatəbaidən rəmz açmağın sirlərini öy-
rənmişdi. Dövrün irfan sahibi olan şeyxlərin - "Bəhr-ül-
məarif" kitabının müəllifi mərhum Molla Əbdüssəməd 
Həmədaninin, Hacı  Məhəmməd Hüseyn İsfəhaninin, 
Hacı  Məhəmməd Cəfər Həmədaninin, Hacı Molla 
Abbasəli Benabinin (Allah hamısına rəhmət eləsin!) 
təlim etdiyi bilikləri mənimsəmiş və yeri gəldikcə onlar-
dan bəhrələnmişdi. O, qeyd etdiyimiz elmlərdən savayı, 
tibb sahəsində  də geniş biliyə malik olmuş, müalicədə 
yeni üsullardan istifadə etmişdir. Lakin təbibliklə da-
vamlı məşğul olmamış, daha çox fəqihliyə fikir vermiş-
dir. Qacarlar dövləti, xüsusilə də Abbas Mirzə ona bö-
                                                 
1
 Bustan-ul səyahət, səh.190 


 
 
179
yük ehtiramla yanaşar və hər dəfə döyüşə yollanmazdan  
öncə gəlib onunla görüşərdi.     
Azərbaycanın mollabaşısı olmuş  mərhum Hacı 
Mirzə Əbdülkərim (hicri-qəməri tarixi ilə 1294-cü ildə 
vəfat etmişdir) onun övladlarından biri olmuşdu. 
Nəvəsi Hacı Mirzə  Məhəmməd  Əli də mollabaşı ol-
muşdu. Başqa bir nəvəsi Hacı Mirzə Fəzləli isə müctə-
hidliyə  qədər yüksəlmişdi.  O, hicri-qəməri tarixi ilə 
1287-ci ildə anadan olmuş, müctəhid Hacı Mirzə Mə-
həmmədhəsən Zinuzinin yanında təhsil almışdı. Sonra-
dan Nəcəfə gedərək burada şeyx Zeynalabidin Mazan-
daraninin, Kaziminin, Fazil Şəribaninin məktəbində öz 
elmini təkmilləşdirmişdi. 
Bu təmiz qəlbli insan, ilahiyyatçı alim, mütəfəkkir 
hicri-qəməri tarixi ilə 1237-ci ildə Təbrizdə vəfat etmiş 
və Seyid Həmzə məqbərəsində dəfn edilmişdi.
1
  
Təbrizli filosof Əbdülhüseyn "Mətrəh ül-Ənzar" 
kitabında yazır:  "Abbas Mirzə hicri-qəməri tarixi ilə 
1237-ci ildə Osmanlı dövləti ilə müharibəyə yola dü-
şərkən vidalaşmaq və xeyir-dua almaq üçün həkim İrə-
vaninin yanına gəldi. Görüş zamanı İrəvani dedi ki, siz 
bu döyüşdə qalib gələcəksiniz, amma inanmıram biz 
bir daha görüşə bilək. Belə də oldu. O, həmin ildə vəfat 
etdi". 
Mollabaşı kimi tanınan, həkim  İrəvaninin oğlu 
Hacı Mirzə Əbdülkərimin qəbri Təbrizin Sərxab dağın-
dadır. Məscid, təkyə, su anbarı ondan yadigar qal-
mışdır.
2
  
"Səfa" təxəllüslü Hacı Mirzə Fəzləli ağa da İrəva-
ninin nəvələrindən olmuşdur. O, ədəbi-mədəni fəaliy-
yətlə məşğul olmuş və ilk Milli Şura Məclisi dövründə 
                                                 
1
 Məfaxer-e Azərbaycan, səh.731 
2
 Məhəmməd Əli Sofut. Dostların dastanı, səh.79 


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə