76
Çarlz İsəvi kitabının digər bir bölməsində yazır:
"İrəvanda pambıq əkini geniş yayılmışdı. İstehsal
olunan məhsulun bir hissəsi Türkiyəyə, bir hissəsi isə
Tiflisə daşınırdı. Ancaq məhsulun Trabzona çatıb-
çatmaması haqqında əlimizdə məlumat yoxdur".
1
İrəvan İpək yolunun üstündə olduğundan müsafir-
lər və tacirlər buradan keçirdi. Buna görə də o, mü-
hüm şəhərə çevrilirdi. Kembric Universitetinin profes-
soru Pyotr Avri yazır: "Ağa Məhəmməd xan Qacar
İrəvan, Xoy, Rəşt, Qəzvin kimi şəhərləri xarici
ticarətin əsas dayaqları səviyyəsinə qaldırdı. İrəvan və
Xoy şəhərləri Qara dəniz vasitəsilə Qafqaz və
Osmanlının ticarət mərkəzləri sırasında idilər ".
2
Çalz İsəvi "Xalçaçılıq" bölməsində bu sənət barədə
şərh verdikdən sonra, onun ixracı haqqında yazır:
"Təbriz mühüm xalçaçılıq mərkəzi idi. Trabzon və İrə-
van yolu ilə Təbriz xalçaları xarici ölkələrə çıxarılırdı”.
3
İrəvan əmtəə ixracatının əsas yolu olduğu kimi,
Avropa mallarının idxalı sahəsində də mərkəzi xətt
hesab olunurdu. Adını çəkdiyimiz müəllif bu barədə
yazır: "Rəqabətin digər səbəbi Avropa mallarının
Qafqazdan gömrük haqqı olmadan keçməsi idi. Mallar
Qara dəniz vasitəsilə Potidən Batuma daşınır, oradan
İrəvana, İrəvandan isə Təbrizə aparılırdı".
4
1
Çarlz İsəvi.Tarix-e eqtesadi-ye İran. Tərcümə edən:Yəqub Ajand,
səh.218, 448
2
Pyotr Avri. Tarix-e moaser-e İran. I cild, tərcümə edən:
Məhəmməd Rəfi Mehrabadi, səh.154
3
Çarlz İsəvi.Tarix-e eqtesadi-ye İran. Tərcümə edən:Yəqub Ajand,
səh.218, 448
4
Yenə orada, səh.218, 448
77
İrəvan İran-Rusiya müharibələrində
İran-Rusiya müharibələrinin hər iki mərhələsində
İrəvanın azərbaycanlı əhalisi çar ordusuna qarşı rəşadət
və cəsarətlə vuruşmuşdur. Onların igidlik və qəh-
rəmanlığını Azərbaycan tarixinin qızıl səhifələrindən
saymaq olar.
“Məftun” təxəllüslü Əbdürrəzaq Dünbüli “Sulta-
niy-yə” əsərində rusların hücumları qarşısında İrəvanın
müsəlman əhalisinin göstərdiyi qəhrəmanlığı və
şücaəti şərh edərək yazır:
Bütün ruslar qan və torpaq içində
Nizələrin başı sinələri param-parça edib.
İti qılınclardan bədənlər
Kəsik-kəsik, doğram-doğram.
Qəlpələr dolu kimi yağdı.
Baş, sinə, ayaq, papaq töküldü xəndəyə.
Xəncər kəsib-doğramaqdan par-par yanırdı,
Qalanın divarından qan su kimi axırdı.
Həmin döyüşdə qılıncların doğradığı
Meyidlərlə xəndək və arxlar dolmuşdu.
1
Bu müharibələrin birinci mərhələsində İrəvan ha-
kimi Məhəmməd xan Qovanlu Qacar ruslarla razılığa
gəlsə də, şəhərin müsəlman əhalisi düşmən qarşısında
mətanətlə dayandı. Hicri-qəməri tarixi ilə 1228-ci ildə
(miladi tarixi ilə 1813-cü ildə) ədalətsiz Gülüstan
müqaviləsinin bağlanması ilə döyüşlərin birinci mərhə-
ləsi başa çatdı. Bu biabırçı müqaviləyə görə, Arazın o
1
Hidayətullah Behbudi. Ədəbiyyat dər cəngha-ye İran və rus,
səh. 14
78
tayındakı vilayətlərin çoxu zorla Rusiya imperiyasına
birləşdirildi. İrəvan və Naxçıvan şəhərləri Qacarlar
dövlətinin əlində qaldı. Bu iki şəhər strateji baxımdan
son dərəcə əhəmiyyətli idi. Nəsrəddin şahın xüsusi
həkimi fransız Fövriyyə, İrəvan və Naxçıvanı Fran-
sanın Elzas və Lurnu şəhərləri ilə müqayisə etmişdir.
1
Gülüstan müqaviləsi bağlandığı vaxtdan ta İran-
Rusiya müharibələrinin ikinci dövrünə qədərki 13 il
ərzində cəbhələrdə sakitlik bərqərar oldu və İranla
Rusiya arasında zahirən sülh hökm sürdü. Amma bu
müqavilədən doğan təhqir və məğlubiyyət acısı cəmiy-
yəti sarsıtmış, xalqın qəlbində kin və nifrət yaratmışdı.
Azərbaycan əhalisinin bu dövrdəki ümumi narazılığı
Gülüstan müqaviləsinə qarşı ictimai etirazların bariz
nümunəsidir. XIII əsrin birinci yarısının (hicri) ədib və
tarixçisi Əbdürrəzaq Dünbüli hicri-qəməri tarixi ilə
1229-cu ilin hadisələrini şərh edərkən yazırdı: "...İki
min nəfər İrəvan sakini könüllü şəkildə cihada qalxıb
silahlanmış, bir neçə alim, çalmalı ərbab, zöhd və təq-
va əhli kəfən geyinib, qələbə qılıncı qurşamışdılar...".
2
Qəhrəman İrəvan camaatı təpədən-dırnağacan
nifrət ruhunda köklənmişdi. Onlar irəvanlı sərkərdə
Hüseyn xanın və onun qardaşı Həsən xan Sarı Aslanın
komandanlığı altında silaha sarılaraq düşmənlə ölüm-
dirim mübarizəsinə qalxdılar. Səid Nəfisinin yazdığına
görə, "Hicri-qəməri tarixi ilə 1241-ci ilin zilhiccə ayın-
da (miladi tarixi ilə 1826-cı ilin iyun ayında) başlamış
ikinci müharibədə ilk olaraq İrəvan sərkərdəsi Hüseyn
xan beş min nəfərlik ordu ilə Gülüstan müqaviləsindən
1
Doktor Fövriyyə. Se sal dər dərbar-e İran. Tərcümə edən: Abbas
İqbal, səh.147
2
Hidayətullah Behbudi. Ədəbiyyat dər cəngha-ye İran və rus,
səh.59
79
sonra yaranmış sərhəddən keçib Rusiya tərəfindən
işğal olunmuş əraziyə daxil olmuşdur".
1
Müharibələrin ikinci mərhələsinin əvvəllərində
Yermolovun komandanlığı altındakı Rusiya orduları-
nın ardıcıl məğlubiyyəti çar I Nikolayı qorxuya saldı.
O, vəziyyətdən çıxmaq üçün general Paskeviçi əvvəlcə
tam səlahiyyətlə Yermolova yardımçı göndərdi, sonra
isə ordu komandanlığını ona həvalə etdi. General
Paskeviç çox təcrübəli idi. O, ilk döyüşlərdən qarşı
tərəfin zəif nöqtələrini aşkar edir və növbəti səfərlərdə
qələbə qazanmağa başlayır. Qələbə xəbəri çarı sevindi-
rir və o, Paskeviçə yazdığı məktubda ona razılığını
bildirməklə yanaşı, İrəvan şəhərinin müsəlman əha-
lisinin müqavimətindən narahatlığını bildirir: "Prins
Menşikovun İrəvan barədə göndərdiyi məlumatlardan
aydın olur ki, İrəvanda olduqca ciddi müqavimətlə
rastlaşacağınızı gözləməlisiniz, onun mühasirəsindən
çəkinməməlisiniz və buna hazır olmalısınız.
2
Sonrakı hadisələr göstərdi ki, çarın qorxusu əbəs
deyilmiş. Təbii ki, bu müharibənin bütün təfərrüatını
burada əks etdirmək mümkün deyil. İrəvan əhalisinin
müqavimətini təşkil etmək üçün ziyalılar (alim və
yazarlar) şəhərin əhalisi içərisində çox ciddi təbliğata
başladılar.
İran-rus müharibələrinin ilk mərhələsində İrəvan
hakimi Məhəmməd xan Qovanlu Qacar rus sərkərdəsi
Sisyanovdan kömək istəmişdi. Lakin Səid Nəfisinin
yazdığına görə, "o, görəndə ki, ruslar irəliləyə bilmir,
qacarların tərəfini tutmaq istədi. Məhəmməd xan vəziri
Mirzə Şəfiyə İrəvan qalasına getmək barədə göstəriş
verdi. O getdi və sülh bağlamaq qərara alındı... Mə-
1
Səid Nəfisi. Tarix-e ectemai-ye siyasi-ye İran. I cild, səh.123
2
Səid Nəfisi. Tarix-e ectemai-ye siyasi-ye İran. II cild, səh.130
Dostları ilə paylaş: |