Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə20/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
1   ...   16   17   18   19   20   21   22   23   ...   56

 
 
76
Çarlz  İsəvi kitabının digər bir bölməsində yazır: 
"İrəvanda pambıq  əkini geniş yayılmışdı.  İstehsal 
olunan məhsulun bir hissəsi Türkiyəyə, bir hissəsi isə 
Tiflisə daşınırdı. Ancaq məhsulun Trabzona çatıb-
çatmaması haqqında əlimizdə məlumat yoxdur".
1
 
İrəvan  İpək yolunun üstündə olduğundan müsafir-
lər və tacirlər  buradan keçirdi. Buna görə  də o, mü-
hüm şəhərə çevrilirdi. Kembric Universitetinin profes-
soru Pyotr Avri yazır: "Ağa Məhəmməd xan Qacar  
İrəvan, Xoy, Rəşt, Qəzvin kimi şəhərləri xarici 
ticarətin əsas dayaqları səviyyəsinə qaldırdı. İrəvan və 
Xoy  şəhərləri Qara dəniz vasitəsilə Qafqaz və 
Osmanlının ticarət mərkəzləri sırasında idilər".
2
 
Çalz İsəvi "Xalçaçılıq" bölməsində bu sənət barədə 
şərh verdikdən sonra, onun ixracı haqqında yazır: 
"Təbriz mühüm xalçaçılıq mərkəzi idi. Trabzon və İrə-
van yolu ilə Təbriz xalçaları xarici ölkələrə çıxarılırdı”.
3
 
İrəvan  əmtəə ixracatının  əsas yolu olduğu kimi, 
Avropa mallarının idxalı sahəsində  də  mərkəzi xətt 
hesab olunurdu. Adını  çəkdiyimiz müəllif bu barədə 
yazır: "Rəqabətin digər səbəbi Avropa mallarının 
Qafqazdan gömrük haqqı olmadan keçməsi idi. Mallar 
Qara dəniz vasitəsilə Potidən Batuma daşınır, oradan 
İrəvana, İrəvandan isə Təbrizə aparılırdı".
4
 
 
                                                 
1
 Çarlz  İsəvi.Tarix-e eqtesadi-ye İran. Tərcümə edən:Yəqub Ajand, 
səh.218, 448 
2
 Pyotr Avri. Tarix-e moaser-e İran. I cild, tərcümə edən: 
Məhəmməd Rəfi Mehrabadi, səh.154 
3
 Çarlz  İsəvi.Tarix-e eqtesadi-ye İran. Tərcümə edən:Yəqub Ajand, 
səh.218, 448 
4
 Yenə orada, səh.218, 448 


 
 
77
İrəvan İran-Rusiya müharibələrində 
 
İran-Rusiya müharibələrinin hər iki mərhələsində 
İrəvanın azərbaycanlı əhalisi çar ordusuna qarşı rəşadət 
və  cəsarətlə vuruşmuşdur. Onların igidlik və  qəh-
rəmanlığını Azərbaycan tarixinin qızıl səhifələrindən 
saymaq olar. 
“Məftun” təxəllüslü  Əbdürrəzaq Dünbüli “Sulta-
niy-yə” əsərində rusların hücumları qarşısında İrəvanın 
müsəlman  əhalisinin göstərdiyi qəhrəmanlığı  və 
şücaəti şərh edərək yazır: 
 
Bütün ruslar qan və torpaq içində  
Nizələrin başı sinələri param-parça edib. 
İti qılınclardan bədənlər  
Kəsik-kəsik, doğram-doğram. 
Qəlpələr dolu kimi yağdı. 
Baş, sinə, ayaq, papaq töküldü xəndəyə. 
Xəncər kəsib-doğramaqdan par-par yanırdı,  
Qalanın divarından qan su kimi axırdı. 
Həmin döyüşdə qılıncların doğradığı  
Meyidlərlə xəndək və arxlar dolmuşdu. 
1
 
 
Bu müharibələrin birinci mərhələsində  İrəvan ha-
kimi Məhəmməd xan Qovanlu Qacar ruslarla razılığa 
gəlsə də, şəhərin müsəlman əhalisi  düşmən qarşısında 
mətanətlə dayandı. Hicri-qəməri tarixi ilə 1228-ci ildə 
(miladi tarixi ilə 1813-cü ildə)  ədalətsiz Gülüstan 
müqaviləsinin bağlanması ilə döyüşlərin birinci mərhə-
ləsi başa çatdı. Bu biabırçı müqaviləyə görə, Arazın o 
                                                 
1
 Hidayətullah Behbudi. Ədəbiyyat dər cəngha-ye  İran və rus,  
səh. 14 


 
 
78
tayındakı vilayətlərin çoxu zorla Rusiya imperiyasına 
birləşdirildi.  İrəvan və Naxçıvan  şəhərləri Qacarlar 
dövlətinin əlində qaldı. Bu iki şəhər strateji baxımdan 
son dərəcə  əhəmiyyətli idi. Nəsrəddin  şahın xüsusi 
həkimi fransız Fövriyyə,  İrəvan və Naxçıvanı Fran-
sanın Elzas və Lurnu şəhərləri ilə müqayisə etmişdir.
1
  
Gülüstan müqaviləsi bağlandığı vaxtdan ta İran-
Rusiya müharibələrinin ikinci dövrünə  qədərki 13 il 
ərzində  cəbhələrdə sakitlik bərqərar oldu və  İranla 
Rusiya arasında zahirən sülh hökm sürdü. Amma bu 
müqavilədən doğan təhqir və məğlubiyyət acısı cəmiy-
yəti sarsıtmış,  xalqın qəlbində kin və nifrət yaratmışdı. 
Azərbaycan  əhalisinin bu dövrdəki ümumi narazılığı 
Gülüstan müqaviləsinə qarşı ictimai etirazların bariz 
nümunəsidir. XIII əsrin birinci yarısının (hicri) ədib və 
tarixçisi  Əbdürrəzaq Dünbüli hicri-qəməri tarixi ilə 
1229-cu ilin hadisələrini  şərh edərkən yazırdı: "...İki 
min nəfər  İrəvan sakini könüllü şəkildə cihada qalxıb 
silahlanmış, bir neçə alim, çalmalı ərbab, zöhd və təq-
va əhli kəfən geyinib, qələbə qılıncı qurşamışdılar...".
2
 
Qəhrəman  İrəvan camaatı  təpədən-dırnağacan 
nifrət ruhunda köklənmişdi. Onlar irəvanlı  sərkərdə 
Hüseyn xanın və onun qardaşı Həsən xan Sarı Aslanın 
komandanlığı altında silaha sarılaraq düşmənlə ölüm-
dirim mübarizəsinə qalxdılar. Səid Nəfisinin yazdığına 
görə, "Hicri-qəməri tarixi ilə 1241-ci ilin zilhiccə ayın-
da (miladi tarixi ilə 1826-cı ilin iyun ayında) başlamış 
ikinci müharibədə ilk olaraq İrəvan sərkərdəsi Hüseyn 
xan beş min nəfərlik ordu ilə Gülüstan müqaviləsindən 
                                                 
1
 Doktor Fövriyyə. Se sal dər dərbar-e İran. Tərcümə edən: Abbas 
İqbal, səh.147 
2
 Hidayətullah Behbudi. Ədəbiyyat dər cəngha-ye  İran və rus, 
səh.59 


 
 
79
sonra yaranmış  sərhəddən keçib Rusiya tərəfindən 
işğal olunmuş əraziyə daxil olmuşdur".
1
 
Müharibələrin ikinci mərhələsinin  əvvəllərində 
Yermolovun komandanlığı altındakı Rusiya orduları-
nın ardıcıl məğlubiyyəti çar I Nikolayı qorxuya saldı. 
O, vəziyyətdən çıxmaq üçün general Paskeviçi əvvəlcə 
tam səlahiyyətlə Yermolova yardımçı göndərdi, sonra 
isə ordu komandanlığını ona həvalə etdi. General 
Paskeviç çox təcrübəli idi. O, ilk döyüşlərdən qarşı 
tərəfin zəif nöqtələrini aşkar edir və növbəti səfərlərdə 
qələbə qazanmağa başlayır. Qələbə xəbəri çarı sevindi-
rir  və o, Paskeviçə yazdığı  məktubda ona razılığını 
bildirməklə yanaşı,  İrəvan  şəhərinin müsəlman  əha-
lisinin müqavimətindən narahatlığını bildirir: "Prins 
Menşikovun  İrəvan barədə göndərdiyi məlumatlardan 
aydın olur ki, İrəvanda olduqca ciddi müqavimətlə 
rastlaşacağınızı gözləməlisiniz, onun mühasirəsindən 
çəkinməməlisiniz və buna hazır olmalısınız.
2
 
 Sonrakı hadisələr göstərdi ki, çarın qorxusu əbəs 
deyilmiş. Təbii ki, bu müharibənin bütün təfərrüatını 
burada əks etdirmək mümkün deyil.  İrəvan əhalisinin 
müqavimətini təşkil etmək üçün ziyalılar (alim və 
yazarlar)  şəhərin  əhalisi içərisində çox ciddi təbliğata 
başladılar. 
İran-rus müharibələrinin ilk mərhələsində  İrəvan 
hakimi Məhəmməd xan Qovanlu Qacar rus sərkərdəsi 
Sisyanovdan kömək istəmişdi. Lakin Səid Nəfisinin 
yazdığına görə, "o, görəndə ki, ruslar irəliləyə bilmir, 
qacarların tərəfini tutmaq istədi. Məhəmməd xan vəziri 
Mirzə  Şəfiyə  İrəvan qalasına getmək barədə göstəriş 
verdi. O getdi və sülh bağlamaq qərara alındı... Mə-
                                                 
1
 Səid Nəfisi. Tarix-e ectemai-ye siyasi-ye İran. I cild, səh.123 
2
 Səid Nəfisi. Tarix-e ectemai-ye siyasi-ye İran. II cild, səh.130 


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə