Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə19/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
1   ...   15   16   17   18   19   20   21   22   ...   56

 
 
72
aldı. Həmin məktublarda da bu barədə yazılmışdı: 
“Rusiya imperatriçası Tiflisdə qətlə yetirilmiş bir qrup 
rus  əsgərinin intiqamını almaq üçün kifayət qədər 
yaxşı silahlanmış  və toplarla təchiz edilmiş 80 minlik 
ordunu bölgəyə göndərib. Başqa bir dəstə isə Dərbəndi 
mühasirəyə alıb. Bundan əlavə, Bakı  və Talış bölgəsi 
ruslara təslim edilib, Şirvan və Gəncə camaatı da əmrə 
tabe edilib. Adı çəkilən bölgədə vəziyyət qarışıq, əhali 
isə pərişandır. Gərək tezliklə bir əlac fikirləşəsiniz, əks 
halda, bütün nizam-intizam pozulacaq”.
1
 
Ağa Məhəmməd xan tərəfindən  İrəvan hakimliyi 
vəzifəsi saxlanılmış və Məhəmməd xan Qacar İrəvani 
də Azərbaycanın  əksər yerli əmirləri kimi dinclik 
xatirinə  Ağa Məhəmməd xanın dostluq həlqəsinə 
qoşulmuşdu. Amma fürsət düşsəydi, başqa bir hami 
tapıb, ondan kömək istəyərdi. O, hicri-qəməri tarixi ilə 
1209-1211-ci illərdə Osmanlı dövlətinə tərəf üz çevirdi 
və Osmanlı sultanı III Süleymana və  Ərzurum valisi 
Yusif paşaya yazdığı  məktubda Ağa Məhəmmədin 
yenidən qoşun çəkməsi barədə  məlumat verərək, ona 
kömək  əli uzadılmasını, Osmanlı dövlətinin hima-
yəsinə qəbul edilməsini xahiş etdi.
2
 
Ağa Məhəmməd xan Qacar İrəvan xanını zindana 
salıb, idarəçilik işlərini  Əliqulu xana tapşırdı. Ağa 
Məhəmmədin qətlindən sonra 1797-ci ildə  Əliqulu 
xanı  İrəvandan qovdular. Həmin ilin sonlarında Fətəli 
şah Məhəmməd xanı zindandan azad edib, yenidən 
İrəvanın hakimi təyin etdi.
3
 
                                                 
1
 Xanək Eşqi. Siyasət-e nezami-ye Rusiye dər İran (1790-1810-cu 
illər), səh.42 
2
 Bax:  Əlipur Səfər. Hokumətha-ye məhəlli-ye Qəfqaz dər  əsr-e 
Qacar, səh.92 
3
Bax:  Azərbaycan Ensiklopediyası  


 
 
73
XIX əsrin astanasında İrəvanın iqtisadi 
durumuna bir nəzər  
 
Çarlz  İsəvi özünün mükəmməl "İranın iqtisadi 
tarixi - Qacariyyə dövrü (hicri-qəməri 1215-1332-ci 
illər)"  əsərində XIX əsrin birinci yarısında  İrəvanın 
iqtisadi vəziyyəti barədə qiymətli məlumatlar vermiş-
dir. O, İrəvanın sənətkar və  xırda tacirlərinin təşkilati 
vəziyyəti barədə yazır: "Sənətkarlar kütləsi ustalardan 
ibarət idi. Ustalar kustar sənaye məhsullarının isteh-
salında çox mühüm yer tuturdular. Gəlirləri hər peşə 
üzrə ustaların sayına uyğun olurdu. Ustalar öz peşələri 
ilə bağlı olmayan əmtəə istehsal etmək hüququna da 
malik idilər. Peşə üzrə hər hansı inhisarçılığa yol veril-
mirdi və sənətkarlar onların üzvlərindən hər hansı biri-
nin başqa işə keçməsinin qarşısını ala bilməzdilər. La-
kin rəqabətdən qorunmaq üçün hər bir usta öz istehsal 
etdiyi məhsulu yalnız müəyyən bir yerdə satırdı  və 
müştəriləri aldatmaq hüququ yox idi. O, mal satarkən 
kimdənsə qabağa keçə, ya öz malını tərifləyə, başqala-
rının malını pisləyə bilməzdi. Ödədikləri icarə haqları 
onları daxilən birləşdirirdi və əgər bir usta keyfiyyətsiz 
mal düzəltsəydi, müştərini aldatsaydı və s. onun dükanı 
mıxlanar, həmin dükan başqasına verilərdi. 
Yalnız ustaların haqqı var idi ki, özlərinə  şagird 
götürüb, peşələrini onlara öyrətsinlər və onları usta 
olmağa hazırlasınlar. Ustaların yanında işləyən 
şagirdlərin sayı sabit deyildi. Adətən, hər ustanın bir və 
ya iki şagirdi olurdu. XIX əsrin birinci 30 illiyyində 
İrəvan  şəhərində ustalarla şagirdlər arasındakı nisbət 
təqribən aşağıdakı kimi idi:  
       
                            


 
 
74
 
ustaların 
sayı 
şagirdlərin 
sayı 
Çəkməçi 
10 15 
Dulusçu 11 
19 
Bənna 
25 70 
Dəmirçi 
20 45 
Nalbənd 12 
10 
Dərzi 
18 20 
Pinəçi 60 
150 
Gümüş mütəxəssisi 
6 21 
Metal ustası 
40 3 
Dülgər və taxta ustası 
49 150 
Yəhər ustası 
8 19 
 
Yegizarovun dediyinə görə, İrəvan sənətkarları 722 
nəfər usta və 667 nəfər  şagirddən ibarət idi. Birbaşa 
olmasa da, hər ustaya bir şagird düşürdü,  əlbəttə, 
elələri də var idi ki, ümumiyyətlə,  şagirdi yox idi. 
Çörəkçilərin və misgərlərin  şagirdi olmadığı halda, 
dülgərlərin, pinəçilərin, bənnaların hər birinin 4 şagirdi 
var idi. Ölkənin bütün şəhərlərində şagirdlərlə ustaların 
sayı  fərqli idi. Sənətkarlıqla  əlaqəsi olmayan ustaların 
şagirdlərinin sayı  məhdud idi. İrəvan, Naxçıvan, Or-
dubad  şagirdlərinin və ustalarının sayı  aşağıdakı kimi 
idi: İrəvanda 143 usta, 43 şagird, Naxçıvanda 109 usta, 
41 şagird, Ordubadda 140 usta və 128 şagird var idi. 
...Ustalar lazım olan halda özlərinə  fəhlə götürür-
dülər. Məsələn,  İrəvanda 6 nəfər taxıl tacirinin şagirdi 
yox idi, amma taxılı daşımaq, yükləmək işinə 24 nəfər 
fəhlə cəlb etmişdi. Çörəkçilərin də şagirdi yox idi, lakin 
bu sahədə çalışan 18 nəfər usta 50 nəfər fəhlə  işə 
götürmüşdü. Bu şəhərdəki 52 nəfər baqaliyyə tacirinin 
nə şagirdi, nə də fəhləsi var idi. Amma 10 nəfər ayaqqa-


 
 
75
bı ustasının yanında beş fəhlə və 15 şagird çalışırdı. 11 
nəfər dulusçu 23 ixtisaslı fəhlə və 19 şagird işə cəlb et-
mişdi. 25 nəfər usta-bənna bu qayda ilə öz əlinin altında 
18 fəhlə və 70 şagird işlədirdi. 7 nəfər dəri ustasının 30 
fəhləsi olduğu halda, bir nəfər də şagirdi yox idi. 6 gü-
müş ustasının 8 fəhləsi və 21 şagirdi, 8 sərracın (yəhər 
ustasının) 12 fəhləsi və 19 şagirdi, 49 dülgərin 90 fəh-
ləsi və 150 şagirdi var idi. Dəmirçilər, misgərlər (dəmir 
lövhə düzəldənlər), nalbəndlər,  şam düzəldənlər, metal 
ustaları, iptoxuyanlar, nəleyndüzəldənlər (mollalar üçün 
çustabənzər ayaqqabı), yun parça ustaları, hətta bir nəfər 
fəhlə belə saxlamırdılar. Hər peşənin sərmayə qoyuluşu 
məhdud və az idi. Peşə ustaları yalnız bir və ya iki 
şagirdlə işləyirdilər. Çox iş və fəhlə tələb edən sənətlər 
sənətkarlıq mərtəbəsi sırasında olmayıb, kapitalist 
emalatxanaları istehsalının göstəricisi sayıla bilərdi".
1
  
Əhməd Əşrəf də bu sahə ilə bağlı məlumat verir. O 
yazır: "İrəvanda, demək olar ki, hər ustanın bir şagirdi 
var idi. XIX əsrin əvvəllərində bu şəhərdə 722 usta və 
667  şagird çalışırdı.  Şagirdlik yaşı adətən 12 yaşdan 
başlanır və  həmin  şagird 10 ilə ustalıq məqamına 
çatırdı. Ustalar öz şagirdlərinə dini işləri və  sənətin 
sirlərini öyrədirdilər.  Şagird öz ustasından yemək və 
paltar alırdı, lakin onun əməkhaqqı almaq hüququ yox 
idi, yalnız  şagirdlik pulu alırdı. Ustadlıq məqamına 
yüksəlmiş  şagirdin belinə xüsusi kəmər bağlanır və 
onun  əməkhaqqı artırılırdı. Bəzi hallarda sənətkarlar 
günəmuzd fəhlələrdən istifadə edirdilər. Bəzi sənət-
karlar isə işə yalnız günəmuzd fəhlə götürür, başqaları 
isə həm günəmuzd fəhlə, həm də şagird saxlayırdı".
2
 
                                                 
1
 Çarlz  İsəvi.Tarix-e eqtesadi-ye İran. Tərcümə edən:Yəqub Ajand, 
səh.146 və 218 
2
 Əhməd Əşrəf. Məvane-ye tarixi-ye roşd-e sərmayedari dər İran, 
doure-ye Qacariyye, səh.32 


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə