Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə22/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
1   ...   18   19   20   21   22   23   24   25   ...   56

 
 
83
iclaslarda ermənilərin Rusiyanın himayəsinə 
keçməsinin zəruriliyi vurğulanırdı.  
1885-ci ildən başlayaraq başda mitropolit Yosef 
Arqunti olmaqla, Eçmiədzinin yuxarı dairələri, söz və 
iş adamları, həmçinin böyük mülkədarlar yuxarıda 
qeyd edilən proqramın icrası istiqamətində Rusiyada  
ciddi fəaliyyət göstərirdilər.  Hələ 1782-ci ilin dekab-
rında erməni ruhaniləri, böyük mülkədarlar və  həm-
çinin tanınmış şəxslər rus imperatriçası II Yekaterinaya 
göndərdikləri məktublarda xahiş edirdilər ki, erməni 
millətini özlərinin sədaqətli dostlarından hesab etsin və 
onları öz himayəsinə qəbul eləsin.
1
 
Ruslar XIX əsrin  əvvəllərində  və  İranla müharibə 
başlanan vaxt erməni Nersis İskova çar Rusiyasının 
sərhədləri çərçivəsində erməni muxtar vilayətini yarat-
mağı söz vermişdilər. Bu vəd təkcə  İran-rus mühari-
bəsində erməni silahlı qüvvələrini ruslara xidmət işinə 
səfərbər etmədi, həm də bir çox ölkələrdə, o cümlədən 
Hindistanda ticarətlə  məşğul olan erməni varlılarının 
maliyyəsinin  “səfərbərliyə alınması” ilə nəticələndi.  
...1804-cü ildə Zaqafqaziyada şah ordusu rus 
qoşunları ilə ilk dəfə üz-üzə dayanarkən Qarabağ 
erməniləri onlarla birləşərək Qarabağı və Şuşanı rusla-
ra təslim etdilər. Ancaq bu zaman müsəlmanlar İrəvan-
da və Bakıda ruslara ciddi müqavimət göstərir, hətta 
rus ordusunun komandanı Sisyanov Bakı qalasının 
ətəyində öldürülmüşdü.  İkinci  İran-Rusiya  müharibə-
sində, daha dəqiq desək, 1826-cı ildə də erməni silahlı 
qüvvələri ruslara əsaslı  şəkildə kömək etməyə 
başladılar.  Qarabağlı general Mədətyanın və katolikos 
İskov Nersisin komandanlığı altında ruslar Abbas 
                                                 
1
 Bax:  Xanək Eşqi. Siyasət-e nezami-ye Rusiye dər  İran (1790-
1810-cu illər), səh.23 


 
 
84
Mirzəni məğlub edib, İrəvanı, Naxçıvanı  və Zaqaf-
qaziyanın digər şəhərlərini işğal etməyə nail oldular.
1
 
Bu xəyanətlərə baxmayaraq, İrəvan şəhərinin kəfən 
geyinmiş müsəlman alimlərinin və adi insanlarının 
müqaviməti nəticəsində  ruslar dəfələrlə  məğlubiyyətə 
uğradılar. Məhəmməd Həsən xan bir məktubunda 
İrəvanın üləma və  ağsaqqalarını bu cür təsvir edir: 
"...Sizə  məlum olduğu kimi, rus kafirləri Gəncə 
şəhərinin  əhalisinə qalib gəlmiş, onları  qətlə yetirmiş, 
əsir almış və həmin şəhərdə möhkəmlənmişlər. Rusların 
qoşun hissələri Car və Tələyə gecə hücum edib, həmin 
yerlərə ciddi ziyan  vurmuşlar. Onlar orada ordu 
saxlamış  və  sərkərdə  Şahbazur  İrəvan  şəhərinə qarşı 
döyüşə getmişdir. Aləmin və xalqın pənahı, düşmənləri 
məğlub edən... Fətəli şah... onları cəzalandırmağa gəldi. 
O, düşmənləri tələyə salıb, mühasirəyə alaraq ildırım 
kimi çaxan qılınclarla ehtiraslı kafirləri yuxudan 
oyatdı... Eşitmişəm ki, çeçen, kabardin və hüri xalqı 
məğlub olmuş əsgərlərə yardım aparan kafirlərin yolunu 
Mazdokda kəsmişlər. Onlarla üzbəüz döyüşə girmiş və 
heç kim tərəfindən göstəriş almadan Allahın fərmanı və 
peyğəmbərin buyruğu ilə islamın və müsəlman 
dövlətinin qeyrətini çəkmişlər (Xudavəndi-təala onların  
üzlərini ağ etsin və onlardan razı olsun!).  İndi onların 
qarşılarında Dərbənd yolundan başqa bir yol yoxdur. 
Onları xüsusi diqqətlə izləyin,  əgər gəlsələr yollarına 
sədd çəkin. Necə olursa-olsun, onların Dərbənddən  
keçmələrinə yol verməyin. Elə ki, Dərbənd istiqamətdən 
yolu bağladınız, bizdən yardım üçün əsgər istəyin və 
xudavəndi-təalanın köməyi ilə göndərəcəyik. Biz 
Dağıstan  əmirlərinə  də  məktub yazmışıq, onlarla da 
                                                 
1
 Bax: Mənije Turabzadə və başqaları. Mahiyyət-e təhəvvolat dər 
Asiya-ye mərkəzi və Qəfqaz, səh.60-61 


 
 
85
məşvərət keçirə bilərsiniz. Bu xeyirli əmrlə razılaşsanız, 
Allah-təala da sizdən razı qalacaq. Bu, sizə, başqa 
əmirlərə, bütün qeyrətli və islam təəssübü çəkən 
müsəlmanlara vacibdir. Müsəlmana kafirlərlə dostluq 
etmək və onlardan ənam almaq caiz deyil. Onların 
müsəlmanlara yaxşılığı müsəlmanlar üzərində  qələbə 
çalmaq üçündür. Qələbə qazanan kimi dostluqlarına 
əncam çəkmək və islamı  məhv etmək, nadanlığı  və 
azğınlığı yaymaq istəyəcəklər. Bu fani dünyadan bir şey 
əldə etmək olmaz, çünki dünya gedəri, axirət  əbədidir. 
Müsəlman mütləq Allahın və onun rəsulunun xoşuna 
gələn işlər görməlidir. Müsəlman Allahın  əmrinə, 
peyğəmbərin buyruğuna  əməl etmək üçün cihad 
etməlidir. Sizin üləmalarınız da sizə bunu demişlər".
1
 
Hüseyn xan Sərdar öz ixtiyarında olan kiçik qüvvə 
ilə  qələbəyə imkan yarandığını hiss etdi. İrəvan 
şəhərinin üləmalarını  və ruhanilərini dəvət edərək on-
lardan  şəhərin müsəlman  əhalisini cihada, döyüşçü-
lərin və müdafiəçilərin sıralarına qoşulmağa vadar 
etməyi xahiş etdi. İrəvan komandanının xahişi ilə ülə-
malar və ruhanilər şəhərin müsəlman əhalisini düşmən 
əleyhinə qaldırmaq, döyüşə  təşviq etmək və  kəfən 
geyinib ələ silah götürmək üçün hərəkətə gəlib, xalqın 
arasına girdilər. Onlar şəhərin küçə  və xiyabanlarını 
dolaşır, camaatı  məscidə toplayaraq gurultulu xütbə-
lərlə onları  cihada səsləyirdilər. 
İrəvan üləmalarının dəvəti nəticəsində qeyrətli 
müsəlmanların  əksəriyyəti  ələ silah götürüb, Hüseyn 
xan Sərdarın rəhbərliyi  altında  İrəvanın müdafiəsinə 
qalxırlar. O da döyüşçüləri qarşıdakı istehkamlara 
doğru apardı. Rusların hücumu güclü top atəşləri ilə 
                                                 
1
 Əsnadi əz rəvabet-e İran ba mənateğ-e Qəfqaz, səh.189 


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə