Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə23/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
1   ...   19   20   21   22   23   24   25   26   ...   56

 
 
86
müşayiət olunurdu. Qarşı  tərəf də bir neçə  ədəd topla 
düşmənə cavab verirdi. Gərgin döyüş gedirdi. Bu qanlı 
davada rusların həmlələrinin qarşısı xüsusi əzm və 
şücaətlə döyüşən insanların igidlik və mərdliyi hesabı-
na alındı. Müsəlmanlar tərəfindən belə bir mətanət 
gözləməyən düşmən qüvvələrinin komandanı qorxuya 
düşüb geri çəkilməyə  məcbur oldu və Hüseyn xan 
Sərdarın fərmanı ilə çevik süvarilər onları təqib etməyə 
başladılar. Fərarilərin böyük bir hissəsi geri çəkilərkən 
məhv edildi. Bu qanlı döyüş meydanında 40 nəfərdən 
artıq müsəlman döyüşçüsü  şəhid oldu, düşmən 
qüvvələrindən isə 400 nəfər məhv edildi.
1
 
Ruslarla üz-üzə dayanan İrəvan müsəlmanları Os-
manlılarla  əməkdaşlıq etməyə başlasalar da, bu əmək-
daşlıq uzun müddət davam etmir.  Xanək Eşqi yazır: 
"İrəvan sərdarı Hüseynqulu xan özü şəxsən çox istəyirdi 
ki,  Ərzurumun qoşun başçısı  Əmin paşa ilə görüşsün. 
Uzun müzakirələrdən sonra iki sərkərdənin Arpaçayın 
sağ sahilindəki Magizborda qalasında görüşməsi qərara 
alındı. 1811-ci ilin 30 avqustunda Ərzurumun qoşun 
başçısı ilə  İrəvan sərdarı adı  çəkilən yerdə görüşdülər. 
Onları müşayiət edən pəhləvanlar qədim  şərq adətinə 
uyğun olaraq rəngarəng paltar geyinib, nizamla bir-
birlərinin ardınca gedirdilər. Onların ayaqlarının səsi və 
onları müşayiət edən musiqinin ahəngi Arpaçay 
boyunca  əks-səda verirdi. 150 nəfərlik hərbi süvarinin 
silahı, geyindikləri paltarlar və bəzəkli atlar  bu görüşü 
xüsusi təmtəraqlı edirdi. Bu zaman at üstündə olan 
kürdlərdən biri çaparaq qoşun böyüyünün yanına gəlib, 
əlindəki tapança ilə sərdara tərəf atəş açdı və güllə onun 
başına dəydi.  Əmin paşa atdan yerə  yıxıldı. Oradakı 
                                                 
1
 Bax: Nasir Nəcmi.  İran dər miyan-e tufan ya şərh-e zendegi
səh.157 


 
 
87
adamlar onu götürüb dərhal Qarsa, sərkərdənin öz qoşu-
nunun qərargahına apardılar. Əmin paşa çox keçmədən 
ağır yaradan canını tapşırdı. Onun cansız cəsədini 
Ərzuruma apardılar. Bu hadisədən sonra İrəvan sərdarı 
Hüseynqulu xan da öz adamları ilə  İrəvana qayıtdı. 
Magizborda məhəlləsinin nüfuzlu adamlarından olan 
Qarabəy tərəfindən bu işə  təhrik edilmiş qatil kürd 
çoxdan  Əmin paşanı aradan götürmək üçün münasib 
fürsət gəzirmiş... Əmin paşanın qətli təkcə Qacarların və 
Osmanlıların Rusiya əleyhinə birgə mübarizə aparma-
sına mane olmadı, həm də iki dövlət arasında münasi-
bətlərin gərginləşməsinə səbəb oldu".
1
 
İrəvan camaatının bütün bu rəşadət və  vətənpər-
vərliyinə baxmayaraq, bır sıra səbəblərə görə İran-Ru-
siya müharibələri İran ordusunun məğlubiyyəti ilə başa 
çatdı. Nəticədə  İran üçün biabırçı Türkmənçay mü-
qaviləsi bağlandı və 17 vilayət rusların əlinə keçdi. La-
kin  İrəvan müsəlmanlarının cəsarətli, qeyrətli hücum-
ları, Hüseyn xanın və onun qardaşı Həsən xan Sarı As-
lanın göstərdiyi  şücaətlər bu müharibənin  şanlı  səhi-
fələrindən sayılır. İrəvan rusların əlinə keçəndən sonra, 
demək olar ki, şəhər başdan-başa xarabalığa çevrildi, 
küçə  və meydanlar əsgər meyidləri ilə doldu. Pas-
keviçin şəhər məscidlərindən birinin kilsəyə çevrilməsi 
barədə verdiyi fərman bu işğalın  ən təhqiramiz 
faktlarından biri idi. Abbasabad, Sərdarabad,  İrəvan 
qalalarının işğalı üç ay çəkdi və bu üç qaladakı yüz 
ədəd top, azuqə, xeyli döyuş sursatı və çoxlu qənimət 
rusların əlinə keçdi. 
 
                                                 
1
 Xanək Eşqi. Siyasət-e nezami-ye Rusiye dər İran (1790-1810-cu 
illər), səh.150 


 
 
88
   
 
 
1828 - Rusiya ilə İran arasında ikinci müharibənin  
(1826-1828) yekunlarına əsasən, Türkmənçay  
sülh müqaviləsi bağlanıb 
 
İrəvan şəhərinin işğalı Paskeviç üçün parlaq qələbə 
idi. Müharibəni başa çatdırmaq üçün daha onun 
qarşısında ciddi bir maneə qalmamışdı. Buna görə çar 
sarayı ona ən yüksək hərbi imtiyazı verdi və o, bu 
dövrün  ən məşhur sərkərdəsinə çevrildi. Üstəlik, çar 
Rusiyasının hərbi ənənəsinə görə, sərkərdə işğal etdiyi 
şəhərin adını daşımalı idi. Həmin  ənənəyə uyğun ola-
raq Paskeviç də İrəvanski, yəni İrəvani titulunu aldı.
1
 
Rus çarı Hüseyn xan və qardaşı  Həsən xan Sarı 
Aslana qarşı öz qəzəb və hiddətini, hətta Türkmənçay 
müqaviləsinin mətnində belə  əks etdirib. Həmin müqa-
vilənin XII maddəsində deyilir: "Müqavilə bağlamış 
tərəflər öz təəbələrinin xeyrinə olaraq  Arazın bu tayında 
daşınmaz  əmlakları olan şəxslərə  həmin  əmlakı satmaq 
və ya əvəz etmək üçün üç il müddətində möhlət veril-
məsinə razılıq verir və bunu bir şərt kimi qəbul edirlər.  
Bununla bərabər, bütün Rusiyanın əlahəzrət impe-
ratoru onu da bildirir ki, İrəvanın sabiq sərdarı Hüseyn 
                                                 
1
 Səid Nəfisi. Tarix-e ectemai-ye siyasi-ye İran.  II cild, səh.141 


 
 
89
xan, qardaşı  Həsən xan və Naxçıvanın sabiq hakimi 
Kərim xan bu müqavilədən sonra tutduqları vəzifədən 
uzaqlaşdırılır".
1
 
İran-rus müharibəsi başa çatanda 88 yaşı olan Hü-
seyn xan Sərdar iki il sonra, hicri-qəməri tarixi ilə 
1245-ci ildə  vəfat etdi. Onun hakimliyi dövründə  İrə-
vanda və onun ətrafında xeyli abadlıq işləri görülmüş-
dü. O dövrün şairləri onun öz xalqının mənafeyi üçün 
gördüyü  işləri, o cümlədən Araz çayından İrəvan şəhə-
rinə və əkin yerlərinə arx çəkməsini, qalalar, əzəmətli 
imarətlər tikməsini vəsf edən çoxlu şeirlər yazmışlar. 
Məsələn, Mirzə  Həsən Təbəsi bu tarixi faktları ehtiva 
edən məsnəvisində onun ucaltdığı binanı  tərənnüm 
etməyə çalışmışdır: 
Cəmşidə bənzəyən o xaqanın dövründə 
(Allah ondan razı olsun!)    
Ucaldılan bu bina  
Bizim sərdarımızdan yadigar qalacaq. 
Hüseyn xan Sərdar tərəfindən inşa edilmiş  İrə-
vandakı Sərdarabad binasının tarixi barədə Təbəsi belə 
deyir: 
Özü asiman məqamında olan Sərdar 
Hər mərtəbəni ölçüb-biçib tikdi. 
Onun zəhməti ilə Sərdarabad yarandı. 
Elə ki, tikildi, oxumağa başladı 
Mənim ağıllı ağsaqqalım dedi ki, dünyada  
Sərdar təzə bir qalanın binasını qoydu 
Fətəli  şah dövründə yaşamış  İrəvan  şairlərindən 
birinin Hüseyn xan Sərdar tərəfindən tikilmiş  İrəvan 
məscidinin və mədrəsəsinin tarixi barədəki  qəsidəsinin 
də bir neçə beytini də xatırlamaq yerinə düşər: 
                                                 
1
 Yenə orada, II cild, səh.183 


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə