Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə26/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
1   ...   22   23   24   25   26   27   28   29   ...   56

 
 
98
1879-cu ilin oktyabrın birində İrəvan vilayətində şəhər 
şuraları təsis olundu.
1
 
Qafqaz ölkələrinin o zamankı bölgüsü barədə 
Seyid Həsən Tağızadə yazır: "Nəhəng Rusiyanın bir 
əyaləti olan Qafqazın mərkəzi hökuməti Gürcüstanın 
paytaxtı Tiflis şəhəri idi. Çar sarayının səlahiyyətli nü-
mayəndəsi, rusların öz sözü ilə desək, "namestnik" 
adlanan hakim və baş rus general-qubernatorunun qə-
rargahı Tiflis şəhərində yerləşirdi. Gürcüstan, Bakı, 
İrəvan və digər bir neçə əyalət general-qubernatora ta-
be idi. Yuxarıda qeyd etdiyimiz əyalətlər "quberniya" 
adlanırdı  və onların da başında "qubernator" adlanan 
vali dayanırdı. O, Osmanlı əyalətlərindəki vilayət vali-
sinə bərabər idi (İrəvan əyalət qubernatoru kimi). Hər 
vilayət bir neçə nisbətən böyük vilayətə bölünürdü ki, 
rusca buna "uyezd" deyilirdi. O, Osmanlı vilayətinin 
bölgüsündəki "sancağ"a bənzəyirdi. Osmanlıların "mü-
təsərrof"una bənzəyən "uyezd" hakiminə "naçalnik" 
deyilirdi. 
Məsələn,  İrəvanın  əyalət vilayətlərindən biri 
(uyezd) Naxçıvan idi. O, İrəvan valisinə tabe idi və 
mərkəzi adı çəkilən Naxçıvan şəhəri idi. Hər vilayət və 
yaxud "uyezd" də "uçastka" adlanan (Osmanlı dövlə-
tindəki qəzaya bənzər) kiçik vilayətə bölünürdü və 
onun da başında "pristav" dayanırdı (osmanlıların 
qaim-məqamı kimi). Naxçıvan böyük vilayətinə tabe 
olan kiçik vilayətlərdən biri Araz çayının yaxınlığında, 
Ələmdar və    Gər-Gər nahiyəsi ilə üzbəüzdə yerləşən 
Ordubad qəsəbəsi idi ki, təxminən Mərənd və yaxud 
Şəbüstər boyda olardı. 
                                                 
1
 Bax: Azərbaycan Ensiklopediyası. İrəvan quberiniyası bölməsi 


 
 
99
Kiçik vilayətlər və yaxud "uçastka"lar da bölüklərə 
bölünürdü ki, hər bölüyə və ya mahala da "çast" deyir-
dilər. Kəndlərin bir hissəsini  əhatə edən bölük bütöv-
lükdə "uçastka"ya tabe idi. "Çast" Osmanlı vilayətinin 
bölgüsündəki nahiyəyə oxşayırdı  və  hər "çast"ın 
rəhbərliyində "qlavar" dayanırdı ki, bu da Osmanlıdakı 
müdirə bərabər idi. Məsələn, erməni olan İklis (Əkvalis) 
bölüyündə yüksək və  aşağı  təbəqə var idi və  hər biri 
"qlavar" adlı hakimə malik olan "dəstə"nin bölüyü 
Ordubada tabe idi. Hər nahiyə də kəndləri əhatə edirdi. 
Məsələn, ondan iyirmiyə  qədər kəndin kəndxudasına 
"katta" deyirdilər və Dəstə nahiyəsinin kəndlərindən biri 
olan Vənənd kəndi atamın doğulduğu yer idi". 
 
İrəvan Nəsrəddin şah dövründə 
 
Hicri-qəməri tarixi ilə 
1265-ci ildə, Nəsrəddin  şahın 
hakimiyyətinin ikinci ilində II 
Aleksandr Qafqazdakı  işləri 
qaydaya salmaq üçün İrəvana 
gəlir. Mirzə Tağıxanın məslə-
həti ilə şah baş adyutant Əziz 
xana tapşırıq verir ki, İrəvana 
gedib Qacarlar dövlətinin hə-
diyyələrini  II Aleksandra çat-
dırsınlar. Etimadüs-səltənət 
Məhəmməd Həsən xan bu-
nunla bağlı yazır: "...İlin əsas 
hadisəsindən biri də rus 
dövlətinin həzrət vəliəhdinin 
qarşılanması üçün baş adyutant Əziz xanın  İrəvana 
getməsidir. O günlərdə rus dövlətinin vəliəhdi, mər-


 
 
100
hum Nikolayın oğlu və hal-hazırda imperator olan 
əlahəzrət II Aleksandr Qafqazda və Gürcüstanda qay-
da-qanun yaratmaq üçün İrəvana gəlmişdi. Məlum ol-
duğu kimi, bu iki dövlət arasında bir zaman mühari-
bələr getmişdi. Ordu əmiri Səvabdid Mirzə Tağı xan 
sonralar ordunun baş komandanı vəzifəsinə təyin edil-
mişdi. Baş adyutant Əziz xana şah sarayından göstəriş 
gəldi ki, əbədi dostluq nümunəsi olaraq qiymətli daş-
qaşlarla və almaslarla bəzədilmiş bir portret və asiman 
rəngli həmayil həzrət vəliəhdə  hədiyyə aparılsın. Döv-
lət səfirinin birinci müavini, ordu xəzinədarı  İsmayıl 
xan ordu əmirinin Gürcüstan general-qubernatoru üçün 
nəzərdə tutduğu hədiyyələri dəvələrə yüklədi. Əziz xan 
şah sarayından Zəncana gəldi, bir neçə gün orada 
molla Məhəmməd  Əlinin dəstəsi ilə mübarizə apardı. 
Sonra Araz çayının sahilinə endi və rus sərhədçiləri 
tərəfindən ona yüksək qonaqpərvərlik göstərildi, onu 
qəbul etmək üçün hər cür şərait yaradıldı. Oradan isə 
vəliəhdin gəlməsinə  səkkiz gün qalmış  İrəvana yola 
düşdü və  gəlib həmin vilayətə çatdı. Sabahısı gün 
səfirliyin birinci müavini İsmayıl xan Tiflisə yollandı. 
O, ordu əmirinin hədiyyələrini Gürcüstan general-
qubernatoruna çatdırıb, altı gündən sonra geri qayıtdı. 
Səkkizinci gün Əziz xan vəliəhdlə görüşdü. O, İrəvana 
gəlib çatandan iki saat sonra eşik ağasını  və xüsusi 
adyutantını faytonla Əziz xanın yanına göndərdi. Əziz 
xan səfirliyin  əməkdaşları ilə birgə çarın hüzuruna 
gəlib, həmayili və Humayunun portretini ona təhvil 
verdi.  Əlahəzrət  şahənşahın səmimi dostluq, ittifaq 
tərəfdarı olduğunu bildirdi. Vəliəhd hədiyyələri qəbul 
edib, əvəzində Əziz xana və səfirliyin hər bir əməkda-
şına xüsusi iltifat göstərərək, onlara qiymətli hədiyyə-


 
 
101
lər verdi.  Vəliəhd cavabında onun da böyük məhəbbət 
və minnətdarlığının şahənşaha çatdırılmasını istədi.
1
  
Hicri-qəməri tarixi ilə 1291-ci ildə (miladi tarixi ilə 
1875-ci ildə)  vəliəhd Müzəfərəddin Mirzə  də Xuda-
fərində İrəvan hakimi ilə görüşdü. Təbrizdən göndəril-
miş  aşağıdakı teleqraf xəbərində  də  İrəvan hakiminin 
öz heyəti ilə birgə  Xudafərində    vəliəhdlə (Müzəf-
fərəddin Mirzə) görüşündən danışılır: "Təbriz... Ordu 
qəzetində cənab sahibdivanın yazdığına görə, ayın 17-
də [zilqəddə] Xudafərin körpüsündə  İrəvan hakimi  
Rusiyanın 8 nəfər hörmətli mənsəb sahibi ilə birgə 
İranın ali dövlət nümayəndəsi - zamanın vəliəhdi ilə 
görüşmüşdür... Onlar üç gün həmin yerdə qalaraq,  əla-
həzrətin qonağı olublar".
2
 
Bu illərin diqqətçəkən hadisələrindən biri də 
Nəsrəddin  şahın Avropa səfəri zamanı  (hicri-qəməri 
1306-cı ilin şaban ayının 12-dən 1307-ci ilin səfər 
ayının 24-nə  qədər)  İrəvandan keçməsidir.  Şah öz 
“Səfərnamə”sində bu vilayəti görməsini belə  təsvir 
edir: "Culfada aşağıdakı şəxslər şahla görüşə gəlmişdi: 
İrəvan hakimi general Litvinan Şalikov, İrəvan jandar-
meriyası Burşakov, polkovnik Fon Derton və  İrəvan 
əyalətinin mühəndisbaşısı, digər çoxlu sayda böyük 
sahibmənsəblər...  
Bundan  əlavə, Ordubad üləmaları da şahın hü-
zuruna gəlmişdilər: Vaiz Hacı Mirmufid, tayfa başçısı 
Hacı Mirhaşım, müdərris Ağa Mir Yəhya, Ağa Mir 
Yusif, nəccar Ağa Mirsadıq və digər rəhbər şəxslər...  
                                                 
1
 Bax:  Etimadüs-səltənə. Mirat-ül Bildan. Doktor Hüseyn 
Nəvainin redaktəsi  ilə, I cild, səh.987 
2
 "İran" qəzeti. 241-ci say, seşənbə günü. 1291-ci il zilqəddə 
ayının 26-sı, 1875-ci il yanvarın 5-i. Məhəmməd Hafizzadənin 
"Araz tarixin keçidlərində" əsərindəki hekayətdən, səh.193 


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə