Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə27/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
1   ...   23   24   25   26   27   28   29   30   ...   56

 
 
102
Ramazan ayının 12-si, bazar ertəsi günü: 
Bu gün gərək İrəvana gedim, səhər yuxudan qalxıb 
geyinməliyəm. Bir saat yarım keçəndən sonra atlara 
minmək üçün bayıra çıxdıq...  
Burada müsəlmanların vəziyyəti barədə  qısaca 
danışmaq lazım gəlir. Təəssübkeş və həyəcanlı üləmalar 
təsəvvürəgəlməz dərəcədə  İrana,  şaha və  İran həyatına 
meyilli idilər. Bütün bunlar son dərəcə  təəccüblü 
görünürdü. Onlar ruslara o qədər nifrət edirdilər ki, əgər 
deyilsəydi ki, bu kənddəki bütün rusları  qırın, dərhal 
qırardılar. Heç kəsdən qorxuları yox idi. Kazaklar onları 
döyürdü, qarşısını aldıq. Onlar kötək yesələr də, başları 
partlasa da, torpaq yesələr də, heç nə veclərinə deyildi. 
Camaat aşurə günündəki kimi heç nəyə məhəl qoymur, 
heç bir yaranın qeydinə qalmırdı. Xülasə, vəziyyətləri o 
qədər əcaib idi ki, yazmaq mümkün deyil.  
Nəhayət, atı sürdük, üç fərsəng gedib, Sədərək ça-
parxanasına çatdıq. Burada atları  əvəz edərək təzədən 
yola düşdük. Dəvəliyə çatıb, orada nahar elədik. 
Dəvəli müsəlmanları da başqalarının gördükləri işləri 
görürdü. Bundan əlavə, Dəvəli Ağrı dağla üzbəüzdə 
yerləşir. Ağrı dağın qəribə əzəməti var. Uzaqdan onun 
ətrafına qədər düzənlikdir. Bu düzənliyin ortasında 
xudavəndi-aləm başı asimana çatan iki dağ  xəlq edib. 
Onlardan biri hündür, digəri kiçikdir. Birinin adı böyük 
Ağrı dağ, o birisininki kiçik Ağrı dağdır. Bu dağların 
hər ikisi Arazın o biri tayındadır. Böyük Ağrı dağ çox 
uca və yüksəkdir, kiçik Ağrı dağ isə bir o qədər də 
hündür deyil, amma çox xoşagələn və konusvari gör-
kəmi var. Başdan-ayağa qara bürünüb. Bu iki dağın 
arasında boyundakı xala bənzəyən bir dərə var. Bu tə-
rəfdən və o biri tərəfdən yüksələn, qara bürünmüş bu 
iki dağ ana və övlada bənzəyir. Böyük dağ ana, kiçik 


 
 
103
dağ övladdır. Böyük və kiçik Ağrı dağ üç dövlətin - 
Rusiya, İran, Osmanlının sərhədində yerləşir və hər üç 
dövlətin səlahiyyətindədir. Hər üç dövlətin təbəələrinin 
mal-qarası  və özləri bu yerlədə  gəzib-dolaşır. Kiçik 
Ağrının xeyli hissəsi  İrana məxsusdur. Tehranın 10 
fərsəngliyində yerləşən məşhur Dəmavənd dağı böyük 
Ağrıya oxşayır və biri Tehranda, biri isə burada olmaq-
la onlar iki qardaş  təəssüratı yaradırlar. Çox qəribədir 
ki, bu böyüklükdə iki dağın ətəyində su və çeşmə çox 
azdır.  Ətrafı çox qurudur, böyük Ağrının  ətəyində, 
qarların altında Ağa Xork adlı ruslara məxsus bir kənd 
var. Ora Hacı İbrahim Xəlilin oğlu Yusifin mülküdür. 
25-dən artıq evi olmaz və cəmi bir çeşməsi var. Kiçik 
Ağrı dağının ətəyində məşhur Sərdar bulağı var.  
Nahar yeyib Dəvəlini keçdikdən sonra böyük və 
gilli bir çay qarşımıza çıxdı. Onun adı Vedi çayıdır. 
Vedi çayı Vedibasar adlı böyük bir mahalı su ilə təmin 
edir. Vedibasar sözü də elə bu çayın adından götürül-
müşdür. Vedi çayı sağ tərəfdə Arıca adlanan dağlardan 
axıb gəlir... Bu dağlarda bol qar olur. İndi aprel ayı 
olmasına baxmayaraq, qar hələ əriməyib, elə bil təzəcə 
yağıb. On yuva gedəndən sonra bir kəndi keçib 
Qəmərli bölüyünə çatdıq. Bu bölüklərin suyu Ağrı 
dağdan gəlir.  Burada Məhəmmədqulu xanın (onun ba-
bası Ağa Məhəmməd xan dövründə hakim və tanınmış 
şəxs olmuş Mirməhəmməd xan Ziyadlı Qacar, atası 
Hüseynqulu xan Sərdar idi) nəvəsi Məhcəli xanın oğlu, 
Qəmərlidə  də böyük mülk sahibi olan Abbasqulu xan 
İrəvani görüşə gəlmiş adamlar arasında idi.  
Bu kəndlərin əksəriyyətində erməni və müsəlman-
lar çoxluq təşkil edirdi. Karnibasardan keçdik. Orada 
Karnibasar adlı bir çay axır və bu mahalı su ilə təchiz 
edir. Karnibasardan keçib, Ağhəmzəliyə  gəlib çıxdıq. 


 
 
104
Burada atları  dəyişməli idik, amma dəyişə bilmədik. 
İrəvana doğru sürdük. 
Qəbraqdan  İrəvana qədər bütün yolboyu kəndlər 
idi. Buralarda boş yer yox idi. Əkin yerləri çaylar va-
sitəsilə suvarıldığından kəndlər abad görünürdü. Gü-
nün batmasına bir saat yarım qalmış  İrəvan  şəhərinə 
çatdıq. Bizi qarşılamağa xeyli adam gəlmişdi. Pənah 
xan İrəvani adlı bəstəboy, kök, 46-47 yaşlı və İrəvanda 
çox hörməti olan bir kişi  İrəvan süvarilərini bizimlə 
görüşə gətirmişdi, onun əlində İran bayrağı da var idi. 
Xanla bir qədər söhbət edib, şəhərə daxil olduq. 
İrəvan şəhəri dərənin içində yerləşir. Burada ilk dəfə 
ağ akasiyanın gülünü gördük. Dünən keçdiyimiz 
bölüklərdə isə iydə (lox) gülü çox idi. Həmin güllər 
faytonumuzu və  fəzanı  ətrə bürümüşdü. Dəvəli və 
Qəmərli arasında Rusiyanın rəiyyəti olan Kürdək əyaləti 
yerləşir. Türnükənddə, Əzizanlıda, Gümrüdə, Buralanda 
bürdqanlılar yaşayır. Onlar özləri min evdən ibarət ol-
duqlarını desələr də, başçıları 500 ev olduqlarını bildir-
di. Buralar onların qışlaqlarıdır, yaylaqları isə Akrıcada, 
Saraclı yüksəkliyində Araza qovuşan Qarasu çayının 
kənarında yerləşir. Bunların birinin başçısı  Fətəli ağa, 
digərinin başçısı  Fətəli ağanın xoşagəlimli, suyuşirin 
gənc oğlu idi. Rusların məhəlləsində Avropa standartla-
rına uyğun evlər, binalar tikilmişdi. Bütövlükdə 18 min 
əhalisi vardır.  İki gözəl plakat hazırlanmışdı  və bizim 
adlarımızı yazmışdılar.  İrəvanın başçılardan, döyüşçü-
lərdən, vəzifə sahiblərindən ibarət bütün əhalisi, istər 
müsəlman, istər rus olsun,  İrəvana tam hazır vəziyyətdə 
gəlmişdilər. Üç yüz-dörd yüz erməni  əsgəri də (ermə-
nilərdən təzəcə əsgər yığırdılar və onların komandirləri 
ruslar idi) sıraya düzülmüşdü. Bizi qarşılamağa gələnlə-
rə çatıb, atdan düşdüm. Ev sahibi, əminüs-sültan və di-


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə