Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə25/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
1   ...   21   22   23   24   25   26   27   28   ...   56

 
 
94
şəhəri olmaqla Xəzərsahili əyalətlərə bölünürdü. Sabiq 
məmurlar yerlərini rus məmurlarına verdilər.
1
 
Türkmənçay müqaviləsindən 10 il sonra çar 
Qafqaz vilayətini yoxlamaq üçün İrəvana gəldi.  Əli 
Əkbər Bina yazır: "Hicri-qəməri tarixi ilə 1253-cü ildə 
Məhəmməd  şahın başı Xorasanda Herat döyüşlərinə 
qarışmışdı. Bu vaxt şaha xəbər çatdı ki, I Nikolay 
Gülüstan və Türkmənçay müqavilələri  əsasında Rusi-
yanın müstəmləkəsinə çevrilmiş  Cənubi Qafqaz 
şəhərlərini görmək üçün ora gəlir. 
Həmin vaxt Tehranda idarəçilik məsələlərini Mə-
həmməd şah tərəfindən dövlətin səlahiyyətli şəxsi təyin 
edilmiş (mötəmeddövlə) Fərhad Mirzə həyata keçirirdi. 
Şah Məşhəddən mötəmeddövlənin (yəni Fərhad Mir-
zənin) yanına bir nəfər göndərərək ona belə bir tapşırıq 
verdi: “Təbriz əmiri-nizamı Məhəmməd xan Zəngənəyə 
töhfələr və  hədiyyələr göndərib, ona tapşır ki, vəliəhd 
Nəsrəddin Mirzənin başçılığı ilə bir heyət düzəldib 
imperatoru qarşılamaq üçün İrəvana yola düşsün və 
orada mənim adımdan imperatoru salamlasın”.  
Bu zaman vəliəhd Nəsrəddinin 8 yaşı vardı.  
Təbriz  əmir-nizamı töhfə  və  hədiyyələri aldıqdan 
sonra Məhəmməd  şahın göstərişinə uyğun olaraq, 
1253-cü ilin rəcəb ayında vəliəhdlə birgə İrəvana gəlib 
çıxdı. Bu səfərdə  əmiri-nizam Məhəmməd xanın yol 
yoldaşları aşağıdakı şəxslər olmuşdur: Nizam-ül-üləma 
Hacı Molla Məhəmməd, Məhd  Əliyanın qardaşı 
Etizadüddövlə Dullu, Məhəmməd  şahın məktubunu, 
töhfə və hədiyyələri aparan Məhəmməd Tahir Qəzvini
Mirzə Məhəmməd Tağı Fərahani (sonralar baş əmir və 
                                                 
1
 Bax: “Tarix-e Azərbaycan”. Tərcümə edən: İ.A.Əfşar, səh.177 


 
 
95
baş nazir oldu), həkimbaşı Mirzə  Məhəmməd və 
tərcüməçilik edən Mirzə Əli Əkbər Təbrizi.
1
 
Türkmənçay müqaviləsi imzalanandan sonra illər 
boyu mühacirət davam etdi. Səid Nəfisi yazır: "Türk-
mənçay müqaviləsi nəticəsində ölkədə sakitlik yaran-
mış,  ən azı Qacarlar dövləti intəhasız dərd-sərlərdən 
azad olmuşdu. Müqavilənin icrası zamanı qarşıya çıx-
mış maneələr və ixtilaflar sonradan aradan götürüldü. 
Məsələn, 17 il iki dövlət - İran və Rusiya arasında 
problem yaratmış didərginlər və qaçqınlar haqqındakı 
XIV maddə, nəhayət, 1844-cü ilin iyun ayının 3-də 
(hicri-qəməri tarixi ilə 1260-cı ilin cəmadiülaxir ayının 
28-də)  İranın baş naziri Hacı Mirzə  Ağasi və Rusiya-
nın səlahiyyətli nümayəndəsi A.Medem tərəfindən 
Tehranda təfsir edilərək, müqavilədəki ixtilafın aradan 
qaldırılması üçün aşağıdakı  sənəd imzalandı: "Rusiya 
və  İranın qonşu vilayətlərinin sakinlərinin bir-birinə 
mühacirəti zamanı baş verən intizamsızlığa və çoxüz-
lülüyə son qoymaq üçün müqavilə bağlamış iki dövlə-
tin nümayəndələri öz dövlətlərinin icazəsi və razılığı 
ilə aşağıdakı müqaviləni imzaladılar: 
Birinci maddə: Bundan sonra hər iki dövlətin 
təbəələri öz dövlətlərinin buraxılış vərəqəsi və mötəbər 
icazənaməsi olmadan bu ölkədən o biri ölkəyə keçə 
bilməzlər. 
İkinci maddə: Hər kəs ki, hər iki dövlətə tabe olsa 
və üçüncü dövlətin  ərazisinə getsə, buraxılış  vərəqəsi 
olsa da saxlanacaq, onun bütün geyimi, silahı (yanında 
olandan başqa) daha yaxındakı sərhəd məntəqəsinin iş-
çilərinə  və yaxud da səlahiyyətli nümayəndəyə, vəzi-
fəli şəxsə, öz dövlətinin konsuluna veriləcək. 
                                                 
1
 Bax: Əli Əkbər Bina. Tarix-e siyasi və diplomasi-ye İran. II cild, 
səh.153 


 
 
96
Üçüncü maddə: Hər iki dövlətin təbəəsinin müha-
cirət üçün öz dövlətindən icazə almaq barədəki  ərizə-
sinə  başqaları tərəfindən müdaxilə olmadan baxılacaq. 
Dördüncü maddə:  Əgər iki dövlətin kargüzarları 
aralarındakı dostluqdan istifadə edərək bir-birindən bir 
neçə ailə üçün buraxılış vərəqəsi istəsələr və bu qanuna 
zidd olmasa, ondan imtina etməyəcəklər”.
1
 
Bu müqavilədən sonra da bütün problemlər həll 
olunmadı. Arazın o tayında yaşayan və rusların haki-
miyyətinə dözməyən müsəlmanların  İrana mühacirəti 
və ermənilərin  İrandan Rusiya ərazisinə köçü davam 
etdi. Qarapapaqların  şimaldan cənuba köçü də bu 
qəbildəndir. Hicri-qəməri tarixi ilə 1267-68-ci illərdə 
Rusiyanın səlahiyyətli nümayəndəsi tərəfindən  İranın 
xarici işlər nazirinə göndərilmiş sənədlərdə də Qarapa-
paq camaatının İrana köçü haqqında danışılır:  "Hökm-
dara yaxın olan ləyaqətli və  şərafətli cənabın  şəfqətli 
dostluq köməyinə ümidlə  İrəvanın Göyçə torpağında 
məskunlaşmış Qarapapaq tayfasından bir neçə ailənin 
köçməsinə icazə  məsələsi ilə bağlı  məlumat gəlib 
çatdı. Dostsevən yüksək cəlallı  cənabın o şərhinin 
tərcüməsindən anlaşdı ki, şövkətli və cəlallı cənabın öz 
xidmətindən göndərdiyi məktubda canişinə aid bir 
sifarişnaməsi vardır. Bu barədə müəzzəmullah cənabın 
dostsevənə  məktubu çatarsa, əlbəttə, o cənabla 
mehribanlıq izharı ilə razılaşılacaq, çünki məsələ onun 
ixtiyarında olduğu üçün zəhmət tələb etmir. 
Yazıldı 1267-ci ilin zilhiccə ayının 19-da. 
Cəlalınıza və  ləyaqətinizə dostların böyük hörmət 
izharı ilə... 
                                                 
1
 Səid Nəfisi. Tarix-e ectemai-ye siyasi-ye İran. II cild, səh.193 


 
 
97
Qarapapaq tayfasına məxsus bir neçə ailənin 
İrəvandan köçməsi barədə dövlət başçısı əlahəzrət pad-
şahın göstərişi ilə dostsevən knyaz Zanovun diqqətinə 
bir xahiş çatdırıldı. Rus sərhədçilərinin məlumatla-
rından aydın oldu ki, İrana gəlmək arzusunda olan və 
dövlət başçısının müəyyənləşdirdiyi bir neçə ailə qəra-
rını  dəyişib. Lakin öz qərarında israr edən və adları 
göndərilmiş siyahıda olan digər 17-yə yaxın ailə müəy-
yən olunaraq padişahın Rusiyaya müraciəti nəticəsində 
köçmək icazəsi aldı. O cənabın bu izn və icazəsindən 
rus dövlətinin müqavilənin  şərtlərinə uyğun olaraq 
adları çəkilən şəxslərin qayıtmasının nə zaman və necə 
reallaşacağı aydın olur. Belə ki, erməni Yusif xan 
mühacirət üçün xahişnaməni Rusiya məmləkətinə 
çatdırmalıdır. Köçmək istəyən şəxs tələbnamə yazmalı 
və çar sarayından bu barədə göstəriş gəldikdən dərhal 
sonra  İran dövlət başçısı iki dövlət arasında qayıdış 
yerini müəyyənləşdirməlidir.  
3 şaban 1268-ci il"
1
 
İrəvan, Aleksandropol, Naxçıvan, Hurbayəzid 
bölgələrinin təşkilinə dair rus imperatorunun 1849-cu 
il tarixli fərmanı ilə İrəvan vilayəti meydana gəldi. Bu 
vilayət  şimaldan Tiflis, şərqdən Yelizavetpol [Gəncə] 
vilayəti, qərbdən Türkiyə, cənubdan  İran dövləti ilə 
həmsərhəd idi. Bu vilayətin  ərazisi 27.830 kv.km, 
əhalisi 829.550 nəfər idi. İrəvan vilayətinin əhalisi ta-
xılçılıq, heyvandarlıq, ipəkqurdu yetişdirmək, tütün-
çülük, üzümçülüklə... məşğul idi. Vilayətdə hərbi inzi-
bati işlər hərbi komandantlığın nəzarəti altında idi. O, 
hərbi məsələlərdə hərbi nazirə tabe idi. Vilayət işlərin-
də isə Qafqaz canişininin göstərişlərini yerinə yetirirdi. 
                                                 
1
 Əsnadi əz rəvabet-e İran ba məntəqe-ye Qəfqaz, səh.429-31 


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə