Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə33/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
1   ...   29   30   31   32   33   34   35   36   ...   56

 
 
125
məqsədi həyata keçirməsinə  əlverişli  şərait yaradırdı. 
Bu məqsəd həmin dövrdə erməniləri Rusiyanın təbii 
müttəfiqinə çevirə bildi. Digər tərəfdən, bu əlverişli 
siyasi şərait onları ifrat millətçiliyə və bəzən bundan da 
artığına sövq edirdi... 
Bununla yanaşı, Rusiyanın nisbətən yeniləşməsi də 
Zaqafqaziyanın rusların hakimiyyəti altında bu bölgə-
sində yaşayan və getdikcə millətçiliyə daha çox meyl 
edən ermənilərin mənafeyinə uyğun idi. Dövlət və 
ordu işlərinə  qəbulda onlara daha çox üstünlük verilir 
və rus cəmiyyətinə inteqrasiya olunmalarına  şərait 
yaradılırdı. Bölgənin iqtisadi inkişafı ilə  əlaqədar 
ermənilər ticarətdə, sənayedə, xüsusilə, Bakı neftinin 
ixracı sahəsində yaxşı mövqe tuta bildilər. 
Şəhər mədəniyyəti, peşə növlərinin artması, Qərblə 
əlaqələrin inkişafı güclü ictimai təbəqələşməyə  səbəb 
oldu və  cəmiyyət iki yerə parçalandı. Bu zaman 
Daşnak partiyasının ifrat millətçilik fəaliyyəti bu 
təfriqəni daha da gücləndirdi.
1
 
Daşnak partiyasının ifrat millətçiliyi onları Rusiya 
hökuməti ilə də üz-üzə qoydu. Aliyə Orfeinin fikrincə, 
XIX  əsrin son illərində  və XX əsrin  əvvəllərində 
inqilabçı ermənilərlə çar hökuməti arasında baş verən 
siyasi çarpışmalar ermənilərin millətçilik düşüncə-
lərinin güclənməsindən yaranmışdı.
2
 
1905-ci il erməni-müsəlman davasını çar Rusiyası 
özü törətsə  də, ancaq daşnakların çılğınlığı  və onların 
“Böyük Ermənistan” yaratmağa tələsməsi sonrakı qanlı 
                                                 
1
 Bax:  Aliyə Orfei. 
"
Motaleat-e Asiya-ye Mərkəzi və  Qəfqaz
"
 
jurnalı, 1371-ci il, payız, səh. 153 
2
 Bax: yenə orada, səh. 153 


 
 
126
və faciəli çarpışmaların meydana gəlməsində ümdə rol 
oynadı.     
Məmməd Səid Ordubadi "Qanlı  sənələr" adlı kita-
bında həmin qırğınların başlaması barədə yazır: "Ermə-
nilər hər fikirdən, hər sözdən müsəlmanlar  əleyhinə 
qiyam fikrinə düşərək müxtəlif hiylələrə  əl atırdılar. 
Onlar hər yerdə müsəlmanları sıxışdırır, acı sözlərlə on-
ları  təhqir edir, əlaqələrini kəsir, lazımsız mübahisələr 
başlayırdılar. Müsəlmanlar da bu işin sonunu böyük bir 
uzaqgörənliklə duyaraq, özlərini müdafiə etmək üçün 
hazır olmağa çalışırdılar. Yerli hökumət xırda cinayət-
ləri nəzarət altında saxlasa da, böyük hadisələrin qarşı-
sını almaq fikrində deyildi. Bu hadisələr onu göstərirdi 
ki, hər iki millət bir-birindən təcrid edilərək qarşıdurma-
lara sövq edilir. Bu zaman ermənilər müsəlmanlar əley-
hinə daha çox məhdudiyyətlər yaratmağa başlamışdılar. 
Doğrudur, bəzi ermənilər iğtişaş yaratmaqdan boyun 
qaçırsalar da, nüfuzlu və imkanlı  şəxslər davanın tez 
başlamasını istəyirdilər. Araqarışdıranlar partiya komi-
tələrindən olduqlarından onların sözləri təsirsiz 
ötüşmürdü və nəticə onların istədikləri kimi oldu.  
Fevralın 2-də müsəlmanlar arasında xüsusi nüfuza 
malik olan  Ağarza adlı şəxs Quba meydanında erməni 
komitəsinin tapşırığı ilə qətlə yetirildi. Bu faciəvi hadi-
səni müsəlmanlar öz milli heysiyyatlarının təhqir 
olunması kimi qəbul etdilər. Bundan sonra onların his-
slərini cilovlamaq mümkün olardımı? Bu hadisə mü-
səlmanları  nəhayətsiz dərəcədə  həyacanlandırdığı hal-
da, onlara yuxarıdan intiqam almamaq barədə göstəriş 
gəldi. Lakin bir azərbaycanlı  məhbusun istintaq araş-
dırması üçün aparılarkən yolda erməni  əsgəri tərəfin-
dən günahsız yerə güllələnməsi müsəlmanları daha çox 
qəzəbləndirdi. 


 
 
127
Həmin gün fevralın altısı idi. Hadisələrin gedişi bi-
zi qan dəryasına doğru aparırdı. Həmin gün ermənilər 
həqiqətən qırğın törətmək istəyirdilər, azərbaycanlılar 
isə heyrət və təəccüb içində donub qalmışdılar. Əvvəl-
lər bir-biri ilə mehriban olan qonşular indi əlaqələrini 
kəsmiş, bir-birlərini qətlə yetirməyə hazır idilər. Nəha-
yət, xeyli öncə  hər iki millətin vücudunda yerləşdiril-
miş bomba partladı  və bütün Qafqaz həmin partlayış-
dan od tutdu. Görək, bu partlayıcı maddə  həqiqətən 
bomba idimi? Bəli, bu bomba ayın altısında partlamaq-
la Bakının faciəsinə çevrildi və onun atəşi buradan 
başlayaraq bütün Qafqazı bürüdü...". 
Polis qüvvələri qarşıdurmalara müdaxilə etmirdilər. 
Bu qeyri-sabitlik İrəvana, Naxçıvana,  Şuşaya doğru 
uzanmaqda idi. Nəhayət, Gəncə  və Tiflisə  də sirayət 
etdi. Bu qarşıdurmalarda 128 erməni, 158 azərbaycanlı 
kəndi qarət və talanlara məruz qaldı. Qətlə yetirilən 
azərbaycanlıların sayı ermənilərinkindən çox idi. Bakı-
da, Naxçıvanda azərbaycanlılar qalib gəlmişdilər, 
İrəvanda, Üçkilsədə isə ermənilər qələbə qazandılar. 
Rusların bitərəfliliyi bir o qədər də uzun çəkmədi. 
Vorontsov Daşkov vali vəzifəsinə gələn kimi azərilərin 
əleyhinə hücum fərmanı verildi və erməni-müsəlman 
davasının birinci mərhələsi bir-iki ildən sonra başa 
çatdı.
1
 
Arazın o biri sahilindəki əksər şəhərlərdə çoxsaylı 
insan itkilərinə səbəb olmuş erməni-müsəlman davala-
rında  İrəvan  şəhəri də qana bələndi. Görkəmli yazıçı 
Məmməd Səid Ordubadi "Qanlı  sənələr" kitabında 
həmin faciələri belə təsvir edir: "1905-ci ildə gözlənil-
mədən Bakıda baş verən qırğınlar birdən-birə sakitləş-
                                                 
1
 Bax: Mənije Turabzadə və başqaları. Mahiyyət-e təhəvvolat dər  
Asiya-ye Mərkəzi və Qəfqaz , səh. 70 


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə