Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə31/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
1   ...   27   28   29   30   31   32   33   34   ...   56

 
 
117
Rus ordusunun Sakit okean hövzəsində  ən böyük 
dayağı olan Port Arturun süqutu (1902-ci il yanvarın 
2-də)  və Rusiya silahlı qüvvələrinin komandanı gene-
ral Anatoli İstusolun yaponlara təslim olması çarizmin  
qürubunun yaxınlaşması demək idi. Yaponlar Port 
Artur qalasını ələ keçirəndən sonra intensiv hücumlarla 
Maqadanda rus ordusunu darmadağın etdilər. 300 yüz 
min nəfərlik çar ordusunun 120 min nəfəri məhv edil-
di, yaralandı,  əsir götürüldü. Bundan sonra Baltik 
dənizindən rus qüvvələrininin möhkəmləndirilməsinə 
kömək üçün Port Artura gətirilmiş  dəniz qüvvəsi Sakit 
okeandakı Susima boğazında bütünlüklə tar-mar edildi. 
İyirmi döyüş  gəmisindən 13-ü suya batırıldı, dördü 
düşmənin  əlinə keçdi. Çar Rusiyası müharibəni 
bütünlüklə uduzdu. Rusiya yaponlarla alçaldıcı sülh 
müqaviləsi bağlamağa məcbur oldu. 
Rus imperiyasının Yaponiyaya məğlub olması ölkə-
nin daxilində və dünyada böyük rezonans doğurdu".
1
 
Bu hadisə dünya mətbuatında sensasiya doğurdu. 
"Hikmət" qəzetinin 848-ci sayında (hicri-qəməri 1323-
cü il rəbiüləvvəl ayı, miladi tarixi ilə 1905-ci il iyun 
ayının 4-ü) dərc olunmuş "Siyasi ibrət, rus ordusunun 
məğlubiyyəti və onun məhv olması" başlıqlı məqalədə 
bu hadisəyə xüsusi diqqət yetirilmişdir. Müəllif 
Rusiyanın məğlubiyyətini onun imperiya hərisliyi və 
xalqın öz dövlətinə biganə münasibəti ilə  əlaqə-
ləndirmişdir. Elə  həmin nömrədəcə bu hadisəyə  işarə 
edən bir şeir dərc olunmuşdur. 
Yaponlar II Nikolayın dəniz limanlarını tamamilə 
darmadağın etdilər. Ruslar təkcə Artur limanında 40 
mindən çox qurban verdilər. Çar total çağırış haqqında 
                                                 
1
 "İran" qəzeti. “İranda və dünyada XX əsrin tarixi”, 1376-cı il, 
26-27 bəhmən 


 
 
118
fərman verəndə  kəndli və  fəhlələrdən ibarət on min-
lərlə insan "Çarizmə ölüm", "Yaşasın yaponlar" şüarı 
ilə nümayişə çıxdı.
1
 
Bu təhqiramiz məğlubiyyət çar rejiminin gücdən 
düşdüyünü göstərir, xalqı azadlıq və  ədalət uğrunda 
mübarizəyə sövq edirdi. Çar hakimiyyəti ümid edirdi 
ki, müharibə ona öz siyasi mövqeyini möhkəmlətmək-
də kömək edəcək, Rusiyada inqilabın qarşısını alacaq. 
Lakin müharibənin nəticəsi çarizmin gücsüz olduğunu, 
xalqdan ayrı düşdüyünü  göstərdi... Çar hökuməti mü-
haribə yolu narazı qüvvələri boğmaq, əzmək istəyirdi, 
amma  əksinə, inqilabı sürətləndirdi. Çünki bu dövrdə 
Rusiyada yaşayan kəndlilər, fəhlələr vəhşi və soyğunçu 
kapitalizmin zülmü altında inildəyir, heç bir insani 
hüquqa malik olmadıqlarından, əzab çəkirdilər. Qafqaz 
və Mərkəzi Asiya xalqları da rus istismarçılarının təz-
yiqi altında idilər. Onlar öz övladlarını  ədalətsiz 
müharibə maşınının ağzına atmaq istəmirdilər. Buna 
görə də bu ölkələrdə, xüsusilə Qafqazda ciddi inqilabı 
qüvvələr formalaşmışdı.
2
  
II Nikolay müvəqqəti də olsa "xalqın istəklərinə 
cavab verməyə  məcbur oldu. O, Duma adlanan parla-
mentdə bütün Rusiya xalqlarının nümayəndələrinin 
iştirakını təmin etmək məcburiyyətində qaldı.  1907-ci 
ildə bütün Qafqazda tanınan "Şərqi rus" qəzetinin 
təsisçisi Məhəmməd Ağa  Şahtaxtinski (1864-1931) 
İrəvandan II Dumaya deputat  seçildi".
3
 
 
                                                 
1
 "İran" qəzeti. Tarix-e ğərn-e bistom dər İran və cəhani, 1376-cı 
ilin 26-27 bəhmən ayı 
2
Bax: yenə orada 
3
 R. Rəisniya. “İran və Osmani dər astane-ye ğərn-e bistom”, səh. 601 


 
 
119
İrəvan 1905-1906-cı illər  
erməni-müsəlman davasında 
 
Miladi tarixi ilə 1828-ci ildə bağlanmış  ədalətsiz 
Türkmənçay müqaviləsi ilə Qüzey Güneydən ayrı 
düşdü. Ermənilər rusların himayəsi altında tədricən 
Qacarlar və Osmanlı dövlətindən köçərək bu regionda, 
o cümlədən  İrəvanda məskunlaşdılar. Onlar XX əsrə 
qədər az sayla Qafqazın müxtəlif bölgələrində  pəra-
kəndə  şəkildə yerləşmişdilər. Anahid Ter Minasyanın 
yazdığına görə, "ermənilər, hətta  İrəvan  əyalətində  də 
hissediləcək say fərqinə malik deyildilər. Yalnız 1905-
ci il inqilabı dövründə onların bu arzu və istəkləri 
gerçəkləşdi".
1
 
“Böyük Ermənistan” dövləti yaratmaq vəzifəsini 
qarşısına qoyan Daşnaksütyun partiyasının təsisçiləri-
nin ilk məqsədi Şərqi Anadoluda və İrəvan əyalətində 
ermənilərin say üstünlüyünə nail olmaq idi. Onlar bu 
ərazilərdə erməni dövlətini ərsəyə gətirmək üçün artıq 
çox ciddi fəaliyyətə keçmişdilər. Daşnaklar hələ XIX 
əsrin sonlarından Osmanlı dövlətində bu işi həyata 
keçirmək üçün çalışırdılar. Lakin o dövrdə bütün qüv-
vələrini proqramlarının birinci hissəsini, yəni Qafqazda 
qarma-qarışıqlıq yaratmaq məqsədini reallaşdırmağa 
sərf etdiklərindən bu işi başa çatdıra bilməmişdilər. 
Buna görə də onlar fürsət gözləməli olmuşdular. Rus-
yapon müharibəsinin başlaması, çar ordusunun bu mü-
haribədə məğlub olması, 1905-ci il inqilabının baş ver-
məsi onlara bu fürsəti verdi. Yuxarıda adını çəkdiyimiz 
erməni yazıçısının yazdığına görə, "Daşnak partiyası-
                                                 
1
 Anahid Ter Minasyan. Enqelab-e 1905 dər Qəfqaz. Tərcümə 
edən: Kavə Bayat, səh. 17 


 
 
120
nın 1904-cü ilin fevral-mart aylarında Sofiyada keçi-
rilən III qurultayında qərara alındı ki, partiya Qafqaz 
ermənilərinin müdafiəsi vəzifəsini öz üzərinə götürsün
bu məqsədlə  təbliğat vasitələrindən, silah və gücdən 
istifadə etsin. Bu qərar gələcək proseslərin dönüş 
nöqtəsi sayılır".
1
 
Rusiyanın Yaponiya tərəfindən  məğlub edilməsi 
beynəlxalq sensasiyaya səbəb olmaqla bərabər, çar 
dövlətinin  əsaslarının möhkəm olmadığını üzə  çıxardı 
və 1905-ci il inqilabı ilə  nəticələndi. Həmin dövrdə 
Batumda İran konsulluğunda katib vəzifəsində çalışmış 
və bu tarixi hadisələri yaxından müşahidə etmiş  Səid 
Marağai  öz xatirələrində yazır: "Mövqelərindən geri 
çəkilmiş  və  həmin mövqeləri yaponlara təslim etmiş 
məğlub qoşun düşdüyü vəziyyətdən və komandirlərdən 
narazı idi. Bu narazılıqlar ölkə daxilində qarma-qarı-
şıqlıq yaratmışdı. Dövlət  əleyhinə olan qüvvələr bu 
fürsətdən istifadə edərək, öz fəaliyyət və təbliğatlarını 
genişləndirmiş, dövlət rəhbərliyini bacarıqsızlıqda və 
qabiliyyətsizlikdə ittiham etməyə başlamışdılar. Əsgər-
lər silah-sursata və geyimə görə narazı idilər. Çox 
bahalı  hərbi gəmilər  əldən verilmişdi. Dövlət işlərinə 
ictimai nəzarət olmadığından, orduda sui-istifadə hal-
ları baş alıb gedirdi. Bütün bu qüsurlar təbliğat vərəqə-
lərində  əks olunur, şəhərlərdə yayılırdı. Ölkənin 
müxtəlif yerlərində qanlı çarpışmalarla nəticələnən 
nümayişlər baş verirdi. Çox keçmədi ki, narazılıq 
dalğası bütün ölkəni bürüdü. Partiyalar, siyasi dairələr, 
dövlət məmurları, fəhlələr öz tələblərində  təkid edir, 
azadlıq istəyirdilər. Lakin dövlət onları  eşitmirdi. Çar 
hökuməti proseslərin qarşısını almaq üçün dəstə başçı-
                                                 
1
 Anahid Ter Minasyan. Enqelab-e 1905 dər Qəfqaz. Tərcümə 
edən: Kavə Bayat, səh. 4 


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə