Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə34/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
1   ...   30   31   32   33   34   35   36   37   ...   56

 
 
128
mədi. May ayının  əvvəllərində bu hadisələr Naxçıvan 
və İrəvan şəhərlərinə sirayət etdi. Bu dövrdə Naxçıvan-
da müsəlmanlar say baxımından ermənilərdən çox 
idilər.  Əvvəldən dava arzulayan ermənilər Naxçıvan 
qarşıdurmalarında ağır məğlubiyyətə düçar oldular. 
Onların bu uğursuzluğu  İrəvan ermənilərinin bərk 
qəzəblənməsinə səbəb oldu.  
Onlar bu hadisədən sonra azərbaycanlılar əleyhinə 
daha çox ləyaqətsiz hərəkətlər etməyə başladılar: qon-
şuluq  əlaqələrini kəsir, müsəlmanlara nifrət və  qəzəb-
lərini açıq-aydın büruzə verirdilər. Hadisələrin gedişi 
tezliklə  İrəvanda da iğtişaşların baş verəcəyini güman 
etməyə şərait yaradırdı. Ayrı-ayrı yerlərdən gələn qor-
xunc xəbərlər  şəhər sakinlərini məyus edir, tacirlərin 
əlini işdən soyudur, ticarəti böhrana sürükləyirdi. 
Müsəlmanlar qayğı və narahatçılıq içində idi.  Xüsusilə 
də, düşmənin güclü olması, azərbaycanlıların isə dava-
ya hazır olmaması ziyalı  və gözüaçıq azərbaycanlıları 
həyəcanlandırırdı.  Məzlumlar pəjmürdə  və iztirablı 
görünürdülər. Hamının üzündə əzab və iztirab var idi. 
Bir sözlə, müsəlmanlar özlərini son dərəcə itirmişdilər. 
Ermənilər Naxçıvandakı  məğlubiyyətin intiqamını 
almaq üçün tələsirdilər. Onlar qisas hissi ilə yanıb-
qovrulur, müsəlmanlara zərbə vurmaq, onları pərişan et-
mək üçün hər cür hiyləyə əl atırdılar. Buna görə  Nax-
çıvana gedən yolları  nəzarətə götürmüş,  şəhərə gedib-
gələnləri pusur, müxtəlif vasitələrlə onlara mane olmağa 
çalışırdılar. Özləri isə gizlincə Naxçıvan ermənilərinə 
silah-sursat yardımı edirdilər.  İrəvan müsəlmanları isə 
bu mürəkkəb və ziddiyyətli dövrdə  nəinki qırğına 
hazırlaşmır, üstəlik qonşuluq haqqı kimi xam xəyallara 
qapılmışdılar.  Şəhərin sakinlərindən hər biri yalnız 
özünü müdafiə etmək haqqında düşünür, vəziyyətdən 


 
 
129
çıxmaq üçün davadankənar yollar gəzirdi. Nəhayət, 
Naxçıvan odunu söndürmək üçün general Əlixanov-
Avarski Tiflisdən Naxçıvana ezam oldu. Digər tərəfdən 
də, Voronsov Daşkovun göstərişi ilə  şeyxülislam 
Uluxanlı İrəvan qazisi ilə birgə Naxçıvana yola düşdü. 
İrəvan erməniləri barışıq xəbərini eşidən kimi öz 
“ziyalı”larını Naxçıvana göndərib oradakı erməni ca-
maatının vəziyyətindən xəbər tutmağa tələsdi. Onlar 
buradakı  məğlubiyyəti pərdələmək, ermənilərin ba-
carıqsızlıqlarını gizləmək üçün müsəlmanlar haqqında 
ləyaqətsiz şayiələr yaymağa başladılar. Buna baxmaya-
raq,  İrəvan və onun ətraflarında yaşayan müsəlmanlar 
Naxçıvanda ermənilərin məğlub olmasına sevinir, bu 
qələbəni öz qələbələri hesab edərək, qürurla gəzib-
dolanırdılar. Onlar bu zaman ermənilərin bütün qüvvə-
lərini səfərbərliyə alıb, azərbaycanlıları soyqırıma mə-
ruz qoymaq üçün yeni planlar hazırlamaqda olduqla-
rını başa düşmürdülər. Nəhayət, mayın 23-də baş verən 
hadisə ermənilərə bu planı gerçəkləşdirməyə  şərait 
yaratdı. 
1905-ci il mayın 23-də "Qarsaçay" erməni çay bağ-
çasına gedən üç nəfər müsəlman sərxoş  vəziyyətdə 
polis idarəsinin qarşısına gəlir. Onlar burada məsuliy-
yətsiz hərəkətlər etməyə başlayırlar. Ermənilər fürsət-
dən istifadə edib, onları möhkəmcə döyür. Sonda 
həmin üç nəfər xəncərini çıxarıb, özlərini müdafiə edə-
edə  və  qışqıra-qışqıra bazar meydanına tərəf qaçırlar. 
İçkili müsəlmanların səsi hər tərəfə yayılır. 
Bu qışqırıqları  eşidən erməni və müsəlmanlar üz-
üzə  gəlir və onların arasında  şiddətli dava başlayır. 
Ermənilərin hiylə  və  fırıldağından xəbərsiz olan bəzi 
müsəlmanlar humanistlik nümayiş etdirir, öz dükanla-
rını buraxıb, onların yiyəsiz qalmış mağazalarına 


 
 
130
güdükçü olurlar. Bəziləri isə erməniləri qorumaq üçün 
onları öz dükanlarında gizlədirlər. Lakin ermənilərin 
hiddət və  qəzəbini görən bəzi müsəlmanlar, nəhayət 
vəziyyəti başa düşüb müqavimət göstərməyə başla-
yırlar. Bir-birinin ardınca cinayətlər baş verir. Əgər 
həmin gün müsəlmanlar “hümanizm bəlasından” xilas 
olub, ermənilərlə  həqiqi döyüşə girsəydilər, bu təca-
vüzkarların aqibətinin  necə olacağını indi də təsəvvür 
etmək mümkün deyil. Fəqət müsəlmanların  erməni-
lərin məkrli niyyətindən xəbərləri yox idi. Onlar za-
man-zaman  qoruyub saxladıqları qonşuluq haqqını 
qabardaraq əhalini birtəhər sakitləşdirdilər. Gecə sakit 
və aram keçdi. 
24 may 1905-ci il səhər saat 9-a yaxın ermənilər öz 
mağazalarını açmaq üçün bazara gedən müsəlmanlara 
atəş açdılar. Lakin müsəlmanlardan xəsarət alan 
olmadı,  bir neçə erməni isə yaralandı. Elə bu zaman 
gəlib çıxan  əsgərlər bir neçə  dəfə havaya atəş açaraq, 
erməniləri sakitləşdirdilər. Bir neçə  dəqiqədən sonra 
şəhərdə gediş-gəliş tamamilə  kəsildi və  hər kəs öz 
yerində donub qaldı. İrəvanı dəhşətli bir sükut bürüdü.  
Lakin saat iki radələrində ermənilər yenidən 
müsəlmanları şiddətli gülləbarana tutdular. Erməni mə-
həllələrindən açılan atəşlər ara vermədən davam edirdi. 
Onlar binaların, hasarların üstündən, pəncərələrdən 
müsəlmanları  hədəfə götürürdülər. Asimandan güllə 
dolu kimi yağırdı. Müsəlmanlar isə bu atəşlərə cavab 
vermir, öz təmkinlərini qoruyub saxlamağa çalışırdılar. 
Əslində bu, təmkin də deyildi, sadəcə olaraq  hazırlıq-
sız və müharibə görməyən, ermənilərin məkrli planın-
dan xəbərsiz olan müsəlmanlar özlərini itirmişdilər. 
Belə bir vaxtda İrəvan  şəhərində  cəmi iyirmi tüfəng, 
təxminən bir qədər də fişəng var idi. Tüfənglərin 


 
 
131
əksəriyyəti köhnə  və paslanmış ov tüfəngləri idi. 
Tarixçilərdən biri haqlı olaraq, həmin silahları Nuhdan 
qalmış əşya adlandırmışdı. 
 Belə bir şəraitdə hökumət də ermənilərin silahla-
masının qarşısını almır, iğtişaşlara qarşı heç bir tədbir  
görmürdü. Buna görə  də ermənilər istədiklərini edir,  
atəş açır, müsəlman məhəllələrinə hücum edirdilər. Bir 
sözlə, müharibə mələyi şəhərin başı üstündə idi. Günün 
ikinci yarısında atəş yenidən  şiddətləndi. Qadınların, 
azyaşlı  uşaqların fəryadı  şəhəri başına götürdü. Ora-
bura vurnuxan müsəlman kişiləri nə edəcəklərini 
bilmir, qadınların, qocaların, uşaqların nalələri onları 
əsəbləşdirirdi.  Əslində, hamı - qadın, uşaq, qoca, 
cavan,  əyan, xan, rəiyyət öz canının hayındaydı. Belə 
bir vəziyyətdə millət, xalq, mədəniyyət, var-dövlət 
hamının yadından çıxmışdı. Müsəlmanların ermənilərə 
cavab vermək imkanı yox idi.   Erməni məhəlləsində 
yaşayan müsəlmanların imdad səsi hər an asimana 
yüksəlirdi. Lakin onlara imdad edə, fəlakətdən qurtara 
biləsi qüvvə yox idi. Xülasə, güllələrin ildırım 
çaxmasına bənzəyən işığı, bombaların qaldırdığı toz-
duman  şəhəri cəhənnəmə döndərdi. Nəhayət, müsəl-
manların fəryadına dözməyən bir zabit əsgərləri ilə 
birgə hadisələrə müdaxilə etdi. O, erməni məhəllələrin-
də yaşayan və güllələrə tuş  gəlmiş qadınları, uşaqları 
oradan çıxarıb, müsəlman məhəllələrinə  gətirməyə 
başladı. Bu döyüşdə erməni məhəlləsində yaşayan 11 
nəfər qətlə yetirildi: Onların dördü qadın, ikisi uşaq və 
beşi kişi idi. Öz evlərinin içində  cəhənnəm  əzabı 
yaşamış və yuxarıda qeyd etdiyimiz zabitin köməyi ilə 
xilas olmuş müsəlmanların göz yaşları yağış kimi axır, 
hıçqırıqdan bir kəlmə söz belə deyə bilmirdilər. Bu 
vəziyyəti görən müsəlmanların qeyrət və qürur hissi 


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə