Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə32/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
1   ...   28   29   30   31   32   33   34   35   ...   56

 
 
121
larını,  əsas  şəxsləri, hərəkətverici insanları, barışmaz 
qüvvələri həbs və sürgün edir, onları aradan götürmək 
üçün  silaha əl atırdı. Sonradan məlum oldu ki, hərəkat 
liderləri gizli iclas keçirərək ümumi tətil elan etmək, 
hakimiyyət nümayəndələrinə qarşı terrordan istifadə 
etmək və dövlət aparatını iflic etmək barədə  qərar 
qəbul ediblər. Moskva şəhərinin komendantı, Bakının 
valisi, Gəncə Jandarm İdarəsinin rəisi, Batumun üç 
şəhər rəhbəri iki-üç gün müddətində  qətlə yetirildi. 
Əksər dövlət idarələrində: dəmiryol, poçt, teleqraf və s.  
məmurlar sabotaja əl atdılar. Zavodlar tətil edir, fəhlə-
lər işə  çıxmırdı, qarma-qarışıqlıq və qeyri-stabillik 
bütün ölkəni bürümüşdü. Hətta çarın öz iqamətgahını 
tərk edərək ailəsi ilə haradasa sığınacaq tapması barədə 
şayiələr dolaşırdı... 
Batumda və Rusiyanın bir çox digər  şəhərlərində 
son dərəcə  təhlükəli vəziyyət yaranmışdı. Bu zaman 
dövlət rəhbərliyi min bir hiyləyə əl atsa da, xalqın tə-
ləblərini qəbul etməkdən başqa çarəsi yox idi. Beləlik-
lə, 1905-ci ilin oktyabr ayında çar xalqa azadlıq verilə-
cəyi haqda manifest elan etdi. Manifestdə xalqa hər cür 
azadlıq, o cümlədən azad seçkilər, Duma təşkili və s. 
vəd edilirdi. 
Bu mürəkkəb və  gərgin illərdə Qafqaz xalqlarının 
milli oyanışı Rusiya sarayında ciddi narahatlıq 
doğurmuşdu. Rusiyanın hakim dairələri bu oyanışın 
mərkəzi hakimiyyətə qarşı yönələcəyindən qorxaraq 
milli münaqişələrə  əl atdılar. Jan Mari Karzu yazır: 
"1905-ci ildə Bakıda ermənilərlə azərbaycanlılar ara-
sında qanlı çarpışmalar oldu. Bu çarpışmaların kökünü 
Rusiya imperiyası üçün təhlükəli ola biləcək milli 
oyanışda axtarmalıyıq. Rusiyanın hakim dairələri 
Qafqazın oyanışında  güclü millətçilik tendensiyasının 


 
 
122
olduğunu iddia edirdilər. Bu tendensiya böyük Rusiya 
imperiyasının planlarının ziyanına idi. Ona görə də çar 
hökuməti bu oyanışı hansı vasitə ilə olursa-olsun 
beşiyində boğmağa çalışırdı. 1894-cü ildə hakimiyyətə 
yiyələnmiş Rusiyanın sonuncu çarı II Nikolay Roma-
novlar sülaləsinin ömrünü uzatmaq üçün bütün hiylələ-
rə əl atırdı. Rusiyada yaşayan xalqların arasında qırğın 
salmaq da bu fəndlərdən biri idi. Çarizmin fikrincə
daxili müharibələrə meydan verməklə, xalqları bir-
birinə qarşı qoymaqla öz zəifliyini gizlədə  və 
hakimiyyətdə qala bilər. 
Oktyabr inqilabının rəhbəri Lenin doğru olaraq 
Rusiyanı xalqlar həbsxanası adlandırmışdı. Üzeyir 
Hacıbəyov da belə bir əqidədə idi: "Rusiya məmləkə-
tində bərabərlikdən əsər-əlamət yoxdur. Hamı bir göz-
də görünmür. Birinə ehtiramla yanaşılır, digərinə  mə-
həl qoyulmur. Biri qul olur, digəri saray sahibi. Belə 
bir  şəraitdə biz müsəlmanların vəziyyəti hamınkından 
dəhşətlidir". 
Çar Rusiyasında milli məsələ  həlldedilməz bir 
problemə, xroniki bir xəstəliyə çevrilmişdi.  İmperiya-
nın xalqlara eyni gözlə baxmaması, birinə qayğı ilə 
yanaşması, digərinə  təhqiramiz münasibət bəsləməsi 
ölkədə hərc-mərcliyə, xaosa gətirb çıxarmışdı. Bununla 
bərabər, çar hökuməti xalqların mərkəzi hakimiyyət 
əleyhinə birgə mübarizəsinin qarşısını almaq üçün 
onları bir-birindən təcrid edir,  açıq və gizli şəkildə bir-
birlərinə qarşı qoyur, yalançı  təbliğatlarla onlarda bir-
biri haqqında səhv təsəvvürlər yaratmağa çalışırdı. 
Məsələn, onlardan biri tənbəl, digəri xürafatçı, başqa 
birisi xəsis kimi təqdim edilirdi. Hətta xalqların bir-
birini təhqir etməsi üçün onların xəsisliyi, satqınlığı 
haqqında müxtəlif yalan əhvalatlar düzəldib yayırdı. 


 
 
123
Çarizmin bu təfriqəçilik və səhv təsəvvürləri yaymaq-
da  yalnız bir məqsədi var idi - o da özünün qanlı haki-
miyyətini  əbədiləşdirmək. Belə  məşum hadisələrdən 
biri Arazın o tayında ermənilərlə müsəlmanlar ara-
sındakı dava oldu. 
"Molla Həsrəddin" jurnalının birinci sayında bir 
karikatura çəkilmişdi. Həmin karikaturada bir-birinə 
düşmən olan müsəlmana və erməniyə silahı bir çar 
kazakı verir və bunun müqabilində onların hər ikisinin 
cibini boşaldır.  
Bakı  şəhər idarələrinin 1905-ci il qətliamının baş-
laması barədə təhqiqatların və bu münaqişədə rusların 
oynadığı rola aid  (dövlət və ordu idarələrinə aid) 
sənədlərin üzərindən müəmma pərdəsini götürəndə 
məlum olur ki, nifaq və  xəyanət toxumunu ruslar ək-
mişlər. Onlar ermənilər və türklər arasında şayiə yayır-
dılar ki, qarşı tərəf hücum məqsədilə silahlanır və əlavə 
edirdilər ki, polis heç bir halda intiqam əməliyyatlarına 
müdaxilə etməyəcək. Xülasə,  barışıq və asayişi bərqə-
rar etməli olan polis (bəzən hadisələrə müdaxilə etmə-
dən) bir şəxsin həbsi və ya düşmən tərəflər arasında 
dava zamanı  qəsdən yubanmaqla öz niyyətini həyata 
keçirirdi.
1
 
Qafqazın ayrı-ayrı xalqları arasında təfriqə  və 
düşmənçilik siyasəti yürütmək  əvvəldən, bir qədər də 
dəqiq desək, Qafqazın ruslar tərəfindən işğalınadək da-
vam edirdi. "Mərkəzi Asiyada və Qafqazda dəyişiklik-
lərin mahiyyəti" kitabının müəllifləri bu barədə ya-
zırlar: "Rusların azərilərə qarşı diskriminasiya siyasəti 
və onların açıq-aşkar erməniləri himayə etmələri 
                                                 
1
 Bax: R. Rəisniya. Üzeyir və inqilab, səh. 50 


 
 
124
ermənilərlə azərbaycanlılar arasında ictimai və iqtisadi 
ziddiyyətlərin dərinləşməsinə səbəb oldu.  
1872-ci ildə azərbaycanlıların 5 faizi neft çıxarmaq 
hüququ qazandığı halda, ermənilərin səhmi azərbay-
canlılarınkından 10 dəfə çox idi. 167 neft müəssisə-
sindən cəmi 49 kiçik sex azərilərə məxsus idi. 1900-cü 
ildən sonra 115 neft müəssisəsindən 49 kiçik sex 
azərbaycanlıların  əlində olduğu halda, erməni ailələri 
55 orta və böyük istehsal gücünə malik sexə 
yiyələnmişdi. 1900-cü ildən sonra Bakı quberniyasın-
dakı 115 sənaye müəssisəsinin 29 faizi ermənilərin, 
yalnız 18 faizi azərilərin əlində idi. Azərilər rəqabətdən 
tamamilə  kənarda idilər. Baxmayaraq ki, məhsuldar 
qüvvə baxımından azərilər qat-qat çox idilər. Bakı 
fəhlələrinin 17,5 faizi erməni, 70 faizi isə azərbaycanlı-
lardan və başqa millətlərin nümayəndələrindən ibarət 
idi. Erməni  əhalisinin 4,83 faizi böyük iş icraçısı  və 
digər vəzifələrdə çalışırdı. Həmin dövrdə ermənilərin 
39 faizi şəhərlərdə, 61 faizi isə kəndlərdə yaşayırdı. 
Azərbaycanlılarla ermənilər arasında mədəni və 
dini ixtilaflardan əlavə, konflikt yarada biləcək bir sıra 
digər səbəblər də var idi. Məsələn, inkişaf etməkdə 
olan Azərbaycan kapitalizmi erməniləri özü üçün 
maneə hesab edirdi. Üstəlik, azərbaycanlı  fəhlələr də 
erməni iş icraçılarına qarşı birləşməyə məcbur olmuş-
dular".
1
 
Müştərək məzhəbin, adət-ənənənin, dini etiqadın 
mühüm amil sayıldığı bu dövrdə ermənilərlə ruslar ara-
sında əlaqələrin sıxlaşması cənub istiqamətində sərhəd-
lərini genişləndirmək arzusunda olan çar Rusiyasının 
isti sulara çatmaq ehtirasını daha da artırır və bu 
                                                 
1
 Mənije Turabzadə  və başqaları. Mahiyyət-e təhəvvolat dər  
Asiya-ye Mərkəzi və Qəfqaz, səh. 69 


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə