10
ümumiyyətlə, erməni yox idi. Adı çəkilən yazıçı əlavə
edir: "Tiflis Konqresinin əsas nigarançılıqlarından biri
Qafqazda erməni milli ərazisinin olmaması idi. Yerli
idarəetmə ilə bağlı muxtariyyət əldə etmək
üçün rusla-
ra xahişnamə ilə bərabər, “zemstvolar” təsis etmək
üçün pərakəndə erməni camaatının yaşadığı çox məh-
dud sayda əyalət vahidlərinin planı da təqdim edildi".
1
Özünün icad etdiyi “Böyük Ermənistan”ı hər bir
işdə əsas götürən Daşnak partiyası milli ərazinin
olmaması problemini vəhşi və cinayətkar üsullarla həll
etdi. "İrəvan vilayətindəki 211 azəri (“azərbaycanlı”
mənasında
– tərcüməçi) kəndi xarabalığa çevrildi və
100 minlərlə insan qətliam olundu. Təxminən 300 min
İrəvan azərisi məhv edildi...".
2
Müsəlmanların soyqırımı və etnik təmizlənməsi
sonralar da amansızlıqla davam etdirildi. Hal-hazırda
bu şəhərdə bir nəfər də müsəlman azəri yoxdur.
Təqdim olunan bu kitabda İrəvan
tarixinin ilkin
fomalaşma mərhələsindən başlayaraq daşnakların əli ilə
müsəlmanların kütləvi qətlinə qədərki dövr araşdırılır.
Əsərdə göstərilir ki, Çuxursəd vilayəti və onun mərkəzi
olan İrəvan tarixən müsəlman ərazisi olmuşdur. İrəvan
Azərbaycan əyalətinin dörd vilayətindən biri olan
Çuxursəd vilayətinin mərkəzi idi. Bu vilayətin
məşəqqətlər görmüş müsəlmanlarının cəsədləri üzərində
təkcə Ermənistan Respublikası yaradılmamış, üstəlik,
erməni ekstremistləri Dağlıq Qarabağa qarşı ərazi id-
diası qaldıraraq, təcavüzkar rus ordusunun köməkliyi ilə
Azərbaycan torpağına hücum edib Azərbaycan
Respublikasının 20 faizdən çox ərazisini işğal etmişdir.
1
Anahid Ter Minasyan.
Qəfqaz dər tarixe moaser, səh.63
2
Mənije Turabzade və başqaları. Mahiyyət-e təhəvvolat dər
Asiya-ye Mərkəzi və Qəfqaz, səh.71
11
Coğrafi mövqe
Qərbdən Şərqə qədər bütün yer üzü,
Bir insan bədəni kimidir, fərqi yoxdur.
Bədən ruha möhtac olduğu üçün
Bu bədənin də ruhu İrəvandır.
(Qüdsi)
(
Qeyd:
Bu əsərin farscadan bütöv tərcüməsi
kitabın sonunda verilmişdir)
Müxtəlif dövrlərdə İrəvan
Çuxursəd vilayətinin
(Azərbaycanın vilayətlərindən biri) mərkəzi, İrəvan
xanlığı, İrəvan vilayəti olmuş və nəhayət, Ermənistan
Respublikasının paytaxtına çevrilmişdir. Bu şəhər 40
dərəcə 15 dəqiqə şimal enliyində, 44 dərəcə 35 dəqiqə
şərq uzunluğunda, Ağrı dağının (Ararat) 55 kilometr-
liyində,
Alagözün cənub-şərqində, Göyçə gölündən 65
km cənub-qərbdə və Araz çayının qollarından olan
Zəngiçayın sol sahilində yerləşir. İrəvan şəhəri
İrəvançay adlanan çayın kənarındadır.
1
İrəvan Ağrı dərəsinin şimal tərəfində 850-1300
metr hündürlükdə yerləşir.
2
Şəhərdən iki çay (Qırxbu-
laq və Zəngiçay) axır.
3
İrəvanın ünlü şairlərindən olan
Hacı Mirzə Ağasinin atası Mirzə Müslüm Qüdsi İrəvan
çayları haqqında bir şeirində deyir:
1
“Həmşəhri” qəzeti, sayı 107, 20.3.1374
2
Ə.Ələkbərli. Qədim türk-oğuz yurdu Ermənistan, Bakı, “Sabah”,
1994, səh.184
3
Jan Yunir. Delavəran-e qomnam-e İran dər cənghaye İran və
Rusiye, səh.515
12
Araz o çaylarsız Araz deyildir
Dəryada batanı xilas etmək olmur.
Ona görə onun (Arazın) suyunun dadı xoşdur ki,
Onun üzü bu sulara tərəfdir.
Heç kəs ona meyl salmazdı,
Əgər İrəvandakı sular ona axmasaydı.
Qırxbulağın Kövsər suyuna bənzəyən zülalı
Hər bir çəməndən və bağdan axır.
Hər kim ondan bir piyalə içsə,
Meyin keyfiyyətini unudar.
Əgər ki, bir xəstə dodağını onunla islatsa,
Bir daha o başqa bir xəstəlik görməz.
Zəngi ona görə kiçik xəndək olub ki,
Onun üstündə yüzlərlə qəsrlər və saraylar var.
Ürək açan qəsrlərin bu çayı
Nəzarətdə saxlaması onun səfasına sübutdur.
Zəngiyə Selsəbil (behişt suyu) demək olar.
Surətin aynası kimi üzü gizlətməsə də,
Bunun əksinə olaraq onun adını kafur qoydular.
Onun mənbəyindən ta son sərhədinə qədər
Bir damcısı da zaya getməz.
Hamısı dürr olar bu axar suyun,
Apreldə yağan yağışın damcıları tək.
Sularındakı saysız-hesabsız balıqlar
Dalğa yaratmaqla onun sularını parça-parça edər.
Suyunun üstü başdan-başa ördək-qaz
Üzərlər, ördəkdən, şahbazdan uzaq.
İrəvanın gözəl havası var, lakin qış uzun çəkdiyin-
dən bərk soyuqlar olur. Əksər halda səur ayında
(ordibehişt - bizim təqvimlə aprel) qar yağır... Tiflisin
on fərsəngliyində şirin su dəryaçası var. Həmin
dəryaçanın ətrafında, təxminən iyirmi fərsəngdə (bir
13
fərsəng
12 min addıma, təqribən 6-8 km.-ə bərabərdir -
redaktor)
, şimal tərəfdə İrəvan yerləşir. Adı çəkilən
dəryaçada bir zər (104 sm.-ə bərabər uzunluq ölçüsü)
böyüklükdə forel balığı görünmüşdür.
1
Havası cənnət havasına bənzər,
Fərəh verən kimi ruhuna qanad verər.
Əbədiyyət ağacına bənzəyən gözəlliyindən
Qocalıqdan sonra da cavanlıq gələr.
Bu eyş-işrət təsirli dinclik yerində
Heç vaxt xəstəlik olmaz.
Qüdsi
Şərq tərəfdən İrəvanın 12 fərsəngində Ağrı dağı
yerləşir. Camaatın fikrincə, Nuhun gəmisi orada yerə
oturub. Dağ kifayət qədər yüksək olduğundan hava açıq
və buludsuz olanda 2-10 fərsəng məsafə aydın görünür.
Ağrı dağının hündürlüyü 17.266 ingilis futuna
bərabərdir (3,5 ingilis futu, təxminən 1 İran "zər"i de-
məkdir). Ermənilər bu dağı Masis adlandırırlar. Etiqada
görə, guya onların əcdadalarından
olan Aram oğlu
Masis bu dağı öz adına uyğun olaraq adlandırmışdır.
Ancaq fransızlar onu Ararat, ərəblər Cudi adlandırırlar.
Şardənin səyahəti zamanı İran əhalisi onu müqəddəs
sayaraq deyirmiş ki, Nuhun gəmisi bu dağda
dayanmaqla onu Yer kürəsinin başqa nöqtələrindən
daha izzətli edib.
2
İrəvan böyük İpək yolunun üstündə idi. Bu yol
Çinin Tvan Hanq vilayətindən
Kansu vilayətinə doğru
uzanırdı. Oradan Şərqi Türküstana daxil olur, Beşbalıq,
1
Bax: Etimadüs-səltənə. Mirat-ül Bildan. Doktor Hüseyn
Nəvainin redaktəsi ilə, I cild, səh.182
2
Bax: Yenə orada, səh.185