35
1573-cü ildə) Təbrizdə şahın darğası təyin olundu.
Onun ölümündən sonra isə oğlu Məhəmməd Çuxur-
sədə vali təyin olundu.
Qeyd edək ki, Şahqulu Sultan Təbrizdə darğa
olarkən əhaliyə zülm etdiyindən, hicri-qəməri tarixi ilə
971-ci ildə (981-ci ilədək) Pəhləvan Yarinin rəhbərliyi
ilə Təbriz camaatı ona qarşı qiyama qalxmışdır. Təh-
masib öləndə Şahqulu Sultanın oğlu, Çuxursəd valisi,
"Toxmaq" ləqəbli Məhəmməd xan həm də İstanbulda
elçi idi.
Sədlular tayfası Şah Təhmasibin hakimiyyəti döv-
ründə də Çuxursəddə yaşamış və tayfaya hicri-qəməri
tarixi ilə 954-cü ildə Əlvənd xan, 959-cu ildə isə
(miladi tarixi ilə 1552-ci ildə) Uluğbəy başçılıq
etmişdi.
Alpautlar da Qaraqoyunlu qəbilələrindən idilər və
onların arasından böyük əmirlər çıxmışdı. Bu qəbilə də
Səfəvilər dövründə Çuxursəd ətrafında yaşamışdı.
Şah Təhmasibin ölümündən sonra ( hicri-qəməri
tarixi ilə 974-cü ildə) onun Qaradağ ətrafındakı Qəhqə-
hə qalasında zindana salınmış oğlu İsmayıl həbsdən
azad olundu. O, hicri-qəməri tarixi ilə 974-cü ilin
rəbiüləvvəl ayında Qəzvinə gəlib, oranı paytaxt elan
etdi. II İsmayıl hakimiyyətini möhkəmləndirdikdən
sonra Şah Təhmasibin zamanından İstanbulda elçi olan
Toxmaq xanın qardaşları Sarı Laçını və Allahqulu bəyi
əmisi oğlu Əbu Turab Mirzənin (Uyqut Mirzə) vasitəsi
ilə qətlə yetirdi. Bu qətllər ustaclı əmirlərinin aradan
götürülməsi ilə davam etdirildi. Bu zaman İstanbuldan
geri qayıdan Toxmaq xan Çuxursəddəki əmlakının
Əbu Turab Mirzə (əmisi oğlunun və qardaşlarının
qatili) tərəfindən müsadirə olunduğunu gördü...
36
II İsmayıl Mustafa Sultanın qətlindən sonra
ustaclıları əfv etdi və hətta özü Pir Məhəmməd xanın
qızı ilə evləndi. Toxmaq xan da öz əvvəlki vəzifəsinə
qaytarıldı. O, Çuxursəd bölgəsinin valiliyinə qayıdan-
dan sonra mərkəzin buradakı etibarlı adamına çevrildi
və yenidən bütün məsələlərə nəzarət etməyə başladı.
II İsmayıl hicri-qəməri tarixi ilə 985-ci ilin Rama-
zan ayının 13-də qəflətən vəfat etdi. Paytaxt əmirləri
canişin məsələsinin müzakirəsinə başladılar. Onlar
Təhmasibin böyük oğlu Məhəmməd Xudabəndənin
üzərində dayandılar. Fiziki cəhətdən çox zəif olan
Sultan Məhəmməd xəstəlik nəticəsində görmə qabiliy-
yətini də itirmişdi. O, hakimiyyətə gələndən sonra da
Toxmaq xan Çuxursədin başçısı olaraq qaldı. Bu
dövrdə İrəvanın abadlaşdırılması sahəsində ciddi işlər
görülmüş, gözəl Xan sarayı, Xan bağı salınmışdı. Hə-
min illərdə əkin sahələrinin suvarılması üçün yeni su
kanalları çəkilmiş, böyük dəryaçalar yaradılmışdı. So-
vet hakimiyyəti qurulduqdan sonra bu dəryaçaya
Şaumyanın adı verilsə də, azərbaycanlılar onu vaxtilə
İrəvanda hakimlik etmiş Mahmud xanın ləqəbinə
uyğun olaraq “Toxmaq dəryaçası” adlandırmışlar.
Türk sultanı III Murad mövcud sülh müqaviləsinə
(“Amasiya müqaviləsi” nəzərdə tutulur- tərcüməçi)
baxmayaraq, bir sıra bəhanələrlə hicri-qəməri tarixi ilə
985-ci ilin şəvval ayında (miladi tarixi ilə 1575-ci ildə)
Xoy, Səlmas, Urmiya şəhərlərinə və onların ətraflarına
hücuma keçdi. Azərbaycanlı sərkərdələrdən Hüseyn
Sultan Xubuşlu, Mahmud Sultan Rumlu bu döyüşdə
həlak oldular və Təhmasibə məxsus olan ərəb atlarının
(bədəvi atlar) əksəriyyəti (10 minə yaxın at) Osmanlı
bəylərinin əlinə keçdi. Təbrizin yeni hakimi Əmir Xan
37
Türkmən öz qoşunu ilə işğal edilmiş torpaqları azad
etmək istədisə də, buna nail ola bilmədi.
Şirvanşahlar xanədanının nümayəndəsi Əbu Bəkir
Mirzə qarabörk tayfasından və Şirvandakı döyüşçü
ləzgilərdən bir ordu toplayaraq hərəkətə keçdi.
Osmanlı ordusu sərdar Mustafa Paşanın komandanlığı
ilə 1578-ci ilin avqustun əvvəllərində Ərdəhanın
ətrafına qədər gəlib çıxdı və sonra Gürcüstanı fəth
etdi. Belə bir şəraitdə mərkəzi İrəvan olan Çuxursəd
bölgəsinin bəylərbəyi Məhəmməd xan Toxmaq Ustaclı
Qəzvinə məlumat verdi ki, Gürcüstanla bərabər İrəvanı
da tutmaq istəyən Osmanlı qoşunlarının həmləsi qarşı-
sında seyrçi qalmayacaq. Qarabağın bəylərbəyi İmam-
qulu xan Qacar Təbriz bəylərbəyi Əmir xan Türkmən-
lə ittifaq bağlayaraq münasib şərait yaranan kimi
hücuma keçməyi planlaşdırdılar. Vəliəhd Həmzə Mir-
zə İraqi-əcəm, Fars, Kirman qoşunlarından ibarət ala-
yın köməyə gələcəyi barədə də məlumat aldı. Qarabağ
bəylərbəyi İmamqulu xanın və Məhəmməd xanın qo-
şunları birləşdiyi halda, türkmənlərlə ustaclılar arasın-
da köhnədən qalma düşmənçiliyə görə ustaclılar Təb-
rizdə dayandı. İskəndər bəy Türkmənin rəvayətinə gö-
rə, 1578-ci ilin avqustunda Məhəmməd xan Toxmağın
və İmamqulu xan Qacarın rəhbərlik etdikləri 15 minlik
qoşun Çildər ətrafında Bərtərullah paşanın qüvvələri
ilə üz-üzə gəlir. Əvvəlki döyüşlərdə olduğu kimi, bu
qarşılaşmada da qızılbaş əsgərləri şücaətlə meydana
girib, var qüvvələri ilə çarpışırlar. Buna baxmayaraq,
Tiflis və bütövlükdə Gürcüstanın bir hissəsi Osmanlı
hökumətinin tabeçiliyinə keçir.
Hicri-qəməri tarixi ilə 989-cu idə (miladi tarixi ilə
1581-ci ildə) Şamlu xanlarxanı sərdar Mustafa Paşa və
digər əmirlər öz aralarında ittifaq bağlayıb, Abbas
38
Mirzənin hakimiyyətini elan etdilər. Bu xəbəri eşidən
Şah Məhəmməd Xudabəndə vəziri Mirzə Sultanla
birlikdə türkmən və təkəli bəylərini hərəkətə gətirmək
üçün Xorasana yola düşdü. Onun Xorasana yürüşü
vaxtı Osmanlı sərkərdəsi Fərhad paşa Çuxursədi işğal
etdi. Vilayətin mərkəzi olan İrəvanda Məhəmməd xan
saray məhəlləsinin ətrafına möhkəm bir hasar çəkdi.
Ancaq sonda Məhəmməd xan Toxmaq Təbriz bəylər-
bəyi Əmir xan Türkmən və Qarabağ bəylərbəyi İmam-
qulu xan Qacar tərəfindən kömək gəlmədiyini görüb,
ailəsini götürərək Naxçıvana yollandı. O, ailəsini Əl-
nəcəğ (Əlincə) qalasında yerləşdirməyə məcbur oldu.
Beləliklə, işğal olunmuş ərazilər, o cümlədən Çu-
xursəd torpaqları osmanlıların ixtiyarına keçdi. Os-
manlı qüvvələri asta-asta və addım-addım irəliləyir,
fəth etdikləri ərazilərdə möhkəmlənmək üçün istehkam
qalaları ucaldırdılar.
İrəvan I Şah Abbas dövründə
I Şah Abbas belə bir mürəkkəb şəraitdə (hicri-
qəməri tarixi ilə 996-cı ilin zilqədə ayında) Qəzvində
tacqoyma mərasimi keçirdi. Bu zaman onun 18 yaşı
vardı. Ölkə ziddiyyətlər içində idi. Bir tərəfdən, xarici
təzyiqlər, digər tərəfdən daxildəki qarşıdurmalar
Səfəvilər dövlətinin mövcudluğunu təhlükə altına al-
mışdı. Ölkənin şimal-qərb hissəsi, o cümlədən İrəvan
bölgəsi hələ atasının hakimiyyəti zamanında osman-
lılar tərəfindən işğal edilmişdi.
Dostları ilə paylaş: |