27
ilə qış fəslini həmişə burada keçirmişdir. Səfəvilər
dövründə də mərkəzi İrəvan olan bu bölgə böyük
idarəçilik məntəqəsinə çevrildi. “Əsl "Səəd çuxuru”
məntəqəsində Sürməli adlı digər bir yer də vardır ki,
həmin yer Erivanın qərbindədir. Üçkilsə (Eçmiədzin)
də Səəd çuxurunun ən mühüm yaşayış yerlərindən biri-
dir. O, Iğdırın şimali-qərbində, Qaqızmanın şərqində,
Arazın kənarında yerləşir. Hicri-qəməri tarixi ilə 788-
ci ildə (miladi tarixi ilə 1380-cı ildə) baş vermiş Tey-
mur dövrünün Birinci Şərq müharibəsində (3 illik
yürüş) Sürməli qalası da işğal olunmuş və qalanın Tu-
man (Tümən) adlı türkmən hakimi də əsir düşmüşdü”.
1
Hafiz Əbru "Zübdətüt-təvarix" əsərində Şahruxun
ordusunun hərəkət istiqamətindən danışarkən deyir:
"Tərəkəmələrin yaşadığı yerin və türkmən ordusunun
əsasını təşkil edən Səd oğullarının qədim yurdu
Naxçıvana və Sürməliyə doğru hərəkət etdilər... ".
Deməli, o yer Səd oğullarının qədim yurdu olmuşdur.
Mirzə Səmia "Təzkirətül-müluk" əsərinin sərhəd
əmirlərinin və xidmətdə olan şəxslərin tiyul və məva-
cibinə dair fəslində Səfəvilər dövründə Azərbaycan
əyalətinin dörd bəylərbəyliyinə bölündüyünü aşağıdakı
kimi şərh etmişdir: a) Təbriz, b) Çuxursəd, c) Qarabağ,
d) Şirvan.
Beləliklə, mərkəzi İrəvan olan Çuxursəd vilayəti
Azərbaycanın dörd əyalətindən biri olmuş və aşağıda
qeyd olunan 8 inzibati əraziyə bölünmüşdür:
1. Naxçıvan - Arazın sol sahilində.
1
Çuxursəddə sədlulardan əlavə, digər türkdilli qəbilələr – usta-
clıların və əspirluların da yaşadığı qeyd olunur. Bax: Şərəfəddin
Əli Yəzdi. Zəfərnamə. Kəlküttə, 1887, I cild. səh.399
28
2. Maku - Arazın sağ sahilində (Çaldıran çölü də
bura daxildir)
3. Zarzəbil - Göyçə gölünün cənub-şərqi
hissəsində Zarzəbil adlı kənd.
4. Sədərək - İrəvandan Naxçıvana gedən yolun
yarısındakı (Şərur nahiyəsində) yerləşir.
5. Bayəzid - Ağrı dağının cənubunda yerləşir.
6. Şadilu - Ağrı dağının yaxınlığında yerləşir.
7. Dünbüli kürdləri - Türkdilli olmayan bir elin
bir hissəsi olmasını ehtimal etmək olar.
8. Məğazberd - Arpaçayın qərb tərəfində, İranın
şimal-qərbində son nöqtə hesab olunan "Əfi" xarabalı-
ğının yaxınlığındadır. Səfəvi-Osmanlı müqaviləsində
(hicri-qəməri 1049, miladi 1639-cu il) onun adı
çəkilmişdir.
Çuxursəd adı çəkilən vilayətin adı olmaqla bəra-
bər, bu vilayətdəki kəndləri və məntəqələri də əhatə
edirdi. Etimadüs-səltənə yazır: "Çuxursəd kəndləri
İrəvan və Şərur yerləridir. Türkmən Əlvənd paşa ilə
Şah İsmayıl bu yerdə döyüşmüşdür".
İrəvan Şah İsmayıldan Şah Abbasa qədər
Şah İsmayıl Xətai qiyamının başlanğıcında
Ərdəbilin coğrafi mövqeyini iqamətgah üçün münasib
bilmədiyindən, Çuxursəd vilayətinə getdi. Hicri-
qəməri tarixi ilə 905-ci ildə (miladi təqvimi ilə 1500-ci
ilin baharında) Ərdəbili ziyarət etdikdən sonra Göyçə
gölü tərəfə yola düşdü. Zahirən bu səfərin məqsədi
sultan Hüseynlə ittifaq bağlamaq kimi görünsə də,
əslində o, Anadoluya getmək istəyirdi. O, qışlaqda
çadır qurduğu vaxt bir neçə qasidini müridləri hazır-
lamaq üçün Anadoluya göndərdi. Qasidlərdən biri -
29
Həmzə bəy Qoçoğlu öz qəbiləsinə tərəf yola düşdü.
Burada özünü Cahanşah Qaraqoyunlu nəslindən hesab
edən Hüseyn Baraninin iddiası barədəki fikirləri bir
kənara qoysaq, o zaman İsmayılın ətrafında xeyli in-
sanın toplaşması barədə deyilənləri qəbul etməliyik.
Şeyx Səfəvi Hüseyn bəyin əli ilə tutulmasından
qorxduğu üçün gecə vaxtı öz müridləri ilə birgə həmin
yerdən qaçdı və İrəvanın cənubundakı Çuxursədə
gəldi. Burada ona doqquz dəstə (doqquz övlam)
birləşdi. Səfəvilərdən olan Qaraca İlyas da tabeliyin-
dəki şəxslərlə öz şeyxinin hüzuruna gəldi. İsmayıl
yoluna davam edərək Qaqızman, Ərzurum və
Tərcandan keçib Sarıqaya adlanan yerin cənubunda
qışı keçirdi (hicri-qəməri tarixi ilə 905-ci il / miladi
tarixi ilə 1500-ci il). İsmayıl burada ustaclı qəbiləsinin
çavuşlu tirəsindən ata babası Süleyman olan oğulları
qəbul etdi. İsmayıl 2 aydan artıq Sarıqayanı özünə
məskən seçdi. Bu müddətdə o, mağarada yaşayan və
yerli əhalinin rahatlığını pozan böyük ayını oxla
ayağından vuraraq müridlərini heyrətləndirdi və sonra
Ərzincana getdi".
Şah İsmayılın Ağqoyunlu Əlvənd Mirzə ilə
döyüşü də hicri-qəməri tarixi 907-ci ildə (miladi 1501-
ci ildə) Çuxursədin Şərur tərəfində baş verdi.
Əlvənd Mirzənin 30 minlik, İsmayılın isə 7
minlik qoşunu (Hüseyn bəy Rumlunun yazdığına görə,
əksəriyyəti cələfsiz idilər) Şərur yaxınlığında üz-üzə
gəldilər. Dərhal aydın oldu ki, Ağqoyunlu qoşunu dö-
yüşə yaxşı hazırlaşmayıb, çünki əsgərlərin fərariliyinin
qarşısını almaq üçün "göstəriş verildi ki, bütün dəvələri
toplayıb zəncirlə bir-birinə bağlasınlar və qoşunun
arxasında saxlasınlar. Beləliklə, hər kim vahiməyə
düşüb vadiyə tərəf qaçsa, yolu bağlanacaqdı".
30
Əlvənd Mirzənin ən cəsur əsgərlərindən bir
neçəsi - Lətif bəy, Seyid Qazi bəy (Seyid Qazi), Musa
bəy, Məhəmməd bəy Qıçığai qətlə yetirildilər. Tezliklə
Ağqoyunlu qoşunu darmadağın edildi və dəvələrin səfi
onların qaçmasına mane oldu. Əlvənd isə çox çətinlik-
lə də olsa, döyüş meydanından qaça bildi. Səfəvilər bu
döyüşdə böyük qənimət əldə etdilər. "Aləmara"da ya-
zılanlara görə, həmin döyüşdə 18 min adam həlak
olub.
Şərur döyüşündəki qələbə Azərbaycanı İsmayılın
ixtiyarına verdi. O, bu qələbədən sonra Təbrizə doğru
hərəkət etdi və burada xüsusi ehtiramla qarşılandı.
İsmayılın Təbrizə gəlişi Azərbaycan tarixində
böyük bir hadisəyə çevrildi. Həmin vaxtdan Səfəvi
sülaləsinin şahlığının əsası qoyuldu.
Mirzə Müslim Qüdsi Şəruru vəsf edən bir
şeirində yazır:
Əgər göz cahan üçün bir nur çeşməsidirsə,
Cahanın gözü Şərurdur.
O, elə bir mülkdür ki, dünya xaqanları
Daim ona sahib olmağa cəhd edib.
Onun bol nemətinə görə
Hücumlara məruz qalıb.
Bütün il boyu burada bahardır,
Onun baharı xəzandan uzaqdır.
Orada axan çayların kənarında geniş otlaqlar var,
Heyvan sürülərinin sayı-hesabı yoxdur.
Buraya hörümçək boyda bir heyvan gəlsə,
Bir neçə günə erkək dəvəyə çevrilər.
Yuxarıda deyildiyi kimi, İrəvan Şah İsmayıl
Səfəvi dövründə əsas şəhərlərdən biri kimi formalaşdı.
Dostları ilə paylaş: |