Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə7/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
1   2   3   4   5   6   7   8   9   10   ...   56

 
 
27
ilə  qış  fəslini həmişə burada keçirmişdir. Səfəvilər 
dövründə  də  mərkəzi  İrəvan olan bu bölgə böyük 
idarəçilik məntəqəsinə çevrildi. “Əsl "Səəd çuxuru” 
məntəqəsində Sürməli adlı digər bir yer də vardır ki, 
həmin yer Erivanın qərbindədir. Üçkilsə (Eçmiədzin) 
də Səəd çuxurunun ən mühüm yaşayış yerlərindən biri-
dir. O, Iğdırın  şimali-qərbində, Qaqızmanın  şərqində, 
Arazın kənarında yerləşir. Hicri-qəməri tarixi ilə 788-
ci ildə (miladi tarixi ilə 1380-cı ildə) baş vermiş Tey-
mur dövrünün Birinci Şərq müharibəsində (3 illik 
yürüş) Sürməli qalası da işğal olunmuş və qalanın Tu-
man (Tümən) adlı türkmən hakimi də əsir düşmüşdü”.
1
  
Hafiz Əbru "Zübdətüt-təvarix" əsərində Şahruxun 
ordusunun hərəkət istiqamətindən danışarkən deyir: 
"Tərəkəmələrin yaşadığı yerin və türkmən ordusunun 
əsasını  təşkil edən Səd oğullarının qədim yurdu 
Naxçıvana və Sürməliyə doğru hərəkət etdilər... ". 
Deməli, o yer Səd oğullarının qədim yurdu olmuşdur.  
Mirzə  Səmia "Təzkirətül-müluk"  əsərinin sərhəd 
əmirlərinin və xidmətdə olan şəxslərin tiyul və məva-
cibinə dair fəslində  Səfəvilər dövründə Azərbaycan 
əyalətinin dörd bəylərbəyliyinə bölündüyünü aşağıdakı 
kimi şərh etmişdir: a) Təbriz, b) Çuxursəd, c) Qarabağ, 
d) Şirvan.  
Beləliklə, mərkəzi  İrəvan olan Çuxursəd vilayəti 
Azərbaycanın dörd əyalətindən biri olmuş  və  aşağıda 
qeyd olunan 8 inzibati əraziyə bölünmüşdür: 
1. Naxçıvan - Arazın sol sahilində. 
                                                 
1
 Çuxursəddə  sədlulardan  əlavə, digər türkdilli qəbilələr – usta-
clıların və  əspirluların da yaşadığı qeyd olunur. Bax: Şərəfəddin 
Əli Yəzdi. Zəfərnamə. Kəlküttə, 1887, I cild. səh.399 
 


 
 
28
2. Maku - Arazın sağ sahilində (Çaldıran çölü də 
bura daxildir) 
3. Zarzəbil - Göyçə gölünün cənub-şərqi 
hissəsində Zarzəbil adlı kənd. 
4. Sədərək - İrəvandan Naxçıvana gedən yolun 
yarısındakı (Şərur nahiyəsində) yerləşir. 
5. Bayəzid - Ağrı dağının cənubunda yerləşir. 
6. Şadilu -  Ağrı dağının yaxınlığında yerləşir. 
7. Dünbüli kürdləri - Türkdilli olmayan bir elin 
bir hissəsi olmasını ehtimal etmək olar.   
8. Məğazberd - Arpaçayın qərb tərəfində,  İranın 
şimal-qərbində son nöqtə hesab olunan "Əfi" xarabalı-
ğının yaxınlığındadır. Səfəvi-Osmanlı müqaviləsində 
(hicri-qəməri 1049, miladi 1639-cu il) onun adı 
çəkilmişdir. 
Çuxursəd adı  çəkilən vilayətin adı olmaqla bəra-
bər, bu vilayətdəki kəndləri və  məntəqələri də  əhatə 
edirdi. Etimadüs-səltənə yazır: "Çuxursəd kəndləri 
İrəvan və  Şərur yerləridir. Türkmən  Əlvənd paşa ilə 
Şah İsmayıl bu yerdə döyüşmüşdür". 
 
İrəvan Şah İsmayıldan Şah Abbasa qədər 
 
Şah  İsmayıl Xətai qiyamının başlanğıcında 
Ərdəbilin coğrafi mövqeyini iqamətgah üçün münasib 
bilmədiyindən, Çuxursəd vilayətinə getdi. Hicri-
qəməri tarixi ilə 905-ci ildə (miladi təqvimi ilə 1500-ci 
ilin baharında)  Ərdəbili ziyarət etdikdən sonra Göyçə 
gölü tərəfə yola düşdü. Zahirən bu səfərin məqsədi 
sultan Hüseynlə ittifaq bağlamaq kimi görünsə  də, 
əslində o, Anadoluya getmək istəyirdi. O, qışlaqda 
çadır qurduğu vaxt bir neçə qasidini müridləri hazır-
lamaq üçün Anadoluya göndərdi. Qasidlərdən biri - 


 
 
29
Həmzə  bəy Qoçoğlu öz qəbiləsinə  tərəf yola düşdü. 
Burada özünü Cahanşah Qaraqoyunlu nəslindən hesab 
edən Hüseyn Baraninin iddiası barədəki fikirləri bir 
kənara qoysaq, o zaman İsmayılın  ətrafında xeyli in-
sanın toplaşması barədə deyilənləri qəbul etməliyik. 
Şeyx Səfəvi Hüseyn bəyin  əli ilə tutulmasından 
qorxduğu üçün gecə vaxtı öz müridləri ilə birgə həmin 
yerdən qaçdı  və  İrəvanın cənubundakı Çuxursədə 
gəldi. Burada ona doqquz dəstə (doqquz övlam) 
birləşdi. Səfəvilərdən olan Qaraca İlyas da tabeliyin-
dəki  şəxslərlə öz şeyxinin hüzuruna gəldi.  İsmayıl 
yoluna davam edərək Qaqızman,  Ərzurum və 
Tərcandan keçib Sarıqaya adlanan yerin cənubunda 
qışı keçirdi (hicri-qəməri tarixi ilə 905-ci il / miladi 
tarixi ilə 1500-ci il). İsmayıl burada ustaclı qəbiləsinin 
çavuşlu tirəsindən ata babası Süleyman olan oğulları 
qəbul etdi. İsmayıl 2 aydan artıq Sarıqayanı özünə 
məskən seçdi. Bu müddətdə o, mağarada yaşayan və 
yerli  əhalinin rahatlığını pozan böyük ayını oxla 
ayağından vuraraq müridlərini heyrətləndirdi və sonra 
Ərzincana getdi". 
Şah  İsmayılın Ağqoyunlu  Əlvənd Mirzə ilə 
döyüşü də hicri-qəməri tarixi 907-ci ildə (miladi 1501-
ci ildə) Çuxursədin Şərur tərəfində baş verdi. 
Əlvənd Mirzənin 30 minlik, İsmayılın isə 7 
minlik qoşunu (Hüseyn bəy Rumlunun yazdığına görə, 
əksəriyyəti cələfsiz idilər)  Şərur yaxınlığında üz-üzə 
gəldilər. Dərhal aydın oldu ki, Ağqoyunlu qoşunu dö-
yüşə yaxşı hazırlaşmayıb, çünki əsgərlərin fərariliyinin 
qarşısını almaq üçün "göstəriş verildi ki, bütün dəvələri 
toplayıb zəncirlə bir-birinə bağlasınlar və qoşunun 
arxasında saxlasınlar. Beləliklə, hər kim  vahiməyə 
düşüb vadiyə tərəf qaçsa, yolu bağlanacaqdı".     


 
 
30
Əlvənd Mirzənin  ən cəsur  əsgərlərindən bir 
neçəsi - Lətif bəy, Seyid Qazi bəy (Seyid Qazi), Musa 
bəy, Məhəmməd bəy Qıçığai qətlə yetirildilər. Tezliklə 
Ağqoyunlu qoşunu darmadağın edildi və dəvələrin səfi 
onların qaçmasına mane oldu. Əlvənd isə çox çətinlik-
lə də olsa,  döyüş meydanından qaça bildi. Səfəvilər bu 
döyüşdə böyük qənimət  əldə etdilər. "Aləmara"da ya-
zılanlara görə, həmin döyüşdə 18 min adam həlak 
olub. 
Şərur döyüşündəki qələbə Azərbaycanı  İsmayılın 
ixtiyarına verdi. O, bu qələbədən sonra Təbrizə doğru 
hərəkət etdi və burada xüsusi ehtiramla  qarşılandı. 
İsmayılın Təbrizə  gəlişi Azərbaycan tarixində 
böyük bir hadisəyə çevrildi. Həmin vaxtdan Səfəvi 
sülaləsinin şahlığının əsası qoyuldu. 
Mirzə Müslim Qüdsi Şəruru vəsf edən bir 
şeirində yazır:  
 
Əgər göz cahan üçün bir nur çeşməsidirsə, 
Cahanın gözü  Şərurdur. 
O, elə bir mülkdür ki, dünya  xaqanları  
Daim ona sahib olmağa cəhd edib.    
Onun bol nemətinə görə  
Hücumlara məruz qalıb.  
Bütün il boyu burada bahardır, 
Onun baharı xəzandan uzaqdır. 
Orada axan çayların kənarında  geniş otlaqlar var
Heyvan sürülərinin sayı-hesabı yoxdur.  
Buraya hörümçək boyda bir heyvan gəlsə, 
Bir neçə günə erkək dəvəyə çevrilər. 
 
Yuxarıda deyildiyi kimi, İrəvan  Şah  İsmayıl 
Səfəvi dövründə əsas  şəhərlərdən biri kimi formalaşdı. 


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə