Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə10/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
1   ...   6   7   8   9   10   11   12   13   ...   56

 
 
39
O, hicri-qəməri tarixi 
ilə 1006-cı ildə  sərhəddəki 
toqquşmaları  nəzərə alaraq 
paytaxtı  Qəzvindən  İsfaha-
na köçürməli oldu. Bundan 
sonra  Şah Abbas dövlətin 
dayaqlarını möhkəmləndir-
məyə başladı. O, Gilan, 
Mazəndaran, Sistan, Lar və 
Luristan  əmirlərinin özba-
şınalığına son qoyaraq, on-
ları  mərkəzi hakimiyyətə 
tabe etdi. Həmin bölgələr-
də  türk tayfalarını  məs-
kunlaşdırmağa başladı.  
Gənc hökmdar qısa müddətdə mərkəzi hakimiyyəti 
möhkəmləndirdikdən və daxili asayişi bərpa etdikdən 
sonra işğal olunmuş torpaqların azad edilməsi uğrunda 
mübarizəyə  qərar verdi. O, Xorasanı özbəklərin iş-
ğalından azad etməklə (hicri-qəməri tarixi ilə 1007-ci, 
miladi tarixi ilə 1598-ci il) Səfəvilərin nüfuz dairəsini 
Ceyhuna qədər genişləndirdi. Növbə osmanılılar tər-
əfindən işğal olunmuş torpaqlara çatdı. Məlum olduğu 
kimi, Tiflis, Çuxursəd, Qarabağ, Şirvan, Təbriz, Nəha-
vənd hicri-qəməri tarixi ilə 998-ci ildə (miladi tarixi ilə 
1590-cı il) bağlanmış müqavilə  əsasında osmanlıların 
əlinə keçmişdi. Osmanlı dövləti digər  əyalətlərdə ol-
duğu kimi, bu yerlərdə  də  hərbi-inzibati strukturlar 
yaratmışdı.  
Bu dövrdə Osmanlıların Avstriyaya hərbi yürüşü  
gözlənildiyinin əksinə olaraq, illərlə uzanmış və uğur-
suzluqla nəticələnmişdi. Digər tərəfdən, Osmanlı döv-
lətini əsgərlə təmin edən əsas mərkəzlərdə, o cümlədən 


 
 
40
Anadoluda iğtişaşlar baş vermişdi. Sərhəd bölgələrində 
yerləşən bəylərbəyliklər də bu zaman xeyli zəifləmiş 
və qızılbaşların hücumlarının qarşısını almaq gücündə 
deyildilər. Şah Abbas hicri-qəməri tarixi ilə 1012 ci il-
də (miladi tarixi ilə 1603-cü ildə) Qazi adlı qüdrətli 
hakimlərdən birinin dəstəyi ilə Osmanlı ordusu ilə 
müharibəyə başladı və onu uğurla başa çatdırdı. O, bü-
tün itirilmiş əyalətləri geri aldıqdan sonra Bağdadı fəth 
etdi".
1
  
Şah Abbas Təbrizi osmanlılılardan azad etdikdən 
sonra Naxçıvan uğrunda mübarizəyə başladı. O, eyni 
vaxtda diqqətini  İrəvana yönəltdi. Ordu şəhərin bir 
fərsəngliyində dayanmışdı. Nəsrullah Fəlsəfi yazır: 
"Bu zaman İrəvanda üç qala var idi: biri, hicri-qəməri 
tarixi ilə 991-ci ildə türk sərdarı Fərhad paşa tərəfindən 
tikilmişdi. O,  Şah Abbasın atası Sultan Məhəmməd 
Xudabəndə ilə müharibə apardığı zaman qalanın inşa 
edilməsi barədə  fərman vermişdi. Ona “Köhnə qala” 
deyirdilər. Həmin qalanın cənub-qərbində böyük bir 
təpənin üstündə ucaldılmış kiçik qalaya isə “Kuzəçi 
qalası” adı verilmişdi. Üçüncü qala isə  Şərif paşanın 
fərmanı ilə ucaldılmış “Yeni qala” idi. Bu üç qalada və 
onların  ətrafında 12 min türk əsgəri cəmlənmişdi. 
Onlar müdafiə  və müharibəyə hazır vəziyyətdə idilər. 
Şah Abbas öz qoşunlarını bir neçə  dəstəyə böldü: O, 
Azərbaycan ordusunun rəhbəri Zülfüqar xana “Kuzəçi 
qalası”nı ələ keçirməyi tapşırdı, digər məşhur sərkərdə 
Qırçığai bəyi isə öz xüsusi mühafizəçiləri ilə birgə 
“Köhnə qala”nın qarşısında qoydu. Bu zaman Osmanlı 
topçuları qala divarlarının üstündən  Şah Abbasın 
əsgərlərini mərmi yağışına tutdular. Bir neçə  sərkərdə 
                                                 
1
 Faruq Sumer. Qaraqoyunluha, s.185 


 
 
41
və xeyli sayda qızılbaş  əsgəri həlak oldu. Vəziyyətin 
gərginləşdiyini görən  Şah Abbas topçubaşı  Bərxurdar 
bəy Ənisə əmr etdi ki, İrəvan şəhərində top töksün və  
osmanlılardan alınmış bir neçə topu  təcili olaraq 
Təbrizdən İrəvana gətirsinlər. 
Bərxurdar bəy  əvvəldən düzəldilmiş topları  işə 
salmaqla bərabər, qısa zamanda “Fəth topu" adlanan 
yeni bir top da tökdü. Bir aydan sonra isə (həmin ilin 
şəvval ayının 22-də) "Nüsrət" adlı başqa bir topu 
orduya təhvil verdi. Şah Abbasın  əmri ilə birinci top  
“Kuzəçi qalası”nı nişan almaq üçün Zülfüqar xana 
verildi. Həmin vaxta qədər nə  səngər qazmaq, nə  də 
“Köhnə qala”ya yaxınlaşmaq mümkün olmuşdu. 
Zülfüqar xan top əldə etdikdən sonra qısa müddət 
ərzində “Kuzəçi qalası”nı  ələ keçirə bildi. Bundan 
sonra qoşun səngər düzəldib, digər iki qalaya doğru 
hərəkətə keçdi. 
...“Kuzəçi qalası” ələ keçiriləndən sonra Şah Abbas 
Qırçığai bəyə “Yeni qala”nı tutmağı əmr etdi. O, Xora-
san tüfəngçilərinin bir dəstəsini və öz xüsusi müha-
fizəçilərini də onun komandanlığına verdi. Zülfüqar 
xan Fərmanlını isə “Köhnə qala”nı mühasirəyə almağa 
göndərdi və yeni düzəldilmiş toplardan birini onun 
ixtiyarına verdi. Şah, eyni zamanda, “Köhnə qala”nın 
qarşısında hündür bir təpə qurulması haqqında da fər-
man verdi.  Məqsəd həm ordunu düşmən gülləsindən 
qorumaq, həm də  təpənin üstündən qala müdafiəçi-
lərini nişan almaq idi. Həmin dövrdə  Səfəvilər dövlə-
tində olmuş    xarici  səfirlərdən biri bu barədə yazır: 
"İrəvan qalasının mühasirəsi zamanı Şah Abbas sərkər-
də  və  əsgərlərinə göstəriş verdi ki, qala ilə ordu ara-
sında hündür təpədən istifadə etsinlər. Məqsəd  şahın 
ordusuna  tuşlanmış düşmən toplarının atəşlərinin 


 
 
42
qarşısını almaq idi. Bu işi görmək üçün həmin vilayət-
dən 13-14 min adam toplandı. Onları  sərkərdə  və 
əsgərlər arasında böldülər. Adamlar sürətlə və intizam-
lı  şəkildə  işləyir, heç kim başqasına mane olmurdu. 
Şahın əmrinə görə kimsə dəstədən qabağa keçə bilməz-
di. Çünki qaladan atılan top və tüfənglərin səsindən 
heç kəs heç kəsin səsini eşitmirdi. Həlak olanları yerin-
dəcə torpağa tapşırırdılar. Təpənin qurulması gecə-
gündüz davam etdi... Osmanlı  əsgərləri bir neçə  dəfə 
qaladan çıxıb, torpaq daşıyanların üzərinə hücuma 
keçdilər. Xeyli insan həlak oldu. Lakin işçilər çox ol-
duğundan və şahın fərmanı ilə yaxın qəsəbələrdən hər 
gün yeni insanlar gətirildiyindən onların sayı 
azalmırdı" .
1
 
Nəhayət, hicri-qəməri tarixi ilə 1012-ci ilin zilhəc-
cə ayının 28-də (cümə günü) “Yeni qala” Qorçığay 
bəyin tüfəngçilərinin əlinə keçdi. Bundan sonra “Köh-
nə qala” da qızılbaş  əsgərləri tərəfindən mühasirəyə 
alındı. Türk sərkərdəsi  Şərif paşa məğlub olduqlarını 
görüb sülh müqaviləsi bağlamağı təklif etdi. O, təslim 
olmazdan öncə  şahdan qala sakinlərinə  və  əsgərlərə 
aman verilməsini istədi.  Şah təkliflə razılaşaraq 
amannaməni (Əfv fərmanı) imzalayıb qalaya göndərdi. 
Lakin elə həmin vaxt qala müdafiəçilərinə xəbər gəldi 
ki, Osmanlı sultanı onlara kömək məqsədilə qoşun 
göndərib. Ağ bayraq qaldırılandan bir neçə gün sonra 
qalanın müdafiəçiləri fikirlərini dəyişdiklərini bəyan 
etdilər. Belə olan təqdirdə, Şah Abbas  yenidən qalaya 
hücum etmək əmri verdi. 
“...Bu hadisə hicri-qəməri tarixi ilə 1013-cü ilin 
məhərrəm ayının  əvvəllərində baş verdi. Müharibə 
                                                 
1
 Antonio de Quvea. Səfərnamə, səh.232 


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə