Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə11/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
1   ...   7   8   9   10   11   12   13   14   ...   56

 
 
43
getməsinə baxmayaraq, həmin günlərdə  də  şiələr 
Kərbəla müsibətini unutmamışdılar. Aşura gecəsində 
əzadarlıq mərasimi keçirən qızılbaş ordusundan elə bir 
fəryad və nalə ucaldı ki, “Köhnə qala”dakı adamlar 
qorxuya düşdülər. Onlar elə guman etdilər ki, şah qəfil 
hücum  əmri verib. Buna görə  də qaladakılar dərhal 
təslim olmağı qərara aldılar. Şərif paşa ikinci dəfə sülh 
təklif etdi və ordu komandirlərindən birini üzr istəmək 
üçün şahın qərargahına göndərdi... Elçi məsələdən hali 
olduqdan sonra Kərbəla faciəsinə acıyaraq, imam 
Hüseyn müsibətindən  şəfaət dilədi.  Şah onun xahişini 
qəbul edib qala əhlinin malına və canına toxunmadı".
1
 
"Çuxursəd  əyalətində yaşayan sədlular bu döyüş-
lərdə  iştirak etmək məqsədilə  şahın yanına gəlib, ona 
öz xidmətlərini təklif etdilər. Şah onları hörmətlə qəbul 
edib, arzularını yerinə yetirdi. Onlar qalalara 
hücumlarda əsl şücaət və qəhrəmanlıq göstərdilər. Şah 
Abbas da onların bu xidmətlərini xüsusi dəyərlən-
dirərək Qağəzamanı Sultan Sədlunun ixtiyarına verdi. 
Həmin qəbilənin başqa bir əmiri  Əliqulu Sultan isə 
Osmanlılara xidmət etməyə getmişdi. Lakin onun oğlu 
Mehdiqulu bəy atasından üz döndərərək İrəvanda şahın 
hüzuruna gəldi".
2
  
O dövrdə baş verən mühüm hadisələrdən biri də 
cəlalilərin bu şəhərə  (İrəvana) sığınmasıdır. Nəsrullah 
Fəlsəfi yazır: "...Bu dövrdə Osmanlı dövləti həm daxil-
dən, həm də xaricdən basqılar altında idi. Tədbirli və 
təcrübəli böyük vəzir, adlı-sanlı türk sərkərdələrindən 
biri olan Murad paşanın başı ölkənin qərb sərhədlərin-
də xristianlarla müharibəyə qarışmışdı. Fürsətdən 
istifadə edən cəlailər Osmanlı dövlətinə qarşı qiyama 
                                                 
1
 Nəsrullah Fəlsəfi. Zendeqani-ye şah Abbas-e əvvəl, 1716, səh.22 
2
 Faruq Sumer. Qaraqoyunluha, səh.234 


 
 
44
qalxdılar. Osmanlı sultanı Murad paşaya dərhal cəlailə-
rin fitnəsini dəf etməyi tapşırdı. Xristianlarla mühari-
bəni dayandırmağa məcbur olan Murad paşa ordunu 
Hələbə doğru çəkdi. 
O, tezliklə siyasi yolla Canpolad oğlunu və  Təvili 
aradan götürdü. Murad paşanın qoşunları hicri-qəməri 
tarixi ilə 1017-ci ildə  Təvilin qardaşı  Məhəmmədlə 
ittifaqa girdi və 20 minə yaxın süvari döyüşçüsü olan 
Qələndəroğlunu da məhv etdi. Cəlalilər  Ərzuruma 
qaçmağa məcbur oldular. Oradan isə bir nəfəri İrəvan 
hakimi Əmirgunə xanın yanına göndərib, ondan sığına-
caq istədilər. Əmirgunə xan da razılıq verdikdən sonra 
onlar bu vilayətə sığındılar. Bununla bərabər, cəlalilər 
Şah Abbasın sarayına elçi yolladılar. Həmin elçi vasi-
təsilə göndərdikləri məktubda şahı sevdiklərini bildirir, 
onun xidmətində dayanmağa hazır olduqlarını  bəyan 
edirdilər. Məktubda daha sonra qeyd olunurdu ki, əgər 
şah Osmanlı sultanına qarşı müharibəyə qalxsa, onlar 
cani-dildən qızılbaş hökmdarına xidmət edəcəklər...  
Cəlalilər  İrəvana yaxınlaşanda  Əmirgunə xan 
qızılbaş rəhbərlərindən və əyanlarından ibarət bir heyət 
düzəldib onları qarşılamağa göndərdi. Qonaqpərvər-
liklə qarşılanan, müxtəlif tayfalardan ibarət təxminən 
10 min nəfərlik dəstə  İrəvanın üç fərsəngliyində 
Üçkilsə adlanan ərazidə yerləşdirildi. Sonra onların 
hamısı Təbrizə göndərildi...".
1
  
Bu hadisədən bir neçə il sonra Osmanlılar İrəvana 
və bütövlükdə Azərbaycana hücum etmək qərarına 
gəldilər. Hətta bu məqsədlə mütəşəkkil bir ordu da 
yaratdılar. Lakin məqsədlərini həyata keçirə bilmədi-
lər. "I Şah Abbasın həyatı" kitabında oxuyuruq: "Hicri-
                                                 
1
 Nəsrullah Fəlsəfi. Zendeqani-ye şah Abbas-e əvvəl, səh.1750 


 
 
45
qəməri tarixi ilə 1025-ci ilin şaban ayında Osmanlı 
dövlətinin baş  vəziri  Məhəmməd paşa çoxsaylı ordu 
ilə  İrəvana doğru hərəkət etdi. O, bundan bir il əvvəl 
Osmanlı sultanı Əhməd xanın fərmanı ilə Azərbaycana 
hücum etmək tapşırığı almış  və qoşun toplamaq üçün 
Diyarbəkr  şəhərində iqamətgah yaratmışdı. Qoşun 
Misirdən,  Şamdan, Anadoludan, Trablisdən, Beyn-ül 
nəhrdən və digər Osmanlı müstəmləkələrindən toplan-
mışdı. Bu xəbər  Şah Abbasa çatan kimi o, İsfahan 
tüfəngçilərinin başçısı Mirfəttahın, qızılbaşın tanınmış 
sərkərdələrindən olan Əmirgunə xan Qacarın koman-
danlığı ilə odlu silahla silahlanmış bir hərbi bölüyü  
İrəvan qalasını müdafiə etməyə göndərdi.  Şah tüfəng-
çilərinin komandiri və artilleriya rəisi Qırçığai bəyə, 
fars bəylərbəyi  İmamqulu xan kimi digər adlı-sanlı 
sərkərdələrə isə Osmanlı qoşununu izləməyi, onları 
şərqdən və qərbdən mühasirəyə almağı tapşırdı. Onlar  
qoşuna azuqə  gələn yolu bağlamalı, gözlənilməz hü-
cum və həmlələrlə Osmanlı ordusunun İrəvan qalasını 
ələ keçirməsinin qarşısını almalı idilər. 
Həmin ilin şəvval ayının axırına qədər Məhəmməd 
paşa İrəvan qalasını mühasirədə saxladı, amma qalanın 
müdafiəçilərinin iradəsini qıra bilmədi. Osmanlılar  top 
atəşləri ilə bir neçə dəfə qala divarlarını dağıtsalar da, 
onu  ələ keçirə bilmədilər. Eyni zamanda, Qırçığai 
bəyin və  İmamqulu xanın dəstəsi də  qəfil həmlələrlə
ərzaq gətirilən yolu bağlamaqla Osmanlı ordusuna 
böyük ziyan vurdu. Ərzaq çatışmazlığı, soyuq hava 
şəraiti, ağır xəstəliklər mühasirəni davam etdirməyə 
imkan vermədiyindən, türk sərkərdəsi məcbur olub Şah 
Abbasın yanına elçi göndərdi və ona sülh bağlamağı 
təklif etdi. Lakin sülh şərtlərinin tez-tez pozulması 
Nüsuh paşanı və Qazi xanı qoşunların ön hissəsini  geri 


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə