Microsoft Word Irevan-son redakte 05. 01. 2015. doc



Yüklə 8,69 Mb.
Pdf görüntüsü
səhifə13/56
tarix22.07.2018
ölçüsü8,69 Mb.
#57807
1   ...   9   10   11   12   13   14   15   16   ...   56

 
 
50
Şah Səfi  İrəvanı azad etmək qərarına gəldi. O, 
şəhəri mühasirəyə almaq üçün İsfahandan toplar 
gətirmək barədə göstəriş veridi. Həmin günlərdə 
Xoyda "Baliməz" və ya "Yoldaş" adlanan çox böyük 
bir top da var idi. Baş komandan Rüstəm xanın qardaşı 
Lor hakimi Kəlbəli xan və Əliqulu xan Yasavulla birgə 
həmin topu götürmək üçün Xoya yollandı. Onlar topu 
götürüb  şah ordusuna yetişdilər...
1
İrəvan uğrunda bu 
döyüşlərdə Osmanlı ordusu 22 min nəfər canlı qüvvə 
itkisi vedi. Şəhər yenidən Səfəvilərin ixtiyarına keçdi.
2
 
İrəvan qalasının fəthi ilə bağlı Şah Səfi Xəlil bəy 
Zaxoriyə və Səfdər xana müraciətlə iki fərman imzala-
mışdır. Onların hər ikisi "İranın Qafqazla əlaqələri 
haqqında sənədlər" kitabında çap olunmuşdur. Hicri-
qəməri tarixi ilə 1045-ci ilin zilqəddə ayında imzalan-
mış birinci fərmanda deyilir: "Rum hökmdarı Firənglə 
sülh bağlayan kimi ordusunu götürüb İrəvan qalasını 
ələ keçirməyə gəldi. Şəhərin hakimi Təhmasibqulu xan 
Qacar üzüqaralıq edərək... qalanı onlara təslim etdi. 
Rum hökmdarı da kürəkəni və vəziri Murtəza paşanın, 
o cümlədən digər mötəbər paşa və əmirlərin rəhbərliyi 
altında orada 12 min döyüşçü saxlayıb özü geri qayıtdı. 
O, qalada xeyli hərbi sursat, top və odlu silah da 
saxladı. Bizim hökmdarımız bu xəbəri eşidib, yenidən 
qalanın azad edilməsini  əmr etdi. O, qazilərə qalanı 
mühasirəyə almaq, onu top atəşlərinə tutmaq haqqında 
göstəriş verdi. Qısa müddətdə toplar ön cəbhəyə 
gətirildi, mərmi zərbələri ilə  Şirhacı hasarının divarı 
altındakı taxta döşəmələr dağıdıldı.  Şəvval ayının 17-
də  əsgərlər yürüşə başladı, səhərdən-axşama qədər 
                                                 
1
 Doktor Məhəmməd Əmin Riyahi. Tarix-e Xoy, səh.103 
2
 Etimadüs-səltənə. Mirat-ül Bildan. Doktor Hüseyn Nəvainin 
redaktəsi  ilə, I cild, səh.184 


 
 
51
davam edən döyüşdə Murtəza paşa və digər bir neçə 
paşa qətlə yetirildi. Rum əsgərlərinin çoxu həlak oldu, 
qalanları isə  əsir alındılar. Murtəza paşanın qətlə 
yetirilməsi xəbəri (artıq döyüşün üçüncü günü idi) hələ 
digər döyüşçülərə çatmadığından, onlar qalabəyinin 
əmri ilə daha böyük cəsarət və əzmlə döyüşürdülər. Bu 
zaman bizim imanlı qazilər qalanın  ətəyindəki divara 
yaxınlaşıb, orada möhkəmləndilər. Bir qədər keçəndən 
sonra onlar yenidən yürüşə başladı və çətinliklə də olsa 
qala qapılarını aça bildilər. Bundan sonra sayı, təxmi-
nən, beş min nəfər olan paşa və mühafizəçilər qibleyi-
aləmə  pənah gətirib, ondan aman istədilər. Naibi-
humayinimiz cənnəti-məkan ata-babasının cəddinə  
dua-səna edərək həmin insanların malına və canına 
aman verdi. Torpaqların azad edilməsində və dövlətin 
qorunmasında xidmətləri olan şəxslərə şaha layiq diq-
qət göstərilməli, onlar mükafatlandırılmalı, ehtiyacları 
və xahişləri yerinə yetirilməlidir".
1
 
“Şah Səfi tərəfindən  Əmirgunə  ləqəbi almış 
Təhmasibqulu Mirzə IV Sultan Muradın qoşunlarına 
bir müddət müqavimət göstərdi, ancaq sonda İrəvanı 
ona təslim etdi. Bu satqınlıq müqabilində ona Yusif 
paşa ləqəbi verildi. Nəticədə o, Hələbin hakimi və 
vəzir oldu. İrəvanda əsir götürülən Təhmasibqulu tez-
liklə sultanın qəlbinə yol tapıb, onun ən yaxın dostuna 
və munisinə çevrildi. O, sultanın bütün əyləncə  məc-
lislərində  iştirak edir, daim onunla bir yerdə olurdu. 
Ancaq IV Sultan Murad öldükdən sonra onun yerinə 
gələn sultan İbrahim Səfəvi dövlətinə dost münasibəti 
ilə tanınırdı. O, hakimiyyətə gələn kimi Təhmasibqulu 
xanı  Səfəvi dövlətinin Osmanlıdakı  səfirinə  təhvil 
                                                 
1
 Əsnadi əz rəvabet-e İran ba mənateğ-e Qəfqaz, səh.93 


 
 
52
verdi və  səfir də onu Səfəvi hökmdarının  əmri ilə 
İstanbul şəhərində edam etdirdi.     
Hicri-qəməri tarixi ilə 1045-ci ildə İrəvan yenidən 
Səfəvi dövlətinin ixtiyarına keçdi. Səfəvilərin nüfuzlu 
şəxslərindən biri ora hakim təyin olundu. Bununla da 
Çuxursəddə  Əmirgunə xanın irsi hakimiyyətinə son 
qoyuldu və bundan sonra Çuxursədə hakimlər Səfəvi 
dövləti tərəfindən göndərildi”.
1
 
A.Bakıxanovun yazdığına görə,  Şah Səfinin 
yanına girov kimi göndərilən kumık  əmiri Surxay 
Mirzənin qardaşı  Əlqas Mirzəyə  Səfiqulu xan ləqəbi 
verilib və o, əmirlər sırasına daxil olduqdan sonra bir 
müddət İrəvanda və Şirvanda hakimlik edib.
2
 
Faruq Sümer də yazır: "Şah Səfi zamanında 
Ağcaqala və Lorinin valisi olan İsa xan Sultan hicri-
qəməri tarixi ilə 1066-cı ildə (miladi tarixi ilə  1656-cı 
ildə) Çuxursəddə də hakimlik etmişdir".  
Şah Səfinin ölümündən sonra onun oğlu II Şah 
Abbas hakimiyyətə  gəldi. O, hicri-qəməri tarixi ilə 
1052-ci ildə taxta çıxdı. Onun hakimiyyəti hicri-qəməri 
tarixi ilə 1077-ci ilə  qədər davam etmişdir. Bu illərdə  
Osmanlı imperiyası Avropa dövlətləri ilə siyasi və 
hərbi konfliktlər yaşadığından, Azərbaycana və o 
cümlədən  İrəvana hücumlar olmamışdır. Lakin II Şah 
Abbasın hakimiyyəti dövründə daxili vəziyyət qeyri-
stabil olmuş  və hakimlər tez-tez dəyişdirilmişdir. 
Çuxursəd bəylərbəyi Məhəmmədqulu xan da bu 
dövrdə tutduğu vəzifədən azad olunmuşdur.  
Hicri-qəməri tarixi ilə 1077-ci ilin rəbiüləvvəl 
ayında II Şah Abbas vəfat etdi və onun oğlu Səfi Mirzə 
                                                 
1
 Əlipur Səfər. Hökumətha-ye məhəlli-ye Qafqaz dər əsr-e Qacar
səh.90 
2
 A.Bakıxanov. Gülüstani-İrəm,  səh.234 


Yüklə 8,69 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə