Microsoft Word iskenderli lala doc



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə17/35
tarix04.02.2018
ölçüsü1,01 Mb.
#23652
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

 

                                                                                                                                                                       

                                                                                                                                                          42 

 

investorlara  satılması  işini  daha  da  sürətləndirməyə  kömək  etdi.  Eyni  zamanda 



proqram çərçivəsində kiçik müəssisələrin də özəlləşdirilməsi aparılmağa başlanıldı. 

  Onu da qeyd edək ki, proqram sosial müdafiənin təşkilini də nəzərdə tuturdu. 

Beləki, 1995-ci ildə dövlət BVF ilə birlikdə sosial müdafiə şəbəkəsini qurmaq və onu 

daha da effektli etmək üçün geniş tədbirlər paketi hazırladı. Yuxarıda qeyd etdik ki, 

proqram  çərçivəsində  subsidiyalar  ləğv  olundu,  lakin  onları  konpensassiya  etmək 

üçün nağd köçürmələrin edilməsi qərara alındı ki, bunun da ailə gəlirləri səviyyəsində 

həyata  keçirilməsi  planlaşdırıldı  və  həmçinin  işsizliyə  görə  verilən  məbləğlərin  də 

maliyyələşməsi  üçün  həmin  nağd  köçürmələrdən  istifadə  olunur.  Beləliklə  görünür 

ki,  1995-ci  il  proqramında  dövlət  ilk  növbədə  Azərbaycanın  iqtisadi  və  maliyyə 

çətinliklərini geniş qiymətləndirmişdir. Həmçinin onlar bu tədbirlərin daha da sürətlə 

həyata keçirilməsinə çalışıblar (xüsusən makroiqtisadi stabilliyi yaratmağa). Çünki bu 

bir tərəfdən Azərbaycanın iqtisadi bərpası üçün özül rolunu oynayırsa , digər tərəfdən 

və  orta  müddət  üçün  ölkəyə  hədsiz  dərəcədə  vacib  olan  neft  strategiyasının  həyata 

keçirilməsinə şərait yaradır. Beləliklə, bu proqram 1995-ci ilin payızına qədər həyata 

keçirildi,  nəticədə  uğurlu  dəyişikliklərin  əsası  qoyuldu  və  proqram  1995-ci  ilin 

sonundan yeni 1995-1996-cı il proqramı ilə davam etdirildi.Qeyd etmək lazımdır ki, 

BVF-nin  imtiyazsız  borcların  5  növü  var:  1)  Stendbay  krediti  ,  2)  Genişləndirilmiş 

Fond  Maliyyələşdirmə(GFM),  3)  Əlavə  Ehtiyyat  Kreditləri(ƏEK),  4)Kontingent 

kredit,  5)Kompensassiya    edici  kreditlər.  Azərbaycana  “Stendbay-Bay”  krediti  və 

ikinci SKV mexanizmi kreditin verilməsini BVF 17 noyabr 1995-ci ildə təsdiq etdi. 

Təsdiq  edilmiş  ümumi  məbləği  87.8  milyon  SDR(132  milyon  dollara  yaxın)  təşkil 

edib  ki,  əsas  məqsəd  keçiriləcək  1995-1996-cı  il  islahatlar  proqramını  dəstəkləmək 

idi.  

 1995-1996-cı  il  proqramına  gəldikdə  isə  əldə  olunmuş  ilkin  uğurların  davam 



etdirilməsi  üçün  BVF  dövlətin  bu  proqramını  həm  ikinci  SKV  krediti,  Stend-bay 

maliyyələşdirilməsi üzrə kreditlə dəstəklədi, əsas məqsəd isə proqramın sonuna qədər 

maliyyə siyasətləri vasitəsilə aylıq inflasiyanı 1%-ə endirmək və 1996-cı ilin sonuna 

qədər  iqtisadi  inkişafa  nail  olmaq  idi.  Ümumiyyətlə,  bu  proqram  daha  çox  fiskal 




 

                                                                                                                                                                       

                                                                                                                                                          43 

 

yönümlü  idi  və  1996-cı  ildə  büdcə  defisitlərinin  ÜDM-in  3%-i  qədər  olmasını 



nəzərdə  tuturdu.  Həmçinin  1995-ci  ilin  yayında  pul  kütləsi  həcminin  artması  ilə 

ə

laqədar olaraq yarana biləcək inflasiya artımının qarşısını ala bilmək üçün nisbətən 



kəskin pul siyasəti həyata keçirirdi. 

   Proqramın yenə digər mühim hissəsini struktur islahatlatları təşkil edirdi. Belə 

ki, 1995-ci ilin sonunadək 8000 kiçik müəssisənin və 1996-cı ilin mart ayınadək 50 

iri və orta həcmli müəssisənin özəlləşdirilməsi nəzərdə tutulurdu və 1996-cı ilin mart 

ayından  başlayaraq  digər  müəssisələrin  özəlləşdirilməsi  üçün  qiymətli  kağızlar  da 

paylanıldı.  Müəssisələrin  işlədikləri  sektoru  yenidən  qurmaq  üçün  dövlət  əsasən 

MDB ölkələrində qazanılmış təcrübədən istifadə edirdi. Həmin təcrübəyə görə dövlət 

ilk növbədə ziyanla işləyən müəssisələri müəyyən edib onları bank sistemindən təcrid 

etdi, işçi heyətini ixtisar etdi və s. 

  Makroiqtisadi  stabillik  və  struktur  islahatları  sahəsində  əldə  olunan 

müvəffəqiyyətlər  Azərbaycana  digər  mühüm  potensialından  daha  səmərəli  istifadə 

etmək  imkanı  verdi  və  Azərbaycanın  neft  strategiyası  da  bu  dövrdə  ölkəyə  orta 

müddətdə  kapital  axınının  həcminin  artması  üçün  çox  vacib  idi.  Azərbaycanın  ilk 

dövrlərdə  BVF-ilə  birlikdə  həyata  keçirdiyi  iqtisadi  və  maliyyə  siyasəti  gözlənilən 

nəticələr  verdi  və  ölkə  1996-cı  ildən  sonra  hazırki  dövrdə  də    Fondla  əməkdaşlığı 

uğurla  davam  etdirir.  Azərbaycanda  1995-ci  ildən  başla-nılmış  makroiqtisadi 

stabilləşdirmə  və  struktur  islahatları  proqramı  uğurla  həyata  keçirilir.  Bu  istər 

maliyyə  sahəsi  olsun,  istər  struktur  sahələri,  sosial  müdafiə  və  s.  sahəsi  olsun  öz 

müsbət nəticələrini vermişdi. Bunun nəticəsində 1996-cı ildə illik inflasiya 20%-dən 

az olmuşdur. Halbuki, 1995-ci il ildə bu göstərici 40%-dən çox idi. ÜDM isə əvvəlki 

illərlə müqayisədə 1% artmışdır. 

  BVF-nin  ortamüddətli  proqramın  tərkib  hissəsi  olan  1996-1997-ci  il 

proqramının məqsədi isə birinci növbədədə ÜDM-in illik 5.1% artımına nail olmaq, 

inflasiyanın illik faiz dərəcəsini 9.1%-ə endirmək idi. Bunlara nail olmaq məqsədilə 

ümumi dövlət defisitləri 1999-cu ildən 2% həddində saxlanıldı bu da öz növbəsində 

daha  yüksək  dövlət  gəlirinə  və  daha  az  dövlət  xərclərinə  əsaslanırdı.  Dövlət 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə