Microsoft Word iskenderli lala doc



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə14/35
tarix04.02.2018
ölçüsü1,01 Mb.
#23652
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

 

                                                                                                                                                                       

                                                                                                                                                          35 

 

yanaşma məsələlərində dəstək olmaq üçün konflikdən sonrakı bərpa Fondu  (KSBF) 



təsis edilmişdir. Qeyd edək ki, Bankın kreditlərinin 16%-i konfliktlərin nəticələrinin 

aradan  qaldırılmasına  yönəldilir.  2004-cü  maliyyə  ilində  DB  özünün  KSBF  fondu 

vasitəsilə konfliktdən əziyyət çəkən ölkələrə 10.6 mln ABŞ dolları həcmində yardım 

ayırmışdır.  1998-ci  ildən  bəri  Fond  ümumi  dəyəri  66.7  mln  ABŞ  dolları  həcmində 

olan  137  qrant  ayırmışdır.  Yardımın  əsas  hissəsi  Afrika  regionuna  yönəldilir. 

Liberiya , Sudan , Somali və Haiti kimi konflikdən əziyyət çəkən ölkələr üçün ümumi 

dəyəri 25 mln ABŞ dolları həcmində olan trast fond yaradılmışdır.  

  Son olaraq həyata keçirilən ən iri layihələr: 

• Filippin:  Mindanaonun  bərpası  və  inkişafı  fondu.  Bu  qrant  hökumətin  Banka 

müraciətindən  sonra  yaradılmışdır  və  digər  donorlardan  40-50  mln  ABŞ  dolları 

həcmində vəsaitin cəlb olunması gözlənilir. 

• Kolumbiyada məcburi köçürülmüş əhaliyə yardım. 

• KSBF  raqda  dul  qalmış  və  bu  yaxınlarda  müharibədən  əziyyət  çəkmiş 

qadınların mikrokreditləşdirilməsi üçün qrant ayırmışdır.

1

 

Digər  iri  layihələr  aşağıdakılardır:  Əfqanıstanda:  darəetmə  orqanlarının 



dəstəklənməsi  (10  mln  ABŞ  dolları);  cmaların  hüquqlarının  və  imkanlarının 

artırılması  (42  mln  ABŞ  dolları);Təhsil  (15  mln  ABŞ  dolları);  nfrastuktur  (33  mln 

ABŞ  dolları);  Nəqliyyat  (108  mln  ABŞ  dolları).  Bu  layihələr  həcmi  150  mln  ABŞ 

dolları olan yenidənqurma fondunun fəaliyyətini tamamlamaq üçün həyata keçirilir. 

Dünya Bankı hər il inkişafa kömək məqsədi ilə 20 mlrd ABŞ dolları dəyərində 

öhdəlik  qəbul  edən  ən  iri  təşkilatdır.  Dünya  Bankı  yalnız  donor  kimi  deyil,  eyni 

zamanda  dünya  iqtisadiyyatının  inkişafına  kordinasiya  kimi  dəyərində  çıxış  edir. 

Yəni  şəxsi,  hökumət  və  qeyri-hökumət  təşkilatları  ilə  ehtiyyatların  istifadə 

olunmasında,  cari inkişaf proqramlarının müdafiə olunmasında böyük rol oynayır. 

Dünya Bankının Azərbaycanda sosial xidmətlərin effektivliyinin artırılmasında, 

ə

traf  mühitin  qorunmasında,  iqtisadi  artımın  əsaslarının  yaradılmasında  xidmətləri 



xüsusilə vurğulamaq lazımdır. Bu günə kimi Dünya Bankının əsas məqsədi ölkənin 

                                                 

1

 www.worldbank.org 




 

                                                                                                                                                                       

                                                                                                                                                          36 

 

keçid  dövründə  onun  iqtisadi  sosial  -  inkişafı  siyasəti  ilə  əlaqədar  həm  investisiya 



axınını, həm də dövlət büdcəsinin maliyyələşdirilməsi üzrə tövsiyyələr vermək və bu 

cür  yardımın  koordinasiyasını  aparmaqdan  ibarət  olub.  Xüsusilə  Dünya  Bankı  neft 

ehtiyyatlarını  idarə  etmək  üçün  dövlətin  təşkilati  bacarığını  gücləndirmək  və  siyasi 

xətdəki  dəyişiklikləri  qısa  və  dürüst  ifadə  etməklə  islahatı  tezləşdirmək  məqsədilə 

hökumətlə  işləyir.  Bank  layihələri  maliyyələşdirir,  analitik  tədqiqatlar  aparır  və 

ölkəyə  tövsiyyələr  verir.  DB-nın  Azərbaycanda  layihələşdirdiyi  bütün  layihələr 

ölkənin  ümumi  inkişaf  strategiyasının  ayrılmaz  hissəsini  təşkil  edir.  Əsas  məqsəd 

Azərbaycan  əhalisinin  rifahının  artırılmasıdır.  Baxmayaraq  ki,  Azərbaycan  ÜMM-

nun  əsas  hissəsi  neft  sektorunun  payına  düşür,  burada  yalnız  əhalinin  1%-i  çalışır. 

Ə

gər  nəzərə  alsaq  ki,  əhalinin  yarısı  Kənd  Təsərrüfatı  ilə  məşğuldur,  yoxsulluğun 



azaldılması üçün Azərbaycanın regionlarında biznes aktivliyinin və iqtisadi inkişafın 

stimullaşdırılmasına  ehtiyac  var.  Dünya  Bankı  Azərbaycan  hökumətinə  əhalinin 

məşğulluğu  sahəsində  yardım  edir,  xüsusilə  özəl  sektorun  inkişafı  üçün  nəzərdə 

tutlmuş  layihələr  maliyyələşdirilir,  maliyyə  sahəsində  islahatlar  dəstəklənir  və 

regionlarda infrastrukturun yaradılması sahəsində işlər görülür.  

qtisadiyyatın  möhkəmləndirilməsinə,  yoxsulluğun  azaldılmasına  və  həyat 

səviyyəsinin  yüksəldilməsinə  cəhdlər  o  zaman  uğurlu  ola  bilər  ki,  təhsilə  lazimi 

diqqət  yetirilsin.  Azərbaycanda  Dünya  Bankı  tərəfindən  maliyyələşdirilən  pilot 

layihəsi  çərçivəsində  hökumətə  təhsil  sistemində  islahatlar  keçirilməsi  sahəsində 

kömək göstərilir. DB-nın maliyyə resursları həmçinin, müəllimlərin hazırlanmasına, 

yeni  dərsliklərin  hazırlanmasına  və  yeni  dərs  proqramlarının  tərtib  olunmasına 

yönəldilir.  

Dünya  Bankı  Azərbaycana  ətraf  mühitin  qorunması  işlərində  yardım  göstərir. 

Xüsusilə  Xəzər  dənizində  nərə  balıqlarının  qorunması,  çirklənmiş  rayonların 

təmizlənməsi  və  zərərli  maddələrin  təhlükəsiz  yerlərə  yerləşdirilməsi  və  s.  sahədə 

işlər görülür. 

nfrastruktur  və  əsas  xidmətlər  inkişafın  təməl  daşlarıdır.  DB-nın 

maliyyələşdirdiyi  layihələrdən  biri  çərçivəsində  Abşeron  yarmadasında  su  təchizatı 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə