Microsoft Word iskenderli lala doc



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə10/35
tarix04.02.2018
ölçüsü1,01 Mb.
#23652
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

 

                                                                                                                                                                       

                                                                                                                                                          27 

 

milyarda yaxın  insan yaşayır. Onların təxminən 1,2 milyardının  gündəlik gəliri  1 



dollardan  azdır.  Ölkənin  ÜMM-i  B A-nın    qoyduğu    sərhədi  keçdikdə  (artdıqda)  , 

dövlət artıq B A-dan faizsiz kredit almır və gələcəkdə BY B - ə faizli  kreditlər  üçün  

müraciət edə bilər. B A kreditləri 25-40 illik müddətə verir, ödənilməsinə isə 10 ildən 

sonra başlanılır. 1960-cı ildən başlayaraq , B A  90 ölkəyə 97 milyard dolllar kredit 

vermişdir. Bu ildə  təxminən  6 milyard dollar  deməkdir. B A –nın kreditlərinin 45- 

50%-i  Afrika    ölkələrinin  (Saxara)    payına  düşür.  Digər  faizlər  Asiya    ölkələri  – 

Banqladeş  ,  Hindistan  ,  Pakistan  və    Nepal    arasında    bölüşdürülür.  Həmçinin  bu 

qrupa    Çin  ,  Latın  amerikası  və  Karib  hövzəsi  dövlətləri  ,  Yaxın  Şərq  ,  Avropa  və 

Mərkəzi    Asiya  da  daxildir.  Yuxarıda  deyildiyi  kimi  B A  –  nın  əsas  gəlir  mənbəyi 

üzvlük  haqlarıdır,  bundan  əlavə  gəlirlər  isə  BY B  -  dən  və  kreditlərin  geri  

qaytarılmasından  gəlir.  Həmçinin  müxtəlif  donorlar  hər  üç    ildən  bir  B A  fonduna  

vəsait qoyurlar. Ən  böyük donorlar ABŞ , Yaponiya ,  Almaniya , Fransa ,  Böyük 

Britaniya və  taliyadır. Türkiyə və Koreya da donorlar sırasındadır. 

  Beynəlxalq  Maliyyə  Korporasiyası  (BMK)  –  1956-cı  ildə  yaradılmışdır  , 

hazırda 175 üzvü var. Əsas məqsədi  özəl  sektorun inkişafına   yardım edilməsidir. 

BMK öz fəaliyyət  illəri ərzində 21,6 milyard  dollar vəsait  xərcləmişdir. BMK-nın 

Nizamnamə  Kapitalı  2,45  milyard    dollar  təşkil  edir.  BMK  Dünya  Bank  Qrupunun  

digər  üzvləri    ilə  əlaqə  saxlasa    belə  o,  hüquqi    və    maliyyə  cəhətdən    müstəqildir. 

Onun  özünün  Nizamnaməsi  var,  öz  maliyyə  -idarə  və  ştat    strukturu  mövcuddur. 

Onun maliyyə resursları  üzv dövlətlərdən  əldə edilir. Burada Rəhbərlər Şurası  və 

Direktorlar  Şurası    mövcuddur.    Direktorlar  Şurası  24  direktordan  ibarətdir.  Dünya 

Bank  Qrupunun    Prezidenti  həm  də  Beynəlxalq  Maliyyə  Korporasiyasının 

prezidentidir.  craçı    vitse  –  prezident  BMK-nın  gündəlik    fəaliyyətinə    nəzarəti 

həyata keçirir.

1

 



Beynəlxalq Maliyyə Korporasiyasının  fəaliyyətinin  3 əsas istiqaməti var : özəl 

sektorun  layihələrinin  maliyyələşdirilməsi;  Ehtiyatların  səfərbərliyə  alınması  və 

                                                 

1

 Dünya bankının internet saytı-www.worldbank.org 




 

                                                                                                                                                                       

                                                                                                                                                          28 

 

EOÖ-in şirkətlərinə  yardım; biznes və hökumət qurumlarına  texniki  və konsultativ 



(məsləhətləşmələr) yardım. 

BMK özəl şirkətlər üçün maliyyə  proqramlarının  və xidmətlərin geniş dairəsini 

təklif edir. BMK  bütün sahələrdə layihələri dəstəkləyir- kənd təsərrüfatı  sahəsindən  

başlamış dağ-mədən  sənayesinədək. BMK-nın Afrikada , Asiyada , Avropa və Latın 

Amerikasında    27  nümayəndəliyi  fəaliyyət  göstərir.  Təşkilatın    fəaliyyətini  

intensivləşdirmək və daha səmərəli  etmək üçün 1986-ci ildə onun tərkibində  3 yeni 

orqan yaradılmışdır: 

-    xarici  investisiyalar    üzrə  məsləhət  xidməti  -  başlıca    məqsədi,  xarici 

kapitaldan  alınan uzunmüddətli  tələbatın  ödənilməsini təmin etməkdən ibarətdir; 

-  Afrika  qitəsi  üçün    layihələrin    işlənməsi  üzrə  məsləhət  bürosu  -  başlıca 

məqsəd Afrikada xüsusi  bölmənin  və sahibkarlığın  fəaliyyətinin  genişləndirilməsi 

üçün müxtəlif tövsiyə və layihələrin təklif edilməsindən  ibarətdir; 

-  Sakit  okeanın    cənub  hissəsi  ilə  bağlı  layihələrin  işlənməsi  üzrə    məsləhət 

bürosu –  BMK-  nin üzvü    olan  9  ada dövlətində  bank  işinin   təşkili və    aparılması  

məsələləri  ilə məşğul olur. 

nvestisiyaların  Təminatları  üzrə  Çoxtərəfli  Agentliyi  ( TÇA)  -  hazırda 

Dünya  Bankı  Qrupunun  tərkibində  özünəməxsus  fəaliyyət  sferası  olan 

nvestisiyaların Təminatları üzrə Çoxtərəfli  Agentliyin yaradılması barədə 1985 - ci 

ildə qəbul olunan qərar 1988-ci ildə qüvvəyə minərək həyata keçirilmişdir.  

TÇA - nın  əsas məqsədi üzv  dövlətlərdə iqtisadi artımın  sürətlənməsi üçün bu 

dövlətlərə  investisiya  qoyuluşuna  yardım edilməsidir.  TÇA inkişaf etməkdə olan 

ölkələrdə investisiya qoyuluşu  imkanları  barədə  məlumatlar  toplayır və potensial  

investorlara ötürür.

1

 

TÇA  maliyyə cəhətdən  BY B - dən  müstəqildir. Lakin BY B - in prezidenti 

həm də  TÇA - nın prezidentidir.  TÇA-nın  fəaliyyətinin ildən ilə  genişlənməsi, ilk 

növbədə  xidmət  müxtəlifliyi və  texniki yardımların  gücləndirilməsi , siyasi  riskin  

azaldılması ilə bağlıdır.     

                                                 

1

 C.Kərimov, Ayaz Orucov, T.Kərimov  “Beynəlxalq  qtisadi Təşkilatlar”, Dərs vəsaiti, Bakı 2008, səh. 96-97 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə