Microsoft Word iskenderli lala doc



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə8/35
tarix04.02.2018
ölçüsü1,01 Mb.
#23652
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

 

                                                                                                                                                                       

                                                                                                                                                          22 

 

verir.  nvestisiyaların  kreditləşdirilməsi  məsələsinə  BY B-in  yanaşması  layihə  tsikli 



adlanan xüsusi prosedurda təzahür edir. Bu tsikl  beş mərhələdən ibarətdir: layihənin 

seçilməsi, hazırlanması və qiymətləndirilməsi; danışıqlar aparılması; layihənin icraçı 

direktorlar  şurasına  təqdim  edilməsi;  layihənin  həyata  keçirilməsi  və  onun  gedişinə 

cari nəzarət; layihənin reallaşdırılmasının nəticələrinin qiymətləndirilməsi.

1

  

 Kreditin təqdim edilməsi şərtləri bank ilə borcalan ölkə arasında sazişə əsasən 



müəyyən edilir. Kreditlərin əksəriyyəti, bir qayda olaraq 15-20 il  müddətinə verilir. 

Bu müddətin 3-5 ili güzəştli dövrdür. Həmin müddətdə borc alan yalnız borcun cari 

məbləği  üzrə  faizlər  ödəyir,  əsas  borcun  məbləğini  isə  bu  dövrdə  ödəmək  tələb 

olunmur.  Borcun  ödənilməsinin  standart  şərtləri  ölkələrin  kateqoriyalarına,  o 

cümlədən  borcalan  ölkənin  tədiyyə  qabiliyyətinə  və  onun  əhalisinin  adambaşı 

gəlirlərinə  əsaslanır.  BY B  tərəfindən  təqdim  edilən  bütün  borclar  üzrə  borcun 

verilməsi  barədə  saziş  imzalanandan  60  gün  sonra  xərclənməmiş  qalığın  0,75%-i 

həcmində  öhdəlik  haqqı  tutulmağa  başlanır.  Borc  məbləğinin  xərclənmiş  və 

ödənilməmiş məbləği üzrə faiz dərəcəsi bankın borc vermək məqsədi ilə cəlb etdiyi 

borc vəsaitlərinin dəyərinə əsaslanır. BY B borcların iki formasını təklif edir: valyuta 

pulu (pul-birlik mənasında işlədilir) əsasında borc və çoxvalyutalı borc; bu formalar 

borcun verildiyi valyutanın növü ilə və bazis faiz dərəcəsi ilə bir-birindən fərqlənir. 

BY B-in  maliyyə  resursları  aşağıdakı  mənbələr  hesabına  yaranır:  BY B  üzvləri 

tərəfindən  ödənilmiş  kapital;  beynəlxalq  kapital  bazarlarından  alınmış  borclar; 

borclar və investisiyalar hesabına əldə edilmiş mənfəət.  

Bank  pul  vəsaitlərinin  əsas  hissəsini  dünya  maliyyə  bazarlarında  səfərbər  edir. 

BY B  bütün  ölkələrin  pensiya  fondlarına,  sığorta  şirkətlərinə,  korporasiyalarına, 

başqa banklarına və fiziki şəxslərə istiqrazlar və qiymətli kağızlar şəklində başqa borc 

öhdəlikləri  satır.  BY B-in  nizamnamə  kapitalı  üzv ölkələrin  onun səhmlərinə  abunə 

yazılması  yolu  ilə  yaranır.  Əvvəlcə  nizamnamə  kapitalının  məbləği  10  milyard 

dollardan  çox  deyildi,  1993-cü  ilin  ortalarında  isə  bankın  abunə  kapitalı  artıq  165 

milyard dollara bərabər idi. BY B-in düşünülmüş maliyyə siyasəti onun özəl kapital 

                                                 

1

 M.Məmmədov, E. badov, “Beynəlxalq  qtisadi Təşkilatlar” Bakı 2008, səh. 28-29 




 

                                                                                                                                                                       

                                                                                                                                                          23 

 

ilə  inkişaf  etməkdə  olan  ölkələrin  hökumətləri  arasında  vasitəçi  kimi  fəaliyyətinin 



səmərəliliyini artırır. BY B tərəfindən buraxılan qiymətli kağızlar bütün dünyada ən 

etibarlı qiymətli kağızlardan biridir. Bunun nəticəsində bank kapital bazarlarında ən 

yüksək reytinq olan AAA reytinqinə malikdir. Onun ən sərfəli şərtlərlə borc almaq və 

qənaət  edilmiş  vəsaitləri  inkişaf  etməkdə  olan  ölkələrə  vermək  imkanına  malikdir, 

halbuki bu ölkələrin çoxu başqa yollarla özəl investisiyalardan istifadə edə biləməzdi.  

BY B-in  təşkilati  strukturu  bankın  ali  orqanı  olan  Müdirlər  Şurasından  və  icra 

orqanı  olan  Direktorlar  Şurasından  ibarətdir.  Müdirlər  Şurasında  bankın  iştirakçısı 

olan  ölkələrin  hər  birinin  öz  nümayəndəsi  var.  Adətən  bu  nümayəndə  nazir 

səviyyəsində  yüksək  vəzifəli  şəxs  olur.  Müdirlər  şurasının  tapşırığına  əsasən  onun 

funksiyaları Vaşinqtonda yerləşən icraçı direktorlar şurası tərəfindən həyata keçirilir. 

craçı  diretorlar  şurası  bankın  fəaliyyətini  tənzimləyən  qaydalar  barəsində  qərarlar 

qəbul  edilməsinə  və  təqdim  edilən  bütün  borcların  bəyənilməsinə  görə  məsuliyyət 

daşıyır.  Yeni  üzvlərin  qəbul  edilməsi,  bankın  səhmdar  kapitalının  məbləğinin 

artırılması  və  ya  azaldılması,  eləcə  də  ölkənin  bankda  üzvlüyünün  müvəqqəti 

dayandırılması  hüquqları  müdirlər  şurasının  səlahiyyətlərinə  daxildir.  Müdirlər 

ş

urasının  və  direktorluğun  qərarları  səs  çoxluğu  ilə  qəbul  edilir.  Bankda  «çəkili» 



səslər  prinsipi  qüvvədədir:  iştirakçı  ölkələrin  hər  birinin  250  səsi  və  hər  bir  səhmə 

görə  1  əlavə  səsi  var.  Üzv  ölkənin  BY B-də  kvotası  həmin  ölkənin  BVF-də  malik 

olduğu kvotaya müvafiqdir. Səslər üzvlərə məxsus səhmlərin sayına mütənasib olaraq 

bölünmüşdür.  

BVF-in və Dünya Bankının müdirlər şuraları ildə bir dəfə birgə müşavirə keçirir. 

l  ərzində  ayrı-ayrı  hökumətlərin  mövqelərini  icraçı  direktorlar  şurasının  üzvləri 

təmsil edir. 1991-ci ilin iyul ayında Sovet  ttifaqı BVF-ə və Dünya Bankı qrupunun 

dörd  təşkilatına  -  Dünya  Bankına,  Beynəlxalq  Maliyyə  Korporasiyasına  (BMK), 

Beynəlxalq  nkişaf Assosiasiyasına (B A) və  nvestisiya Zəmanətləri üzrə Çoxtərəfli 

Agentliyə ( ZÇA) üzv olmaq üçün sifariş vermişdir.  

1944-cü ildə yaranmış və hal-hazırda 188 üzvü var. Ümumi kreditləşmə həcmi 

2005-ci ildən başlayaraq 433 mlrd ABŞ dolları həcmindədir. BY B-in məqsədi orta 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə