Microsoft Word iskenderli lala doc



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə6/35
tarix04.02.2018
ölçüsü1,01 Mb.
#23652
1   2   3   4   5   6   7   8   9   ...   35

 

                                                                                                                                                                       

                                                                                                                                                          16 

 

paylanmışdır. Təşkilat 100-dən çox inkişaf etməkdə olan ölkədə çalışmaqla ən kasıb 



ə

hali və ən kasıb ölkələrə yardım etmək kimi sadə və əhəmiyyətli hədəflər uğrunda iş 

görür. Lakin Dünya Bankı  həmçinin , öz müştərilərinə aşağıdakı tədbirləri  görməyi  

məsləhət  görür: 

-

 Insan resurslarının  inkişafına investisiya qoymaq, xüsusilə, səhiyyə və təhsil 



sistemlərinin təkmilləşdirilməsi yolu ilə; 

-

 Sosial  inkişaf  üzərində    cəhdlərin    artırılması,  əhalinin  geniş  təbəqələrinin 



inkişaf  probleminin    həll  edilməsinə  cəlb  edilməsi,  idarəetmə  metodlarının 

mükəmməlləşdirilməsi  və  yoxsulluğun  səviyyəsinin  aşağı    düşməsinin  əsas  faktoru 

kimi  institusional potensialın artırılması; 

-

 Hökumətlərin  keyfiyyətli  xidmət  göstərməsinə  dəstək,  onların    fəaliyyətinin 



səmərəliliyinin və şəffaflığının  təmin edilməsi; 

-

 Ətraf mühitin qorunması; 



-

 Fərdi sahibkarlığın  inkişafının dəstəklənməsi və stimullaşdırılması; 

-

  nvestisiya və uzunmüddətli planlaşdırma  üçün şərait  yaradan  makroiqtisadi  



stabilliyin inkişafına  yönəldilmiş islahatların dəstəklənməsi. 

Dünya  Bankı  kreditlər  verməklə,  iqtisadi  siyasət  məsələləri  üzrə  məşvərətlər 

aparmaqla,  texniki  yardım  göstərməklə  müxtəlif  ölkələrdə  genişmiqyaslı 

proqramların  həyata    keçirilməsinə  yardım  göstərir.  Əsas  məqsədi  isə    inkişaf  

etməkdə  olan  ölkələrdə  yoxsulluğun  azaldılması  və  əhalinin  həyat  səviyyəsinin 

yüksəldilməsidir. Yoxsulluqla qlobal  mübarizənin  əsas  dünyada bütün  insanlara öz  

həyatını  və öz  övladlarının  həyatlarını yaxşılaşdırmaq  üçün şans  verilməsidir.  

Dünya  Bankının    bu  sahədə    əldə  etdiyi    bir  sıra  nailiyyətlərə  nəzər  yetirək: 

ə

halinin  orta  yaş  müddəti  55-dən  65-ə  qalxmışdır;  yaşlı  əhali  arasında  savadlıların  



sayı  iki  dəfə    artmışdır;  məktəblərdə  oxuyan  şagirdlərin  sayı  411  milyondan  681 

milyona çatmışdır; uşaq ölümü 50 % azalmışdır. 

Bankın  144  ölkə  tərəfindən  təsdiq  olunmuş  ana  sövdələşməsinin  birinci 

maddəsinə görə DB-nin məqsədləri aşağıdakı kimi sıralana bilər:

1

 

                                                 



1

 M.Məmmədov, E. badov “Beynəlxalq  qtisadi Təşkilatlar” , Bakı 2008, səh. 27 




 

                                                                                                                                                                       

                                                                                                                                                          17 

 

• 



Üzv ölkələrin iqtisadi islahatlarına yardım etmək. 

• 

Üzv  ölkələrə  xarici  özəl  mənbələrdən  gələcək  sərmayə  investisiyalarını  təsbit 



etmək və özəl sərmayənin yetərsizliyi vəziyyətində bunları tamamlamaq. 

• 

Üzv ölkələr üçün gəlirli investisiyaları təsbit edərək uzun dönəmdə beynəlxalq 



dəyişmələrdə tarazlığı saxlamaq. 

• 

Üzv ölkələr üçün borcvermə mexanizmini uyğun hala gətirmək. 



• 

Yerli  şirkətlərin  maliyyə  mənbələrinə  olan  ehtiyacları  mövzusunda  yardımçı 

olmaq. 

   Bank  heç  bir  xarici  maliyyələşdirmə  mənbələrindən  istifadə  etmədən  bütün 



fəaliyyət xərclərini özü ödəyir. DB və BMK  EOÖ və özəl sektora kreditlər ayırır və 

verdiyi  kreditləri  maliyyələşdirmək  üçün  istiqrazlar  çap  edir.  BY B  və  BMK-nın 

istiqrazları  Şimali  Amerika,    Avropa  və    Asiyada    müxtəlif    investorlar    tərəfindən  

ə

ldə  olunur.  BY B (beynəlxalq kapital bazarlarında DB kimi tanınır) özünün demək 



olar  ki,  bütün  vəsaitlərini  beynəlxalq  kapital  bazarlarında  istiqrazların 

buraxılmasından toplayır. Ən yüksək “AAA” kredit reytinqinə malik olmaqla DB öz 

müştərilərinə daha aşağı faiz norması təyin etmək imkanına malik olur. 

Dünya  Bankı  vasitəsilə  verilən  kreditlər  iki  əsas  növdə  təqdim  olunur: 

investisiya kreditləri və inkişaf məqsədilə verilən kreditlər.  nvestisiya kreditləri uzun 

müddətə  verilir  (5-10  il).  nvestisiya  kreditlərindən  ən  müxtəlif  sektorlarda  sosial-

iqtisadi  inkişaf  layihələri  çərçivəsində  əmtəə,  iş  və  xidmətlərin  maliyyələşdirilməsi 

məqsədilə istifadə olunur. Son 2 onillik ərzində investisiya kreditləri DB tərəfindən 

ayrılan  kreditlərin  75-80%-ni  təşkil  etmişdir.  Hal-hazırda  investisiya  kreditlərinin  7 

növünü fərqləndirirlər: 

Adaptasiya  proqram  kreditləri  -  uzunmüddətli  inkişaf  proqramlarının 

reallaşdırılmasına kömək məqsədilə təqdim olunur.  

Fövqəladə  bərpa  kreditləri  -  adətən  ölkə  iqtisadiyyatına  ağır  zərbə  vurmuş 

müharibə,  təbii  fəlakət  kimi  fövqəladə  hadisələrdən  sonra  istehsalı  bərpa  etmək 

məqsədilə verilir.  



 

                                                                                                                                                                       

                                                                                                                                                          18 

 

Maliyyə  vasitəçilərinə  verilən  kreditlər  -  yerli  maliyyə  institutlarına  investisiya 



tələblərini ödəmək məqsədilə uzun müddətə verilən kreditlərdir. Bu kreditlər maliyyə 

sektorunda  islahatlar,  maliyyə  sisteminin  rəqabət  qabiliyyətliyinin  artırılması 

məqsədilə verilir.  

Eksperimental  və  innovasiya  kreditləri  -  bu  kiçik  investisiya  layihələrinin 

maliyyələşdirilməsi məqsədilə verilir və həcmi adətən 5 mln ABŞ dolları, layihənin 

müddəti isə 2-3 il olur.  

Konkret  investisiya  layihələrinə  verilən  kreditlər  -  iqtisadi,  sosial  və 

institutsional  infrastrukturun  yaradılması,  bərpası  məqsədilə  həyata  keçirilən 

layihələrə dəstək məqsədilə verilir.  

Sahəvi  əhəmiyyəti  olan  investisiya  kreditləri  -  konkret  sektorlarda  dövlət 

proqramlarına təqdim olunur.  

Texniki  yardım  kreditləri  -  üzv  ölkələrə  institutsional  potensialın  artırılması 

məqsədilə təqdim olunur.  

nkişaf  məqsədilə  verilən  kreditlər  institusional  və  siyasi  islahatların 

dəstəklənməsi  məqsədilə  tezləşdirilmiş  maliyyə  resurslarının  ayrılması  yolu  ilə 

təqdim  olunur.  Adətən  1-3  il  müddətinə  verilir.  Son  2  onillik  ərzində  bu  kreditlər 

Bank Dünya tərəfindən ayrılan bütün kreditlərin 20-25%-ni təşkil etmişdir.  

Dünya  Bankı  3  növdə  kredit  verir:  layihə  kreditləri,  proqram  kreditləri,  ölkə 

daxili  pul  kreditləridir.Bankın  kredit  siyasəti  layihə  krediti  üzərində  qurulmuşdur. 

Digər  kreditlər  bir  o  qədər  də  yaxşı  inkişaf  etməmişdir.  Kreditin 

qiymətləndirilməsində, istifadə ediləcək fondların borclu olan ölkənin istehsal həcmi 

və iqtisadi baxımdan səmərəliliyi nəzərə alınır. 

nkişaf etməkdə olan ölkələrdə layihə kreditləri qədər proqram kreditlərinə yəni, 

inkişafa  ümumi  olaraq  lazım  olan  xammal,  yerli  istehsalın  inkişafı  üçün  müəyyən 

miqdarda pula ehtiyac var idi. Halbuki, Dünya Bankı 1987 - ci ilə kimi ancaq layihə 

krediti  verirdi.  O  vaxtdan  etibarən  layihə  kreditləri  ilə  birgə  ölkələrin  aldığı 

kreditlərin geri qaytarılmasına köməklik göstərən proqram kreditləri də verilirdi.  



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə