Microsoft Word iskenderli lala doc



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix04.02.2018
ölçüsü1,01 Mb.
#23652
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

 

                                                                                                                                                                       

                                                                                                                                                          24 

 

gəlirli, eləcə də aşağı ödəmə qabiliyyətli ölkələrdə kreditlər, təminatlar və analitik və 



konsultasiya  xidmətləri  göstərmək  hesabına  davamlı  inkişafa  nail  olmaq  yolu  ilə 

yoxsulluğun azaldılmasıdır. Uzun illər boyu əldə edilmiş gəlir hesabına BY B inkişaf 

sahəsindəki fəaliyyətini maliyyələşdirir, eləcə də ona kapital bazarında ucuz vəsaitlər 

cəlb  etməyə  bu  vəsaitləri  daha  əlverişli  şərtlərlə  borcalanlara  təqdim  etməyə  imkan 

verən maliyyə sabitliyini təmin edir.   

1995-ci  il  Nizamnamə    dəyişikliklərindən  sonra,  BY B  –  in  işinin    4  başlıca  

istiqaməti müəyyənləşdirildi: 

-  nkişaf etməkdə olan  ölkələrin  tələbatlarını  ödəmək   məqsədilə,ehtiyatların 

cəlb edilməsi üçün  yeni sazişin imzalanmasına çalışmaq; 

- Göstərilən siyasəti dəyişməz şəkildə davam etdirmək  üçün, bankın inkişafına 

vahid yanaşma; 

-  Dünya    Bankı    tərəfdaşlarının    dairəsini    qlobal  və  regional    səviyyələrdə  

genişləndirmək  və möhkəmləndirmək; 

-  Bankın fəaliyyəti  təkmilləşdirmək; 

BY B-in  maliyyə  vasitələri    üzvlük    haqqları,  investisiyalar  və    dünya    kapital 

bazarı (fond əməliyyatlarının 90%) hesabına yaradılır. Yarandığı dövrdən indiyədək  

BY B  –in    Afrika,  Asiya,  Avropa  və  Latın  Amerikasında    regional  missiyaları 

fəaliyyət  göstərir.  Bankın  70  regional  və  ölkə  büroları  və    nümayəndəlikləri 

mövcuddur.  Hər  bir  ölkənin  payı,  həmin    ölkənin  iqtisadiyyatının,  dünya  

iqtisadiyyatına  nisbəti  ilə  müəyyənləşir. Sənayecə   nkişaf  Etmiş  ölkələrin payına 

(Böyük  Yeddilik –Group 7)   45% düşür. Bu onların beynəlxalq   iqtisadi  əlaqələrdə  

tutduğu    əhəmiyyətli  yerlə  izah  olunur.    Amerika  Birləşmiş  Ştatlarının  payı    17  % 

təşkil edir. 

BY B – in Ali orqanı  crayə  Şurasıdır,  craedici  orqan isə Direktorlar şurasıdır 

(Board  of  Executive  directors).  carəyə    Şurasına,  üzv  dövlətlərin  Maliyyə 

Nazirlikləri  və  ya  Mərkəzi  Bankların    rəhbərləri  daxildirlər.  Rəhbərlər  ildə  bir  dəfə  

görüşürlər. Direktorlar Şurası, Bankın  siyasəti  haqqında qərar qəbul edir və  maliyyə  

vəsaitlərinin ayrılmasını  təsdiqləyir. Əsas operativ  şöbə 1974- cü ildə təsis olunmuş 




 

                                                                                                                                                                       

                                                                                                                                                          25 

 

nkişaf  Komitəsidir.  Bankın  struktur  elementlərindən  biri  də,  fəaliyyətin  



qiymətləndirilməsi üzrə  Departamentdir (Operations Evaluation  department). Onun 

ə

sas vəzifəsi bank  tərəfindən  maliyyələşdirilən layihələrin monitorinqi və nəticələr 



haqqında  Direktorlar  Şurasına  hesabat verməkdir. 

BY B  -  in  fəaliyyətinin    əsas    istiqamətləri  aşağıdakılardır:  ortamüddətli  və 

uzunmüddətli    kreditlər  vasitəsilə  layihələrin    maliyyələşdirilməsi;  nvestisiya  

layihələrinin    hazırlanması,  texniki  və  maliyyə  -iqtisadi  cəhətdən    əsaslandırılması; 

nkişaf  edən  post-sosialist  ölkələrində  struktur  yenidənqurma    proqramlarının  

maliyyələşdirilməsi. 

  Əksər  humanitar  və  texniki    yardımdan  savayı  Bank  qrantlar    ayırmır.  Bank  

tərəfindən ayrılan bütün  maliyyə vəsaitləri  geri qayıtmaq  xarakteri  daşıyır.( yəni 

gələcəkdə  geri qaytarılmalıdır )  nkişaf  etməkdə  olan  ölkələr Bankdan ona  görə 

vəsait götürürlər ki , bu onların inkişafı üçün  vacibdir. 

Bankın  əsas  əməkdaşları,  üzv  dövlətlər    hesab    edilir.  Bankın  Nizamnaməsinə  

uyğun    olaraq    maliyyə  vəsaiti    yalnız    üzv    dövlətlərə    verilir.  Məhz  hökumətlər 

Bankın  əsas  məlumatlarını    əldə  edir  və    bütün    layihələr    milli  qanunvericiliyə  

uyğun olaraq  dövlətin  yurisdiksiyası  altında  həyata keçirilir. Bank, dövlət orqanları  

ilə  qeyri-hökumət  təşkilatlarının  (QHT)  əlaqələrini  dəstəkləyir.  Bankın  əsas 

prioritetlərindən  biri,  özəl  sektorun  stimullaşdırılmasıdır.  BY B-in  Nizamnaməsi  

özəl  sektora birbaşa vəsait ayrılmasına  imkan  vermir, bu işlə  Beynəlxalq Maliyyə 

Korporasiyası məşğul olur. 



Beynəlxalq  nkişaf Assosiasiyası  - beynəlxalq maliyyə-kredit təşkilatı, BMT-

nin ixtisaslaşmış müəssisəsi, Beynəlxalq Yenidənqurma və  nkişaf Bankının (BY B) 

filialıdır.  1960-cı  ildə  yaradılmışdır  ,  hazırda  162  üzvü  var.  Bu  təşkilata  üzv  olmaq 

üçün ölkə ilk növbədə BY B-ə üzv olmalıdır. B A-nın rəsmi məqsədi onun üzvü olan 

nkişaf  Etməkdə  Olan  Ölkələrə  BY B-in  adi  borcları  ilə  müqayisədə  daha  yüngül 

şə

rtlər  daxilində  kreditlər  verilməsi  yolu  ilə  həmin  ölkələrdə  iqtisadi  tərəqqiyə  və 



həyat  səviyyəsinin  yüksəldilməsinə  kömək  etməkdir.  Kreditlər,  bir  qayda  olaraq, 

ödənişə 10 ildən sonra başlamaq şərti ilə 50 il müddətinə verilir. Sonrakı 10 ildə hər il 




 

                                                                                                                                                                       

                                                                                                                                                          26 

 

kreditin 1%-i və qalan 30 ildə hər il kreditin 3%-i ödənilir. Kreditin müqabilində hər 



il  borc  məbləğinin  0,75%-i  ödənilir.  Hər  nəfərə  görə  illik  gəlirin  məbləği  müəyyən 

edilmiş həddən az olan ən yoxsul ölkələr faizsiz kreditlər alır. Kreditlər milli valyuta 

ilə verilir. Assosiasiyanın maliyələşdirdiyi hər bir layihə siyasi-iqtisadi ekspertizaya 

məruz  qalır.  Kredit  almağın  zəruri  şərtləri  bunlardır:  borc  alan  ölkə  üçün  BY B 

kreditlərinin əlyetərli olmaması, kredit vermə layihələrinin olması, kreditor ölkələrlə, 

məsələn,  onlardan  alınmış  borcların  ödənilməməsi  və  ya  mülkiyyətin  qəsb 

edilməsindən dəymiş zərəri kompensasiya etməkdən imtina olunması ilə bağlı siyasi 

və iqtisadi münaqişələrin olmaması.  

B A-nın  maliyyə  mənbələri  -  BY B-in  mənfəəti,  iki  qrupa  bölünmüş  üzv 

dövlətlərin qaytardığı kreditlər və onların üzvlük haqlarıdır. Birinci qrupa 24  nkişaf 

Etmiş  Ölkə  daxildir.  Onlar  abunə  üzrə  bütün  məbləği  dönərli  valyutada  ödəyir  və 

assosiasiyanın fondunun artırılmasının çox hissəsini təmin edirlər.  kinci qrupa daxil 

olan ölkələr (138 ölkə) abunə üzrə məbləğin 10%-i dönərli valyutada , qalan hissəsini 

isə milli valyutada ödəməlidirlər.

1

  

Assosiasiyanın  və  BY B-in  rəhbər  orqanları  müştərəkdir.  BY B-in  prezidenti, 



müdirləri  və  direktorları  B A-da  analoji  vəzifələri  tuturlar.  B A-da  «çəkili»  səslər 

prinsipi qüvvədədir: üzv ölkə 500 səs və bundan əlavə abunə üzrə ödənilmiş hər 5000 

dollara görə əlavə 1 səs alır. Assosiasiya kreditlər verilməsinin şərtlərini və maliyyə 

normativlərini  nəşr  edir.  Beynəlxalq  nkişaf  Assosiasiyasının  başlıca  maliyyə  

mənbəyi üzvlük  haqlarından gəlir.  

BY B və B A paralel  işləyirlər. Onların işçi heyəti eynidir, eyni rəhbərləri var 

və eyni Prezidentə hesabat verirlər, eləcə də layihələrin  qiymətləndirilməsində eyni  

standartlardan    istifadə  edirlər.  Fərq  yalnız  kreditin  şərtlərində  və    maliyyənin 

mənbələrində özünü  biruzə verir.  

Beynəlxalq  nkişaf  Assosiasiyası  yalnız  yoxsul  ölkələrə  kreditlər    verir 

(adambaşına gəliri 905 dollardan çox  olmayan) , o ölkələr ki, BY B-dən kredit ala 

bilmirlər.  Bu  gün  80-a  yaxın    ölkə  bu    kateqoriyaya  daxildir.  Bu  ölkələrdə  3,2  

                                                 

1

 Dünya bankının internet saytı-www.worldbank.org/ida 




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə